408
Komanlı oyk., sadə. Cəlilabad r-nunun eyniadlı i.ə.v.-də kənd. Burovar
silsiləsinin yamacındadır. YaĢayıĢ məntəqəsi türk mənĢəli koman/kuman
tayfalarının Azərb.-da məskunlaĢması nəticəsində yaranmıĢdır.
Komintern bax: Soyuqbulaq.
Komsomol qəsəbə. Bax: Yuxarı Aran.
Komsomol bax: ƏrəbqardaĢbəyli (1939-cu ilədək kəndin adı
olmuĢdur).
Komsomol bax: Qaralar.
Konstantinovka bax: Ġsmətli.
Kontavurçay hidr., mür. Lerik r-nu ərazisində çay. Hidronim
kont
(dialektlərdə "tərs" mənasında iĢlənir), avur (gur sulu) və çay
komponentlərindən düzəlib, "gur sulu tərs çay" mənasındadır.
Kopıton hidr., mür. Sabirabad r-nu ərazisində göl. Kürboyu ərazidə
yerləĢən axmazlardan biridir. Hidronim kopı (yerli dialektdə "toplanmaq"
mənasında iĢlənən kopalanmaq sözündəndir) və ton (türk dillərində "çay")
komponentlərindən düzəlib, "çaydan toplanmıĢ" mənasındadır.
Korarx oyk., sadə. AğdaĢ r-nunun Pirkəkə i.ə.v.-də kənd. ġirvan
düzündədir. Kənd vaxtilə mövcud olmuĢ Korarx (tutulmuĢ, batmıĢ arx) adlı
arxın kənarında salındığına görə belə adlanmıĢdır. Gürcüstanın Marneuli r-
nunda Dəmyə Korarx adlı kənd var.
Korazıllı oyk., düz. Füzuli r-nunun Qarakollu i.ə.v.-də kənd.
Qozluçayın (Arazın qolu) sahilində, Qarabağ silsiləsinin ətəyindədir. Oykonimin
"körpə quzular üçün ağılların olduğu yer" mənasında olan koracıl sözündən və -
lı mənsubluq bildirən Ģəkilçidən düzəldiyi güman edilir.
Korcabulaq oyk., sadə. Laçın r-nunun Qarabəyli i.ə.v.-də kənd. Dağlıq
ərazidədir. YaĢayıĢ məntəqəsi XIX əsrin ikinci yarısında Korcabulaq adlı
bulağın yanında salınmıĢdır. Kənd həmin bulağın adı ilə adlandırılmıĢdır. Bulaq
quraqlıq olanda quruyur, yağmurlu vaxtlarda isə gözü açılır. Ona görə də gözü
tez-tez tutulan, yəni susuz qalan belə bulaqlara xalq arasında korbulaq və ya
korcabulaq deyilir.
Korcabulaq or., sadə. ġəmkir r-nu ərazisində dağ. Dağ Cəyir
kəndindən Ģ.-dədir. Dağın adı ərazidəki eyniadlı bulağın adı ilə bağlıdır.
Korçay hidr., mür. Goranboy və Yevlax r-nları ərazisində çay.
Kürəkçayın sol qoludur. Çay baĢlanğıcını Xanlar r-nunun Yuxarı Ağasıbəyli
kəndi yaxınlığındakı Korbulaqlar adlanan bulaqlardan götürdüyünə görə belə
adlanmıĢdır.
Kordərə hidr., sadə. Oğuz r-nu ərazisində çay. Əlican çayının sol
qoludur. Çay axdığı Kordərə adlı dərənin adı ilə adlanmıĢdır. Dərənin adı isə
Koradərə adının təhrif olunmuĢ variantıdır. Toponim türk dillərindəki kora
(quzu saxlanan yer) və dərə sözlərindən düzəlib, "kora olan dərə" mənasındadır.
409
Korgöz oyk., sadə. Bakı Ģəhəri Qaradağ r-nunun QızıldaĢ qəsəbə i.ə.v.-
də Ģtq. Qəsəbə öz adını yaxınlığındakı eyniadlı vulkanın adından almıĢdır. Sovet
hakimiyyəti illərində neft yataqlarının aĢkar edilməsi ilə əlaqədar yaranmıĢdır.
Korgöz or., mür. Qaradağ r-nu ərazisində, AbĢeron yarımadasının c.-
q.-ində sönmüĢ palçıq vulkanı. Hün. 398 m. Dağın adı kor (tutmuĢ, fəaliyyətdən
qalmıĢ, batmıĢ) və göz (burada "vulkanın ağzı" mənasında) sözlərindən ibarətdir.
Kərkəs variantında da qeydə alınmıĢdır.
Koroğludağ or., mür. Tovuz r-nu ərazisində dağ. Yerli əhali arasında
Koroğlu qalası dağı da adlanır. Qalanın xarabalığı həmin r-ndakı Yuxarı
Öysüzlü kəndi yaxınlığındakı Giləncə dağındadır. Rəvayətə görə, qalanı xalq
qəhrəmanı Koroğlu tikdirmiĢdir.
Koroğluqobu hidr., mür. Bərdə r-nu ərazisində çay. Oykonim
Koroğlu
(xalq qəhrəmanı Koroğlunun adı) və qobu (yarğan, dərə, çay dərəsi)
komponentlərindən düzəlib, "Koroğlu dərəsi" mənasındadır.
Kortala oyk., mür. Balakən r-nunun PüĢtətala i.ə.v.-də kənd. Katex
çayının sahilində, Alazan-Əyriçay çökəkliyindədir. Kəndin adı türk dillərindəki
kora (təzə doğulmuĢ quzuların saxlandığı yer) və
tala (meĢədə açıq sahə)
komponentlərindən düzəlib. Kəndin ərazisi keçmiĢdə maldarların qıĢlaq yeri
olduğu üçün belə adlandırılmıĢdır.
Kosacan oyk., sadə. ġərur r-nunun Siyaqut i.ə.v.-də kənd. Arpa çayının
sahilində, ġərur düzündədir. Bəzi tədqiqatçılara görə, XIII əsrdə Türkiyə
ərazisində monqolların dağıtdığı Kusakan Ģəhərindən gəlmiĢ ailələrin gətirdiyi
addır. Lakin bu oykonimin Azərb. ərazisində də özünəməxsus arealları vardır:
Kosakan (Zəngilan), Küsəkan/Küsəkəran (Lerik). Türkiyədə, Sivasın 80 km.-
liyində Kosadağ oronimi qeydə alınmıĢdır.
Kosagül oyk., sadə. Masallı r-nunun BanbaĢı i.ə.v.-də kənd. Lənkəran
ovalığındadır. Yerli əhalinin məlumatına görə, yaĢayıĢ məntəqəsi XVI əsrdə
salınmıĢ, XVIII əsrdə isə TalıĢ xanı Mir Mustafaxan bu kəndi qızına bağıĢladığı
üçün bir müddət Xanımkənd adlanmıĢdır. Oykonim kosalar nəslinin adından
olub bu etnonimin Kosagil variantıdır.
Kosakan oyk., sadə. Zəngilan r-nunun Cahangirbəyli i.ə.v.-də kənd.
Dağətəyi ərazidədir. KeçmiĢ adı Kosakan Tatar olmuĢdur. Əhali arasında Tatar
Kosalar, Əhmədbəy Tatar da adlanır. YaĢayıĢ məntəqəsini XIX əsrdə Qubadlı r-
nunun Tatar kəndindən gəlmiĢ ailələr Kosakan adlı kəndin ərazisində
məskunlaĢaraq salmıĢdılar. Bu kəndin əvvəlki sakinləri isə vaxtilə Cənubi
Azərb. ərazisinə köçərək orada məskunlaĢmıĢlar. Oykonim qəd. türk dillərindəki
kosak (bağlanmıĢ, birləĢmiĢ) sözlərindən və
-an (yer, məkan) Ģək.-sindən
düzəlib, insanların oturaq həyata keçməsi ilə əlaqədar yaranmıĢdır.
Kosalar oyk., sadə. 1. Ağdam r-nunun Göytəpə i.ə.v.-də kənd.
Dağətəyi düzənlikdədir. Oykonim XIX əsrin əvvəllərində Qarabağ xanı
Mehdiqulu xana mənsub xəlfəli tayfasının kosalar tirəsinin adı ilə bağlıdır; 2.