Azərbaycan Texniki Universiteti “Avtomobil texnikası” kafedrası



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə42/43
tarix17.10.2017
ölçüsü1,09 Mb.
#5254
1   ...   35   36   37   38   39   40   41   42   43

90 

 

Mühazirə 29. 



Nəqliyyat və ətraf mühit  

NV-nin ətraf mühitə mənfi təsiri. Nəqliyyatın ekoloji problemləri. 

 

     Hazırda  dünya  ictimaiyyətini  narahat  edən,  yer  üzündə  sülhü  qoruyub  saxlamaq  qədər 



zəruri olan problemlərdən biri də ətraf mühitin mühafizəsi məsələsidir. Bu problem inkişaf etmiş 

sənaye  ölkələri  üçün  silahların  istehsalının  azaldılması  problemindən  sonra  bir  nömrəli 

problemdir.  Bununla  əlaqədar  olaraq  hələ  1971-ci  ildə  23  ölkədən  2200  alimin  bütün  dünya 

əhalisinə  müraciətində  göstərilmişdir  ki,  bəşəriyyəti  ekoloji  tarazlığın  pozulması  təhlükəsindən 

qurtarmaq barədə ciddi düşünmək lazımdır. 

   Planetimizin  atmosferi  sənayenin  sürətli  inkişafı  nəticəsində  havaya  buraxılan  zəhərli 

qazlar və tullantılar hesabına çirklənir. Bunun bir səbəbi müxtəlif istehsal sahələrində mütərəqqi 

və  optimal  texnoloji  proseslərin  tətbiq  edilməməsidirsə,  digər  səbəbi  avtomobil  nəqliyyatıdır. 

Belə ki, avtomobil nəqliyyatının işinin nəticəsi olaraq ətraf mühit normadan dəfələrlə çox zəhərli 

maddələrlə  çirklənir.  Kifayətdir  desək  ki,  avtomobil  nəqliyyatı  işlənmiş  qazların  tərkibində 

havaya bir ildə 300 mln tona yaxın ancaq dəm qazı buraxır. 

    Avtomobil parkının böyük sürətlə artması  göstərilən rəqəmi  daha da  yüksəldir.  Alimlərin 

verdikləri  proqnoza  görə  əsrimizin  birinci  kvartalında  dünya  avtomobil  parkının  sayı  1,4  mlyd 

ədədə çatdırılacaqdır. Buna baxmayaraq göstərmək lazımdır ki, avtomobil ekologiya baxımından 

sərfəli  nəqliyyat  növü  deyil.  Elmi  proqnozlara  görə  hələ  40...50  il  müddətində  avtomobili  həm 

iqtisadi,  həm  də  ekoloji  cəhətdən  əvəz  edə  biləcək  nəqliyyat  növünün  yaradılması  gözlənilmir. 

Bu  isə  müasir  dövrdə  «avtomobil  və  ətraf  mühit»  probleminin  təxirəsalınmaz  bir  vəzifə 

olduğunu  göstərir. Əhali  sıxlığı  yüksək olan  şəhərlər üçün  bu  məsələnin  həlli xüsusi  əhəmiyyət 

kəsb edir. 

     Hazırda  bu  istiqamətdə  yerinə  yetirilən  elmi-tədqiqat  işlərindən  əsas  məqsəd  işlənmiş 

qazların  tərkibində  ətraf  mühitə  buraxılan  zəhərli  komponentlərin  miqdarının  azaldılması 

(minimuma endirilməsi) yollarını (üsullarını) öyrənməkdir. 



Nəqliyyatın ətraf mühitə mənfi təsiri, onunla mübarizə tədbirləri 

 

        Müasir avtomobillərdə işlədilən  daxili  yanma  mühərrikləri  işlənmiş qazların tərkibində 



ətraf  mühitə  böyük  miqdarda  zəhərli  birləşmələr  (dəm  qazı  -  CO,  azot  oksidləri  -  NOx, 

karbohidrogenlər - CH və s.) buraxır. Bu zərərli birləşmələrin nəinki təbiət, hətta cəmiyyət üçün 

də  böyük təhlükəsi  var.  Atmosferə atılan zəhərli  maddələrin  gündəlik  miqdarı (mütləq  qiyməti) 

dövlət standartı ilə aşağıdakı hədlərdə normalaşdırılmışdır: CO - 1 mq./

3

m

, NOx - 0,085 mq/

3

m

,  CH  -  0,035  mq/

3

m

.  Onkoloqların  apardıqları  elmi-tədqiqat  işləri  göstərir  ki,  xərçəng 

xəstəliyinin  yayılmasında  avtomobil  nəqliyyatı  tərəfindən  atmosferə  buraxılan  zəhərli 

birləşmələrin rolu kifayət qədərdir /23, 32/. 

    İşlənmiş  qazların  tərkibində  zəhərli  komponentlərin  miqdarının  çox  olması  ilk  növbədə 

mühərrikin  konstruktiv  xüsusiyyətləri,  işlədilən  istismar  materiallarının  keyfiyyəti,  qida  və 

alışdırma  sistemlərində  nizamlama  işlərinin  vaxtında  və  keyfiyyətlə  aparılmaması,  yanma 

prosesinin  səlis  getməməsi,  mühərrikin  texniki  vəziyyəti  və  s.  amillər  ilə  izah  edilir.  Bu 

baxımdan ətraf  mühitin  qorunması üçün konstruktiv-texnoloji və  istismar  amilləri  bir-birləri ilə 

sıx  əlaqədə  öyrənilməlidir  ki,  bu  da  avtomobil  sənayesi  və  nəqliyyatı  işçiləri  tərəfindən  nəzərə 

alınmalıdır. 

    Atmosferə 

buraxılan  işlənmiş  qazların  tərkibi  daxili  yanma  mühərrikinin 

konstruksiyasından asılı olaraq dəyişir. Zəhərli komponentlərin əsasını təşkil edən dəm qazı, azot 

oksidləri və karbohidrogenlərin  miqdarı  benzin və dizel mühərrikləri üçün  aşağıdakı qiymətlərə 

qədər dəyişirlər (%-lə):  

                                                            CO                NOx                              CH 

 Benzin mühərrikləri üçün                     8                   0,8                                 2  

 Dizel mühərrikləri üçün                       0,5                0,4                                 0,1  



91 

 

 



       Bu  göstərilən  zəhərli  maddələr  insan  orqanizminə  daxil  olaraq  başgicəllənmə,  qıcolma, 

təngnəfəslik, ürək bulanma və s. bu kimi qeyri-normal hallar əmələ gətirir. 

    Avtomobil  nəqliyyatının  ətraf  mühitə  mənfi  təsirinin  ikinci  əlaməti  onun  işinin  səslə 

əlaqədar olmasıdır. Belə ki, avtomobil işlədikdə sakitliyi pozan (təsir  edici dərəcədə)  səs  əmələ 

gətirir. Səsin də sürəti 300 m/san. olduğu üçün ətrafı tez bürüyür. Səsin yayılma sürətini qrafiki 

şəkildə  sinusoid  kimi  təsəvvür  etmək  olar  ki,  onun  da  amplitudası  səsin  gücünü  (səviyyəsini), 

dalğanın uzunluğu isə onun yüksəkliyini (tonunu) göstərmiş olur. Bildiyimiz kimi səsin gücünün 

ölçü vahidi desibeldir (dB - 1000 hers tezlikli səsin gücü). Təcrübə məqsədi ilə aparılan tədqiqat 

işləri  göstərir  ki,  istehsal  sahəsində  səsin  gücü  artdıqca  orada  işçinin  qalma  müddəti  və  buna 

mütənasib  olaraq işləmə  qabiliyyəti azalır. Məsələn,  səsin gücü 90 dB oları yerdə insan normal 

olaraq  8  saat  qala  bilər.  Səsin  gücünün  hər  5  dB  artımında  (90  dB-dən  sonra)  insanın  həmin 

sahədə qalma müddəti 2 dəfə qısalır /2, 16/. Bunları nəzərə alaraq səsin gücü normalaşdırılır. 

         Avtomobilin  ətraf  mühitə  mənfi  təsirinin  üçüncü  əlaməti  onun  işinin  yol-nəqliyyat 

hadisələrinin  (qəzalarının)  törəməsinə  səbəb  olmasıdır.  Yol-nəqliyyat  hadisələrinin  analizi 

göstərir  ki,  bütün  ağır  təsirli  qəzaların  4...7%-i  texniki  cəhətdən  saz  olmayan  avtomobillərin 

üzərinə düşür. 



    Mübarizə  tədbirləri.  Avtomobil  nəqliyyatının  ətraf  mühitə  mənfi  təsirini  azaltmaq  üçün 

müxtəlif  səpgili  (xarakterli)  mübarizə  tədbirləri  aparılır.  Bunların  içərisində  əsasən 

ikiistiqamətdə  aparılan  mübarizə  tədbirləri  daha  çox  təşəkkül  tapmışdır:  hüquq  baxımından  və 

elmi-texniki  cəhətdən.  Hüquq  baxımından  bu  məsələni  nizama  salmaq  üçün  daxili  yanma 

mühərriklərinin  atmosferə  buraxdıqları  zərərli  birləşmələrin  miqdarı  dövlət  tərəfindən 

normalaşdırılmışdır. 

       Axırıncı  standarta görə (1 yanvar 1997-ci ildən qüvvədədir)  zəhərli  maddələrin  miqdarı 

mühərrikin  iki  boş  işləmə  rejimində  təyin  edilir:  a)  dirsəkli  valın  minimum  dövrlər  sayında;  b) 

dirsəkli valın yüksəldilmiş fırlanma tezliyində. Yoxlamanın bu rejimlərdə aparılması onunla izah 

olunur ki, zərərli maddələr ətraf mühitə ancaq bu dövrlər sayında daha çox atılır. 

    İşlənmiş qazların tərkibində zəhərli komponentlərin miqdarını azaltmaq üçün böyük sayda 

elmi-texniki  araşdırmalar  aparılır.  Bu  sahədə  yerinə  yetirilən  bütün  nəzəri  və  təcrübəvi  işlər 

əsasən üç istiqamətdə davam etdirilir: 

1.   Daxili yanma mühərriklərində işçi proseslərin təkmilləşdirilməsi. 

2.   İşlənmiş qazların içərisində zərərli birləşmələrin miqdarının azaldılması. 

3.  Yeni yanacaq növləri ilə (hidrogen, sintetik spirtlər, qazlar və s.) işləyəcək yeni konstruksiyalı  

mühərriklərin işlənməsi (layihə edilməsi). 

     Benzin mühərriklərindən atmosferə atılan zəhərli maddələrin miqdarını kompleks şəkildə 

qiymətləndirmək üçün  sınaqların vahid  metodika əsasında aparılması haqqında  Avropa  ölkələri 

tərəfındən  müvafıq  qərar  qəbul  edilmişdir.  Bu  məqsədlə,  avtomobilin  real  istismar 

xüsusiyyətlərini  maksimum  dərəcədə  özündə  əks  etdirən  işçi  tsiklləri  tərtib  edilmişdir.                                                                                                                                                                                                                                                                                                                                                   

Sınaqlar  laboratoriya  şəraitində  qaçış  barabanları  olan  stendlərdə  boş  işləmə,  sürətlənmə,  sabit 

sürət və yavaşıma rejimlərində I, II və III pillələr üçün aparılır. 

      Dizel mühərriklərinə gəldikdə isə bunlarda tüstülənmə dərəcəsi iki rejimdə yoxlanılır: 

  a)  sərbəst  sürətlənmə  və  b)  dirsəkli  valın  maksimum  fırlanma  tezliyində  (boş  gedişlərdə). 

Tüstülənmə dərəcəsi birinci rejimdə 60%, ikinci rejimdə isə 15%-dən çox olmamalıdır /11, 21/. 

     İşləmə  zamanı  avtomobildə  əmələ  gələn  səsin  gücünü  azaltmaq  üçün  əsasən  texniki 

tədbirlər  görülür.  Belə  ki,  daxili  yanma  mühərriklərinin  və  kuzovun  konstruksiyaları 

təkmilləşdirilir,  yaşayış  binalarının  optimal  layihə  edilmə  üsüllarından  istifadə  edilir  və  s. 

Bunlarla yanaşı hüquq baxımından da məsələ müəyyən qədər nizama salınır. Belə ki, normadan 

yüksək  səs  əmələ  gətirən  avtomobillərin  istismarı  qadağan  olunur,  yaşayış  yerlərində  müəyyən 

saatlardan  sonra  hərəkət  tərkibinin  işlədilməsinə  yol  verilmir,  səs  siqnalının  istifadə  edilməsi 

məhdudlaşdırılır və s. 

    Avtomobil  nəqliyyatı  tərəfindən  yaranan  səsin  gücünü  məhdudlaşdırmaq  üçün  (sanitar 

normalarına  müvafiq)  Dövlət  standartı  (QOST  12.1.003  -  74)  işlənilib  hazırlanmışdır.  Bu 




Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə