Azərbaycan tatlarının dilinin materialları əsasında



Yüklə 64 Kb.
Pdf görüntüsü
səhifə56/85
tarix06.05.2018
ölçüsü64 Kb.
#42893
1   ...   52   53   54   55   56   57   58   59   ...   85

Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
kimi 
ifadəsini 
tapmışdır. 
Tematik 
bölgü 
anlayışına 
münasibətdə  fərqli  cəhətlər müxtəlif müəlliflərin bölgü  zamanı 
seçdikləri  və  ya  təyin  etdikləri  qrupların  adlarında  və  bu 
qruplara daxil  edilən  sözlərdə özünü göstərmişdir.
Bəzi  tədqiqatçılar  dildə  sözləri  müəyyən  meyarlar  üzrə 
kateqoriyalara  bölmüşlər.  Məsələn,  N.A.Slüsareva  keyfiyyət, 
xassə,  əlamət  və  bəzi  münasibətləri  keyfiyyət  kateqoriyasına 
aid  edir.  Onun  fikrincə,  keyfiyyət  kateqoriyasının  bütün 
dillərdə  külli  miqdarda  ifadə  vasitələri  var  ki,  onlar  dilin 
koqnitiv  funksiyalarının  komponentlərini  aydınlaşdırmağa 
xidmət göstərir (281,  176).
V.Z.Panfilov 
belə 
hesab 
edir 
ki, 
bütün 
inikas 
kateqoriyaları  qarşılıqlı  əlaqədə  olub,  əşya-xassə-münasibət, 
keyfiyyət-kəmiyyət-ölçü,  məkan-zaman  və  s.  yuvalarda 
qruplaşır  (249,  131).  Əslində  söz  kateqoriyalarını  leksik- 
semantik  planda  fərqləndirmək  üçün  sözün  ümumi  mənasına 
əsaslanmaq lazım gəlir.
Dil 
vahidlərinin 
ümumi 
semantik 
əlamətə 
görə 
qruplaşdırılan  toplusu  semantik  sahə  yaradır.  Semantik  sahəyə 
daxil  olan  sözlər müəyyən  ümumi  məna tərkib  hissəsinə  malik 
olur. 
Semantik  sahənin  əsas  xassələri 
aşağıdakılardan 
ibarətdir:  1)  semantik  sahə  dilin  daşıyıcısı  üçün  intiutiv  olaraq 
başa  düşülən  olur  və  onun  üçün  psixoloji  reallıqdır;  2) 
semantik  sahə  muxtar  dil  hadisəsidir (avtonomdur)  və  dilin  alt 
sistemi  kimi  fərqləndirilir;  3)  semantik  sahənin  vahidləri  bir- 
biri  ilə  sistemli  semantik  münasibətlərə  malikdir;  4)  dilin  hər 
bir  semantik  sahəsi,  digər  semantik  sahələrlə  əlaqəli  olub, 
onlarla bir yerdə dil  sistemini yaradır.
Məsələn,  ev  və  onun  hissələri  ilə  məişət  əşyaları 
arasında,  kənd  təsərrüfatı  ilə  əlaqədar  sözlərlə  heyvan  və 
bitkilərə aid söz qrupları  arasında  əlaqələr var.
Semantik  sahə  nəzəriyyəsinin  əsasında  dildə  müəyyən
156


Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
semantik  qrupların  mövcudluğu,  dil  vahidlərinin  bir  və  ya  bir 
neçə  belə  qrupa  daxil  olması  təsəvvürü  durur.  Xüsusi  halda 
dilin  lüğət  tərkibi  (leksika)  müxtəlif  münasibətlər  əsasında 
birləşən  (sinonim,  antonim  və  s.)  söz  qrupları  kimi  təsəvvür 
oluna bilər.
Ayrıca  semantik  sahənin  ünsürləri  müntəzəm  və  sistemli 
münasibətlərə  malikdir.  Ona  görə  də  bütün  sahələr  qarşılıqlı 
şəkildə  bir-birinə  qarşı  qoyula  bilir.  Semantik  sahəyə  daxil 
olan  hər  bir  sözün  mənası  tam  şəkildə  o  zaman  aydınlaşır. 
Həmin  sahəyə  daxil  olan  başqa  sözlərin  mənaları  məlum 
olduqda  semantik  sahələr  bir-biri  ilə  kəsişə,  yaxud  bir  sahə 
digərinə  daxil  ola  bilir.  Bütün  bunlar  göstərir  ki,  dildəki 
leksik-semantik  qrupların  təyin  olunması  üçün  müəyyən 
meyarlardan  istifadə  edilməlidir  və,  fıkrimizcə,  belə  leksik- 
semantik  söz  qrupları  və  ya  tematik  söz  qrupları  bütün  dillər 
üçün  ümumi  plana  malik  olacaqdır.  Yuxarıda  münasibət 
bildirdiyimiz təsnifat prinsiplərində ümumi  cəhət vardır.
«Sözlər  və  onların  mənaları  bir-birindən  ayrılıqda 
yaşamır,  onlar,  bizim  istədiyimizdən  asılı  olmayaraq,  müxtəlif 
qruplar təşkil  edir,  bu  qruplaşma isə  sözlərin  ilkin  mənalarının 
bənzərliyinə  və  ya  bir-birinə  əks  olmasına  (ziddiyyətliyinə) 
əsaslanır»  (257,  82).  Sözlərin  leksik  və  məfhumi  sahələri 
fərqləndirilir.  Leksik  sahə  hər  söz  və  «söz  ailəsi»  ilə  düzəlir. 
Məfhumi  sahə  isə  bir  mərkəzi  element  ətrafında  formalaşır. 
Tematik  bölgülərdə  əsas  semantik  sahələr  kimi  insan,  yer, 
kainat,  atmosfer  daha  çox  nəzərə  alınır.  Bitkilər,  canlılar, 
insanla  bağlı  olan  tematik  qrupların  özlərinin  də  leksik- 
semantik  yarımqruplara bölünməsi  müşahidə  olunur.  Məsələn, 
canlılar  aləmi  semantik  sahəsini  quşlar,  heyvanlar,  həşarət  və 
böcəklər  yarımqruplarına  bölmək  olar.  Ümumiyyətlə,  tematik 
bölgülərin  müxtəlif  variantlarına  rast  gəlmək  olur.  Məsələn, 
İ.Tahirov  dialekt  leksikasındakı  alınma  sözləri  aşağıdakı
157


Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
tematik  qruplara  bölmüşdür:  1)  bədən  üzvlərinin  adları;  2) 
zaman  məfhumu  bildirən  sözlər;  3)  təbiət  hadisələrini  bildirən 
sözlər;  4)  heyvan  adları;  5)  cücü  və  həşarət  adları;  6)  ağac 
adları;  7)  bostançılıqla  bağlı  sözlər;  8)  quş  adları;  9) 
balıqçılıqla  bağlı  sözlər;  10)  gəmiçiliklə  bağlı  sözlər;  11) 
geyim  adları;  12)  zinət  əşyalarının  adları;  13)  meyvə  adları; 
14)  bitki  adları;  15)  yemək,  içki,  ağartı  və  s.  ilə  bağlı  sözlər;
16)  xəstəlik  adları;  17)  kənd  təsərrüfatında  istifadə  olunan 
alətlər  və  onların  hissələrinin  adları;  18)  ev,  digər  tikililər  və 
onların  hissələrinin  adlarını  bildirən  sözlər;  19)  məişətdə 
işlədilən  əşyaların  adları;  20)  toy  adətləri  ilə  bağlı  sözlər;  21) 
əlamət  və  keyfiyyət  bildirən  sözlər;  22)  toponimlər  (137,  83- 
84).  Göründüyü  kimi,  bu  qruplar  sözlərin  bölünə  biləcəyi 
tematik  qrupların  hamısını  əhatə  edə  bilməz.  Deyək  ki, 
toponimlər  ayrıca  bir  qrup  kimi  verilirsə,  onda  hidronimlər, 
antroponimlər  və  s.  də  müəyyən  qrupda  birləşdirilməlidir. 
Əlbəttə,  İ.Tahirovun  tədqiqatında  bölgülər  dialektlərdən 
toplanmış  alınma  sözlər  əsasında  aparılmışdır.  Ola  bilsin  ki, 
qeyd  edilən  tematik  bölgülər  toplanmış  materialın  miqdarı  ilə 
bağlıdır.
Q.Cəfərov  Azərbaycan  dilinin leksik-semantik  sistemi  ilə 
bağlı  tədqiqatında  üç  əsas  semantik  sistemi  nəzərdən 
keçirmişdir:  1)  şəxs,  fərd  və  rəng  bildirən  sözlərin  semantik 
sistemi;  2)  cism  (varlıq),  məkan,  zaman  və  kəmiyyət  adlarının 
semantik  sistemi;  3)  prosessuallıq  bildirən  sözlərin  semantik 
sistemi.  Müəllif birinci  sistemdə  şəxs  əvəzliklərinin,  qohumluq 
terminlərinin,  yaş-cins bildirən  sözlərin,  rəng bildirən  sözlərin, 
ikinci  sistemdə  bədən  üzvlərinin,  məkan  adlarının,  zaman 
adlarının,  sayların  semantik  sistemlərini  təhlil  və  tədqiq 
süzgəcindən  keçirmişdir  (31,  88)  ki,  bunların  hər biri  müstəqil 
mikrosistemlərdir.
Semantik  sahələr  dilçiliyin  həm  bu  və  ya  digər  dərəcədə
158


Yüklə 64 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə