Azərbaycan Xalq Cümhuriyyəti Fövqəladə Təhqiqat Komissiyasının sənədləri Quba. Aprel-May 1918-ci IL



Yüklə 4,49 Mb.
Pdf görüntüsü
səhifə95/112
tarix08.07.2018
ölçüsü4,49 Mb.
#54601
1   ...   91   92   93   94   95   96   97   98   ...   112

Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
238
Sənəd № 249
Qərar
(İxtisarla)
15 dekabr 1918-ci il. Alpan cəmiyyətinin Digah kəndi. 
Biz, Quba qəzası 5-ci Fəthibəy nahiyəsi Digah kəndinin sakinləri, 
cəmiyyətin  yığıncağına  toplaşaraq,  erməni  bandalarının  kəndimizə 
hücumu nəticəsində bizim hansımıza, nədən ibarət və hansı miqdar-
da ziyanın vurulması, hansı evlərin və binaların yandırılması haqqında 
məsələni müzakirə etdik: 
Məscidə ziyan vurulmuşdur; öldürülüb – 16 kişi və 3 qadın;
1. İbrahim Xəlil Ağası oğlu – ev, təsərrüfat tikililəri iri və kiçik ev 
əşyaları ilə, 70 pud buğda və arpa – ümumi məbləğ 300.000 rubl;
2. Molla Əziz Əsəd oğlu – ev, təsərrüfat tikililəri iri və kiçik ev 
əşyaları ilə – 15.000 rubl;
.....
26. İctimai məscid, damı dəmirlə örtülmüş, 3 mərtəbəli
içərisində çoxlu sayda qiymətli əşyalar, o cümlədən qızıl 
suyuna salınmış Quranlar və s. – 500.000 rubl;
.....
85. Nəzir Bədəl oğlu – öldürülüb
86. Ziyad Ümidxan – öldürülüb;
87. Məhəmməd Əli Əmir Əhməd oğlu – öldürülüb
88. Cabbar Qurban oğlu – öldürülüb
89. Məhəmməd Əmirxan oğlu – öldürülüb
90. İdris Kabaş oğlu – öldürülüb
91. Mirzə bəy Cabbar oğlu – öldürülüb
92. Vəlibəy Kazım oğlu – öldürülüb
93. Çələbi Qubad oğlu – öldürülüb
94. Şəmsəddin Nəcməddin oğlu – öldürülüb
95. Хanbaba Qurban oğlu – öldürülüb
96. Əli Osman Əbdül Cəmil oğlu – öldürülüb
97. Mirzə Ağa Kişi oğlu – öldürülüb
98. Əziz Ağa Kişi oğlu – öldürülüb
99. Əmir Əhməd Minhal oğlu – öldürülüb
100. Əbil Qəni oğlu – öldürülüb
101. Ərzi Kəbir qızı – öldürülüb
102. Gülxanım Qurban qızı – öldürülüb


239
103. Ağa Xanım Nur Məhəmməd qızı – öldürülüb
        Cəmi: 2.213.055 rubl.
        Düzdür: Alpan cəmiyyətinin starşinası.
        Qubadan məsafə – 7 verst.
        AR DA, f. 1061, s. 1, iş 98, v. 122 – 125 
Rustov polis nahiyəsi
Sənəd № 258
Qərar
14 dekabr 1918-ci il. 
Quba qəzası Rustov nahiyəsi Rustov kəndi 
(Sənəd Azərbaycan dilində ərəb hərfləri ilə tərtib olunub)
Tərcümə: Biz, Quba qəzası Rustov nahiyəsinin eyniadlı kəndinin 
sakinləri, cəmiyyətin yığıncağına toplaşaraq, erməni quldur dəstələrinin 
bizim kəndimizə hücumu zamanı öldürülənlərin siyahısını tərtib etdik. 
Qeyd: Ermənilər tərəfindən 5 kişi, 1 qadın öldürülmüşdür
1. Mustafa Hacı İsa oğlu – 40 yaş;
2. Mehdi Muslim oğlu – 25 yaş;
3. Kəmaləddin Turab oğlu – 25 yaş;
4. Camal Daşdəmir oğlu – 25 yaş;
5. Şeyx Murad Hacı oğlu – 17 yaş;
6. Bülbül Məhəmməd qızı – 50 yaş;
    100 nəfər sakinin imzası. 
     Quba qəzası Rustov cəmiyyəti starşinasının imzası və möhürü. 
     AR DA, f. 1061, s. 1, iş 98, v. 149
Quba qəzasının kəndlərinin talan edilməsi haqqında sənədlər
Quba qəzası kənd cəmiyyətlərinə vurulmuş zərərlər haqqında sənədlər


Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
240
Sənəd № 263 
Qərar
14 dekabr 1918 –ci il. 
Quba qəzası Rustov nahiyəsi Nudin (Növdün) kəndi 
(Sənəd Azərbaycan dilində ərəb hərfləri ilə tərtib olunub)
Tərcümə:  Biz,  Quba  qəzası  Rustov  nahiyəsi  Növdün  kəndinin 
sakinləri, cəmiyyətin yığıncağına toplaşaraq, erməni quldur dəstələrinin 
bizim kəndimizə hücumu zamanı öldürülənlərin siyahısını tərtib etdik. 
Qeyd: Ermənilər tərəfindən 7 nəfər öldürülmüşdür: 
1. Almas Hacı Baba oğlu – 40 yaş;
2. Aslan Qurban oğlu – 30 yaş;
3. İslam Yusif oğlu – 35 yaş;
4. Murad Hacı Cavad oğlu – 24 yaş;
5. Kərəm Qafiyə oğlu – 50 yaş; 
6. Ramazan Nəcəf oğlu – 30 yaş;
7. Hacı Seyfəddin Molla Şəhabəddin oğlu – 40 yaş.
    60 nəfər sakinin imzası. 
    Nudin kənd starşinası İsa Əzim Hacı oğlunun imzası və 
    möhürü. 
    AR DA, f. 1061, s. 1, iş 98, v. 154.
Sənəd № 264
Qərar
14 dekabr 1918-ci il.
Quba qəzasının Rustov nahiyəsi Zərqava kəndi 
(Sənəd Azərbaycan dilində ərəb hərfləri ilə tərtib olunub)
Tərcümə:  Biz,  Quba  qəzası,  Rustov  nahiyəsi  Zərqava  kəndinin 
sakinləri cəmiyyətin yığıncağına toplaşaraq, erməni quldur dəstələrinin 
bizim kəndimizə hücumu zamanı öldürülənlərin siyahısını tərtib etdik. 
Qeyd: Ermənilər tərəfindən 10 kişi öldürülmüş, 1 kişi yaralanmışdır: 
1. Hacı Pirverdi Şeyxverdi oğlu – 70 yaş;
2. Talıb Hacı Pirverdi oğlu – 18 yaş;
3. Novruz-Əli Vəli oğlu – 50 yaş;
4. Nəsir Novruz-Əli oğlu – 17 yaş;
5. Əsgərəli Oruc-Əli oğlu – 25 yaş;


241
6. Mehrəli Mürsəl oğlu – 36 yaş;
7. Ələkbər Zərbəli oğlu – 20 yaş;
8. Şaban Mürsəli oğlu – 30 yaş;
9. Əli Paşa Məhərrəm oğlu – 40 yaş;
10. Sərdar Şamil oğlu – 32 yaş;
11. Bala Əli Ağa Rəhim oğlu – 24 yaş – yaralanıb və müalicə 
      olunub.
      40 nəfər sakinin imzası.
      Quba qəzası Zərqava cəmiyyəti starşinasının imzası və 
      möhürü. 
      AR DA, f. 1061, siy. 1, iş 98, v. 155
Quba qəzasının kəndlərinin talan edilməsi haqqında sənədlər
Quba qəzası kənd cəmiyyətlərinə vurulmuş zərərlər haqqında sənədlər


Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
242
Qeydlər
1
Fövqəladə  Təhqiqat  Komissiyası  (FTK)  –  I  dünya  müharibəsinin 
başlanandan  Cənubi  Qafqazın  müsəlman  əhalisinə  və  onun  əmlakına  qarşı 
törədilmiş zorakılıq, qırğın və soyğunçuluq faktlarının araşdırılması üçün 1918-ci il 
15 iyul tarixdə Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti tərəfindən yaradılmışdır. 
Əvvəl  Xarici  İşlər,  sonra  Ədliyyə  Nazirliyi  yanında  fəaliyyət  göstərmişdir.    FTK-
nın  sədri  Ələkbər  bəy  Xasməmmədov  idi.  7  nəfərlik  tərkibdə  təsis  edilmiş  FTK-
nın  işinə  tədricən  Bakı  və  Gəncə  şəhərlərinin  istintaq-prokurorluq  və  məhkəmə 
orqanlarının digər nümayəndələri cəlb edilmişlər. FTK-nın tərkibi çoxmillətli olmaq-
la, əsasən polyak, rus, alman, litva tatarı və Rusiya universitetlərinin məzunları olan 
azərbaycanlılardan – peşəkar hüquqşünaslardan ibarət idi. Fəaliyyət göstərdiyi dövr 
ərzində  –  15  iyul  1918–1  noyabr  1919-cu  il  il  –  FTK  tərəfindən  36  cilddən  (3500 
vərəq) ibarət istintaq materialı toplanmışdır. Onun 6 cildi ermənilər tərəfindən Bakı 
şəhəri və onun ətrafında müsəlman əhalisinə qarşı törədilmiş zorakılıq hallarını əks 
etdirirdi. İstintaq materialının digər cildlərində Şamaxı, Quba, Göyçay, Cavad, Nuxa 
qəzalarında,  Gəncədə,  Qarabağda,  Zəngəzurda  ermənilər  tərəfindən  törədilmiş 
amansız  cinayətlər  təhqiq  edilirdi.  Azərbaycan  Hökumətinin  21  mart  1919-cu  il 
Qərarına  görə  FTK-nın  səlahiyyətləri  genişləndirilmiş  və  ona  məhkəmə-istintaq 
hakimiyyətinin  bütün  hüquqları  verilmişdir.  FTK-nın  fəaliyyətinin  yekunu  olaraq 
128  məruzə  və  qərar  layihəsi  hazırlanmış,  onların  əsasında  müxtəlif  cinayətlərdə 
müqəssir bilinən 194 şəxsə qarşı cinayət işi qaldırılmışdır. Komissiyanın işi azaldıqca 
onun üzvləri öz əvvəlki vəzifələrinin icrasına qayıtmışlar. FTK Azərbaycan Hökuməti 
tərəfindən  onun  üzərinə  qoyulmuş  vəzifəni  yerinə  yetirərək  1  noyabr  1919-cu 
il  tarixdə  rəsmi  surətdə  ləğv  edilmişdir.  Bununla  bərabər  Ə.b.Xasməmmədov  və 
FTK üzvü Ç.V.Klossovski 1920-ci il yanvarın sonuna qədər FTK-nın istintaq işlərini 
respublikanın prokuror və məhkəmə orqanlarına verilməsi ilə məşğul olmuşlar. FTK 
materialları üzrə 1918-ci il Bakıda mart hadisələrinə görə 24, Şamaxı hadisələrinə 
görə  isə  100-ə  yaxın  şəxs  haqqında  cinayət  işi  qaldırılmışdır.  Müttəhimlərin  bir 
hissəsi respublikanın hüquq-mühafizə orqanları tərəfindən həbs olunmuş, qalanları 
axtarışda elan edilmişlər.  Lakin, Müttəfiq Dövlətlərin Ali Şurası tərəfindən Azərbaycan 
Xalq Cümhuriyyətinin müstəqilliyinin de-fakto tanınması ilə bağlı olaraq Azərbaycan 
Parlamenti tərəfindən 9 fevral 1920-ci il tarixdə qəbul edilmiş Amnistiya haqqında 
qanuna  əsasən  milli  düşmənçilik  zəminində  baş  vermiş  və  “Fövqəladə  Təhqiqat 
Komissiyasının  icraatında  yaranmış”  bütün  cinayət  işlərinə  xitam  verilmişdir.  FTK 
tərəfindən qaldırılmış bir sıra cinayət işləri 1920-ci il 9 fevral qanununa əsasən artıq 
Azərbaycan SSR məhkəmə orqanları tərəfindən xətm olunmuşdur.  
2
Hacınski Məmməd Həsən Cəfərqulu oğlu – (1875
-
1931), Azərbaycan Xalq 
Cümhuriyyəti  dövründə  görkəmli  siyasi  və  dövlət  xadimi.  Bakı  realnı  məktəbini, 
Peterburq  Texnologiya  İnstitutunu  bitirmişdir.  Moskvada  Şəmsi  Əsədullayevin 
neftayırma zavodunda mühəndis işləmişdir. 1908-ci ildə Bakı şəhər idarəsinin tikin-
ti  şöbəsinə,  1913-cü  ildə  Bakı  şəhər  idarəsinə  (qısa  müddətdə)  başçılıq  etmişdir. 
1902 – 1917-ci illərdə Bakı şəhər dumasının üzvü olmuşdur. 1904-cü ildə “Hümmət” 
sosial-demokrat  müsəlman  təşkilatının,  1906-cı  ildə  “Nəşri-maarif”  müsəlman 


Yüklə 4,49 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə