19
müstəqilliyinə toxunmadı. Beləliklə, Osmanlı imperiyasının Ağqoyunlular əleyhinə
müttəfiqi olan Qaraqoyunlular dövləti süquta uğradı.
80
Ağqoyunlu dövləti və Osmanlı imperiyası
Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, dövrün ümumtarix hadisələrini
əks etdirən müxtəlifdilli mənbələrin bolluğuna baxmayaraq, onların heç birində sırf
Ağqoyunlu-Osmanlı münasibətləri əks etdirilməmiş və həmin regionda mövcud
olan ölkələrin ictimai-iqtisadi və hərbi-siyasi məsələlərində bəhs olunan zaman
ötəri olaraq bu münasibətlərə toxunulmuşdur. Buna görə də, bu sahədə müstəsna
əhəmiyyətə malik epistoylar qaynaqlara müraciət etmək tədqiqatçılar üçün
müstəsna əhəmiyyətə malikdir.
XIV əsrin sonu – XV əsrin əvvəllərində hələ Ağqoyunlu tayfa ittifaqının
başçısı olmamışdan əvvəl Qara Yuluq Osman qonşuluqdakı müxtəllif feodal
bəylikləri ilə yaxşı münasibətdə olmağa çalışmış, bu mümkün olmadıqda isə
onlarla ölüm-dirim mübarizəsinə başlamışdı. O, bir müddət (11 il) Sivasda məşhur
dövlət xadimi və şair Qazi Bürhanəddinin yanında xidmət etmiş, sonradan onların
arasında ixtilaf düşmüş, az sonra bu Ağqoyunlu əmiri Qazi Bürhanəddini
öldürməyə nail olmuşdur. Ümumiyyətlə, Qara Osman qonşu Qaraqoyunlu əmiri
Qara Yusifdən fərqli olaraq həmişə Teymur və onun övladlarının himayəsində
olmuşdur. İsmayıl Həqiqi Uzunçarşılıların məlumatına görə ―Qara Osman bəyliyi
Qara Yusifin şiddətli zərbələri altında genişlənə bilmirdi‖.
1
Lakin buna
baxmayaraq iki türkmən
*
bəyliyinin heç biri digərinə qalib gələ bilmir, bir-birləri
ilə ixtilaf şəraitində yaşayırdılar. Ağqoyunlu tayfa ittifaqının başçısı olduqdan
sonra isə Qara Yuluq Osman nüfuzlu cağatay hökmdarı Şahrux ibn Teymurla
Osmanlılar və Qaraqoyunlular əleyhinə dostcasına münasibət yaratdı ki, bunun
nəticəsində Ağqoyunlu – Qaraqoyunlu münasibətləri bir qədər də pisləşdi.
―Düşmənin dostu mənim düşmənimdir‖ prinsipinə riayət edən Qara Yusif
Ağqoyunlu – Teymuri münasibətinin yaxşılaşmasından Ağqoyunlu – Osmanlı
münasibətinin pisləşməsi üçün istifadə etmək qərarına gəldi. Tezliklə onun əlinə
belə bir fürsət düşdü. Yuxarıda qeyd etdiyimiz kimi h. 820 (m. 1417) – ci ildə Qara
Osmanın Xorasan hökmdarı Şahruxa yazmış olduğu məktub elçi Xacə Mənsur
Amidi adlı bir tacir vasitəsilə göndərildiyi ünvana aparılarkən, Sultaniyyə
şəhərində təsadüfən Qaraqoyunlu əsgərlərinin əlinə keçmiş, nəticədə məktubun
çatacağı məkan – Şahruxun istiqamətgahı olan Herat, Osmanlı I Sultan
Məhəmmədin dövlət paytaxtı Bursa şəhəri ilə əvəz edilmişdir. Qara Yusif belə
hərəkət etməklə, heç şübhəsiz, özünün Osmanlı hökmdarına olan dostluğunu
nümayiş etdirmək, Ağqoyunlu – Osmanlı və Teymuri – Osmanlı qarşılıqlı
*
Səlcuqların tərkibində Azərbaycana gəlmiş tayfa – Ş.F.).
20
münasibətlərinə xələl vurmaq istəməmişdi. Həmin məktubu dərhal Qara İsgəndər
Bursaya gətirib, Osmanlı hökmdarına təqdim etmiş, təbiidir ki, məktubda Şahruxun
―xaqani-cahaniyan‖ (dünyada yaşayanlar xaqanı), ―qaani-məmalik‖ (məmləkətlər
qaanı) və başqa epitetlərlə adlandırılması Osmanlı hökmdarının qəzəbinə səbəb
olmuşdu.
Şahruxun həmçinin Rum və Şam (Suriya – Ş.F.) torpaqlarını da ―bir həmlə
ilə‖ tuta biləcəyi barədə ona ürək-dirək verirdi. O, Şahruxa ləngimədən hücuma
keçməyi məsləhət görüb yazırdı: ―Buna görə də, cağatay mirzələri arasında baş
verən kiçik qovğaları nəzərə almaq və ləngimək rəva deyildir:
Olsun o Səmərqənd həmin mirzələrin,
Təbriz ilə Rumu Şam bəsindir, ey şah.
Başqa məsələləri [elçim] tacir Xacə Mənsur Amididən soruşun‖.
2
Bununla,
Qara Osman necə olursa-olsun Şahruxu böyük döyüşlərə şirnikləndirmək, ətraf
ölkələrdə hakimlik edən güclü rəqiblərinə, o cümlədən Qara Yusifi və I Sultan
Məhəmmədi heç olmazsa bir qədər zəiflətmək məqsədi güdürdü.
I Sultan Məhəmməd ―Qara Yuluq Osmanın fitnə üslublu‖ məktubunu
oxutduqdan sonra dərhal məhərrəm ayının əvvəllərində Bursadan Qaraqoyunlu
şahzadəsi Qara İsgəndərə cavab məktubu yazmış, ona öz təşəkkürünü bildirmişdi:
―Qara Osmanın xainliyi məlum oldu. Biz onun cəzasını allaha tapşırdıq. Bizi
məsələdən agah etdiyinə görə xoşbəxt olun. Əgər [hər hansı bir] təşviş və hücum
olarsa, xəbər verin ki, onu dəf edə bilək‖.
3
Qaraqoyunlu-Ağqoyunlu münasibətlərindən bəhs edərkən yaddan çıxarmaq
lazım deyildir ki, dövrün yazılmamış qanunlarına müvafiq şəkildə hərəkət edən
kiçik feodal bəyliklərin başçıları heç də bir-birləri ilə sadəcə inadkarlıq naminə
müxalifətə girmirdilər. Fikrimizin sübutu üçün aşağıda gətirəcəyimiz misal
Qaraqoyunlu-Ağqoyunlu münasibətlərinin dəyişkənliyini izləmək baxımdan
olduqca maraqlıdır.
Hələ Azərbaycan Qaraqoyunlu dövlətinin təsisindən bir neçə il əvvəl Qara
Yusif tərəfindən Qara Yuluq Osmana göndərilən bir məktubda Ağqoyunlu bəyinə
bu hər iki türkman tayfa birliyi arasında olan nifaqın dayandırılması təklif
olunurdu: ―Bizim hər ikimiz türkmanıq. Gəl bundan sonra bir-birimizə hücum
etməyək və bir daha qırılmayaq. Qoy bizim hər birimiz Rumdan və Cağataydan
olan düşmənlərimizlə mübarizə edək‖.
4
milli mənsubiyyət baxımından hər ikisi
müxtəlif köçəri türkman tayfasının nümayəndələri olduğu üçün, görünür ki, Qara
Yusif təəssübkeşlik edərək, Ağqoyunlu bəyini öz tərəfinə çəkmək istəmiş,
aralarında sülh münasibəti yaranmasını məqbul saymışdı. Lakin feodal hərc-
mərcliyinin, mənəm-mənəmliyin, dərəbəyliyin hökm sürdüyü bir şəraitdə
Dostları ilə paylaş: |