29
tonunu, hətta dilini də dəyişərək, cavabını Osmanlı
dilində verir ki, bu fakt da, artıq
onların arasında ixtilafın başlandığını göstərir. Məktubun əvvəlində yazılırdı: ―Mən
hökmdarlar şahı Sultan Məhəmməd ibn Murad ibn Məhəmməd ibn Bayazid
xanam‖.
54
Osmanlı sultanı elə özünün ilk cümləsi ilə Uzun Həsənə öz əsil-nəcabətin
xatırladır, əzəmətini nümayiş etdirirdi. Məktubun sonrakı cümlələri daha kəskin və
eyhamlı ifadələrdir:
―Sən ki, sərdare-əcəm, xane-əzəm, Keyxosrove-yeganə, Firidune-zəmanə
Həsən xansan Agah olasan ki, hər kəs [əgər] dövləti ilə qürurlanıb, həddindən artıq
təcavüzə qurşanarsa, insafsız əməllər edərsə, [belə hərəkətlər] dövlətin əldən
çıxmasına və məmləkətin zavala uğramasına səbəb ola bilər, sən gərək ağılla
hərəkət edəsən, çünki bizim məmləkətimiz darül-islamdır. Ata-babadan bizim
dövlətimizin çırağı kafir ellərindəki ürəklərin qanı ilə yanmaqdadır. Əgər sən nə
sənə tabe olub kömək edənlər islam əhlinə qorxunc qəsd edirsinizsə dövlət və
şəriət düşmənlərindən birisiniz. Bizim atımız...yəhərlənmiş, qılınclarımız
qurşanmışdır. [sonradan] ―bilmədim və ya qafil oldum‖ deməyəsən... Mübarək
şəvval ayında sən Qarahasar qalasına hücum etdin. Mən gərək həmin qəsdə cavab
olaraq sənin zülmünü məzlumların üzərindən götürüm və ad-sanından əsər
qoymayım. Xülasə, sözü uzatmaq lazım deyildir. Mənim məktubuma cavab
göndər. Vəssalam‖.
55
II Sultan Məhəmməd dərhal oğlu sultan Mustafaya da namə göndərərək
Uzun Həsənin Osmanlı sarayına kinayəli və ədəbsiz (―biədəbanə‖) məktublar
yazmış olduğu, Qaramanlıların təhriki ilə onun ―diyari-islama‖ qəsd etdiyini
bildirir. ―Onun dəf olunması üçün səni sərəsgər təyin edirəm. Anadolu və Rumeli
bəylərbəyisi ilə
*
lazım gələn vaxtda onun üzərinə hücum edib, allahın köməyi ilə
müdafiə qapılarında [dayanaraq] bir dəqiqəni belə fövt etməyəsən‖.
56
Bu məktubda bizim diqqətimizi cəlb edən bir məsələ də nəzərə
çatdırılmalıdır. Bu məktubundan başqa II Sultan Məhəmməd Fateh özünün heç bir
naməsində Ağqoyunlu hökmdarının adını ―Uzun‖ ləqəbi ilə qələmə almamış, onu
―Həsən padşah‖, ―Həsən şah‖, ―Həsən sultan‖ şəklində qeyd etmişdir. Burada isə
ilk dəfə olaraq Osmanlı sultanının məktubunda ―Həsən‖dən əvvəl ―Uzun‖ sifəti
işlənir: ―Cahanşah padşahın və şəhid Sultan Əbu Səidin başlarına gələn
hadisələrdən sonra taxta əyləşən Uzun Həsən‖.
57
Beləliklə, bu məktubundan
*
XV əsrin ikinci yarısında Osmanlı imperiyası iki böyük canişinliyə bölünmüşdü: Anadolu və Rumeli
bəylərbəyiliyi. Anadolu bəylərbəyiliyi Kiçik Asiyanı, Rumeli bəylərbəyiliyi isə Avropa torpaqlarını
əhatə edirdi. hər bəylərbəyiliyin başında ən böyük feodal (bəylərbəyi) dururdu ki, bütün hərbi və
inzibati hakimiyyət onun əlində cəmlənmişdi. Hər bəylərbəyilik sancaqbəyiliyə və sancaqlara
bölünmüşdü. II Sultan Məhəmmədin hakimiyyəti vaxtı Kiçik Asiyada 20 sansaqbəyilik, Avropada isə
28 sancaqbəyilik vardı (Bax; A. D. Noviçev, Göst. əsər, səh. 65