Azərbaycan və avropa şurasi



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə57/57
tarix15.07.2018
ölçüsü1,11 Mb.
#56097
1   ...   49   50   51   52   53   54   55   56   57

 
125 
Baxmayaraq  ki,  siyasi  motivlərlə  həbsxanaya  salmalar  müxtəlif  dünya 
ölkələrində,  habelə  Fransada  nadir  hal  deyildir  və  siyasi  məhbusları  başqa 
ittihamlardan  fərqləndirmək  məqsədilə  bir  sıra  müəyyən  doktrinaya  aid  və 
təcrübəyə uyğun olan cəhdlər atılmışdır, "siyasi məhbus" anlayışına hələ ki dəqiq 
və mübahisəsiz aydınlıq verilməmişdir, habelə beynəlxalq sənədlərdə də müəyyən 
edilməmişdir.  Bundan  əlavə,  Avropa  İnsan  Hüquqları  Məhkəməsinin  Hüquq 
Məcəlləsində belə anlayış yoxdur. Çox təəssüf, lakin Avropa Şurasının ekspertləri 
(cənab  S.Tresel  başda  olmaqla)  tərəfindən  "siyasi  məhbus"  anlayışını 
müəyyənləşdirən beş kriteriya hər hansı konkret bir ölkəyə aid ola bilməz. 
"Avropa  Şurasının  üzvü  olan  ölkədə  hətta  bir  siyasi  məhbusun  olmasının 
həddən çox olduğunu" (cənab V.Şvimmer) bəyan edən, mütləq ədalətli bir tezisin 
yerinə  yetirilməsi  ətrafında  davam  edən  müzakirələrin  gedişində  "siyasi  məhbus" 
terminin  keçmiş  siyasətçilərin  törətdikləri  ciddi  cinayət  xarakterli  qanun 
pozuntularının  pərdələnməsi  məqsədilə  istifadə  etmək  üçün  qərəzli  cəhdlər 
göstərilmişdir.  "Siyasətçi-məhbus"  və  "siyasi  məhbus"  anlayışları  arasında  hədlər 
müəyyən  edilmədiyi  üçün  müxtəlif  insan  hüquq  təşkilatları  tərəfindən  "siyasi 
məhbus"  kimi  təqdim  edilən  şəxslərin  sayı  subyektiv  mülahizələr  və  həmçinin 
siyasi  motivlər  əsasında  artırıla  və  ya  azaldıla  bilər.  Həmişə  yadda  saxlamaq 
lazımdır ki, "siyasi məhbus" anlayışı hamı tərəfindən qəbul edilmiş hüquq və insan 
hüquqları  prinsiplərinə,  xüsusilə  də  hamının  qanun  və  məhkəmə  qarşısında 
bərabərliyi prinsipinə, "res çudicata" və digər fundamental hüquq qaydalarına xələl 
gətirməməlidir. 
"Siyasi məhbus" məfhumunun birinci hissəsi bu anlayışın siyasi xarakterini 
göstərir, ikinci hissəsi isə onun hüquqi aspektini özündə saxlayır. Buna görə də bu 
anlayışın  parametrləri  təsnif  edilərkən  xalis  hüquqi  və  ya  xalis  siyasi  yanaşma 
müsbət nəticə verməyəcəkdir və bu iki yanaşma üsulunun sərhəd xəttinə əsaslanan 
müvafiq kriteriyalar axtarılmalıdır. 
"Siyasi  məhbus"  ideyası  ətrafında  gedən  çoxsaylı  mübahisələrə  son 
qoymağın yeganə yolu bu məsələnin siyasi müzakirələrdən hüquqi çərçivə hədləri 
daxilinə  köçürülməsi  və  hamı  tərəfindən  qəbul  edilə  bilən  və  hüquqi  cəhətdən 
icbari  olan  kriteriyaların  müəyyənləşməsidir.  Bu  deyilmiş  termin  üçün  dəqiq 
müəyyənləşdirilmiş  kriteriyaların  zəruriliyi  məsələsi  hər  dəfə  Avropa  Şurası 
hüdudları  daxilində  "Avropada  siyasi  məhbuslar",  "Ukraynada  siyasi  məhbuslar" 
kimi adlandırılmış müvafiq sənədlər qarşıya qoyulduğu zaman qaldırılır. 
Yuxarıdakıları  nəzərə  almaqla  assambleya  tövsiyə  edir:  Görkəmli 
hüquqşünasların  iştirakı    ilə    assambleyanın      himayəsi  altında  kollokvium 
keçirilməsi; 
Siyasi  işlər  komitəsində  və  assambleyanın  Siyasi  işlər  və  insan  hüquqları 
komitəsində "siyasi məhbus" termini üçün aydın ifadə edilmiş hüquqi kriteriyaların 
müəyyənləşdirilməsi məsələsi üzrə xüsusi müzakirələrin təşkil edilməsi
Bu  kriteriyaların  assambleya  tərəfindən  qəbul  ediləcək  xüsusi  qətnamədə 
təsdiq edilməsi.  


 
126 
İmzalayanlar — 14 nəfər. 
 
XV.  Nazirlər  Komitəsinin  fəaliyyətinin  koordinasiya  edilməsinə  dair 
müzakirə 
Sənəd 9752 
Hazırda  İraqda  keçmiş  müharibə  məsələsinin  dünya  ictimaiyyətinin,  o 
cümlədən  Avropa  Şurasının  gündəlik  mövzusunun  əsas  hissəsi  olduğunu  nəzərə 
almaqla, 
Avropa Şurasının İraqda olan vəziyyətə öz münasibətini artıq bir neçə dəfə 
bəyan etdiyini nəzərdən keçirməklə, 
Nazirlər  Komitəsinin,  demək  olar  ki,  bütün  Avropa  ölkələrini  daxil  edən 
Avropa  Şurasının  əsas  siyasi  orqanı  olmadığı  və  hələ  ki  bu  məsələyə  dair  heç  bir 
bəyannaməni hazır etmədiyi amilini qeyd etməklə
Nazirlər  Komitəsinin  sədrinə,  komitənin  Avropa  ictimaiyyətinin  əsas 
problemi  olan  bu  məsələyə  dair  hər  hansı  mövqeyi  qəbul  etməsi  barədə  sual 
vermək istərdi. 
 
XVI. Ölüm cəzasının ləğv edilməsi öhdəliyinin yerinə yetirilməməsinə dair 
Avropa Şurasında iştirakçı ölkələrin məsuliyyətləri 
Sənəd 9784 
Avropa  Şurasının  bir  çox  iştirakçı  ölkələri  ölüm  cəzasını  artıq  ləğv  etmiş, 
qalan  hissəsi  isə  ölüm  cəzasının  hətta  müharibə  dövründə  ləğv  olunmasına  dair 
İnsan  Hüquqları  Avropa  Konvensiyasının  13  saylı  Protokolunun  təsdiqedilmə 
mərhələsindədir. Lakin üzərinə ölüm cəzasının ləğv olunmasına dair rəsmi öhdəlik 
götürən bəzi dövlətlər bu günə qədər həmin öhdəliyi yerinə yetirməmiş və həmin 
dövlətlərin  Avropa  Şurası  ailəsinə  daxil  olması  narahatlıq  hissi  doğurur.  Ölüm 
cəzasının ləğv olunmasından dövrün demokratik inkişafa sadiq və insan hüquqları 
prinsiplərinə  hörmət  bəsləyərək  ölüm  cəzası  mexanizminin  ölkə  daxilində  təzyiq 
və qorxutma məqsədilə istifadə edən dövlət tərəfindən uydurma olaraq uzadılması 
mənfi bir haldır. Ermənistan Respublikası mənfi nümunələrdən biri ola bilər. 
25  yanvar  2001-ci  il  tarixdə  Avropa  Şurasına  daxil  olarkən  Ermənistan 
Respublikası  üzərinə  götürdüyü  əsas  öhdəliklərdən  biri  həmin  ölkədə  ölüm 
cəzasının  ləğv  olunmasına  dair  İnsan  Hüquqları  Avropa  Konvensiyasının  6  saylı 
Protokolunun  təsdiq  edilməsi  olmuşdur.  Onu  da  demək  lazımdır  ki,  Ermənistan 
Respublikası bu sözü başqa beynəlxalq təşkilatlardan əvvəl vermişdi. 1998-ci ilin 
oktyabr  ayında  Cenevrədə,  BMT-də  Ermənistan  nümayəndəsi  İnsan  hüquqları 
komitəsinə bildirmişdir ki, onun ölkəsində ölüm cəzasının ləğv olunması 1 yanvar 
1999-cu il tarixdən qüvvəyə minəcəkdir. 
26  sentyabr  2002-ci  ildə  keçirilən  Avropa  Şurasının  Parlament 
Assambleyasının  payız  iclasında  Ermənistan  Respublikasının  üzərinə  götürdüyü 
öhdəlikləri yerinə  yetirməməsi məsələsi müzakirə olunmuş və Ermənistan 6 saylı 
Protokolun  təsdiq  olunmamasına  dair  məsələ  ilə  bağlı  tənqid  olunmuşdu. 


 
127 
Vəkillərin  bir  çoxu  Ermənistan  tərəfindən  ölüm  cəzasının  ləğv  olunmaması 
məsələsi  ilə  bağlı  Ermənistana  təzyiq  göstərmək  təklifi  ilə  çıxış  etdi  və  son  tarix 
2003-cü il yanvar ayına müəyyən olundu. Lakin prinsiplər məsələsinə daha liberal 
mövqedən  yanaşdılar.  Son  tarixə  qədər  ölüm  cəzasını  ləğv  etməyən  ölkə  üçün 
2003-cü il iyun ayı müəyyən olundu. 
Hadisələrin  gedişini  izləyərək  demək  olar  ki,  Ermənistan  hətta  etibar 
olunmuş uzadılmış müddət dövründə də ölüm cəzasının ləğv olunması niyyətində 
deyil.  25  may  2003-cü  il  tarixində  ölkədə  parlament  seçkiləri  keçiriləcək,  yeni 
parlamentin qurulması, ölüm cəzasının ləğv olunması və 6 saylı Protokolun təsdiq 
olunması  uzun  sürəcək,  o  cümlədən  Ermənistan  qanunvericilik  sistemində 
dəyişikliklər də uzun bir müddət tələb edəcəkdir. 
Beləliklə,  Ermənistan  Avropa  Şurası  Assambleyasının  iyunda  keçiriləcək 
sessiyasına assambleya tərəfindən qoyulmuş şərtləri yerinə yetirməmiş gələcəkdir. 
Əlbəttə, Ermənistan həmin öhdəlikləri yerinə yetirmə müddətini uzadaraq hər hansı 
siyasi  motivləri  izləyir  və  Avropa  Şurasının  əsas  prinsiplərə  dair  tələblərinə 
etinasız münasibəti yenə də narahatlıq hissləri doğurur. 
Yuxarıda qeyd edilənləri nəzərə alaraq assambleya qərara alır: 
Ermənistan  Respublikasının  üzərinə  götürdüyü  ölüm  cəzasının  ləğv 
olunması ilə bağlı öhdəliklərini  müəyyən olunmuş tarix  —  2003-cü  il iyun ayına 
qədər  yerinə  yetirmədiyi  halda  Ermənistana  qarşı  təcili  olaraq  müvafiq  tədbirlər 
görmək; 
hazırkı  problemin  əhəmiyyətini  nəzərə  alaraq,  hesab  edilir  ki,  bu  məsələ 
müvafiq komitələrdə təcili olaraq müzakirə olunmalıdır; 
Nazirlər  Komitəsinin  səlahiyyətləri  çərçivəsində  sistemli  olaraq  hər  hansı 
öhdəliklərin  yerinə  yetirilməsindən  boyun  qaçıran  ölkədə  müvafiq  tədbirlər 
görmək. 
İmzalayanlar — 26 nəfər. 


 
128 
ƏLAVƏ – 2 
 
Avropa Şurası Parlament Assambleyasının sədr müavini 
və büro üzvü, Azərbaycan Parlamentinin AŞ PA-dakı 
nümayəndə heyətinin başçısı, millət vəkili 
İlham Əliyevin qurumun iclaslarında çıxışları 
Azərbaycan Parlamentinin AŞ PA-dakı nümayəndə heyətinin başçısı, millət 
vəkili  İlham  Əliyevin  AŞ  PA-nın  "Avropanın  iqtisadi  və  qlobal  mütəşəkkil 
cinayətkarlıq ilə mübarizəsi" iclasının 1-ci forumunda çıxışı (24.04.2001-ci il). 
İlham  Əliyevin  AŞ  PA-nın  2001-ci  il  payız  sessiyasında  gündəlikdəki 
"Birləşmiş  Ştatlara  qarşı  törədilmiş  terror  aktları"  məsələsinin  müzakirəsində 
çıxışı (25.09.2001-ci il). 
İlham Əliyevin Azərbaycanın Avropa Şurasına daxil olmasının ildönümünə 
həsr edilmiş təntənəli mərasimdə çıxışı (23.01.2002-ci il). 
İlham  Əliyevin  AŞ  PA-nın  2002-ci  il  qış  sessiyasında  gündəlikdəki 
"Terrorizmə  qarşı  mübarizə  və  insan  hüquqlarına  hörmət"  məsələsinin 
müzakirəsində çıxışı (24.01.2002-ci il). 
İlham  Əliyevin  Bakıda  keçirilmiş  AŞ  PA-nın  İqtisadi  məsələlər          və     
inkişaf     komitəsinin      iclasında      çıxışı (30.05.2002-ci il). 
İlham Əliyevin Bakıda  keçirilmiş  AŞ  PA-nın İqtisadi  məsələlər və inkişaf 
komitəsinin  iclası  çərçivəsində  "Avropa  və  Xəzərin  enerji  ehtiyatlarının  inkişafı" 
mövzusunda beynəlxalq seminarda çıxışı (01.06.2002-ci il). 
İlham  Əliyevin  AŞ  PA-nın  2002-ci  il  yay  sessiyasında  gündəlikdəki 
"Ermənistan,  Azərbaycan   və  Gürcüstanda qaçqınların və məcburi köçkünlərin 
vəziyyəti" məsələsinin müzakirəsində çıxışı (27.06.2002-ci il). 
Azərbaycanın  parlament  nümayəndə  heyətinin  Strasburqda  Avropa 
Şurasının  mətbuat  mərkəzində  keçirdiyi  mətbuat  konfransında  İlham  Əliyevin 
çıxışı (26.06.2002-ci il). 
İlham  Əliyevin  AŞ  PA-nın  2002-ci  il  payız  sessiyasında  gündəlikdəki 
"İqtisadi  əməkdaşlıq  və  inkişaf  təşkilatı  və  dünya  iqtisadiyyatı"  məsələsinin 
müzakirəsində çıxışı (25.09.2002-cı il). 
İlham  Əliyevin  AŞ  PA-nın  2002-ci  il  payız  sessiyasında  gündəlikdəki 
"Ermənistanın  Avropa  Şurası  qarşısında  öhdəlikləri    yerinə    yetirməsinin  
müzakirəsi"   ətrafında   çıxışı (26.09.2002-ci il). 
İlham  Əliyevin  AŞ  PA-nın  2002-ci  il  payız  sessiyasında  gündəlikdəki 
"Azərbaycanın  Avropa  Şurası  qarşısında  öhdəlikləri  yerinə  yetirməsinə  dair" 
məsələsinin müzakirəsində çıxışı (26.09.2002-ci il). 
İlham  Əliyevin  AŞ  PA-nın  2003-cü  il  payız  sessiyasında  gündəlikdəki 
"Cənub-Şərqi Avropa üçün sabitlik paktının imkanları" məsələsinin müzakirəsində 
çıxışı (27.01.2003-cü il). 


 
129 
AŞ PA-nın sədr müavini və büro üzvü İlham Əliyevin AŞ PA-nın 2003-cü 
il  yaz  sessiyasında  gündəlikdəki  "Ermənistanda  prezident  seçkilərinin  nəticələri" 
ilə bağlı müzakirələrdə çıxışı (31.03.2003-cü il). 
İlham  Əliyevin  AŞ  PA-nın  2003-cü  il  yaz  sessiyasında  gündəlikdəki 
"Avropa  və  Xəzər  dənizi  regionunda  enerji  ehtiyatlarının  inkişafı"  ilə  bağlı 
məsələnin müzakirəsində çıxışı (02.04.2003-cü il). 
İlham  Əliyevin  AŞ  PA-nın  2003-cü  il  yay  sessiyasında  gündəlikdəki 
"Azərbaycanda  siyasi  məhbuslar  məsələsi"nin  sessiyanın  gündəliyindən 
çıxarılması təklifi ilə bağlı çıxışı (23.06.2003-cü il). 
İlham  Əliyevin  AŞ  PA-nın  2003-cü  il  yay  sessiyasında  gündəlikdəki 
"Avropada muxtar vilayətlərin müsbət təcrübəsi" məsələsi ilə bağlı müzakirələrdə 
çıxışı (24.06.2003-cü il). 
 
Avropa Şurasının əsas günləri 
 
5 may 1949 - Avropa  Şurasını   təsis  edən   London müqaviləsi on dövlət 
tərəfindən  imzalanmışdır:  Belçika,  Danimarka,  Fransa,  İrlandiya,  İtaliya, 
Lüksemburq, Niderland, Norveç, İsveç və Böyük Britaniya. 
4 noyabr 1950 - Romada   insan   hüquqlarının   qorunmasını təmin edən 
ilk  beynəlxalq  hüquqi  vasitə  olan  Avropa  Şurasının  İnsan  hüquqlarının  və  əsas 
azadlıqların qorunması üzrə Konvensiyasının imzalanması. 
19  dekabr  1954  -  Avropa    Şurasının    Təhsil,      mədəniyyət,  gənclər  və 
idman  sahəsində  fəaliyyətini  formalaşdıran  Avropa  Mədəniyyət  Konvensiyasının 
imzalanması. 
16  aprel  1956  -  Köçmə  Fondu  (hazırda  Avropa  Şurasının  İnkişaf  Bankı) 
üzv dövlətlərə sosialyönümlü layihələrə yardım etmək üçün təsis olunub. 
12  yanvar  1957  -  Avropa  Şurası  tərəfindən  yerli  və  regional  hakimiyyət 
nümayəndələrini  bir  yerə  toplamaq  məqsədilə  Avropa  Yerli  və  Regional 
Hakimiyyətlərinin  Daimi  Konfransı  (hazırda  Avropa  Şurası  Yerli  və  Regional 
Hakimiyyətlər Konqresi) yaradılmışdır. 
18 oktyabr 1959 - Avropa İnsan Hüquqları  Konvensiyasına uyğun olaraq 
üzv  dövlətlər  tərəfindən  götürülən  öhdəliklərin  yerinə  yetirilməsini  təmin  etmək 
məqsədilə təşkilat tərəfindən Strasburqda Avropa İnsan Hüquqları Məhkəməsi təsis 
edilib. 
18  oktyabr  1961  -  Turində  Avropa  İnsan        Hüquqları  Konvensiyasının 
iqtisadi və sosial tərəfdaşı olan Avropa Sosial Xartiyası imzalanıb. 
1  iyun  1972  -  Avropa  Şurasının  Strasburqda  (Fransa)  ilk  Avropa  Gənclər 
Mərkəzi açılıb. 
26  noyabr  1987  -  Avropa  Şurası  tərəfindən  hazırlanmış  İşgəncə  və  qeyri-
insani  və  ya  alçaldıcı      hərəkət    və    ya    qarşısının      alınması  üzrə    Avropa  
Konvensiyasının  imzalanması. 


 
130 
8  iyun  1989  -  Demokratiya  yolunda  inkişaf  edən  ölkələrlə      daha      yaxın   
əlaqələr   qurmaq üçün Avropa  Şurası  Parlament Assambleyası   nəzdində   xüsusi   
qonaq 
statusu təsis edilib. 
30  aprel  1990  -  Lissabonda  (Portuqaliya)  Avropa  Şurasının  Şimal-Cənub 
Mərkəzi açılıb. 
10  may  1990  -  Demokratiyada  hüquqi  təminatlar  məsələləri  ilə  məşğul 
olmaq  məqsədilə  Hüquq  vasitəsilə  demokratiya  uğrunda  Avropa  Komissiyası 
(Venesiya Komissiyası) təsis olunub. 
6 noyabr 1990 - Keçmiş Sovet blokundan olan ilk ölkənin — Macarıstanın 
Avropa Şurasına üzv olması. 
Sentyabr 1991 - Avropa İttifaqının dəstəyi ilə Avropa İrsi Günlərinin təsis 
olunması. 
8 və 9 oktyabr 1993 - Vyanada  (Avstriya)   keçirilən Avropa Şurası üzv 
dövlətlərinin  dövlət  və  hökumət      başçılarının      birinci      sammiti  təşkilatın  pan-
avropa      imkanlarına  malik    olmasını    təsdiq    edən    və    milli  azlıqların     
müdafiəsində,  irqçiliyin, ksenofobiyanın    və    dözümsüzlüyün bütün formalarına 
qarşı mübarizə yeni   siyasi   prioritetləri   müəyyən   edən bəyannamə qəbul edib.  
17  yanvar  1994  -  Nazirlər  Komitəsi  tərəfindən  Avropa  Yerli  və  Regional 
Hakimiyyətlər  Daimi    Konfransını  əvəz  edən  Avropa    Şurası  Yerli  və  Regional   
Hakimiyyətlər Konqresi yaradılıb.  
1  fevral  1995  -  Avropa      Şurası      tərəfindən      hazırlanan  Milli  azlıqların 
müdafiəsi üzrə Çərçivə Konvensiyasının imzalanması.  
15  dekabr  1995  -  Avropa  Şurasının  Budapeştdə    (Macarıstan)  ikinci 
Avropa Gənclər Mərkəzinin açılması.  
28 fevral 1996 - Rusiya Avropa Şurasına üzv olur. 
4  aprel  1997  -  İnsan  hüquqları  və  biotibb  üzrə  Avropa  Konvensiyasının 
imzalanması. 
10 və 11 oktyabr 1997 - Strasburqda (Fransa) keçirilən Avropa Şurası üzv 
dövlətlərinin dövlət və hökumət başçılarının ikinci sammiti. 
12  yanvar  1998  –  İnsanların  klonlaşdırılmasını      qadağan  edən  İnsan 
hüquqları  və  biotibb  üzrə  Avropa  Konvensiyasına  olan  Əlavə  Protokolun 
imzalanması. 
1  noyabr  1998  -  Avropa  İnsan  Hüquqları  Konvensiyasına    olan    11    saylı     
Protokola  əsasən Strasburqda  yeganə daimi Avropa İnsan Hüquqları Məhkəməsi 
təsis edilib. 
5 may 1995 - Avropa Şurasının 50 illiyi. 
4 noyabr 2000 - Avropa   İnsan   Hüquqları   Konvensiyasının 50 illiyi. 
25 yanvar 2001 - Azərbaycan   və   Ermənistan   Avropa Şurasına üzv olub. 
23 noyabr 2001 - Kibercinayət üzrə Konvensiyanın imzalanması. 
24 aprel 2002 - Bosniya və Herseqovina Avropa Şurasına üzv olub. 


 
131 
2 may 2002 - Bütün hallarda ölüm hökmünü qadağan edən insan hüquqları 
üzrə Avropa Konvensiyasına olan 13 saylı Protokolun imzalanması. 
15  iyul  2002  -  İnsan      hüquqları      və      terrorizmə      qarşı  Mübarizə 
Təlimatının qəbulu. 
28 yanvar 2003 - Kompüter   sistemləri   vasitəsilə   irqçi və ksenofobiya 
xarakterli cinayətlərin baş   verməsi   ilə   bağlı   Kibercinayət üzrə Konvensiyaya 
olan Əlavə Protokolun imzalanması. 
3 aprel 2003 - Serbiya Avropa Şurasına üzv olub. 
15  may  2003  -  Terrorizmin          tətbiqi          üzrə          Avropa  Konvensiyasını    
dəyişən    Protokolun imzalanması. 
5 oktyabr 2004 - Monako Avropa Şurasına üzv olub. 
15  və  16  may  2005  -  Varşavada    (Polşa)      keçirilən  Avropa  Şurası  üzv 
dövlətlərinin dövlət və hökumət başçılarının sammiti. 
13 dekabr 2005 - Avropa bayrağının 50 illiyi. 
 


 
132 
MÜNDƏRİCAT 
Ön söz  
I fəsil. Avropa Şurası: ümumi məlumat 
§ 1. Tarixi baxış     
§ 2. Avropa Şurasının strukturu     
§ 3. Avropa Şurasının fəaliyyət istiqamətləri     
II fəsil. Azərbaycan Respublikası ilə Avropa Şurası 
arasında əməkdaşlığın inkişaf dinamikası 
§ 1. I mərhələ 
§ 2. II mərhələ     
§ 3. III mərhələ 
III  fəsil.  Azərbaycan  parlament  nümayəndə  heyətinin  Avropa  Şurası 
Parlament Assambleyasındakı uğurlu fəaliyyətinin İlham Əliyev dövrü 
IV  fəsil.  Avropa  Şurası  qarşısında  götürülmüş  öhdəliklər  kontekstində 
əməkdaşlıq  
Nəticə   
Avropa Şurasının tarixi günləri 


 
133 
Texniki redaktor: Vüsal Quliyev 
Səhifələyici: Cəbrayıl Təhməzov 
Üz qabığının müəllifi: Novruz Novruzov 
Korrektor: Kəmalə Cəfərova 
 
 
Azərbaycan və Avropa Şurası (Avropa Şurasının 60 illik yubileyinə həsr 
olunur) 
 
 
Çapa imzalanmışdır: 10.12.2009. 
Formatı 60x84 1/16. Həcmi 15 ç.v. 
Sifariş 256.   Tiraj 1000. 
 
 
CBS 
POLYGRAPHİC PRODUCTİON 
mətbəəsində çap olunmuşdur 
 

Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə