Azərbaycan Xalq Cümhuriyyəti Fövqəladə Təhqiqat Komissiyasının sənədləri Quba. Aprel-May 1918-ci IL



Yüklə 4,49 Mb.
Pdf görüntüsü
səhifə97/112
tarix08.07.2018
ölçüsü4,49 Mb.
#54601
1   ...   93   94   95   96   97   98   99   100   ...   112

245
ci ildən Yelizavetpol Dairə Məhkəməsində məhkəmə vəzifələrinə kiçik namizəd kimi 
başlamış cinayət və mülki bölmələrində çalışmış, 18 mart 1913-cü il tarixdən Qu-
berniya Katibi, 17 oktyabr 1913-cü il tarixdən – Yelizavetpol Dairə Məhkəməsində 
məhkəmə  vəzifələrinə  baş  namizəd,  həmin  ilin  noyabrından  Yelizavetpol  (Gəncə) 
şəhəri  müstəntiqinin  köməkçisi  işləmişdir.  1914-1917-ci  illərdə  müxtəlif  vaxtlarda 
Yelizavetpol  qəzasının  1-ci,  2-ci,  3-cü,  5-ci  və  Şəhər  istintaq  nahiyələrinə,  habelə 
Cəğəm sülh nahiyəsinə rəhbərlik etmiş, Yelizavetpol Şəhər şöbəsinin Barışdırıcı Ha-
kiminin Köməkçisinin vəzifəsini müvəqqəti icra etmişdir. 1917-ci il dekabrın 11-də 
Yelizavetpol  Dairə  Məhkəməsi  Prokurorunun  müavini  təyin  edilmişdir.  31  avqust 
1918-ci  il  tarixdə  AXC  hökumətinin  yaratdığı  Fövqəladə  Təhqiqat  Komissiyasının 
birinci heyətinə daxil edilmiş, həmin ilin sentyabrında ailə vəziyyətinə istinad edərək 
öz  ərizəsi  ilə  Komissiya  üzvlüyündən  azad  edilmişdir.  18  yanvar  1919-cu  ildən  – 
Azərbaycan  Hərbi  Məhkəməsinin  Hərbi  Prokurorunun  Köməkçisi,  1919-cu  ilin  26 
fevralından – Gəncə Dairə Məhkəməsinin Prokuroru olmuşdur. Sonrakı taleyi məlum 
deyil.
7
Mixaylov Nikolay Mixayloviç – (1867-1920), hüquqşünas, mülki müşavir, 
milliyətcə  rus,  Xarkov  Universitetinin  hüquq  fakültəsini  bitirmiş,  1892-1893-cü 
illərdə  İrəvan  Dairə  Məhkəməsinin  cinayət  şöbəsində  xidmətə  başlamışdır.  Son-
radan Tiflis Dairə məhkəmə orqanlarında (1893-1894), Şamaxı şöbəsində və Bakı 
Dairəsinin  özündə  (1894-1896),  Yekaterinodar  Dairəsində  (1896-1898),  Kutaisi 
Dairəsində (1898-1899), Novouz qəzasında (1899-1900), Qoridə (1900-1902) Dairə 
məhkəmələrinin katibinin köməkçisi və katibi, Barışdırıcı hakim, Müstəntiq, Zemstvo 
Rəisi və Köçürülmə Divanxanasının üzvü vəzifələrində çalışmışdır. 12 iyun 1902-ci 
il  tarixindən  Yelizavetpol  quberniyasının  Əkinçilik  və  Dövlət  Mülkiyyətləri  İdarəsi 
yanında xüsusi tapşırıqlar məmuru, 5 dekabr 1903-cü ildən – köçürülmə işləri üzrə 
Yelizavetpol Quberniya Divanxanasının üzvü, 21 fevral 1908-ci ildən – Yelizavetpol 
Dairə Məhkəməsinin Fəxri Barışdırıcı hakimi olmuşdur. 1913-cü ilin fevralında kəndli 
məsələləri üzrə Kutaisi Quberniya Divanxanasının üzvü vəzifəsinə keçirilmişdir. 14 
oktyabr 1916-cı ildə müharibə qanunlarına görə Türkiyənin ələ keçirilmiş əyalətlərinin 
General Qubernatoru yanında Qara Kilis Dairə rəisinin köməkçisi təyin edilmişdir. 
1917-ci il martın 22-dən – Aşin Dairəsi rəisinin köməkçisi, 1917-ci il dekabrın 30-dan 
köçürülmə məsələləri üzrə Yelizavetpol Quberniya Divanxanasının üzvü olmuşdur. 17 
fevral 1919-cu il tarixdə Bakı Dairə Məhkəməsinin Üzvü təyin edilmiş, 10 iyun 1919-
cu ildən Gəncə Dairə Məhkəməsinə keçirilmişdir. 31 avqust 1918-ci il tarixdə AXC 
hökumətinin yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının tərkibinə daxil edilmişdir. 
FTK-nın ən işgüzar və fəal üzvlərindən olmuş, Bakı quberniyasının Şamaxı və Göyçay 
qəzalarının  və  Yelizavetpol  quberniyası  qəzalarının  talan  edilməsinə  dair  cinayət 
hallarını araşdıran istintaq qruplarına rəhbərlik etmişdir. 1919-cu ilin noyabrında FTK 
ləğv edildikdən sonra, Komissiya Sədrindən “Komissiyanın işində göstərdiyi fədakar 
və səmərəli fəaliyyətinə görə” təşəkkür almışdır, 25 noyabr 1919-cu ildə Gəncə Dairə 
Məhkəməsində  öz  vəzifəsinə  qayıtmışdır.  1920-ci  ilin  may ayının sonunda  Gəncə 
üsyanı zamanı öz mənzilində naqafil güllədən həlak olmuşdur.
8
Qudvillo  V.V.  –  (?-?),  Barışdırıcı  Hakimlər  Qurultayının  sədri,  Həqiqi  Mül-
ki Müşavir. 1 sentyabr - 27 oktyabr 1918-ci il tarixdə AXC hökumətinin yaratdığı 
Fövqəladə Təhqiqat Komissiyasının üzvü olmuş, yeni təyinatı – Maliyyə Nazirliyində 
Qeydlər


Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
246
hüquq məsləhətçisi təyin edilməsi ilə əlaqədar olaraq FTK-dan azad edilmişdir. Sovet 
hakimiyyətinin  ilk  illərində  Azərbaycan  SSR-in  məhkəmə  orqanlarında  işləmişdir, 
sonrakı taleyi məlum deyil.
9
Xoyski Fətəli xan İsgəndər xan oğlu – (1875-1920), Azərbaycanın görkəmli 
siyasi  və  dövlət  xadimi,  Azərbaycan  Xalq  Cümhuriyyətinin  yaradıcılarından  biri. 
General-leytenant  İsgəndər  xan  Xoyskinin  oğlu,  əslən  Cənubi  Azərbaycanın  Xoy 
şəhərindən  və  Şəki  xanı  Cəfərqulu  xanın  nəslindəndir.  Gəncədə  (Yelizavetpolda) 
klassik gimnaziyanı, Moskva universitetinin hüquq fakültəsini 1-ci dərəcəli diplom-
la  bitirmişdir  (1897-ci  il).  Gəncə,  Kutaisi  dairə  məhkəmələrində  işləmiş,  Zuqdidi 
Barışdırıcı hakimin köməkçisi olmuş və burada titullu müşavir adı almışdır. Üçüncü 
Yekaterinodar şəhər nahiyəsinin müdiri (1903) və Yekaterinodar dairə prokurorunun 
müavini olmuş, kollec asessoru (məhkəmə iclasçısı) adı almışdır. (1904). 20 fevral 
1907-ci ildə Yelizavetpol quberniyasından II Dövlət dumasına deputat seçilmişdir. 
II Duma buraxıldıqdan sonra Gəncəyə qayıtmış, Tiflis məhkəmə palatasının Yeliza-
vetpol  dairə  məhkəməsinin  andlı  iclasçıları  sırasına  daxil  edilmişdir.  1913-cü  ildə 
Bakıya köçmüş, Bakı dairə məhkəməsində andlı iclasçı işləmişdir. 1917-ci il fevral 
inqilabından sonra Bakıda yaradılmış Milli müsəlman şurasının Müvəqqəti icraiyyə 
komitəsinin  üzvü  seçilmiş,  müsəlmanların  Ümumqafqaz  qurultayının  (1917-ci  il, 
aprel, Bakı) təşkilində və işində fəal iştirak etmişdir. 1917-ci ilin oktyabrında Bakı şəhər 
Dumasının sədri seçilmişdir. 1918-ci ilin fevralında Zaqafqaziya Seyminin deputatı 
olmuş, 22 aprel 1918-ci ildə Zaqafqaziya Federativ respublikası hökumətində xalq 
təhsili  naziri  vəzifəsini  tutmuşdur.  27  may  1918-ci  ildə  Azərbaycanın  müstəqilliyi 
haqqında Akt qəbul etmiş Azərbaycan Milli Şurasının üzvü olmuş, Azərbaycanın ilk 
hökumətinin  sədri  seçilmişdir.  Hökumətin  ilk  kabinetində  baş  nazir  və  daxili  işlər 
naziri, ikinci kabinetdə baş nazir və ədliyyə naziri vəzifələrini tutmuşdur. 7 dekabr 
1918-ci ildə açılmış AXC parlamentinin tapşırığı ilə üçüncü hökuməti formalaşdırmış, 
bu hökumətdə iki – baş nazir və xarici işlər naziri vəzifələrini tutmuşdur. Hökumət 
25  fevral  1919-cu  ildə  istefaya  getdikdən  sonra,  N.B.Usubbəylinin  başçılıq  etdiyi 
dördüncü  hökumət  14  aprel  1919-cu  ildə  formalaşdırılanadək  öz  vəzifələrini  icra 
etmişdir, müxtəlif siyasi və maliyyə-iqtisadi problemlərin həllində deputat kimi iştirak 
etmiş,  region  dövlətləri  arasında  sərhəd  mübahisələrinin  tənzimlənməsinə  həsr 
edilmiş Qafqaz konfransının hazırlanmasında və keçirilməsində fəal iştirak etmişdir. 
22 dekabr 1919-cu ildən 28 aprel 1920-ci ilədək N.B.Usubbəyli tərəfindən yaradılmış 
beşinci hökumət kabinetində xarici işlət naziri vəzifəsini tutmuşdur. Azərbaycan De-
mokratik Respublikası süqut etdikdən sonra gizli olaraq Tiflisə getmiş, 19 iyun 1920-
ci il tarixdə orada muzdlu erməni terrorçusu tərəfindən öldürülmüşdür.
10
Əlibəyov Əli Abbas bəy Hacı Niftalı oğlu – (1870-1937), 1910-1930-cu 
illərdə  Quba  cəmiyyətinin  tanınmış  nümayəndəsi,  bəy  ailəsindən,  Qubada  2-illik 
şəhər  məktəbini  bitirmiş,  çar  dövrü  Quba  qəzasının  məhkəmə  orqanlarında  kiçik 
vəzifələrdə işləmiş, bir müddət Bakıda 2-ci Barışdırıcı bölmənin katibinin köməkçisi 
olmuşdur. 1918-ci ilin əvvəllərində Qubaya qayıtmış, Quba şəhər başçısı seçilmişdir. 
1920-ci  ilin  aprel  ayının  sonuna  –  Azərbaycanda  Sovet  hakimiyyəti  qurulana 
qədər  bu  vəzifədə  qalmışdır.  1918-ci  il  aprel-may  Quba  hadisələri  zamanı  şəhəri 
tərk  etməmiş,  Quba  əhalisinin  vəziyyətini  yüngülləşdirmək  məqsədilə  erməni 
hərbi  dəstələrinin  başçısı  Amazaspla  danışıqlar  aparmış,  eyni  zamanda  erməni 


Yüklə 4,49 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə