423
Əhmədzadə Yusif - Bank açmaq barəsinə öylə bilirəm ki, heç danışıq olmamalıdır. Müstəqil səltənətin
nişanələrindən birisi də bank təsisidir, Çünki varidat və ticarət ondan asılıdır. Bir millətin mədaxil və məxaricini
xəzinədən, bankdan bilmək olar. Bank özü öylə şeydir ki, hökumətə müavinətdən başqa siyasi əhəmiyyəti var.
Qonşu məmləkətlər ilə neçə əlaqə və müamiləsi var. Bankın bir əhəmiyyəti də var ki, şöbələri ola bilir ki, onlar
da Kerenski bank və ya ziraət və ya torpaq banklarıdır. Bu şöbələrdə yenə məmləkətin ticarət tərəfini nəzərdə
tutub, onun irəli getməsinə səbəb olacaqdır. Bank nə yolda olacaq, nə təhərdə olacaq, onlar açıldıqdan sonra
düzələn şeylərdir. Bank barəsində o qədər danışmaq lazım deyil, lakin müxtəsərdə olsa deyək. Məsələn, ola
bilər ki, bir tacirə, bir iş sahibinə bir məbləğ lazımdır. Özündə yoxdur, lakin etibarı var. Ona kağız vasitəsilə
bank müəyyən bir məbləğ buraxar. O adamın
[964 - 965]
ticarəti vüsət tapar, işi düzələr. Bank da bundan
istifadə etmiş olar. Bir də ticarət bir adamdan ibarət deyil. Ondan fəhlə qismi də, sərmayədar da məmləkətdə
istifadə edir. Ticarət vasitəsilə hər bir sinfin özünə görə mədaxili olur. İndi əgər işləri yaxşı aparmırlarsa,
bundan demək olmaz ki, bank yaxşı deyildir. Mən güman edirəm bütün nöqsanlar gələcəkdə düzələr, islah
edilər. Bizim indi yaşadığımız əsr cümhuriyyət əsridir. Biz bir cümhuriyyət daxilində yaşayırıq. Cümhuriyyət
isə boş sözdən, quru kağızdan ibarət deyildir. İndidən əyləşib danışmaq ki, bəzi işlərdə nöqsanlar və
qanunsuzluqlar olduğundan bank nə lazımdır. Doğru mülahizə deyildir. Mən deyə bilərək ki, qabaqkı Rusiyanın
istibdad idarəsi zamanında onun qoyduğu qanunlar, həp kağız üzərində olardı. Hər kim öz xahişi ilə iş görüb
qanunları nəzərə almaz idi. Əgər o hakimlər kağız üzərindəki qanunları nəzərə alsa idi yenə bir şey idi.
Polis bizim gözlərimizin qarşısında öylə bir şey idi ki, onlarda qırmancdan başqa ayrı bir şey görmək olmaz
idi. hər qanun çıxırdı, o ancaq kağızda qalıb nəzərə alınmayırdı. halbuki, qanun özü hər nə oldu yaxşı bir şey idi.
Bank barəsində təfsil ilə burada danışmaq mən öylə bilirəm ki, artıqdır. Əgər komisyon buna baxıb qəbul
edibsə biz də gərək [qəbul] edək. Ola bilər ki, bəzi təğyir və təbdili olsun.
Sədr - Kim danışmaq istərdi? Hər kim danışmaq istər isə rica edirəm vərəqə yazıb versin. İbrahim Əbilov.
Əbilov - Biz burada bankın olub-olmaması barəsində danışmadıq və əsasən bankın ziddinə getmədik, əlbəttə
bankları ondan ötəri təşkil edirlər ki, onların əhəmiyyəti çoxdur. Biz, ancaq bu qanunun bir paralarına etiraz
edirik ki, bu qanun layihəsi bizim fraksiyamıza gəlmədiyindən məsələnin gələn iclasa qalmasını rica etmişdik.
Dedilər ki, kömək lazımdır. Əlbəttə polis əhəmiyyətlidir. Darülfünun məsələsi də lazımlıdır. Lakin, yalnız
"Müsavat"ın natiqi burada olmadığından...
Sədr - Rica edirəm sözünüzə davam edib, parlamanın qətnaməsinə toxunmayasınız.
İbrahim Əbilov - Ərz etdiyim kimi bankın açılmasına zidd deyilik. Lakin dediyim səbəblərə görə gələn
iclasa qədər təxir olmasını təklif etdik.
[965 - 966]
Sədr - Təklifinizi səsə qoydum keçmədi.
İbrahim Əbilov - Şimdi kəndi təklifimizdə baqi qalıb ərz edirik ki, hər gah təklifimiz qəbul olunmasa biz bu
məsələdə nə müzakirəyə iştirak və nə də ləhinə, ya əleyhinə səs verməyəcəyik.
Sədr - Sırada natiq olmadığından axırıncı söz məruzəçi Rza bəy Ağabəyovundur.
Rza bəy - Bu bank məsələsi bilməlidir ki, iki aydan çoxdur komissiyaya gəlib, bir çox çətinlik ilə yığılıb
buna baxmışıq. Bu layihə də fraksiyalara göndərilibdir. Əyər sosialistlər bu bank məsələsinə əhəmiyyət verib
baxmaq istəsəydilər imkan var idi. Daha hökumətin qollarını bağlamaq olmaz. Bu məsələ bizim finansın əsl
əsası olduğu üçün daha gözləyə bilmərik. İndi mən Ağamalı oğluna cavab vermək istərdim. Hərçəndi burada
söylənən sözləri komissiyada da deyib və cavab da almışdır. Lakin yenə də ona cavab verməyə, məcburam.
Buradan Ağamalı oğlu dediyi bu bank ətrafında çox xəyanətlər ola bilər. Və məsəl gətirdi ki, şirin şey ətrafına
milçəklər yığışan kimi, bir para xainlər də bu banklardan istifadə etmək üçün oralara yığışacaqlar. Bunu da deyə
bilərəm ki, əski zamanlarda doğrudur bir çox xəyanətlər olur idi. Bu xəyanətlərin önünü almaq üçün bir heyət
əmələ gəlib və aksiz obşestva fürsət tapıb get-gedə eyibləri düzəltdilər və bir də xainlərdən qorxub işdən əl
çəkmək olmaz. Ola bilər ki, bizim banklardan milyonlar və daha çox alıb, sonra verməyəcəklər. Lakin
qəpikcilik etmək olmaz. Ola bilər ki, bizim bankımız on min manat itirib əlli min qazansın. Bir də dedilər ki, bu
kapital cəmaətin cibindən çıxacaqdır və bundan da sərvətdarlar mənfəətbərdar olacaqlar. Doğrudur, fəqət
hökumət əlli milyon sərmayə vermək ilə camaəti də bir çox ehtiyacdan qurtaracaq. Bu pul xəzinədən
götürüləcəkdir. Əlbəttə, bu pul da cəmaət puludur. Bundan əlavə məmləkətin kəndlərində bir çox suda şöbələri
açılacaqdır ki, onların da ümdə fikri cəmaətin halını yaxşılaşdırmaq üçündür. Bir də dedilər, bank şurasında
oturanlardan bir çox xəyanətlər zühur edir, onlara inanmaq olmaz. Bu şuraya obşestvenni elementlər daxil
olacaqlar, bu məsələ də keçib şuraya bələdiyyə idarəsi kooperativ
[966 - 967]
zemstvolar və qeyrilərdən
nümayəndə olacaqdır, buda ki, əlbəttə faydasiz deyildir.
Əsasən beşinci maddədə bu xüsusda vardır. Fəqət bu o qədər qorxulu deyildir. Və aldatmaqda olmaz. Bankın
olması millətin xeyrinədir. İki adam həm xeyrə, həm də zərərə yoldaş olur. Bu qorxulu bir şey deyildir.
Məsələlərin çoxunu burada söylədim və cavab olaraq danışdım. Burada Ağa Aşurov buyurdular ki, yeni bank,
köhnə hesablarla nə kimi əlaqədə olacaq. Bu məsələ komisyonda ətraflı danışılmadı. Yalnız maliyyə nazirinin
müavini bizə dedi ki, hökumətin cəmaətə 20 milyona qədər borcu vardır. Bunu birdən vermək olmaz. Həftədə,
ayda qərar üzrə veriləcəkdir. Aşurov cənabları deyirlər ki, bu bəhanədir. Odur ki, öyrənilməmiş məsələdi. Öylə