Gülsüm Hüseynova.
Tat dilinin leksikası
daxil olmasına səbəb olmuşdur. Dəmirçilik və misgərlik
terminlərinin mühüm bir qisminin eyniliyi də bununla bağlıdır.
Sənət növlərinin bir-birindən ayrılması tarixin müəyyən
dövründə baş vermişdir. Sənətlərin ayrılması həm bir sıra
köhnə terminlərin, həm də yeni yaranan sənət leksikasına aid
vahidlərin semantikasına təsir göstərmişdir. Çünki bir sıra
sahələrdə adlandırma həmin sahə ilə məşğul olanlar tərəfindən
yerinə yetirilmişdir. Lakin müxtəlif materialların, alətlərin
xalqın etnik-mədəni dəyərlər sisteminin, dünyabaxışı və adət-
ənənələrindən bəhrələnən ornament və naxışların müştərək
istifadə edilməsi, nəhayət, fərqli materiallardan hazırlanan
eyni məmulatların adları sahə leksikalarına daxil olan
müəyyən sözlərin həm formaca, həm də semantikaya görə üst-
üstə düşməsinə zəmin yaratmışdır. Misgərlik və dəmirçilik
sənətlərinin leksikasında bu cəhət özünü aydın büruzə verir.
Ona görə də bu iki sənət növünə aid terminlərin tat dili üçün
bir yerdə öyrənilməsi daha düzgündür.
M isgərlik və d əm irçilik term inləri.
Bu sənət sahələri Lahıcda geniş inkişaf etmişdir.
Lahıcların həyat və məişətində misgərliyin öz yeri var. Lahıc
misgərlərinin
işləri
təkcə
Azərbaycanda
deyil,
dünya
miqyasında ad qazanmışdır. Azərbaycanın bu ərazisində qeyd
olunan sənət növünün təşəkkül tapması, formalaşması və
inkişafı tarixi qədim dövrlərə gedib çıxır.
Aydındır ki,
misgərlik sənəti insanın öz məişəti üçün əşyalar hazırlaması ilə
təşəkkül tapmışdır. Tədricən hazırlanan əşyaların, həmçinin
onların hazırlanmasında istifadə olunan alətlərin çeşidi artmış
və, beləliklə, bu məmulatların hazırlanması sənət səviyyəsinə
yüksəlmişdir. Bütün xalqların istifadə etdiyi məişət əşyaları
forma və funksiyalarına görə, əsasən, oxşardır. Onların
168
Gülsüm Hüseynova.
Tat dilinin leksikası
hazırlanması proseslərində də oxşarlıq aydın hiss olunur.
Bunun
səbəbi
odur ki,
misgərliklə məşğul
olanların
hazırladıqları məmulatlara olan ehtiyac, onları hazırlamaq
üçün istifadə olunan materiallar və alətlər, demək olar ki, eyni
olmuşdur. Misgərlik, eləcə də, başqa sənət növləri ilə bağlı
olan xüsusi leksika, əsasən ümumişlək sözlərdir. Bu da sənətin
ilk növbədə məişətlə bağlılığının nəticəsidir. İnsanlar məişətdə
işlədilmək üçün hazırlanmış əşyalara ad vermiş və öz
nitqlərində onlardan istifadə etmişlər. Sənət sahəsinin əhatə
dairəsi genişləndikcə müvafiq sənət-peşəyə aid leksik
vahidlərinin, deməli, terminlərin sayı da artmışdır. «Dilin
inkişafının ilk dövrlərində sözlər ümumi leksik funksiya
daşıyaraq, müəyyən məqamlarda, xüsusi məqsədlərlə termin
vəzifəsi də yerinə yetirmişdir. Abidələrdə işlənən termin
səciyyəli sözlər ümumxalq danışıq dilinin leksik vahidləri
olmuşdur» (126, 5). Azərbaycan tatlarının dilində işlənən və
misgərlik terminləri sırasında yer tutan
noy
«ling»,
məbrəd
«yeyə»,
sərdəf
«samovar lüləyinin dib hissəsi»,
satıl
«mis su
qabı»,
liileyin
«lüleyin»,
ökişi
«tayqulp mis suqabı»,
baxtəvər
«iki qulplu sərnic»,
ohıın
«dəmir»,
aşpəlö
«aşsüzən»,
ərşin
«ərsin»,
mis
«mis» və s. terminlər, əslində ümumişlək leksik
qatdan terminoloji laya keçmişdir.
Misgərlik sənəti inkişaf etdikcə, bu sahəyə aid alətlər də
artmışdır. Təbii ki, hər bir alətin öz adı olmuşdur. Məsələn,
sıındum
«zindan»,
simbə
«metalda mıx yeri açmaq üçün alət»
(zıııqavod
«mıxın baş tərəfini girdələmək üçün alət»,
mıxkəş
«kəlbətin»,
qalannx
«mıx düzəltmək üçün alət»,
kəlbəti
icoğ
«masa»,
ödrang
«ocağı qarışdırmaq üçün alət» və s.
Sənətdə eyni alətin müxtəlif növləri tətbiq edilir.
Məsələn,
sımdıım
sözünü götürək. O, alətin ümumi adıdır:
İn
sundum a çan soli kor bəfidoştənim.
«Bu zindanı neçə ildir
işlədirik». Amma sundumun müxtəlif növləri var.
Çiloğ
bir
169
Gülsüm Hüseynova.
Tat dilinin leksikası
tərəfi til şəklində olan zindanın adıdır.
Çiloğ dan
silindrik
məmulatların hazırlanmasında istifadə olunmuşdur. İn
çiloğa
çan soli kor bəfıdoştənim. «Bu zindanı («çiloğu») neçə ildir
işlədirik».
Oıblasundum
əsas zindandır, ona «ana zindan»
deyirlər.
Bə misgəri bütiin когһоп bə sər qıblasundum dirə
bəbiran.
«Misgərlikdə bütün işlər ana zindanın üzərində
görülür».
Korsundum
misin spesifik formaya salınması
məqsədilə istifadə edilən zindan növüdür.
Tat dilinin misgərlik və dəmirçilik terminologiyasında
istifadə edilən çəkiclərin də çoxlu sayda növləri var və bu
növlərin hər birinin məxsusi adı var. Məsələn:
kor sü
«ağzı
dördbucaqlı
şəklində olan çəkic»:
Nəzər korsürə nayoft.
«Nəzər
çəkici
tapmadı»;
kələ kor sü
«iri çəkic»,
lözani
(/ö
«dodaq» və
zərən
«vurmaq» felindən). Metal məmulatın dar
hissəsində iş görmək üçün olan aləti bildirir.
Bəstirə gər dənir ə
ve lözani rost bısoxtənund.
«Güyümün boğaz hissəsini bu
alətlə düzəldirlər».
Mis
sözünün etimologiyası da maraq doğurur. Bu söz tat
dili və bir sıra İran dillərində işlənir. Türk dillərinin
bəzilərində
bakir
sözü həmin mənada işlənir.
Bakir
türk
dillərinin qədim yazılı
abidələrində qeydə alınmışdır.
H.Əsgərovun
fikrincə,
Azərbaycan
dilində
mis
sözü
işləndiyindən,
bakir
mühafizə edilməmişdir (57, 90-95). Türk
dilləri üçün «mis» anlamında işlənmiş ilkin kökün
cez
(qaz),
des
(alt),
çes
(tuv),
ciz
(tat),
ces
(başq; çuv.) variantlarından
biri olması qənaətinə gəlmək mümkündür. Qədim türk
lüğətində
cez
«sarı mis» mənasında verilmişdir (DTS, 260).
Müəyyən fonetik əvəzlənmələrə istinadla
mis
sözünün bu
kökdən yarandığını ehtimal etmək olar.
Tat dilində, xüsusən də, onun Lahıc ləhcəsində misgərlik
və dəmirçilik sənətinə aid kifayət qədər çox termin var.
Nəri
«qalın metalı dartıb uzatmaq üçün alət», lözani «metal
170
Dostları ilə paylaş: |