46
Bu gün beynəlxalq aləmdə respublikamıza qarşı münasibətdə hiss olunan
müsbət dəyişikliklərin yaranmasından və mövcud əlverişli situasiyadan kifayət
qədər səmərəli istifadə edilməlidir.
Həmçinin Azərbaycan Avropa Şurasının tamhüquqlu üzvü kimi öz
fəaliyyətində çalışmalıdır ki, Avropa Şurasının Parlament Assambleyası Qafqaz
regionunda baş verən prosesləri daim diqqət mərkəzində saxlasın.
Azərbaycan Respublikası ilə Avropa Şurası arasında münasibətlərə tam
aydınlıq gətirmək üçün bu münasibətlərə Azərbaycanın ən ağrılı yeri olan Dağlıq
Qarabağ münaqişəsi kontekstindən yanaşmaq maraqlı olardı.
Dağlıq Qarabağ münaqişəsinin həllinə münasibətdə — bu gün Azərbaycan
ərazisinin 20 faizi işğal altında qalmaqdadır, bir milyon azərbaycanlı əvvəlki kimi
qaçqın və köçkün vəziyyətində əzab çəkməkdədir. Azərbaycan — Ermənistan
arasında Dağlıq Qarabağ regionu üzrə həllini tapmamış 17 illik münaqişə öz
neqativ təsirini təkcə Azərbaycana deyil, bütün Cənubi Qafqaz regionunun
təhlükəsizliyinə və stabilliyinə göstərir, demokratik inkişafı ləngidir.
1993-cü ildə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası
Azərbaycanın ərazisində işğalçı qüvvələrin qeyd-şərtsiz çıxarılmasını tələb edən
dörd qətnamə qəbul etmişdir. 1992-ci ildən başlayaraq ATƏT bilavasitə bu
münaqişənin həlli naminə fəaliyyət göstərir. Təəssüf ki, qəbul edilmiş qətnamə və
qərarlar hələ ki yerinə yetirilməyib. Fikrimizcə; yaranmış mürəkkəb vəziyyətə
baxmayaraq, Azərbaycan dövləti atəşkəs rejimini saxlamalı və münaqişənin
nizamlanması prosesini sürətləndirməlidir.
Söylənilən fikirləri əsaslandırmaq üçün qeyd etməliyik ki, Dağlıq Qarabağ
probleminin həlli ilə əlaqədar Avropa Şurası təşkilatının 1997-ci ildə qəbul etdiyi
1119 nömrəli qətnamədə, münaqişənin Lissabon sammitinin prinsipləri əsasında
Azərbaycanın ərazi bütövlüyünün qorunması şərti ilə beynəlxalq hüquq normaları
çərçivəsində həllinin vacibliyi öz əksini tapmışdır. Bu sənədlər hamı tərəfindən
qəbul edilmiş beynəlxalq hüquq normaları əsasında sülhə nail olmaq üçün yaxşı
zəmindir.
Avropa Şurasına "xüsusi dəvət olunmuş" statusu əldə etdiyi vaxtdan bu
mötəbər təşkilata tamhüquqlu üzv olduğu dövrə qədər olan müddətdə, yəni, 5 ildə
Azərbaycanın xarici siyasət konsepsiyası bir neçə prinsipial məqamı ilə diqqəti
cəlb edir. Öncə bu siyasət Azərbaycanın dünyanın nəbzi vurduğu geosiyasi məkana
doğru hərəkətini təmin edən siyasət olmuşdur. Bunu təkcə Qərbə doğru siyasət
adlandırmaq, yəqin ki, düz olmazdı. Bu, Azərbaycanın xarici siyasətinin aparıcı —
siyasi və iqtisadi cəhətləri özündə birləşdirən istiqamətlərdən biridir.
Siyasi tərəfi ondan ibarətdir ki, Azərbaycanın elan etdiyi prinsiplər dünyəvi,
demokratik, açıq və dünyada baş verməkdə olan mütərəqqi inkişaf prosesləri üçün
qapılarını açan, o proseslərə cəlb olunmaq istəyən bir dövlətdir. Müxtəlif
mövqelərdən müstəqilliyimizə xələl gətirmək istəyən qüvvələrə qarşı Azərbaycan
dünyanın güc mərkəzlərinə, o cümlədən Avropaya açıq siyasətlə inteqrasiyaya
gedir və bu bizim müstəqilliyimizə bir təminatdır.
47
İqtisadi tərəfi — sirr deyil ki, Azərbaycan çox maraqlı və əhəmiyyətli
geosiyasi məkanda yerləşir, ölkənin kifayət qədər mənbələri, neft və qaz ehtiyatları
var. Hesab edirik ki, xarici iqtisadi əlaqələr Azərbaycanın indiki vəziyyətində onun
dünya iqtisadi inteqrasiyası, öz müstəqilliyinə təminat almaq mənasında
Azərbaycan üçün çox uğurlu bir vasitədir. Burada qeyd etdiyimiz istiqamətin siyasi
və iqtisadi hissəsi bir-biri ilə tamamilə uyğunlaşır.
Bütövlükdə xarici siyasət strategiyasının düzgün müəyyənləşdirilməsi
nəticəsində Azərbaycanın Avropa Şurasına üzv qəbulu ümummilli maraqlarımıza
cavab verən böyük siyasi hadisə kimi cəmiyyət daxili siyasi çəkişmələrdən, siyasi
əqidə mənsubiyyətindən irəli gələn subyektiv mülahizələrdən qat-qat yuxarıda
durduğundan layiqincə qiymətləndirilməlidir. Əks halda biz beynəlxalq aləmdə
ümummilli mənafeyimizin xeyrinə baş vermiş hadisələrə obyektiv qiymət vermək,
bu hadisələrdən qürurlanmaq və faydalanmaq vərdişindən məhrum olarıq.
İnsan hüquqları sahəsində Avropa Şurası təşkilatı ilə əməkdaşlıq əldə
olunmuş nəticələr baxımından müsbət qiymətləndirilməlidir.
İnsan hüquqlarının qorunması sahəsində Avropa Şurası Azərbaycanla
əlaqələrinin qruplaşmasına imkan verir: insan hüquqları üzrə beynəlxalq
müqavilələr sisteminə qoşulmaq, insan hüquqlarının pozulması faktlarının üzə
çıxarılması və onların aradan qaldırılması sahəsində əməkdaşlıq Azərbaycanda
Avropa standartlarına uyğun qanun yaradıcılığının həyata keçirilməsi, insan
hüquqları üzrə Avropa Şurası konvensiyalarının hazırlanmasında bu sahəyə dair
konfrans və toplantılarda iştirak, Avropa Şurasının insan hüquqları üzrə həyata
keçirdiyi texniki əməkdaşlıq proqramlarında fəal iştirak.
Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əlaqələrin politoloji
təhlili nəticəsində aşkarlanır ki, müasir dövrdə beynəlxalq aləmdə, xüsusən Avropa
məkanında baş verən proseslərə qoşulmaq, digər Avropa ölkələri ilə münasibətlər
yaratmaq və bu münasibətləri müsbət istiqamətdə inkişaf etdirmək, beynəlxalq
əməkdaşlıqdan və qlobal problemlərdən kənarda qalmamaq üçün Avropa Şurasının
üzvü olmaq əsas amillərdən biridir.
Avropa Şurasının tamhüquqlu üzvü kimi insan hüquqlarının qorunmasına
aid konvensiya və paktlara qoşulmaq, onlardan irəli gələn öhdəliklərə əməl etmək
dünya birliyi tərəfindən Azərbaycanın demokratik dövlət kimi tanınmasında
əhəmiyyətli rol oynamaqla yanaşı, Azərbaycanda insan hüquq və azadlıqlarının
müdafiəsinin təmin olunması üçün hüquqi baza yaradılmasına, əhalinin sosial
təminatının Avropa standartlarına uyğunlaşmasına, Avropa ölkələri ilə siyasi,
iqtisadi, elmi-texniki, mədəni və humanitar sahələrdə əməkdaşlığın yeni, daha
yüksək mərhələyə keçməsinə təminat verir.
Ümummilli liderimiz Heydər Əliyevin formalaşdırdığı balanslaşdırılmış
çoxşaxəli xarici siyasət konsepsiyası əsasında beynəlxalq təşkilatlarla əməkdaşlığa
xüsusi diqqət yetirilməlidir. Onlardan ən önəmlisi Avropa Şurası ilə əlaqələrdir.
Avropa Şurası Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən
işğal edilməsi faktını tanıyan hələlik yeganə təşkilatdır. Bu məsələnin əhəmiyyəti
Dostları ilə paylaş: |