17
Bursəvi olmalıdır – Ş.F.) qaytarsınlar sizin məktubunuz gələn vaxtlarda bu
həvaxah (yəni Cahanşah – Ş.F.) Fars və İraqi-Əcəmin qala və şəhərlərini tutmaqla
məşğul idi. Bu işi bir neçə gündə bitirib, tərs xasiyyətli çağatay tayfasının
toxumunu o diyardan kənar etdik və geri qayıtdıq. Əmir Tacəddin İbrahim Mehtəri
bu şad xəbəri xəbəri sizə çatdırmaq üçün xeyli gümüş, firuzə və yaqutla tezliklə
dərgahınıza göndərirəm‖.
70
Cahanşahın məktubunu alan II Sultan Məhəmməd ona cavabında
Qaraqoyunlu elçisi əmir Tacəddin Mehtərin artıq onun yanına çatdığını xəbər verir,
―birgə həmlə ilə İraqi-Əcəm qalalarını xilas edən və fars məmləkətlərini tutan‖
Qaraqoyunlu hökmdarını
təbrik edir, bundan bərk sevindiyini bildirir.
71
Osmanlı sarayına bundan sonra gedən məktubda Cahanşah oraya tezliklə
yeni bir qasid yollayacağını, hələlik isə Qəvaməddin Qara bəyi göndərdiyini
sultana xəbər verir.
72
Türklər tərəfindən İstanbul şəhərinin
*
fəthi Türkiyə tarixində ən əlamətdar
hadisələrdən biri olmuşdur. Məhz bu fəth münasibətilə II Sultan Məhəmməd
―Fateh‖ ləqəbinə layiq görülmüş, özünün növbəti fəthləri münasibətilə sonradan da
başqa qonşu dövlətlərə, o cümlədən Azərbaycana ―fəthnamələr‖ yollamış, öz siyasi
qüdrətini nümayiş etdirmişdir. Osmanlı hökmdarının fikrinə görə Türkiyə
tərəfindən edilən fəthlər elə Azərbaycan tərəfindən edilən fəthlər kimi
qiymətləndirilməlidir (―Bizim tərəfin fəthi sizin tərəfin fəthi deməkdir və ya
əksinə‖).
73
Sultan Məhəmməd Fatehin həmin ―fəthnamə‖sindən sonbra Cahanşah
Qaraqoyunlu özünün Bağdad ―fəthnamə‖sini yollayır, yeni qələbəsini çox böyük
şadlıqla xəbər verir. Bir qədər əvvəlki məktubunda Cahanşahı ata adlandıran II
Sultan Məhəmməd ona bu dəfə də ―əziz atam Cahanşah‖ ifadəsi ilə müraciət edir,
özünün də İstanbuldan sonra ―Murə
*
kafirləri‖ ilə döyüşərək, oranı ələ keçirildiyini
bildirir. Məktubun sonrakı cümlələləri Sultan Məhəmməd Fatehin o vaxtlarda baş
verən başqa fəthlərindən (Səməndəriyyə
**
şəhəri, Sinab qalası) bəhs edir və
nəhayət sultanın Ağqoyunlu tarixi ilə sıx surətdə bağlı olan Trabzona yürüşü və
oranın da tezliklə alınacağı xəbəri ilə bitir: ―Ümidvarıq ki, oranın kafirlərdən xilası
[bizə] asanlıqla müyəssər olacağıq. Əgər bu hücumla əlaqqədar bizim
*
İstanbul şəhərinin adı əvvəlcə Bizans, conra Kanstantinopol olmuşdur. Sonralar Türklər yunanca
―İstan polis‖ (―şəhərə gedirəm‖) sözünü tez-tez eşitdiklərinə görə həmin şəhəri İstanbul adlandırmışlar.
Şəhər müsəlmanların əlinə keçəndən sonra oranın adının ―İslambol‖ olduğunu fərz edənlər də vardır ki,
bu tamamilə yanlışdır (Ə.Nəvai, Tarixi məktublar və sənədlər... səh. 512.).
*
Yunanıstanın cənubunda yerləşən ―Moree‖ yaxud ―Pelopon ese‖ adlanan Murə adası əvvəlcə 1458-ci
ildə (qismən), sonra isə 1460-cı ildə (tamamilə) Osmanlılar tərəfindən alınmışdır (Ə.Nəvai, Tarixi
məktublar və sənədlər..., səh.534).
**
Səməndəriyyə - Serbiyada yerləşən bu şəhər (Smederevu) 1459-cu ildə baş vəzir Mahmud paşa
tərəfindən zəbt olunmuşdur (Bax: Ə.Nəvai. Tarixi məktublar və sənədlər..., səh. 539).
18
məktublaşmağımız bir qədər təxirə düşərsə, başqa şey haqda düşünməyib,
məktublaşma qapılarını bağlayın‖.
74
Göstərmək lazımdır ki, Sultan Məhəmməd Fateh dövründə Ağqoyunluların
Osmanlılarla olan münasibəti Qaraqoyunlu – Osmanlı münasibətindən bir qədər
fərqlənirdi və dostcasına əlaqələr baxımından heç də qənaət bəxş deyildi. Bu
münasibət Osmanlı sultanının 1461-ci ildə, onun öz sözü ilə desək, ―Həsən bəy
ağqoyunlunun məmləkətinə yaxın olan və onunla qohumlaşan Trabzona zəfərli
yürüşündən sonra xeyli pisləşdi. Ağqoyunlu-Osmanlı münasibətinin pisləşməsi
Cahanşahın ürəyindən idi, çünki Uzun Həsən özünün irsi mülkü sayılan
Diyarbəkirlə kifayətlənməyərək, XV əsrin 50-ci illərində Qaraqoyunluların əlində
olan Ermənistanın və Kürdüstanın böyük bir ərazisini öz dövlətinə birləşdirməyi
nail olmuşdu.
75
Ağqoyunluların get-gedə qüvvətləndiyini görən Cahanşah təcili
olaraq Sultan Məhəmməd Fatehə belə bir məktub göndərdi: ―Qədim vaxtlardan
bəri bizim tərəfin sizin şərafətli xanədanınıza həqiqi məhəbbəti zahirdə [bizə qarşı]
özünün razılıq və məhəbbətini göstərirdisə də, əslinə başqa cür hərəkət edirdi.
Onun zahiri və batini bir olmadığı üçün [aramızda] günbəgün nifaq yaranmaqda
idi. Bu yaxınlarda onun xəsislik əlaməti tam şəkildə aşkar oldu, əhd-peymanı
sındırdığını üzə çıxdı. O, bizə hücum etdisə də, onun dəf edilməsi asanlıqla
müyəssər oldu. Himməti uca olan həzrət (yəni Osmanlı sultanı – Ş.F.) onun
cəzalanması üçün qoy cəhd etsin. Sizdən sədaqətlə rica olunur ki, həqiqi dostların
məqsəd və istəkləri həyata keçsin‖.
76
Bu xahişə baxmayaraq, Cahanşah Qaraqoyunlu Osmanlı Türkiyəsini
bilavasitə ağqoyunlu dövlətinə qarşı müharibəyə təhrik edə bilmədi. Amma 1467-
ci ildə Cahanşah Qaraqoyunlu II Sultan Məhəmmədin təhriki ilə Ağqoyunlulara
qarşı şirnikləndirilərək, öz silahlı qüvvələri ilə Diyarbəkirə tərəf yollandı. Osmanlı
sultanını hökmü ilə, hələ o zaman Amasya valisi olan şahzadə Bayazid
Qaraqoyunlu hökmdarına hərbi yardım göstərməli idi.
77
Osmanlılara arxalanan
Cahanşah Qaraqoyunlunun əksinə olaraq Uzun Həsən Ağqoyunlu ―Türkiyənin
Osmanlı sultanları ilə mübarizə etmək naminə Avropa dövlətləri
ilə möhkəm ittifaq
yaratmağa cəhd edirdi‖.
78
Nəhayət, 1467-ci ilin noyabr ayının 10-da Qaraqoyunlu dövlətinin ən
nüfuzlu hökmdarı olan 70 yaşlı Cahanşah ona qəfildən hücum edən Sultan
Məhəmməd Fateh bu Qaraqoyunlu-Ağqoyunlu münaqişəsinə müdaxilə edə
bilmədi. Cahanşahın kəsik başı Uzun Həsən tərəfindən Xorasanın Teymuri
hökmdarı Sultan Əbu Səidə şahzadə Məhəmmədi Qaraqoyunlunun başı isə Sultan
Məhəmməd Fatehə göndərildi.
79
Uzun Həsən azacıq sonra Həsənəli Qaraqoyunlunu da asanlıqla məğlub
edib, Kür çayının cənub hissəsindəki bütün Azərbaycan torpaqlarını ələ keçirdi. O,
təkcə Qaraqoyunlularla dostluq və qohumluq əlaqələrində olan Ərdəbilin