Azərbayçan xalq cumhuriYYƏTİNİN 80 İLLİYİNİN



Yüklə 6,41 Mb.
Pdf görüntüsü
səhifə278/299
tarix15.03.2018
ölçüsü6,41 Mb.
#32568
1   ...   274   275   276   277   278   279   280   281   ...   299

391 

 

 



№ 60 

 

Altmışıncı iclas 

 

29 iyul 1919-cu il. 

 

Sədr-Həsən bəy Ağayev. Katib-Mehdi bəy Hacınski. İclas açılır 11 -20 dəqiqədə 

Sədr-İclas açılır. Müzakirati-yomiyyə bu qərar ilədir: 1-Divani-Rəyasət təklifi ilə mərkəzi seçki komisyonu 

intixabı;  2-Kitabxana  komisyonu  intixabı;  Daxil  olmuş  kağızlar,  o  cümlədən:  Azərbaycan  dövləti  əmanət 

sandıqları  barəsində;  Balaxana-Sabunçı  mahalında  vergi  polisi  təsisi  haqqında  qanun  layihəsi;  Şəhərlərdə 

bələdiyyə idarələri seçkiləri haqqında qanun layihəsi. İkinci qiraət. Məruzəçi Şəfi bəy Rüstəmbəyov; 3-Əsgəri 

xidmətin  müddəti  barəsində  qanun  layihəsi.  Məruzəçi  Qara  bəy  Qarabəyli;  4-Əlkühül  məhsulatından  aksiz 

vergisi  miqdarının  artırılması  haqqında  qanun  layihəsi.  Məruzəçi  Ağabəyov;  5-Azərbaycan  hökuməti 

sərhəddində mühafizə polku təsisi haqqında qanun layihəsi. Məruzəçi Ağabəyov; 6-Tövcı vergisinin artırılması 

ilə  bərabər  torpaq  gəlir  və  məxaric  smetasının  və  torpaq  vergisi  qanunlarının  təmdidi  haqqında.  Məruzəçi 

Ağabəyov; -Nəşri-elan haqqında qanun layihəsi; 8-Maliyyə nəzarəti şurası haqqında qanun layihəsi; 9-Fabrika 

inspeksiyasına  dair  qəvaidin  müvəqqətən  təğyiri  haqqında  qanun  layihəsi;  10.Ümumi  təmaxaşana  və 

əyləncələrdən  alınan  müvəqqəti  naloqun  hökumət  məbaliğ  müstəhfizəsinə  idxalı  haqqında  qanun  layihəsi. 

Məruzəçi Rza bəy Ağabəyov; 11."İttihad" 

[893 - 894]

 fraksiyasının hökumətə sualı; 12.Həmin sənə üçün İrəvan 

ümuri-xeyriyyə  naziri  və  vəkilinin  maaşı  və  onun  idarəsi  məsarifi  üçün  məzkur  nazirə  177.000  rüblə 

buraxılması haqqında qanun layihəsi. Məruzəçi Səməd ağa Ağamalov; 13.Tamğa rüsumatı qanunnaməsinin bəzi 

maddələrinin  təbdili  və  rüsum  miqdarının  təzayidi  haqqında  qanun  layihəsi.  Məruzəçi  Rüstəmbəyov  Rüstəm 

bəy;  14-Şəhadətnaməsiz  olan  içki  ticarətindən  alınan  cərimələrin  təzayidi  haqqında  qanun  layihəsi.  Məruzəçi 

Mehdi bəy Hacınski; 15-Kulçi vergisinin nizamnaməsinin qəvaidinin təbdili və kulçi vergisinin təmin edilməsi 

üçün rəhn qəbulu  haqqında  layihə.  Məruzəçi Mehdi bəy  Hacinski;  16-Bakı  xəzinə  palatası  müdiri-müavinliyi 

vəzifəsinin ləğvi haqqında qanun layihəsi. Məruzəçi Əfəndizadə Muxtar. 

Sırada olan layihələrdən təklif var ki, 15 nömrə olana maliyyə cəhətincə çox əhəmiyyətli olduğundan təklif 

olunur qabağa çəkilsin. Yəni növbədəki məsələlərdən ikincisi olsun. 

Şəhərlərdə  bələdiyyə  idarələri  seçkiləri  haqqındakı  qanun  layihəsindən  sonra  olsun.  (Rusca).  Buna  etiraz 

yoxdur.  Bu  cür  qəbul  olunur.  Keçən  səfər  mən  rica  eləmişdim  bu  günə  hazırlaşıb  gələsiniz  mərkəzi  seçki 

komisyonu  xüsusunda.  Əgər  hazır  deyilsiniz  rica  edirəm  tənəffüs  zamanında  hazırlaşasınız  və  bu  komisyonu 

seçəsiniz. Çünki qorxuram tətilə kimi düzəldə bilməyəsiniz. 

Məmməd Rza ağa Vəkilov (yerindən) - Sabaha yox, birisi günü seçərik. 

Sədr  (davam  edir)  -  Komisyon  gərək  yığılsın,  smeta  hazırlayıb  parlamana  təqdim  etsin.  Təxirə  salınarsa 

qorxuruq sonra yetirməsin. (Rusca). Həmçinin bir də kitabxana komisyonu seçilməlidir. Üç-dörd məclis bundan 

qabaq təklif olunmuşdu ki kitabxana komisyonu düzəlsin. 

Ağa Aşurov (yerindən) - Mərkəzi seçki komisyonuna neçə adam lazımdır? 

Sədr-Nə  buyurursunuz?  21  adam  lazımdır.  Özünüz  tənəffüsdə  danışırsınız.  Növbədəki  məsələ  şəhərlərdə 

bələdiyyə idarələri seçkiləri haqqında qanun layihəsinin ikinci qiraəti. Məruzəçi Şəfi bəy Rüstəmbəyli. 



Sədr -Oxuyunuz, Mehdi bəy, iyirminci maddəni! 

[894 - 895]

 

Katib İyirminci maddəni oxuyur. 

Sədr -İyirminci maddə haqqında kim danışmaq istərdi? Etiraz yoxdur. Etiraz olmadığından iyirminci maddə 

qəbul edilir. İyirmi birinci maddəni oxuyunuz! 



Katib -Bu saat oxuyur. 

Sədr  -İyirmi  birinci  maddəyə  etiraz  yoxdur?  İyirmi  birinci  maddə  qəbul  olunur.  İyirmi  ikinci  maddəni 

oxuyunuz. 



Katib -İyirmi ikinci maddəni oxuyur. 

Sədr  -İyirmi  ikinci  maddəyə  etiraz  yoxdur?  İyirmi  ikinci  maddə  qəbul  olunur.  İyirmi  üçüncü  maddəni 

oxuyun. 


Katib -İyirmi üçüncü maddəni oxuyur. 

Sədr  -İyirmi  üçüncü  maddəyə  etiraz  yoxmu?  23-cü  maddə  qəbul  olunur.  İyirmi  dördüncü  maddəni 

oxuyunuz. 



Katib -24-cü maddəni oxuyur. 

Sədr -24-cü maddəyə etiraz yoxmu? 24-cü maddə qəbul edilir. 

Katib -25-ci maddəni oxuyur. 

Sədr -25-ci maddəyə etiraz yoxmu? 25-ci maddə qəbul edilir. 

Katib -26-cı maddəni oxuyur. 


392 

 

Sədr -26-cı maddəyə etiraz yoxmu? İyirmi altıncı maddə qəbul edilir. 27-ci maddəni oxuyunuz. 



Katib -27-ci maddəni oxuyur. 

Sədr -27-ci maddəyə etiraz yoxmu? 27-ci maddə qəbul edilir. 28-ci maddəni oxuyunuz. 

Katib -28-ci maddəni oxuyur. 

Sədr -28-ci maddəyə etiraz yoxmu? 28-ci maddə qəbul edilir. 29-cu maddəni oxuyun. 

Katib -29-cu maddəni oxuyur. 

Sədr -29-cu maddəyə etiraz yoxdur? Yoxsa, qəbul edilir. 30-cu maddəni oxuyun. 

Katib -30-cu maddəni oxuyur. 

Sədr -30-cu maddəyə etiraz yoxmu? Maddə qəbul edilir. 

Katib -32-ci maddəni oxuyur. 

Sədr -32-ci maddəyə etiraz yoxdurmu? Yoxdursa qəbul edilir. 33-cü maddəni oxuyunuz. 

Katib -33-cü maddəni oxuyur. 

Sədr -33-cü maddəyə etiraz yoxmu? 33-cü maddə qəbul edilir. 34-cü maddəni oxuyunuz. 

Katib -34-cü maddəni oxuyur. 

Sədr -34-cü maddəyə etiraz yoxmu? Maddə qəbul edilir. 35-ci maddəni oxuyunuz. 

Katib -35-ci maddəni oxuyur. 

Sədr -35-ci maddəyə etiraz yoxdurmu? Maddə qəbul olunur. 36-cı maddəni oxuyunuz. 

Katib -36-cı maddəni oxuyur. 

Sədr -36-cı maddəyə etiraz yoxsa, qəbul olunur. 37-ci maddəni oxuyunuz. 

Katib -37-ci maddəni oxuyur. 

Sədr  -37-ci  maddəyə  etiraz  yoxdur  ki?  Maddə qəbul  edilir.  Layiheyi-qanuniyyənin  3-cü  qiraəti  qalır  gələn 

iclasa.  Növbədəki  məsələ  əsgəri  xidmətin  müddətini  azaltmaq  barəsində  qanun  layihəsidir.  Məruzəçi 

Qarabəyovdur. (Məruzəçi yoxdur). Məruzəçi gəlincəyə qədər bir məktub var ki, unutmuşdum oxumağı. (Katibə) 

Oxuyunuz. 



Katib -Rusca oxuyur. 

Səslər -Olmaz...Türkcəsi yoxmu? 

Sədr (Katibi saxlayır) - Tərcümə ediniz. 

Katib -Tərcüməsi yoxdur, necə edim? 

Sədr  -Rica  edirəm,  oxuyunuz.  Məktub  hökumət  məmurları  tərəfindən  gəlmişdir.  Özünüz  bilirsiniz 

məmurların dörddə-üç hissəsi rusdur. 



Əliheydər Qarayev (yerindən) - Milliləşmişdir. 

Məmməd Əmin (yerindən) - Həbsi türkcə gəlmir. Başqaları da türkcə gəlmir. 

Katib -Rusca oxuyur. (Məmməd Əmin Rəsulzadə, Mustafa Vəkilov və Qara Ağazadə salondan çıxırlar). 

Sədr  -Məktubun məzmununu düşününüz. İş buradadır ki, hökumət məmurları üçün müvəqqəti bir məvacib 

qanunu  qəbul  edilmişdi.  Lakin  bu  müvəqqəti  idi.  Sonra  İyul  ayı  üçün  gərək  müsavi  (orintrovoçnı)  bir  qanun 

layihəsi  düzələ  idi.  Lakin  bu  layihə  bu  vaxta  kimi  komisyon  tərəfindən  baxılıb  qurtarmamışdır.  Şimdi  avqust 

ayının 5-də parlaman tətil edəcəkdir. Sentyabra kimi qanun qəbul etmək mümkün deyil. Qulluqçuların halı isə 

doğurdanda fənadır. Məvacibləri həftəyə çatmayır. Hər ay borc edib yaşayırlar. Rica edirlər, parlaman bir şey 

eyləsin. Məlumunuzdur ki, parlaman bir şey eyləməz. Parlaman ancaq arzu edər ki mümkün olduqca bu qanun 

tez başa gəlsin. 

[896 - 897]

 

Sədr c-Əgər buna etiraz yoxsa, qəbul olunur. Qara bəy, buyurunuz. 

Qara bəy Həzərat! İndiyə qədər Rusiya qanunlarına tabe olaraq əsgəri xidmətin müddəti 3 sənə 3 ay olduğu 

qəbul  olunmuşdur.  İndi  hərbiyə  nəzarəti  tərəfindən  3  sənə  3  ay  fəzlə  bir  müddət  olduğundan,  bu  müddəti 

azaltmaq  daha  da  faydalı  olduğundan  bir  tazə  qanun  verilir  ki,  bu  müddət  iki  sənə  edilsin.  Bu  barədə  bir  çox 

mülahizələr  var.  Elələrdən  əsaslıları  bunlardır.  Əsgərlik  müddəti  2  sənə  olsa  cavanlarımız  tez  əsgərliyə 

yazılarlar, az vaxtdan sonra bizim bir sinnidə və ehtiyatda çox əsgərlərimiz olar, bu bir, ikincisi budur ki, ruslar 

zamanında əsgərliyə gedənlər öz işlərindən və sənətlərdən əsgərlik müddəti uzun olduğu üçün yadırğayırdılar. 

Amma  indi  2  sənəlikdən  sonra  öz  işlərinə  vəziyyətinə  tez  qayıdıb  davam  edər,  bu  isə  millətimizə  iqtisadən 

böyük  zərərdir.  Sonra  bilirsiniz  ki,  19-dan  24  yaşına  qədər  əsgər  alınır.  Əgər  bu  iki  ildə  bir  dəyişsə  tez 

qayıdırlar.  Bu  mülahizələri  nəzərə  alıbda  hərbiyə  nəzarəti  bizə  Rusiya  qanunlarının  əsasında  olan  bir  çox 

maddələrin dəyişməsini



 

təklif edir. Bu qanun təcili surətdədir (oxuyur). Bu bir maddə 3 işarədən ibarət olan tazə 

bir qanundur ki, təklif olunur. Bunun ruscasını da sizə ərz edərim. (Rusca). 

Sədr  Məruzəçi  layiheyi-qanuniyyənin  təcili  baxılmasını  təklif  edir.  Bu  xüsusda  kim  lehinə,  əleyhinə 

danışmaq istərdi. Etiraz yoxdur? Etiraz yoxdursa, təcili baxılması qəbul edilir. Layihəni oxuyunuz. 



Qarabəyli -Köhnə qanun belə idi. (Oxuyur). Şimdi tazə təklif edilən qanun böylədir. (Oxuyur). 

Sədr -Layihənin əsasları üzərində kim danışmaq istəyir? Söz Hacı Kərim Saniyevindir. 

Saniyev  -Möhtərəm  məbuslar!  Əlbəttə  bir  hökumətin  əsgəri  olmasa  o  hökumətin  gələcəyi  təmin  olmaz. 

Əsgər gərək olsun. Əsgər nə qədər qüvvətli olsa, nə qədər ürəklə işə girsə hökumətin millətin təminatı o qədər 




Yüklə 6,41 Mb.

Dostları ilə paylaş:
1   ...   274   275   276   277   278   279   280   281   ...   299




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə