38
XII əsrdə Cənubi Qafqazda ən sabit
dövlət Şirvanşahlar dövləti olmuşdur. Bu,
Məzyədilər və Kəsranilər sülalələrində olan
şirvanşahların uğurlu daxili və xarici siyasətlərinin
nəticəsi idi. Şirvanşah I Axsitan hakimiyyəti
illərində Şirvanşahlar dövləti özünün ən qüdrətli
çağlarını yaşayırdı. Şirvaşah I Axsitan
hakimiyyəti illərində Azərbaycanın Şirvan
bölgəsində yaranmış siyasi sabitlik, onun
Azərbaycan Atabəylər dövləti və Gürcüstanla
dostluq siyasəti, hərbi qüdrətin artırılması iqtisadi
inkişafa və mədəniyyətin tərəqqisinə müsbət təsir
göstərmişdi.
Azərbaycan tarixinə şirvanşah I Axsitan ibn
Mənuçöhr dövlətinin iqtisadi inkişafını təmin
etməyə cat atan, qonşu dövlətlərlə dostluq
əlaqələri qurmağa çalışan dövlət xadimi, qüdrətli
ordu və güclü hərbi donanma yaradan təşkilatçı,
1175-ci il
qələbəsi ilə orta əsrlər dövründə rusların
Azərbaycana yürüşlərinin qarşısını tamamilə alan
sərkərdə, Şirvan şəhərində yüzlərlə yeni müxtəlif
təyinatlı binalar inşa etdirən qurucu şəxs kimi
daxil olmuşdur
I Axsitan ibn Mənuçöhr
(1160-1196)
Şirvanşahlar dövləti XII
əsrdə Cənubi Qafqazda ən sabit dövlət olmuşdur. Hələ VI əsrdə Sasani şahənşahı
Şirvan vilayətini idarə etmək üçün buraya Məzyədilər sülaləsindən olan hakimlər
göndərir. Bu sülalənin nümayəndələri özlərini "şirvanşah", yəni "Şirvan hakimləri"
adlandırmağa başlayırlar. Sasanilər, sonra isə Ərəb xilafəti dövründə şirvanşahlar
xırda yerli hakim hesab olunurdular. Ərəb xilafəti parçalananda şirvanşah Heysam
ibn Xalid 861-ci ildə öz müstəqilliyini bəyan edir. Beləliklə, xəritədə Şirvanşahlar
dövləti meydana gəlir.
Dərbənddən Kür çayınadək ərazilərdə möhkəmlənən şirvanşahlar adətən
neytral mövqe tuturdular. Bu onlara öz ərazilərində siyasi sabitlik yaratmağa imkan
verir. Siyasi sabitlik isə öz növbəsində təsərrüfatın dirçəlişi və mədəniyyətin
çiçəklənməsinə səbəb olur. 1027-ci ildə Məzyədilər sülaləsi əvəzinə hakimiyyətə
Kəsranilər sülaləsi gəlir, lakin ölkənin siyasi inkişaf yolu dəyişməz qalır. 1066-cı
ildə şirvanşah I Fəriburz güclü türk dövləti olan Böyük Səlcuq dövlətindən asılılığı
qəbul edir. Şirvanşahlar dövləti səlcuqlara vergilər ödəməli və lazım gəldikdə
əsgəri qüvvə ilə kömək göstərməli idi. Asılılıqdan yaxa qurtarmağa çalışan
şirvanşahlar, nəhayət, 1123-cü ildə buna nail olurlar. Bir tərəfdən səlcuqlar, digər
tərəfdən gürcülərlə mübarizə şəraitində hakimiyyətə gəlmiş şirvanşah III Mənuçöhr