Azərbaycan tatlarının dilinin materialları əsasında



Yüklə 64 Kb.
Pdf görüntüsü
səhifə61/85
tarix06.05.2018
ölçüsü64 Kb.
#42893
1   ...   57   58   59   60   61   62   63   64   ...   85

Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
daxil  olmasına  səbəb  olmuşdur.  Dəmirçilik  və  misgərlik 
terminlərinin mühüm bir qisminin eyniliyi  də bununla bağlıdır. 
Sənət  növlərinin  bir-birindən  ayrılması  tarixin  müəyyən 
dövründə  baş  vermişdir.  Sənətlərin  ayrılması  həm  bir  sıra 
köhnə  terminlərin,  həm  də  yeni  yaranan  sənət  leksikasına  aid 
vahidlərin  semantikasına  təsir  göstərmişdir.  Çünki  bir  sıra 
sahələrdə  adlandırma həmin  sahə  ilə  məşğul  olanlar tərəfindən 
yerinə  yetirilmişdir.  Lakin  müxtəlif  materialların,  alətlərin 
xalqın  etnik-mədəni  dəyərlər  sisteminin,  dünyabaxışı  və  adət- 
ənənələrindən  bəhrələnən  ornament  və  naxışların  müştərək 
istifadə  edilməsi,  nəhayət,  fərqli  materiallardan  hazırlanan 
eyni  məmulatların  adları  sahə  leksikalarına  daxil  olan 
müəyyən  sözlərin  həm  formaca,  həm  də  semantikaya  görə üst- 
üstə  düşməsinə  zəmin  yaratmışdır.  Misgərlik  və  dəmirçilik 
sənətlərinin  leksikasında  bu  cəhət  özünü  aydın  büruzə  verir. 
Ona  görə  də  bu  iki  sənət  növünə  aid  terminlərin  tat  dili  üçün 
bir yerdə öyrənilməsi  daha düzgündür.
M isgərlik və  d əm irçilik term inləri.
Bu  sənət  sahələri  Lahıcda  geniş  inkişaf  etmişdir. 
Lahıcların  həyat  və  məişətində  misgərliyin  öz  yeri  var.  Lahıc 
misgərlərinin 
işləri 
təkcə 
Azərbaycanda 
deyil, 
dünya 
miqyasında  ad  qazanmışdır.  Azərbaycanın  bu  ərazisində  qeyd 
olunan  sənət  növünün  təşəkkül  tapması,  formalaşması  və 
inkişafı  tarixi  qədim  dövrlərə  gedib  çıxır. 
Aydındır  ki, 
misgərlik sənəti  insanın öz məişəti üçün əşyalar hazırlaması  ilə 
təşəkkül  tapmışdır.  Tədricən  hazırlanan  əşyaların,  həmçinin 
onların  hazırlanmasında  istifadə  olunan  alətlərin  çeşidi  artmış 
və,  beləliklə,  bu  məmulatların  hazırlanması  sənət  səviyyəsinə 
yüksəlmişdir.  Bütün  xalqların  istifadə  etdiyi  məişət  əşyaları 
forma  və  funksiyalarına  görə,  əsasən,  oxşardır.  Onların
168


Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
hazırlanması  proseslərində  də  oxşarlıq  aydın  hiss  olunur. 
Bunun 
səbəbi 
odur  ki, 
misgərliklə  məşğul 
olanların 
hazırladıqları  məmulatlara  olan  ehtiyac,  onları  hazırlamaq 
üçün  istifadə  olunan  materiallar və  alətlər,  demək  olar ki,  eyni 
olmuşdur.  Misgərlik,  eləcə  də,  başqa  sənət  növləri  ilə  bağlı 
olan xüsusi  leksika,  əsasən ümumişlək  sözlərdir.  Bu  da  sənətin 
ilk növbədə məişətlə bağlılığının nəticəsidir.  İnsanlar məişətdə 
işlədilmək  üçün  hazırlanmış  əşyalara  ad  vermiş  və  öz 
nitqlərində  onlardan  istifadə  etmişlər.  Sənət  sahəsinin  əhatə 
dairəsi  genişləndikcə  müvafiq  sənət-peşəyə  aid  leksik 
vahidlərinin,  deməli,  terminlərin  sayı  da  artmışdır.  «Dilin 
inkişafının  ilk  dövrlərində  sözlər  ümumi  leksik  funksiya 
daşıyaraq,  müəyyən  məqamlarda,  xüsusi  məqsədlərlə  termin 
vəzifəsi  də  yerinə  yetirmişdir.  Abidələrdə  işlənən  termin 
səciyyəli  sözlər  ümumxalq  danışıq  dilinin  leksik  vahidləri 
olmuşdur»  (126,  5).  Azərbaycan  tatlarının  dilində  işlənən  və 
misgərlik  terminləri  sırasında  yer  tutan 
noy
  «ling», 
məbrəd 
«yeyə», 
sərdəf
 «samovar  lüləyinin  dib  hissəsi», 
satıl
  «mis  su 
qabı», 
liileyin
  «lüleyin», 
ökişi
  «tayqulp  mis  suqabı», 
baxtəvər 
«iki  qulplu  sərnic», 
ohıın
  «dəmir», 
aşpəlö
  «aşsüzən», 
ərşin 
«ərsin», 
mis
  «mis»  və  s.  terminlər,  əslində  ümumişlək  leksik 
qatdan terminoloji  laya keçmişdir.
Misgərlik  sənəti  inkişaf etdikcə,  bu  sahəyə  aid  alətlər  də 
artmışdır.  Təbii  ki,  hər  bir  alətin  öz  adı  olmuşdur.  Məsələn, 
sıındum
  «zindan», 
simbə
  «metalda  mıx  yeri  açmaq  üçün  alət» 
(zıııqavod
 «mıxın baş tərəfini  girdələmək üçün  alət», 
mıxkəş
 «kəlbətin», 
qalannx
 «mıx  düzəltmək üçün  alət», 
kəlbəti 
icoğ
 «masa», 
ödrang
 «ocağı  qarışdırmaq üçün alət» və  s.
Sənətdə  eyni  alətin  müxtəlif  növləri  tətbiq  edilir. 
Məsələn, 
sımdıım
  sözünü  götürək.  O,  alətin  ümumi  adıdır: 
İn 
sundum a  çan  soli  kor  bəfidoştənim.
  «Bu  zindanı  neçə  ildir 
işlədirik».  Amma  sundumun  müxtəlif  növləri  var. 
Çiloğ
  bir
169


Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
tərəfi  til  şəklində  olan  zindanın  adıdır. 
Çiloğ  dan
  silindrik 
məmulatların  hazırlanmasında  istifadə  olunmuşdur.  İn 
çiloğa 
çan  soli  kor  bəfıdoştənim.  «Bu  zindanı  («çiloğu»)  neçə  ildir 
işlədirik». 
Oıblasundum
  əsas  zindandır,  ona  «ana  zindan» 
deyirlər. 
Bə  misgəri  bütiin  когһоп  bə  sər  qıblasundum  dirə 
bəbiran.
  «Misgərlikdə  bütün  işlər  ana  zindanın  üzərində 
görülür». 
Korsundum
  misin  spesifik  formaya  salınması 
məqsədilə istifadə edilən zindan növüdür.
Tat  dilinin  misgərlik  və  dəmirçilik  terminologiyasında 
istifadə  edilən  çəkiclərin  də  çoxlu  sayda  növləri  var  və  bu 
növlərin  hər  birinin  məxsusi  adı  var.  Məsələn: 
kor sü
  «ağzı 
dördbucaqlı 
şəklində  olan  çəkic»: 
Nəzər  korsürə  nayoft. 
«Nəzər 
çəkici
  tapmadı»; 
kələ  kor sü
  «iri  çəkic», 
lözani
  (/ö 
«dodaq»  və 
zərən
  «vurmaq»  felindən).  Metal  məmulatın  dar 
hissəsində  iş  görmək üçün  olan  aləti  bildirir. 
Bəstirə gər dənir ə 
ve  lözani  rost  bısoxtənund.
  «Güyümün  boğaz  hissəsini  bu 
alətlə düzəldirlər».
Mis
  sözünün  etimologiyası  da  maraq  doğurur.  Bu  söz  tat 
dili  və  bir  sıra  İran  dillərində  işlənir.  Türk  dillərinin 
bəzilərində 
bakir
  sözü  həmin  mənada  işlənir. 
Bakir
  türk 
dillərinin  qədim  yazılı 
abidələrində  qeydə  alınmışdır. 
H.Əsgərovun 
fikrincə, 
Azərbaycan 
dilində 
mis
 
sözü 
işləndiyindən, 
bakir
  mühafizə  edilməmişdir  (57,  90-95).  Türk 
dilləri  üçün  «mis»  anlamında  işlənmiş  ilkin  kökün 
cez
  (qaz), 
des
  (alt), 
çes
  (tuv), 
ciz
  (tat), 
ces
  (başq;  çuv.)  variantlarından 
biri  olması  qənaətinə  gəlmək  mümkündür.  Qədim  türk 
lüğətində 
cez
  «sarı  mis»  mənasında  verilmişdir  (DTS,  260). 
Müəyyən  fonetik  əvəzlənmələrə  istinadla 
mis
  sözünün  bu 
kökdən yarandığını  ehtimal  etmək olar.
Tat  dilində,  xüsusən  də,  onun  Lahıc  ləhcəsində  misgərlik 
və  dəmirçilik  sənətinə  aid  kifayət  qədər  çox  termin  var. 
Nəri 
«qalın  metalı  dartıb  uzatmaq  üçün  alət»,  lözani  «metal
170


Yüklə 64 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə