417
HəĢtərxana, Vo lqa ilə Moskvaya və uzaq ölkələrə mal aparırdılar. HəĢtərxandan
Azərbaycana gələn gəmilər Dərbənddə, Niyazabadında, Bakıda, Salyanda və
Cavadında lövbər salıb ya mal satır, yaxud da mal mübadiləsi ilə məĢğul olurdular.
Qara dəniz vasitəsilə Azərbaycana mal gətirən tacirlər Gürcüstanı keçərək Balakən-
ġəki-ġamaxı-Bakı və yaxud Gəncə-ġuĢa-Lənkəran-Ən zəli istiqamətində hərəkət
edirdilər. Tacirlər Ġran və Hindistana mallarını əs asən Xəzər dənizi vasitəsilə
aparırdıla r.
Karvan yolları və dəniz yolu təkcə tranzit ticarətə xid mət etmir, yerli
Ģəhərləri də bir-b iri ilə b irləĢdirirdi. Ticarətin aparılması və inkiĢafında ölkə
daxilindəki körpülər, karvansaralar və ovdanlar da əhəmiyyətli rol oynayırdı.
Körpülər, adətən, çayların dar keçid lərində tikilirdi. Ticarət yolu ağzında
olan körpülərin yaxınlığında isə karvansaralar yerləĢirdi. Dövrün müasirlərindən
P.Zubov Azərbaycanın ticarət əlaqələ rindən bəhs edərkən yazır ki, bunu yolboyu
gözə çarpan karvansaralar, yaxud onların qalıqları sübut edir.
Ço xlu qazanc götürmək və ticarət i in kiĢaf etdirmək məqsədi güdən yerli
hakimlər karvansaraları özləri üçün münasib yerlərdə, əsasən karvan yolla rında
tikdirirdilər.
XVIII əsrin ikinci yarısında Azərbaycanda mövcud olan bütün Ģəhərlər
daxili və xarici ticarətdə iĢtirak edirdi. 1780-ci ildə Cənubı Qafqaz bölgəsində,
xüsusilə Gü rcüstanda bir müddət yaĢamıĢ rus hərbi xadimi S.BurnaĢov öz
xatirələrində yazır ki, Ġran və Hindistanla ticarət əsas etibarilə Gəncə Ģəhəri
vasitəsilə aparılırd ı.
Azərbaycanın əsas ticarət mərkəzlərindən biri ġamaxı Ģəhəri olmuĢdur. Bu
Ģəhər XVIII əsrdə dəfələrlə iĢğala məruz qalsa da, beynəlxalq aləmdə ticarət
əhəmiyyətini itirməmiĢdi. Hələ də ġamaxıda cəmləĢ miĢ ġirvan ipəyinə xarici
bazarda böyük ehtiyac duyulurdu. XVIII əsrin ikinci yarısında yaĢamıĢ rus tarixçisi
M.Çulkov yazır ki, ġamaxı ipəyi Türkiyəyə, Hindistana, Ġtaliyaya, demək o lar ki,
Avropa və Asiyanın bütün Ģəhərlərinə ixrac ed ilird i.
Dünyanın bir çox ölkələrindən, o cümlədən Rusiyadan, Ġrandan,
Hindistandan, Türkiyədən, Hollandiyadan, Ġngiltərədən ġamaxı ipəyi və ipək
məmu latı almaq üçün çoxlu tacir gəlir və satmaq üçün özləri ilə mü xtəlif əĢyalar
gətirirdilər.
Ġpəkçilik sayəsində ġamaxı Ģəhəri uzun müddət bütün Cənubi Qafqazın ən
gur bazarına çevrilmiĢdi. Bu raya Azərbaycanın bir ço x Ģəhərlərindən, xüsusilə
Gəncədən, ġəkidən (Nu xa), ƏrəĢdən xam ipək və ipək məmu latı gətirilirdi.
Maraqlıd ır ki, b ir ço x hallarda Türkiyədən gələn tacirlər ġamaxıdan aldıqla rı ipəyi
aparıb Qərbi Avropa fabrik sahiblərinə türk ipəyi kimi satırd ılar.
418
Azərbaycanın bir çox Ģəhərlərində ipəkçiliklə məĢğul olurdular. Ġpək və ipək
məmu latı həm dəniz, həm də karvan yolları ilə u zaq diyarlara aparılırdı.
Azərbaycanın cənubunda ipəkçilik mərkəzi kimi Ərdəbil Ģəhəri məĢhur idi.
Buradan ço x za man Ġzmirə, Hə ləbə və Ġstanbula karvan vasitəsilə ipə k yola s lınırdı.
ġuĢada istehsal olunan ipəyi, adətən, ġəki, Naxçıvan, Xoy və Təbriz
Ģəhərlərindən gələn tacirlər alırd ı. Xarici bazarda Naxçıvanda hazırlanan qırmızı və
ağ bezin müĢtəriləri daha çox idi. Naxçıvandan xanlığ ın kən arına həmçinin pambıq,
çəltik, Ģərab və s. məhsullar da aparılırdı. Naxçıvan bezinə Qarabağ, Ġrəvan
xanlıqlarında, çəltiyə Mərənddə, Xoyda, Tobriz xanlığında, pamb ığa isə Türkiyənin
Bayazid, Qars Ģəhərlərində, Qarabağ xanlığında və Tiflisd ə tələbat daha çox id i.
Ordubadın meyvələrinə, xüsusilə xuĢibərinə (quru) də xarici baza rda müĢtəri
tapılırdı.
Azərbaycanın ticarətində ġəki əhəmiyyətli ro l oynayırdı. Bu rada istehsal
olunan xam ipək ġamaxı və Tiflisə daĢınırdı.
ƏlveriĢli təbii limanda yerləĢən Bakı Ģəhərinin ticarət sahəsindəki fəaliyyəti
daha geniĢ idi. 1796-cı ildə Bakıda olmuĢ rus qoĢunlarının ko mandanı V.Zubov
yazır ki, Bakı Xəzər dənizində ən yaxĢı limandır. Gəmilər burada 7 sajen
2
dərinliyində təhlükəsiz qala bilir. Bakının ətrafı neft bulaqları ilə zəngindir. Buraya
Rusiyadan, Mazandarandan, Gilandan, Azərbaycanın cənubundan çoxlu tacir gəlir.
Xəzər dənizində Rusiya donanması daha da inkiĢaf etdikdən sonra Bakı Ģəhəri
tranzit ticarətdə bütün Cənubi Qafqaz Ģəhərləri arasında birinc iliyi öz ə linə aldı.
Müasirlərin yazdıqlarına görə həmin dövrdə Bakıya "karvanlar axıĢıb gəlirdi". Çünki
Bakıdan Ġran körfəzinədək rahat və təhlükəsiz yol vardı. Bu yol hələ ġah Abbasın
vaxtında salınmıĢdı. Ġran körfəzindən karvan yolu ilə Bakıya gətirilən ma llar
Gürcüstana, oradan isə Qara dəniz vasitəsilə Qərbi Avropa ölkələrinə aparılırdı.
Bakının eoğrafı Ģəraiti yerli əhalini ticarətlə məĢğul olmağa eəlb edirdi. ġəhərin
varlı tacirləri, u zaq məsafələri qət etmək üçün gəmilər olmadığından, çox vaxt rus
tacirlərinin gəmilərini iltiza ma yə yaxud icarəyə götürüb Xəzər dənizində ma lla rını
Rusiyaya və Ġrana daĢıtdırırdılar. Bakının ticarət məhsullarını əsasən neft, zəfəran və
duz təĢkil edirdi.
Karvan ticarətində mühüm əhəmiyyət daĢıyan Ģəhərlərdən biri də Təbriz idi.
Yaxın ġərq ölkələrində olduğu kimi, Azərbaycanda da bazar Ģəhərin ən gur və
qızğın yeri idi. Burada ticarət əməliyyatından baĢqa dərviĢlər çıxıĢ edir, xanın
2
1 s a j e n - 3 arĢın və ya 2,134 metrə bərabərdir.