Azərbaycan tatlarının dilinin materialları əsasında



Yüklə 64 Kb.
Pdf görüntüsü
səhifə77/85
tarix06.05.2018
ölçüsü64 Kb.
#42893
1   ...   73   74   75   76   77   78   79   80   ...   85

Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
B eybut 
«qatlanmayan  iri  bıçaq».  Tat  dilinin  Lahıc 
ləhcəsində beybut sözü mənasında qeydə  alınmışdır.
K irsin 
«qışda  qızışmaq  üçün  evin  ortasında  xüsusi 
düzəldilmiş  ocaq».  Şamaxı  şivəsində bu söz geniş işlənir.
Ç öm çə 
ağac  və  metal  emalı  prosesində  hazırlanan 
məmulatdır. 
Ç ö m ç ə
 
sözü  müasir  Azərbaycan  dilində  və  başqa 
türk  dillərində  geniş  işlənir:  azərb. 
ç ö m ç ə ,
 
türk, 
ç ö m ç e
 
və  s. 
Orta  əsr  türkcəsində  və  əski  qıpçaqcada 
ç ö m ç ə
 
lekseminin 
işlənməsi  və  onun  fars  dilindən  (
ç a m ç ə
)  alınması  göstərilir 
(323,  99).  Türk  dilində  o, 
k e p ç e
 
sözü  ilə  paralel  işlənir.  Qeyd 
etmək lazımdır ki, 
k e p ç ə
 
sözü tat, talış və fars dillərindəki 
k e ç ə  
«qaşıq»  (255,  252)  sözü ilə mənşəcə eyni  ola bilər.
Q əm çı 
«qamçı».  Bu  söz  Azərbaycan  ədəbi  dilindəki 
q a m ç ı
 
variantı  ilə  yanaşı,  dial, 
q ə m ç i
 
variantına  da  malikdir. 
Onun fonetik siması  yəqin ki bununla bağlıdır.
O vsar 
«dəvə yüyəni,  noxtası».  Azərbaycan  ədəbiyyatında 
bu söz müvafiq materiallarla təmsil  olunmuşdur:
Ağ dəvə düzdə qaldı,
O v s a r ı
 
bizdə qaldı.
Neçə arzum,  həsrətim 
Dərdli  Təbrizdə qaldı.
Yaxud:  Bir dəvənin 
o v s a r ım
 
tuta-tuta.
D əsgirə 
«cəyəndən  toxunma  səbət,  zənbil»  (
d ə s t
 
«əl»  + 
g ir
 
«tut»),
T əsək 
«təsək» (gecə papağı).  Qədim pəhləvi  dilində 
tə sik, 
ümumiyyətlə,  paltar,  bundan  əmələ  gəlmiş 
tə ş k ıık
 
sözü  isə 
«müqəddəs  paltar»  mənasını  daşımışdır.  M.Hacıyev  göstərir 
ki,  «tatlar  da  gecə  yuxusundan  qabaq  başlarındakı  papağı 
çıxarıb  təsək  qoyardılar  ki,  gecə  yatanda  pis  yuxular 
görməsinlər,  onların  açıq  başına  bəd  ruhlar  qonmasınlar. 
Onlar,  deməli,  təsəkdə  bir  müqəddəslik,  bir  nicatvericilik 
görmüşlər  (o) 
i a s   lə s
 
(başın  ortası,  qafası)  sözündən  və 
ə k
213


Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
kiçiltmə ədatından yaranmış  düzəltmə  sözdür»  (60,  126).
T əsək 
sözü  eyni  formada,  eyni  mənada  və  aid  olduğu 
əşya  ilə  birlikdə  azərbaycanlılar  arasında  yaşayır.  Bu  isə 
xalqımızın  təsəvvür  və  inamlarının  nə  qədər  qədim  olduğunu 
bir daha təsdiqləyir.
Qir 
«quyudan  su çıxartmaq üçün işlədilən ucu  əyri  ağac», 
«ağacın  uca  budaqlarını  aşağı  əymək  üçün  istifadə  edilən  ucu 
əyri  ağac»,  (koğa,  «qarmaq») və  s.
Talış dilində bu  sözə «qəloskonə»  şəklində rast gəlinir.
G ərənay 
«dudkeş»,  «buxarının  tüstü  çıxan  yeri».  Müq. 
et:  azərb. 
gərənay
  «nəfəsli  musiqi  aləti».  Carçılar  çağrışır, 
gərənay
  bozlar,  Ərəb  atlar  macal  tapmaz  qaşana  («Koroğlu») 
və  s.
M əzrəhə 
«xəlbir».
M əfrağ 
«çuğun  suqabı».
NimdəıV/nim dar 
«döşəkçə», 
nimdərçə  nimdarçə
  «kiçik 
döşəkçə».  Həmin  söz  formalarda  «kiçik  həcm»  təsəvvürü 
yerinə  görə  həm  ayrıca  leksik  vahidlə,  həm  də  kiçiltmə 
bildirən  şəkilçi  ilə ifadə edilmişdir.
Taz 
«nazik, uzun tir».
Şətəl 
«yun corab» (59,  178).
K üşə 
«çarığın  bağı  keçirilən  yer,  dəlik».  Müq.  et:  azərb. 
köşə
  «çarıq tikmək üçün göndən çəkilmiş bağ».
K ala 
«2-3- litrlik şüşə qab, banka».
T ilat 
«ağzı  yeyilmiş  və  sapı  düşmüş  köhnə  bıçaq», 
«çaqqu».
Q irabli 
«qaloş».
Q alağ 
«bozdamacı  çevirmək üçün ağac alət».
Qafun 
«yavanlıq  (pendir,  yağ  və  s.)»;  «duru,  yüngül 
xörək».
X udur 
«sulu xörək».
T ax-tax 
«çox nazik bişirilmiş quru  çörək»  (təqlidi  söz).
214


Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
K al//kol 
«yumurta,  yağ  və  qoz  vurulmuş  xəmirdən 
bişirilən çörək».
Z ərdou//zərdo 
«ayranın 
qaynatdıqdan 
və 
şoru 
götürüldükdən  sonra  qalan  su  «şur  suvu» 
(zərd
  «sarı», 
su  o 
«su»),
Y ağlipiyaz 
«soğanqovurması».  Müq.  et: 
yağlı
 və
piyaz.
Pindirpiyaz 
«soğan 
qovurmasının 
üzərinə 
pendir 
tökməklə hazırlanan xörək».
D ülə  qoğal 
(Ab.)  «iç  qoğal».  Bu  ad  başqa  yerdə  də  bizə 
təsadüf edib.  Birinci  tərkib  hissəsi 
dül
  sözü  «ürək»,  məs.  «iç» 
deməkdir.  İkinçi  tərkib  hissəsinin  izaha  ehtiyacı  yoxdur:  Bə  id 
Noruz  dülə  qoğal  boş  həmsiya  impezim  «Novruz  bayramında 
qonşularla birlikdə iç qoğal  (şorqoqal) bişirərik».
Pezirən 
(Ab.)  «bişirmək».  Əsasən,  Balaxanı  və  Suraxanı 
tatlarının  dilində  qeydə  alınmışdır.  Nezilə  əyəlü,  nə  mutanı 
xurak  pezirən  «Nazilə  uşaqdır,  xörək  bişirə  bilməz».  Tat 
dilində bu  söz «bürcundan» formasında işlənir.
Tso 
(Ab.)  «doşab».  Əsasən,  Balaxanı  tatlarının  dilində 
işlənir.  Saxtə  xəşilə  muxardim  boş 
tşo
  boş  rağan  ve  lezzəti. 
«Bərk xəşili 
doşabla
,  yağla ləzzətlə yeyərdik».
H alə 
«gəlinin  otağında  bəylik  yatağın  üstünə  salınan 
bəzəkli  örtük.  Müq.  et:
Yax lampanı  lalə kimi,
Sərin nurlu 
halə
 kimi 
Gəlinmizin otağında (M.Müşfiq).
SimsoıV/simşər 
«simsar»,  «yaxın adam».
Mənə  eş ye  simsor gərəyi.  «Mənə  də bir  simşar gərəkdir»
və  s.
B.Millerin  lüğətində  bu  söz 
semsar
  şəklində  «köhnə 
paltar satan» mənasında verilmişdir (229,  291).
N osi-nosi 
«novruz  payı»  (Ab.).  Əyəlun  müamarund  bə 
nosi-nosi  xonçə  muxastund.  «Uşaqlar  gəlib  xonçadan  novruz
215


Yüklə 64 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə