26
Uzun Həsən Trabzonda itirdiklərinin əvəzinə Qaraman bəyliyini öz tərəfinə
çəkməklə çıxmaq fikrinə düşmüşdü. O, bu niyyətlə, Osmanlı sarayı
ilə nifaqda olan
Qaraoğluları müdafiyə başladı. Elə Venesiya dövləti və Qaramanla əlaqə yarada
bilmiş, hətta 1453-cü ildə onlar arasında bir sıra ticarət sazişləri və əhdnamə də
imzalanmışdır. 1463-cü ildə isə İbrahim bəy ―Ağqoyunlu və Venesiya ittifaqı‖na
qoşularaq onlarla birlikdə sənəd imzaladı.
41
1464-cü ildə avqust ayının 4-də
Qaraman əmiri İbrahim bəyin vəfatı ilə əlaqədar Qaraman böhranı daha da
kəskinləşdi və Uzun Həsən öz rəqibi II Sultan Məhəmmədi qabaqlamaq məqsədi
ilə Qaramana yürüş edərək, İbrahim bəyin oğlu İshaqi taxta əyləşdiri. Lakin onun
hakimiyyəti uzun sürmədi. 1468-ci ildə Türkiyə Qaramana hücum edərək, bu
bəyliyin də mövcudluğuna son qoydu.
42
Qaramanın Türkiyəyə birləşdirilməsi
nəticəsində Ağqoyunlu hökmdarı özünün bir mütəffiqindən və Aralıq dənizinə
çıxmaqdan məhrum oldu.
43
Qara Yusifin və Qara Osmanın vəfatından sonra Qaraqoyunlu-Ağqoyunlu
münasibətləri bir neçə il nisbətən qansız-qadasız davam etmişdirsə də, məlum
olduğu kimi, Cahanşahın Qaraqoyunlu taxtına çıxması ilə (1435) həmin
münasibətlər kəskin şəkildə pisləşir. II Murad II Məhəmmədə yazdığı son
məktubunda Osmanlı sultanının Uzun Həsənə hücum etməyə çağırır.
44
1467-ci ilin
mayında Cahanşah Osmanlı sultanı tərəfindən şirnikləndirilərək öz silahlı
qüvvələri ilə Diyarbəkirə tərəf yollandı. Sultan Məhəmmədin hökmü ilə onun
Amasya valisi olan oğlu Bayazid öz döyüşçülərini gərək Cahanşaha köməyə
göndərəydi. Lakin Qaraqoyunlu qüvvələri Ağqoyunluların müdafiə xəttini yarıb
keçə bilmədiklərini üçün geri çəkilməyə məcbur oldular, nəticədə isə onları təqib
edən Uzun Həsən Ərzincana doğru irəliləyərək, Qaraqoyunluları təqibə başladı.
Hadisələrin sonrakı gedişi göstərir ki, Osmanlıların Qaraqoyunluları himayə
etməsinə baxmayaraq, Uzun Həsənin qəfil hücumu nəticəsində Cahanşahın qoşunu
məğlub olmuş, özü isə qətlə yetirilmişdi.
45
Beləliklə, Qaraqoyunlu dövləti süqut
etdi. Bu hadisədən sonra Ağqoyunlu dövləti ilə Türkiyə arasında əlaqələr bir qədər
gücləndi və zahiri ―dostluq‖ xarakterində davam etməyə başladı.
Uzun Həsən Cahanşaha qalib gələn kimi II Sultan Məhəmmədə məktub
yollayıb, onu bu hadisədən xəbərdar etdi. Onun məlumatına görə Cahanşah öz
qoşun və ğvladlarını bir yerə toplayıb rəbiüs-sani (oktyabr) ayında ―Ağqoyunlu
üzərinə‖ hücuma keçmiş, Muş səhrasını adladıqdan sonra Uzun Həsənə məxsus
olan Çubuqcivarda dayanmış, ―o bəndə‖ isə (yəni Uzun Həsənə - Ş.F.) yeddi gün
yol getdikdən sonra ona yetişmişdi. Məktubdan bəlli olur ki, Uzun Həsən böyük
oğlu Sultan Xəlili 3 min süvarisi ilə birlikdə qaravul sifətilə irəli göndərmiş,
müqabil tərəfdənsə həmin vəzifəni Cahanşahın əmir əl-ümərası Mir Qasım
Pərvanəçi özünün 30 məşhur əmiri və 5 min süvarisi ilə icra etmişdir. Guya
Cahanşahın məqsədi Ərzincan, Kəmax, Qarahisar və yuxarı tərəflərə gedib həmin
yerləri viran etmək olmuşdur. Uzun Həsənin məlumatına görə, Qaraqoyunlu