Azərbaycan xalq cümhuriYYƏTİNİn keçİRİLMƏSİ ÜZRƏ DÖVLƏt komiSSİyasi



Yüklə 5,97 Mb.
Pdf görüntüsü
səhifə23/334
tarix28.08.2018
ölçüsü5,97 Mb.
#65057
1   ...   19   20   21   22   23   24   25   26   ...   334

52 

 

bolşeviklərə kömək edib, Denikinlə hərb edəlim. Bolşevikləri buraya dəvət edəlim 



deyənlər var, hətta içimizdə də var. 

Onun  üçün  mən  yenə  təkrar  edirəm  ki,  bolşevizm  bizim  üçün  bir 

təhlükədir, bəlkə daha böyük təhlükədir. Doğrudur, Əhməd əfəndi mənim sözümü 

bir  qədər  böyütdü.  Lakin  bunu  deməkdə  məqsəd  o  deyil  ki,  bolşeviklər  bu  saat 

bizim  üzərimizə  hücum  edirlər  və  Azərbaycanı  istila  edirlər.  Bolşeviklərin 

təhlükəsi başqa bir cəhətdəndir. Bu saat bütün dünya bolşevizm ilə mübarizə edir. 

Bu  nöqteyi-nəzərdən  bizim  tərzi-hərəkətimizə  diqqət  olunur.  Bolşevizmə  qarşı 

bizim  nə  kimi  bir  əlaqədə  bulunacağımız  ilə  bizi  tanımaq  istəyirlər,  bizi  ölçmək 

istəyirlər. 

Əhməd  əfəndi  buyurdular,  Rusiyadan  ayrılan  xırda  millətlərdən  Polşa, 

Estoniya  və  sairəni  Avropa  bolşeviklər  ilə  mübarizə  etməyə  məcbur  etmişlər. 

Çünkü  onlar  şərt  qoymuşdular.  Əgər  bu  saat  mənə  desələr  ki,  səni  tanıyıb  və 

istiqlalını təsdiq edərəm, mən sabah burada bir bolşevik qoymaram. (sağdan alqış). 

Çünkü  bolşeviklərin  təhlükəsini  biz  öz  istiqlalımız  ilə  ölçürük.  Biz  hürriyyəti 

vicdan  tərəfdarıyıq.  Bu  hürriyyəti-vicdan  məsələsində  mən  bəşəxsə  Əhməd 

əfəndidən  daha  da  müsaidəkar  və  ona  tərəfdaram.  Əhməd  əfəndi  bir  tərəfə  tam 

sərbəstlik vermək istədiyi halda digər tərəfi boğmaq istəyir. Mən isə hər iki tərəfə 

yol  verirəm.  Lakin  hər  şeyin  bir  həddi  var.  İstər  bolşevik  olsun,  istər  menşevik 

olsun, istər Denikin tərəfdarı olsun, o hüdudu keçərsə onun əfal və hərəkəti bizim 

tərz  idarəyə  sədəmə  vurarsa,  onu  orada  dayandırıram.  Mən  arzu  edirəm  ki,  bu 

barədə  mənə  müavinət  etməsələr  də  heç  olmasa  mane  olmaya  idilər.  Mən  heç 

görmədim ki, Əhməd əfəndi bir kərə olsun tutduğum Denikin adamlarından birinin 

xilası üçün yanıma təvəqqe və xahişə gəlsin. Lakin, heç bir bolşevik tutmadım ki, 

Əhməd əfəndi onun xilası üçün xahişə gəlməsin. (Alqış). Doğrudur, biz bolşevik 

tuturuq. Lakin çoxunu bolşevik olduğunu bilirkən yenə xilas edirik. Əhməd əfəndi 

ilə məndə bir az fərq var. Mən hər kəsə bir nəzər ilə baxıram. Onlar isə bir nəzər ilə 

baxmırlar.  Sonra  burada  bir  az  demoqoqya  oldu.  Guya  biz  hər  kəsi  tutmaq 

istəyiriksə  onu  bolşevik  adlandırırıq.  Bu  vaxtacan  kimsəni  və  heç  bir  yekunu 

bolşevik  adı  verib,  tutduğumuz  olmamışdır.  Mən  güman  etmirəm  ki,  Əhməd 

əfəndi, burada öylə bir fakt göstərə bilsinlər. Mənim tutduğum, nə bolşevik və nə 

menşevikdir.  Mən  yalnız  vətənimizin,  istiqlaliyyətimizin  düşmənlərini  tuturam. 

Onlar  öylə  adamlardır  ki, hər zaman  fikirləri  bizim hüququmuza  və  istiqlalımıza 

təcavüz  etməkdir  və  yaxud  tərzi-idarəmizi  dəyişmək  üçün  çalışmaqdır.    Bunlar 

bizim  düşmənlərimizdir.  İstər  anarxist  olsun,  istər  Denikin  olsun,  istər  bolşevik. 

Mən onlar ilə mübarizə edib, sizi də bu mübarizəyə dəvət edirəm. (Alqış). 

Sədr - Məmməd Əmin Rəsulzadə... (Məmməd Əmin danışmaqdan imtina 

edir). 

Səslər - Daha kifayətdir, müzakirə bitsin. 




53 

 

Sədr - Axırıncı söz Əhməd Cövdətindir. 



Əhməd  Cövdət  -  Əfəndilər!  Hökumət  rəisi  2-ci  dəfə  söylədiyinə  görə 

xüsusən  bu  dəfə  tazə  sözlər  işlətdiyinə,  məndə  2-ci  dəfə  olaraq,  bir  neçə  söz 

söyləməyə  məcsburam.  Əvvəla  demokrasyon  xəttindən  başladılar.  Söylədilər  ki, 

Dağıstan məsələsində Gürcüstan ilə bizim vəziyyətimiz başqa idi. Çünkü Gürcülər 

işğal  etdikləri  yerlərdən  çıxırlar,  biz  isə  bir  qədər  də  irəli  gedirik.  Burada  bizim 

nəzəri-diqqətimizi  cəlb  edən  şey  başqadır.  Təyin  olunan  demokrasyon  xəttin 

haqqında  indiyədək  əlimizdə  öylə  bir  sənəd  yoxdur  ki,  biz  yəqin  edəydik  ki, 

Dağıstanı  bizə  həqiqən  vermişlərdi.  İkinci,  əsasən  biz  buna  tərəfdar  deyildik. 

Hökümətdə  gərək  əsasən  bu  xətt  təklifinə  razı  olmaya  idi.  Əgər  Dağıstanın 

dobrovollardan  boşaldılması  lazım  gəldisə  bilmərəm  nədən  ötəri  Nəsib  bəy 

cənabları  balkondan  cəmaətə  elan  etdirdi  ki,  Denikin  üç  günəcən  Dağıstandan 

çıxmasa  qoşun  ilə  gedib  onu  çıxaracağıq  və  Dağıstanın  üç  günəcən  boşaldılması 

üçün  ultumatum  vermişəm.  (Yerdən  :  siyasət!..).  hökumət  rəisi  gərək  hər  sözü 

söyləməsin  və  vaxta  ki,  söylədi  onu  isra  etməlidir.  Biz  əlbət  ki,  hərb  tərəfdarı 

deyilik, Nəsib bəy  cənabları buyurdular ki, ingilislər demokrasyon xətti Petrovski 

altından  çəkəndə,  biz  deyə  bilməzdik  ki,  Denikin  gərək  Moskvayasan  tutduğu 

yerləri boşaltsın. Biz bunu heç vaxt hökumətə söyləməmişik. Bizim dediyimiz odur 

ki, hökumət gərək razı olmaya indiki Petrovskidən xətt çəkilsin. Petrovski hər nə 

qədər  Azərbaycan  toprağı  deyilsə  də,  hər  halda  orada  bir  qardaş  millət  yaşayır. 

Şimali Qafqaz millətlərini biz qardaş adlandırırıq. Bunun üçün gərək biz buna razı 

olmaya idik. Daxili işlərimizə gələndə Nəsib bəy cənabları dedilər ki, biz tədbirlər 

görürük. Lakin istəmirik ki, bu tədbirlərə görə başqalarına, günahsızlara zərər və 

əziyyət  dəysin,  biz  heç  bir  surətdə  deməyirik  ki,  bir  adamın  bizə  -  Azərbaycana 

zərəri  ol  masın,  buradan tərd  edilsin  və  ona  zərər  dəysin. Lakin  bizim  bildiyimiz 

bir  şey  var  ki,  burada  biz  əleyhimizə  işləməkdə  olan  bir  çox  zərərli  adamlar 

bulunur  ki,  onları  həbs  edərkən  heç  kəsə  əziyyət  və  zərər  olmaz.  Nəsib  bəy 

cənabları  burada  buyurdular  ki,  xaricdən  bizi  təhdid  edəcək  qüvvələr  ilə 

mübarizəyə  gələndə  bir  çox  adamlar  var  ki,  bizim  ilə  müttəfiq  olmayacaqlar  və 

bunun  üçün  də  ürəyə  müraciət  edib  bir  az  da  ürəyimdən  xəbər  vermək  istədilər. 

Heç  kəs  bir  başqasının  ürəyinin  içindəkini  bilməz.  Bunun  üçün  də  bir  adam 

barəsində bu surətdə söz söyləmək mümgün və münasib deyildir. 

Bolşevizm  muxtariyyət  kəsb  etmiş,  üfaq  millətlər  haqqında  Nəsib  bəy 

buyurdu  ki,  onlara  təklif  etmişlər  ki,  bolşevizm  ilə  müharibə  ediniz,  sizin 

istiqlalınızı  təsdiq  edəcəyik.  Və  yenə  buyurdular  ki,  bu  nöqteyi-nəzərdən  biz  də 

bolşeviklər  ilə  mübarizə  etməliyik.  Hərgah  mən  bilsəm  ki,  bizim  istiqlalımızı 

təsdiq  edəcəklər,  mən  özüm  vilayətimizdə  bir  dənə  bolşevik  də  qoymam.  Mən 

bilmirəm  Nəsib  bəy  bu  xəbərləri  nərədən  alır.  Bu  barələrdə  bir  sənəd  yoxdur. 

Doğrudur ki, xırda millətlər var ki, bolşeviklər ilə mübarizə edirlər, lakin onların 




Yüklə 5,97 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   334




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə