Azərbaycan tatlarının dilinin materialları əsasında



Yüklə 64 Kb.
Pdf görüntüsü
səhifə74/85
tarix06.05.2018
ölçüsü64 Kb.
#42893
1   ...   70   71   72   73   74   75   76   77   ...   85

Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
deyil.  İran  Azərbaycanında 
T a tk ə n d i,  T a tla r,  T a tq ışla q ,  T a tx a  
kimi  toponimlər  qeydə  alınır.  A.Qurbanov  qeyd  edir  ki,  dildə 
hər  bir  xüsusi  ad  -   onomastik  vahid  ictimai-tarixi  inkişafın 
məhsuludur.  Xüsusi  adlar  keçmişin  izlərini  özündə  mühafizə 
edib,  müasir  zamana  kimi  gətirib  çıxaran  real  faktlar,  tarixin 
canlı  izləridir (94,  3).
Azərbaycanın  xüsusi  adlar  sistemində 
ta t
 
etnonimi  ilə 
bağlı  bir  sıra  onomastik  vahidlər  yer  tutur.  T.Əhmədov  bu 
məsələ  ilə  bağlı  olaraq  yazmışdır:  «Tat  toponimlərinə  tatların 
müəyyən  yerlərdə  kompakt,  əsasən,  isə  azərbaycandilli  əhali 
ilə 
qarışıq  şəkildə 
Dərbənd-Quba-Dəvəçi-Siyəzən-Xızı-
Abşeron  zonalarında  ara-sıra  təsadüf  olunur.  Bu  qrup 
toponimləri  fərqləndirən  cəhət  tərkiblərində  ən  çox 
d a h a r  
«qaya», 
o
 
«su», 
d i
 
«kənd», 
tə n g
 
«dar», 
s ə r
 
«üst,  baş», 
x a r  
«yer»  və  s.  söz  və  terminlərin  işlənməsidir: 
X a r ıış ə ,
G ə n d o v   G ə n d o ,  N iig ə d i
 
və  s.» (46,  69).
A.Qurbanov  Azərbaycan  onomalogiyasının  əsaslarını 
sistemli 
şəkildə 
araşdırmış, 
bu 
sahənin 
prinsip 
və 
xüsusiyyətlərini,  nəzəri  əsaslarıni,  tədqiqi  yollarını  hərtərəfli 
aydınlaşdırmış,  onomalogiya  ilə bağlı  dilçilər  qarşısında  duran 
vəzifələrin  tam  spektrini  açmışdır.  Tədqiqatçı  başqa  dillərə 
məxsus  onomastik  vahidlərə  də  yer  ayırmış,  bu  sahədə
tədqiqatların  əhəmiyyətini 
qeyd 
etmişdir: 
«Dilimizin
leksikasına  başqa  lüğəvi  vahidələrlə  bərabər,  bir  sıra 
onomastik vahidlər də  daxil  olmuşdur.  Onların  dilimizə  keçmə 
tarixi  olduqca  müxtəlif  dövrlərə  təsadüf  edir.  Dilimizin 
onomastik  sistemini  müəyyən  dövrlər  üzrə  araşdırıb  tədqiq 
etmək,  başqa  dillərə  məxsus  xüsusi  adların  mənşəyini 
müəyyənləşdirməklə,  çox  mühüm  elmi  nəticələrə  gəlmək  olar. 
Müasir  Azərbaycan  dilçiliyi bü  barədə  hələ  öz  sözünü
deməmişdir»  (27,  316).
Azərbaycan 
onomastik 
vahidlərinin 
arasında
205


Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
Azərbaycanda  yaşayan  başqa  xalqların  dillərində  olan  bir  sıra 
onomastik  vahidlər  qeydə  alınır.  Bu  onomalogiyanın,  demək 
olar  ki,  bütün  şöbələrində  (antroponimiya,  etnonimiya, 
toponimiya,  hidronimiya,  zoonimiya)  əksini  tapır.  Azərbaycan 
dilində  başqa  dillərdən  alınmalar  antroponimiyada  daha  geniş 
yayılmışdır.  Başqa  dillərə  aid  onomastik  vahidlərin  tədqiqi 
prosesində  dillərin  qarşılıqlı  əlaqəsi  nəticəsində  xüsusi  adda 
izlərini  saxlayan  bir  sıra  linqvistik  və  ekstralinqvistik 
hadisələri  üzə  çıxarmaq  olur.  Alınma  və  ya  tərkibində  alınma 
ünsür  olan  onomastik vahidlərin tədqiqi  bu  cəhətdən  də  xüsusi 
əhəmiyyət  kəsb  edir.  Qeyd  olunduğu  kimi,  Azərbaycan 
onomastikasında tat  dili  ilə  bağlı  bir  sıra vahidlər  aşkar  edilir. 
«Bakı  ətrafında  bir  sıra  tatdilli  toponimlər  mövcuddur. 
Məsələn: 
Ş a b a n ı,  Z n ğ n lb a ,  Z irə ,  D iib ə n d i,  G iirg a n ,  Ş ü v ə la n , 
B ilə c ə r i,  B a la x a n ı,  B ilg ə h ,  K iir d ə x a n ı
 
və  s.  İsmayıllı  rayonu 
ərazisində  rast  gəlinən  bəzi  yer  adları  da  İran  qrupu  dillərinə 
aid  toponimlərdəndir. 
Məsələn: 
Ə rə k it, 
O ə rç ə, 
U ştal,
M iic iih ə ftə r a n , 
K e ş x n r t, 
K ə n z ə , 
B a lik , 
G iiyiim , 
Ə hən, 
D ııv a r y a n ,  O o y d a n ,  X im r a n ,  B ilis ta n ,  B ə h liy a n ,  K irk ,  M in g ə
 
və 
s.» (97,  318).
Tat  dilinin  onomastikası  iki  aspektdən tədqiq  oluna bilər. 
Birinci  aspekt bilavasitə tat  dilinə  məxsus  onomastik vahidləri 
ayırıb,  ayrı-ayrılıqda  antroponimlər,  toponimlər,  hidronimlər 
və  s.  üzrə  qruplaşdırmaqla,  araşdırmağı  tələb  edir.  Bu  cəhət, 
dünyada  yayılmış  dillərdən  biri  olan  tat  dilinin  tədqiqi,  dünya 
dillərinin  inkişaf xüsusiyyətlərini  öyrənmək,  ümumiyyətlə  dil 
sistemində  gedən  proseslərə  aydınlıq  gətirmək,  dillərarası 
əlaqələrin  xüsusiyyətlərini  müəyyənləşdirmək  baxımından 
əhəmiyyət  daşıyır.  İkinci  aspekt  Azərbaycan  ərazisində tat  dili 
ilə  bağlı  müşahidə  olunan  onomastik  vahidləri  araşdırmaqla 
əlaqəlidir.  Məsələyə  bu  şəkildə  yanaşma  Azərbaycan-tat  dil 
əlaqələrinin  öyrənilməsi  üçün  aktual  məsələlərdəndir.  Bununla
206


Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
yanaşı,  xüsusi  adların  mənşəyi  məsələsinə  aydınlıq  gətirmək, 
fərqli  fikir  və  mülahizələrin  daim  müqayisəli  şəkildə,  tarixi- 
coğrafi  faktlar,  etimoloji  təhlil  zəminində  işlərin  aparılmasını 
tələb  edir.
Onomastik  vahidlər  arasında  toponimlərin  xüsusi  yeri 
var.  Toponimlər təkrarlanan  ola  bilir.  Təkrarlanan  toponimləri 
bir-birindən  fərqləndirmək  məqsədilə  fərqləndirici  sözdən 
istifadə  edilir.  Bir  sıra toponimlərin  tərkbində  xalqın,  etnosun, 
tayfanın  adı  durur.  Azərbaycanda  təkribində  «tat»  sözü  olan 
bir neçə toponim var: 
T a tla r   (K ə lb ə c ə r ,  A ğ d a ş ),  T a tlı  (A ğ sta fa , 
S a m u x ).
 
Qeyd  olunan toponimlər  sırasında 
T a to b a   (L ə n k ə r a n ), 
T a to n i 
(L e rik ), 
T a ty a n o b a  
(M a s a llı)
 
toponimlərinin  də 
verilməsi  hallarına  da  rast  gəlirik.  Lakin  sonuncuların  «tat» 
etnik  qrupu  ilə  bağlılığı  yoxdur.  Bu  toponimlərin  tərkibində 
işlənmiş 
ta t
 
sözü  talış  dilindən  olub,  «isti»  mənasındadır. 
Yaşayış  məskənindəki  isti  su  bulaqları  da  bu  fikri  təsdiqləyir. 
T a tla r
 
və 
T a tlı
 
toponimlərinin  izahı  ilə  bağlı  fərqli  fikirlər 
müşahidə  olunur.  Kəlbəcər  və  Ağdaş  rayonlarındakı  Tatlar 
kəndlərinin  adı  «İrandangəlmə»  tatlar nəslinin  adı  ilə bağlanır. 
Tatlı  (Qazax)  kəndinin  adı  isə  «əkinçi,  biçinçi,  oturaq  həyat 
keçirən»  mənasında  izah  olunur  və  onun  tat  etnik  qrupu  ilə 
bağlılığının  olmadığı  göstərilir  (25,  458).  Burada bir məsələyə 
aydınlıq  gətirmək,  onun  üzərində  dayanmaq  lazım  gəlir. 
Q.Qeybullayev  əsərində  M.Kaşqariyə  istinadla  qeyd  edir  ki, 
türklər  farsca  danışanları  «tat»  adlandırmışlar.  Tədqiqatçıların 
fikirlərinə  görə  isə,  «tat»  sözünün  ilkin  mənası  «iranlı», 
«iranca  danışan»,  «oturaq  həyat  keçirən»,  «əkinçi»  olmuşdur 
(174, 
181). 
Ağstafa 
və 
Samux 
ərazisindəki 
T a tlı
toplonimlərinin  izahında  da  bu  fikir  əsas  götürülmüşdür. 
Əlbəttə,  ilkin məna bu  cür qəbul  olunsa belə,  sözün  «tat»  etnik 
qrupu  ilə  bağlılığını  inkar  etmək  olmaz.  Çünki  tatlar  həm  İran 
dillərindən birində  danışmış,  həm  İrandangəlmə olmuş,  həm  də
207


Yüklə 64 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə