20
Regional Hakimiyyətlər Konqresi ilə əvəzlənmişdir. Ədalətli və balanslaşdırılmış
şəkildə həm yerli və həm də regional hakimiyyətlərin nümayəndələrinin təmsil
olunduğu qurum iki palatalıdır: Yerli Hakimiyyətlər Palatası və Regionlar Palatası.
Qurumun Prosedura Qaydalarına əsasən üzvlük və qurumun fəaliyyəti
Nizamnamə ilə müəyyən edilmiş Avropa Şurasının Yerli və Regional
Hakimiyyətlər Konqresinə dair Qətnamə CM/Res (2007) və əlavə edilmiş 2 may
2007-ci il tarixli Xartiya ilə və o cümlədən onun qəbul etdiyi Prosedura
Qaydaları ilə tənzimlənir.
Bu orqan yerli və regional özünüidarəçilik orqanını təmsil edir və Avropa
Şurasının məşvərətçi orqanıdır. Konqresin əsas məqsədi yerli və regional
hakimiyyətin Avropanın birləşdirilməsi prosesində və Avropa Şurasının işində
iştirakını təmin etməkdən ibarətdir. Avropa Şurası tərəfindən qəbul edilmiş bir çox
konvensiya və sazişlərdə yerli və regional hakimiyyətin əməkdaşlıq məsələləri öz
əksini tapmışdır.
Konqres - Avropa Şurasında Avropa region və bələdiyyələrinin səsidir;
Yerli və Regional səviyyələrdə seçilən nümayəndələr üçün ümumi problemləri
müzakirə etmək, təcrübələri ilə bölüşmək və öz nöqteyi-nəzərlərini hökumətlərə
çatdırmaq üçün forum qismində fəaliyyət göstərir; Yerli və Regional siyasət
məsələləri ilə bağlı Nazirlər Komitəsinə və Parlament Assambleyasına tövsiyələr
verir; yerli və regional hökumətləri təmsil edən milli və beynəlxalq təşkilatlar ilə
yaxından əməkdaşlıq edir; iştirakı işləyən demokratiyada vacib olan ictimaiyyətin
biliyini artırmaq məqsədilə yerli və regional səviyyələrdə dinləmələr və
konfranslar təşkil edir; Avropa Şurasının bütün üzv dövlətlərində yerli və regional
demokratiyanın vəziyyətinə dair ölkələr üzrə mütəmadi hesabatlar hazırlayır;
Avropa Yerli Özünüidarəetmə Xartiyasının yerinə yetirilməsini nəzarət edir; Yeni
üzv dövlətlərə effektiv yerli və regional özünüidarəetmə təşkili istiqamətindəki
irəliləyişlərin praktiki aspektləri ilə bağlı yardım edir.
Müxtəlif siyasi və iqtisadi quruluşa malik yeni dövlətlərin yaranması
Konqresi öz məqsədlərini yenidən nəzərdən keçirməyə və aşağıdakıları yenidən
formalaşdırmağa vadar etdi: Avropa Şurasının xüsusilə yeni demokratiyaya malik
bütün dövlətlərində effektiv yerli və regional hakimiyyət strukturlarının
dəstəklənməsi; üzv olan və üzvlüyə namizəd olan ölkələrdə yerli və regional
demokratiya
vəziyyətinin öyrənilməsi; vətəndaşları yerli və regional
demokratiyada effektiv şəkildə iştirakını təmin etmək məqsədilə təşəbbüslərin irəli
sürülməsi; Avropa siyasətinin formalaşmasında yerli və regional hökumətlərin
maraqlarının təmsil olunması; regionlar gələcək nəsillərə qoruyub saxlamaq
məqsədilə sülh, dözümlülük və davamlı inkişaf naminə regional və beynəlxalq
əməkdaşlığın təşviqi; Avroregionların yaradılmasının təşviqi; yerli və regional
seçkilərin müşahidəsi kimi yeni məqsədlər müəyyən olundu.
Yuxarıda da qeyd olunduğu kimi, Konqres iki palatadan ibarətdir: Yerli
Hakimiyyətlər Palatası və Regionlar Palatası. İki palatalı assambleya 315 əsas və
315 əvəzedici üzvdən ibarətdir. Onlardan hər biri Avropa Şurası üzv dövlətlərində
21
200.000-dən çox yerli və regional hakimiyyətlərdən seçilən nümayəndələrdir.
Konqres alternativ əsasda hər bir Palatanın üzvləri sırasında özünün prezidentini
seçir. Prezident iki sessiya müddəti ərzində öz vəzifələrini icra edir.
Konqres ildə bir dəfə olaraq Strasburqda iclas keçirir və akkreditə olunan
Avropa təşkilatlarını və xüsusi status və müşahidəçi qismində digər qeyri-üzv
dövlətləri salamlayır.
Milli nümayəndə heyətlərinin üzvlərindən təşkil olunan Daimi Komitə
müxtəlif Komitələr ilə birgə Konqresin payız və Yaz plenar sessiyalararası
arasında görüşür.
Konqres öz işini dörd nizamnamə komitəsi arasında bölür: Avropada yerli
və regional demokratiyanın inkişafı üzrə hesabatların hazırlanması ilə məşğul olan
və müstəqil ekspertlər Komitəsi tərəfindən dəstəklənən İnstitusional Komitə;
Media, gənclər, idman və kommunikasiya məsələləri ilə məşğul olan Mədəniyyət
və Təhsil Komitəsi; Ətraf mühit, məkan və şəhər planlaşdırılması ilə məşğul olan
Davamlı İnkişaf Komitəsi; Məşğulluq, vətəndaşlıq, miqrasiya, icmalararası
əlaqələr, qadın və kişilər arasında bərabərlik və həmrəylik məsələləri ilə bağlı
məşğul olan Sosial Birlik Komitəsi.
Regionlar Palatası həmçinin Qanunverici hakimiyyətə malik olan
Regionlarla iş üzrə İşçi Qrupa malikdir. Konqresin Baş Rəhbəri büdcənin idarə
olunmasına və Konqres Katibliyinin 40 nəfərədək əməkdaşına rəhbərlik edir.
Avropa Şurasının katibliyi konqresə əməli köməklik göstərir.
Avropa Yerli Özünüidarəetmə Xartiyası (1985) effektiv yerli
Özünüidarəetmənin demokratiya üçün zəruriliyi prinsipini irəli sürmüşdür. Xartiya
yeni demokratiyalarda qanunverici islahat modeli qismində çıxış edir. Bəzi
dövlətlər artıq Xartiyanın prinsiplərini öz konstitusiyalarına tətbiq ediblər. Ərazi
İcmaları və ya Hakimiyyətləri arasında Transsərhəd Əməkdaşlığı üzrə Avropa
Konvensiyası (1980) və onun iki əlavə Protokolu yerli və regional hakimiyyətlərin
ictimai xidmətlərin və ətraf mühitin qorunmasındakı hüququnu tanıyır.
Xaricilərin Yerli Səviyyədə İctimai Həyatda İştirakı üzrə Avropa
konvensiyası (1992) səsvermə hüququ daxil olmaqla xaricilərə mülki və siyasi
hüquqların verilməsi prinsipini irəli sürür.
Regional və ya Azlıq Dilləri üzrə Avropa Xartiyası (1992) Avropa mədəni
irsinin yekcins hissəsi olaraq regional və milli azlıq dillərinin qorunmasına və
onların hüquqda, məktəblərdə, ictimaiyyətdə, mədəni, iqtisadi və sosial həyatda və
mediada geniş istifadəsinə yardım edir.
Avropa Landşaft Konvensiyası (2000) hakimiyyətlərə Avropadakı
landşaftları qorumaq, idarə etmək və planlaşdırmaq məqsədilə yerli, regional, milli
və beynəlxalq səviyyələrdə tədbirlər görmək öhdəliyini irəli sürür.
Avropa Şəhər Xartiyası (1992) Avropa şəhər və qəsəbədə vətəndaşların
hüquqlarını müəyyən edir. O, mənzil tikintisi, şəhər memarlığı, nəqliyyat, enerji,
idman və əyləncə, çirklənmə və şəhər təhlükəsizliyi kimi şəhər idarəetməsi üçün
praktiki şəhər idarəetməsi üçün praktiki xidmət təklif edir.
Dostları ilə paylaş: |