Azərbaycan Texniki Universiteti “Avtomobil texnikası” kafedrası



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə40/43
tarix17.10.2017
ölçüsü1,09 Mb.
#5254
1   ...   35   36   37   38   39   40   41   42   43

86 

 

Mühazirə 28. 



 

Nəqliyyatın istismar materialları, ehtiyat hissələr  və aqreqatlarla təchiz edilməsi. 

 

Maye yanacaqlar neft ayırma zavodlarından yanacaq doldurma stansiyalarına bir qayda 

olaraq xüsusi formaya, konstruksiyaya və müəyyən həcmə malik quruluşu olan (buna avtosistern  

deyilir) avtomobillərdə daşınır. 

     Sistern öz funksiyası (təyinatı) ilə əlaqədar olaraq bir sıra elementlərlə təchiz edilir. Onun 

boğazlığının  qapağında  yanacaq  qəbul  edən  boru,  daxilindəki  təzyiqi  avtomatik  tənzim  edən 

(nizamlayan)  nəfəs  klapanı,  yanacağın  səviyyəsini  yoxlamağa  imkan  verən  nəzarət  şupu 

yerləşdirilir.  Sisterndən  yanacağı  boşaltmaq  üçün  onun  dib  hissəsində  axıdıcı  boru  nəzərdə 

tutulur.  Avtomobil-sisternin  vəziyyətinə  nəzərən  aşağı  səviyyəli  çənlərdən  yanacağın  sisternə 

vurulması  üçün  avtomobilin  şassisində  mərkəzdənqaçma  tipli  nasos  yerləşdirilir.  Avtomobildə 

tormozlama  əməliyyatı  apararkən  hidravlik  zərbələrin  təsirini  azaltmaq  məqsədilə  sisternin 

daxilində yarıqları olan arakəsmələr qoyulur.  

    Yanacaq  sisterndən  boşaldılarkən  boruda  əmələ  gələn  statik  elektriklənmə  nəticəsində 

qığılcımın  baş  verməməsi  üçün  xüsusi  quruluş  -  zəncir  avtomobilin  gövdəsinə  bağlanır  və 

sərbəst  sallanmaqla  yerlə  əlaqələndirilir.  Yanacağın  təhlükəsizliyinin  təmin  edilməsi  məqsədilə 

avtomobilin səs batıranının borusu qabağa tərəf istiqamətləndirilir. 

  Yanacaq  daşınan  avtomobil-sisternlərin  tutumu  4-10  min  litrə  qədər  olur.  Məhsuldarlığı 

artırmaq üçün qoşqu və yarımqoşqulardan (sisternli) istifadə edib bilər. 

   Neft  ayırma  bazasından  buraxılan  yanacaq  üçün  keyfiyyət  pasportu  verilir.  Yanacağın 

miqdarı avtomobil tərəzisində çəkilməklə yaxud stisternin həcminə və yanacağın xüsusi çəkisinə 

görə  təyin  edilir.  Hər  bir  avtosisternin  həcmi  müvafiq  dövlət  orqanları  tərəfindən  təsdiq  edilən 

pasportda  göstərilir.  Avtomobil  doldurucu  stansiyalarda  yanacağı  qəbul  edərkən  sənədlərin 

düzgünlüyü,  sisterndəki yanacağın  miqdarı (səviyyəyə  görə) və keyfiyyəti  (xüsusi çəkiyə  və  su  

qarışığının olmamasına görə) yoxlanılır. Uyğunsuzluq aşkar olunan hallarda yanacağı qəbul edən 

və təhvil verən şəxslərin imzaları ilə akt tərtib edilir. 

    Yanacağın saxlanması və avtomobillərə paylanması üçün lazım olan avadanlıqlar (yanacaq 

boruları,  çənlər,  kolonkalar)  və  xidmət  binası  (operatorların  iş  yeri)  birlikdə  yanacaq  doldurma 

məntəqəsini  və  ya  avtomobil  doldurma  stansiyasını  (ADS)  təşkil  edir.  ADS-ları  müxtəlif 

əlamətlərə görə təsnif edirlər. 

    Avtodoldurma  stansiyasında  saxlanılan  ümumi  yanacağın  miqdarı  bir  avtomobilin  orta 

doldurma həcmindən və ehtiyatda saxlanılma günlərindən asılı olaraq müəyyən edilir. 

Maye  yanacaqlar  avtodoldurma  stansiyasında  xüsusi  təyinatlı  sisternlərdə  və  ya  çənlərdə 

saxlanılır.  Çənlər  yerin  üst  səthində,  yarım  zirzəmilərdə  və  zirzəmilərdə  yerləşdirilir.  Çənlərin 

yerin  altında  yerləşdirilməsi  az  sahə  tələb  etməsinə,  ucuz  olmasına,  yanacağın  axıdılması  üçün 

əlavə  nasos  qurğusu  tələb  etməməsinə,  yanğın  təhlükəsizliyinə  və  buxarlan-a  itkilərinin  az 

olmasına görə üstün sayıldığı üçün daha geniş tətbiq edilir.    Yanacağın saxlanılma tələblərindən 

biri  də  onların  yanğına  qarşı  təhlükəsizliyinin  təmin  edilməsidir.  Bu  məqsədlə  yanacaq 

saxlanılan  çənlər  oddan  qoruyucularla  təchiz  edilir  (şəkil  6.5.).  Bu  qoruyucular  alovun  çənin 

daxilinə keçməsinə imkan vermir.  

    ADS-da  yanacağın  avtomobillərə  verilməsi  yanacaq  paylayıcı  kolonkalar  vasitəsilə  icra 

edilir. Yanacaq paylayıcı qurğular əsasən çəndən yanacağı vuran nasosdan, buraxılan yanacağın 

miqdarını ölçən sayğacdan və tapançası olan paylama şlanqından ibarətdir.  

Yanacaq  paylayıcı  kolonkalar  müxtəlif  konstruksiyada  istehsal  edilirlər.  Onlar  qurulma 

xüsusiyyətinə  görə  (üsuluna)  görə  stasionar  və  səyyar,  nasosun  intiqalma  görə  əl  vasitəsilə 

hərəkətə gətirilən, elektromexaniki və kombinə edilmiş, idarə edilmə üsuluna görə distansion və 

avtomatik  tapşırıq  qurğuları  olan  (kartlarla)  və  s.  tipdə  olurlar.  Dövlət  standartrına  əsasən 

kolonkalarm  məhsuldarlığı  (25  -250)  l/dəq.  arasmda  dəyişir.  Hər  dəfə  kolonkadan  yanacaq 

buraxdıqda nisbi xəta vurulan yanacağın ± 0,5%-dən çox olmamalıdır. Hazırda ADS-da işlədilən 

kolonkalar  havanın  temperaturu  -  40°C-dən  +45°C  arasında  dəyişdikdə  öz  funksiyalarını 




87 

 

tamamilə yerinə yetirirlər. Avtomobillərə müxtəlif oktan odədinə malik yanacaq paylamaq üçün 



iki  nasosu  olan  doldurma  kolonkaları  işlədilir.  Nasoslardan  biri  normal  oktan  ədədinə  malik, 

digəri  isə  yüksək  oktanlı  benzin  vurur.  Bundan  başqa  eyni  zamanda  iki  istehlakçıya  benzin 

buraxan ikiləşmiş stasionar yanacaq paylayıcı kolonkalar da mövcuddur. 

    Yanacağın  saxlanması və paylanması  sahələrində siqaret  çəkmək və açıq alovdan istifadə 

etmək  qadağandır,  yanğına  qarşı  mübarizə  tədbirləri  nəzərdə  tutulur.  Burada  avtomobilin 

yanacaq  bakı  doldurularkən  mühərrik  dayandırılır.  ADS  yanğın  söndürən  ləvazimatlarla  təchiz 

olunmalıdır. 

 

 



 

Şəkil 6.5. Yanacağm oddan qoruyucuları olan rezervuarda saxlanılma sxemi. 

1 - əks klapan; 2 - rezervuar (çən); 3 - yerlə əlaqələndirici; 5 - hava borusu; 4, 8 və 10 - son 

və bucaq (künc) oddan qoruyucuları; 6 - süzgəc; 7 - axma borusu; 9 - ölçüsü boru; 11 - sorucu 

boru; 12 - yanacaq paylayıcı kolonka 13 - şlanq; 14 - bərkidici tutucular; 15 -beton yastıqlar 

 

   Stansiyanın ərazisi kifayət dərəcədə işıqlandırılır və ildırım ötürücü qurğularla təmin edilir. 



Yanacaq  paylayıcı  kolonkarın  xarici  elektroenerji  xəttindən  vaxtında  açılması  üçün  xüsusi 

quruluş nəzərdə tutulur, onun bütün metal hissələri yerlə əlaqələndirilir. 

   Son  zamanlar  bir  çox  müsbət  xüsusiyyətlərinə  görə  (ətraf  mühitin  öz  zəhərlənməsi, 

yanacağa  qənaət  edilməsi,  mühərrik  yağının  işləmə  müddətinin  artırılması,  detalların  ömür 

uzunluğunun  yüksəlməsi  və  s.)  benzin  və  dizel  yanacaqları  əvəzinə  qazbalonlu  hərəkət 

tərkiblərində  mayeləşmiş  və  sıxılmış  qazlardan  avtomobil  yanacağı  kimi  istifadə  edilir.  Bu 

qazların itkisiz saxlanılmasını təmin etmək üçün onları müəyyən şəraitdə maye halına çevirirlər. 

    Mayeləşmiş qazların əsas xüsusiyyəti odur ki, onlar kiçik təzyiqlərdə (0,8 -1,6 MPa) və adi 

temperaturlarda (18-20°C) asanlıqla qaz halından maye halına keçirlər. Buna görə bu qazları kip 

çənlərdə və ya balonlarda asanlıqla nəql etmək və saxlamaq mümkündür, avtomobil balonları da 

maye qazla doldurulur. Mayeləşmiş qazın tərkibini propan-butan (hərəsindən 50%) qarışığı təşkil 

edir. Bu tərkibin müxtəlif tərəflərə dəyişməsi balonlarda təzyiqin dəyişməsinə səbəb olur.      

      Sıxılmış  qazın  əsas  komponenti  metandır.  Avtomobildə  ehtiyat  qazın  saxlanılması  üçün 

lazım  olan  balonların  qabarit  ölçülərinin  kiçik  alınması  məqsədilə  metan  qazı  20MPa  (200kq/

2

sm

)  təzyiq  altında  saxlanılır.  Buna  görə  balonlar  yüksək  keyfiyyətli  poladdan  hazırlanır  və 

böyük  kütləyə  malik  olur.  Məsələn,  50l  həcmi  olan  (normal  şəraitdə  10 

3

m

)  balonun  çəkisi  70 

kq-a yaxındır. 

      Sıxılmış  qazın  göstərilən  təsirini  azaltmaq  və  saxlanılmasını  asanlaşdırmaq  üçün  onu 

mənfi  temperaturlarda  maye  halına  çevirirlər.  Maye  metanı  isə  yaxşı  izolə  edilmiş  qablarda 

atmosfer təzyiqində saxlamaq mümkündür. 

   Avtomobil  balonlarını  qaz  yanacağı  ilə  doldurulması  qaz  doldurucu  stansiyalarda  yerinə 

yetirilir.  Bunun  üçün  qaz  rezervuarı  avtomobil  balonundan  yuxan  səviyyədə  yerləşdirilir  ki, 

maye  şəklində  olan  qaz  öz  axını  ilə  balona  daxil  olsun.  Doldurulma  prosesini  sürətləndirmək 




Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə