Gülsüm Hüseynova.
Tat dilinin leksikası
coğrafi terminlər, dini, hərbi terminlər və s.). Qeyd olunan
cəhətlərin hamısı tat dilinin leksikasında özünü göstərir. Tat
dilinin lüğət tərkibində bu qəbildən olan terminlərin işləkliyi
olduqca yüksəkdir. Ona görə də tat dilinin leksikasına aid
tədqiqat işində terminlərin ayrıca araşdırılması lazım gəlir.
Konkret bir dilin leksikasını öyrənmək prosesində ən etibarlı
metod həmin leksikanı, o cümlədən, terminoloji leksikanı
tematik qruplar üzrə tədqiq etməyin vacibliyi elmi ədəbiyyatda
göstərilir (34, 80; 67, 186). Tat dilində işlənən terminlərin
tematik qruplar üzrə tədqiqi məqsədəuyğundür. Tat dilinin
lüğət tərkibinə daxil olan terminləri aşağıdakı qruplara bölmək
olar: 1) müxtəlif sənət sahələrinə aid terminlər; 2) qohumluq
terminlər; 3) dini terminlər; 4) tibb terminləri; 5) iqtisadiyyatla
bağlı terminlər; 6) bitkiçiliyə aid terminlər; 7) heyvandarlığa
aid terminlər; 8) coğrafi terminlər; 9) astronomiyaya aid
terminlər; 10) etnoqrafiyaya aid terminlər; 11) elmi-texniki
tərəqqi, mədəniyyətin inkişafı ilə birlikdə dilin lüğət fondunun
ümumişlək leksik layına keçmiş müxtəlif sahə terminləri. Bu
qruplardan bəzilərini yarımqruplara ayırmaq mümkündür.
Qeyd olunan qrupları ayrı-ayrılıqda nəzərdən keçirək.
H.Həsənov peşə-sənət leksikasını belə təyin edir: «Peşəsi,
işi, sənəti, istehsalat fəaliyyəti, ixtisası ilə əlaqədar birləşən
kollektivin nitqində işlədilən sözlərə peşə-sənət leksikası
deyilir. Bunlar xüsusi məfhum, əmək aləti və ya məhsulunu,
istehsalın əmək prosesini ifadə edir. Ona görə də onları bəzən
xüsusi sözlər və ya terminlər adlandırırlar». O, peşə-sənət
leksikasına aid olan sözləri aşağıdakı şəkildə qruplaşdırır
(çörəkçilik, meyvəçilik, üzümçülük, tərəvəzçilik, quşçuluq,
balıqçılıq, atçılıq, əkinçilik) və bu leksikanın terminlərdən
fərqini açmağa çalışır. Müəllif belə hesab edir ki, peşə-sənət
leksikası öz tərkibinə görə, əsasən, köhnə peşə və xüsusi
məşğuliyyətlə əlaqədar olan arxaik sözlərdir (məsələn,
165
Gülsüm Hüseynova.
Tat dilinin leksikası
dənizçilikdə, dülgərlikdə və s.). «Peşə-sənət leksikası öz
məzmununa və işlənmə dairəsinə görə məhduddur. Onun
işlənmə dairəsi yeni istehsal proseslərinin yaranması, elm və
texnikanın yeni nailiyyətlərinin istehsalata tətbiqi ilə əlaqədar
olaraq daralır» (67, 186-187).
Sənət ayrılıqda götürülmüş bir xalqa məxsus deyil. Bütün
xalqlar müəyyən sənət sahələri ilə məşğul olmuş və hazırda da
məşğul olurlar. Ona görə də müxtəlif sənət və peşəyə aid
sözlər bütün xalqların dilində işlənir. Bu baxımdan,
Azərbaycan tatlarının dilində də sənət leksikası geniş yer tutur.
Onu da qeyd etmək lazımdır ki, tat dilinin ayrı-ayrı
ləhcələrində müxtəlif sənət sahələrinə məxsus sözlərdən
istifadə olunur. Bu, ondan irəli gəlir ki, sənət sahələrinin ərazi
üzrə yayılmasındakı fərqlər dilin leksik sisteminə öz təsirini
göstərmişdir. Məsələn, Lahıc ləhcəsində misgərlik, zərgərlik,
eləcə də, dəmirçiliklə bağlı sözlər böyük toplu təşkil edirsə,
Quba və Qonaqkənd ləhcələrində, Məlhəm, Xızı şivələrində
toxuculuq, dabbaqlıq, Abşeron ləhcəsində zərgərlik sənətlərinə
məxsus terminlər çoxdur. Əlbəttə, belə bir cəhət hər hansı
ləhcədə başqa sənət sahələrinə aid terminlərin olmadığını
göstərmir. Məsələn, toxuculuq terminləri Lahıc ləhcəsində də
az deyil. Qeyd olunan cəhət odan irəli gəlir ki, müxtəlif
ərazilərdə yaşayan adamlar ayrı-ayrı sənət növləri ilə məşğul
olmuşlar. Sadəcə bu sənət növlərindən biri və ya bir neçəsi
müəyyən ərazidə daha geniş yayıldığından, həmin sahəyə aid
terminlər bu ərazidə çoxluğu ilə seçilir. Tədqiqat işində tat
dilinin ümumi terminoloji mənzərəsi öyrənildiyindən sənət-
peşə leksikasını ayrı-ayrı ləhcələr üzrə bölməyə deyil,
terminoloji vahidləri vahid bir sistemdə birləşdirməyə ehtiyac
yaranır.
Tat dilində işlənən müxtəlif sənət sahələrinə aid
terminləri, aşağıdakı sahələrlə bağlı aid olan yarımqruplara
166
Gülsüm Hüseynova. Tat dilinin leksikası
ayırmaq olar: 1) misgərlik; 2) dəmirçilik; 3) toxuculuq; 4)
zərgərlik; 5) dabbaqlıq; 6) dulusçuluq. Tat dili ilə bağlı
aparılmış təhlil və araşdırmalar, toplanmış materiallardan
aydın olur ki, misgərlik və toxuculuğa aid terminlərin sayı
daha çoxdur. Ona görə də bu iki yarımqrupa aid terminləri
ayrıca, digər yarımqrupa aid terminləri isə bir yerdə
araşdırmaq məqsədəuyğundur. Onu da qeyd edək ki, misgərlik
və dəmirçilik bir-birindən istifadə olunan materialın növünə
görə fərqlənən sənət növləridir. İnsanlar, şübhəsiz ki, müəyyən
metallardan daha tez istifadə etmişlər. Ümumiyyətlə, metal
emalı ilə bağlı əsas sənət sahələri dəmirçilik, misgərlik,
tənəkçilik və zərgərlikdir. Mis ilk istifadə olunmuş metaldır.
Qalay, qurğuşun və başqa metalların mislə qarışığından tunc
alınmışdır. Tunc dəmirdən əvvəl istifadə edilmişdir. Sonralar
sənətkarlar dəmir əşyalar düzəltməyə üstünlük vermişlər.
Dəmir
sözü V əsrə aid yazılı abidələrdə qeydə alınmışdır:
«Təmir kapığka təki sülədim» (118, 71). Lakin bəzək
əşyalarının, eləcə də, ərzaq saxlanması və yeməklə bağlı
əşyaların dəmirdən hazırlanmasına üstünlük verilməmişdir.
Bu, suyun təsiri ilə dəmirin paslanması ilə əlaqədardır.
Azərbaycanda dəmir e.ə. ikinci minilliyin axırları birinci
minilliyin əvvəllərindən istifadə edilmişdir. Ölkədə arxeoloji
qazıntılar nəticəsində Dəmir dövrünə aid çoxlu abidə aşkara
çıxarılmışdır (22, 400-401).
Misgərlik və dəmirçilik sənətləri ilə məşğul olanlar hər
iki
sənət növünə
aid məmulatları
hazırlaya bilirlər.
Dəmirçilikdə kənd təsərrüfatında istifadə olunan alətlərin
hazırlanması əsas yeri tutursa, misgərlikdə evdə istifadə
olunan əşyalar, silahlar və s. daha çox düzəldilir. Bu sənət
növləri ilə məşğul olan ustaların istifadə etdiyi alətlər də,
əsasən eynidir. Məlumdur ki, sənət sahələrinin diferensiasiyası
onlara aid sözlərin müxtəlif sahələrə aid terminlər sisteminə
167
Dostları ilə paylaş: |