69
çıxdıqdan sonra Marsel şəHərinə satılmaq üçün göndərilirdi və oradan Lyona
göndərilirdi, satılırdı. Bəli, olar indi Şəkidə fabrika ilə, anbarlar ilə dolu qalıbdır.
Hərgah oları Batumda, İstanbulda, Marseldə satmaq mümkün olsa idi, milyonlar
ilə para ələ gələrdi və istədiyimiz kitabları və sair şeyləri alıb gətirmək olardı.
Onun üçün ərz edirəm ki, xüsusi təşəbbüslərə yol verilsin. Məəttəəssüf bu xüsusda
çalışdılar, ərizələr yazıldı yol verilmədi. Mən bir milyon manat pulun
buraxılmasını qəbul etməklə bərabər, xüsusi təşəbbüsə yol verilməsini təklif
edirəm.
Sədr - Bu xüsusda kim danışmaq istəyir. İstəyən yoxdur. Son söz
məruzəçi Əhməd bəyindir.
Əhməd bəy - Xüsusi adamların buraya kitab gətirməyi barəsində Abdulla
bəy danışdı. Biz onun sözünə ciddən iştirak edirik. Məlumdur ki, Gəncə
kitabxanasında hökumətə müraciət edilib də bu xüsusda müavinət istənilmişdi ki,
İstanbula mal aparıb, əvəzində kitab gətirsinlər. Hər yerə ərizə verdi mümkün
olmadı. Bu işə hökumətin nəzərini cəlb etmək ilə bərabər xüsusi təşəbbüslər
verilməsi rica edilir.
Sədr - Layihəni səsə qoyuram. (Rusca). Məlumdur ki, maliyyə nəzarətinə,
məarif nəzarətinin ixtiyarına bir milyon pul buraxılmasını səsə qoyuram. Təvəqqe
edirəm əllərinizi qaldırasınız. (Əllər qalxır). Müdtəhidül rəy. Türkiyədən buraya bir
milyon manatlıq kitab gətirilməsi məsələsi keçir. Keçirəm o biri məsələyə. Mehdi
bəy, oxuyun. Təklif var ki, Rusca oxunmasın, türkcə oxunsun. Çünkü əqəliyyət
məsələdən aşnadırlar.
Mehdi bəy Hacınski - Oxuyur. Birinci bab bitdi!
Sədr - Birinci bab xüsusunda kim danışmaq istərdi. Danışan yoxdur.
Qəbul olunur. Keçək ikinci baba. Mehdi bəy, oxuyun.
Katib - 2-ci babı oxuyur.
Sədr - 2-ci baba etiraz yoxdur? İkinci bab əksəriyyət rəylə qəbul edilir. 3-
cü babı oxuyunuz. (Səslər). Rica edirəm, xüsusi söhbətləri buraxasınız.
Katib - 3-cü babı oxuyur.
Sədr - 3-cü baba etiraz yoxdur? 3-cü bab əksəriyyət səs ilə qəbul olunur.
Mehdi bəy, dördüncü babı oxuyunuz.
Katib - 4-cü babı oxuyur.
Sədr - Heç zad eşitmirəm, rica edirəm, xüsusi söhbət etməyəsiniz. (Səslər:
Ucadan oxunsun).
Sədr - hündürdən oxuyunuz, eşidilmir. Mehdi bəy, siz dördüncü [babı]
qurtarın. Beşincini Əhməd bəy oxuyar.
Katib - 4-cü babın mabadəni oxuyur.
Sədr - Dördüncü bab xüsusunda kim danışmaq istərdi? Etiraz yoxdur,
dördüncü baba etiraz yoxdursa? 4-cü bab əksəriyyət [səs] ilə qəbul edilir.
70
Katib - 5-ci babı oxuyur.
Sədr - Beşinci baba etiraz yoxdur ki? 5-ci bab qəbul edilir. Əlavələri
oxuyunuz. Smeta və ştatları oxuyunuz.
Katib - Oxuyur.
Sədr (zəngi vurur) - Rica edirəm, xüsusi söhbətləri buraxasınız.
Səslər - Bir az ucadan oxusun!
Katib - (Dəvam edir).
Ağabəyov - Layiheyi-qanuniyyədə məmurinə verilməsi icab edən məaş
miqdarlarını müəyyənləşməyini oxuyur.
Sədr - Güşad ediləcək milli hökumət bankının güşadı üçün göstərilən
məxaric cədvəlini maddəsilə bərabər səsə qoyuram. Etiraz yoxdur, qəbul edilir.
Layiheyi-qanuniyyənin komisyonun verdiyi qərar üzrə səsə qoyuram.
Etiraz yoxmu? Layiheyi-qanuniyyə tamamilə qəbul edilir. Gələcək iclas cümə
ertəsi günü olacaqdır. İclas qapanır.
İclas saat 3.20 dəqiqədə qapanır. Arxiv, f. 895, siy. 1, iş 108, vər. 1-21.
№75
Yetmiş beşinci iclas
20 sentyabr 1919-cu il
Rəis - Həsən bəy Ağayev. Katib - Mehdi bəy Hasınski.
İclas saat 11.15 dəqiqədə açılır.
Rəis - İclas açılır, yomiyyeyi-müzakirat əski surətdədir ki, keçən iclasda
Parlaman tərəfindən daxil olunmuşdur. Əkər arzu edərsinizsə, oxunsun.
Səslər - Lazım deyil, maliyyə işlərinə baxılsın.
Rəis - söz Məmməd Əmin Rəsulzadənindir.
Məmməd Əmin - Bugünkü iclası təklif edərkən maliyyə işlərinə və bir
para xırda məsələlərə baxmağa mütəşəxxis etmiş idik. Ona görə də keçən iclasın
qalan yomiyyə-müzakirati dəyişilməlidir ki, maliyyə işləri ilə məşğul olaq.
Maliyyə nəzarəti nümayəndəsinə də gərək xəbər verilə idi ki, maliyyə işləri
müzakirə edilərkən iştirak etsin.
Sədr - Mən onu unutdum, söyləyim ki, elə sırada haman layihələrdir.
Növbəti məsələyə keçmədən bir neçə kağızları söyləmək istəyirəm. Əvvəla daxil
olan kağızlardan bir də maliyyə nəzarəti tərəfindən gəlmiş: mənzil, ticarət və digər
binalardan mənfəətbərdar olmaq üçün həddi-əzəmi qiymət təyin edilməsi haqqında
bir layiheyi-qanuniyyədir. Bu layiheyi-ləvayeh qanuniyyə komisyonuna verilir.
Sonra bu günləri görürsünüz ki, yeni seçilmiş Parlaman tərəfindən sırağa gün qəbul
olunmuş üzvlər vardır ki, iştirak edirlər. Bunlardan biri Remizov, o biri
Kazarovdur. Aleksandr Kazarov məktub ilə məlum edir ki, indiyə qədər Bakı
71
istintaq məhkəməsinin müddəiəl ümumi müavini xidmətində idi. İndi isə
xidmətindən çıxır. Keçirəm növbədəki məsələyə. Tövcü vergisinin artırılması ilə
bərabər topraq, gəlir və məxaric smetasının və topraq vergisi miqdarlarının təmdidi
haqqında qanun layihəsidir. Layihənin ikinci qiraətidir. Məruzəçi - Rza bəy
Ağabəyov. Bu layihə iyunun 23-də Parlaman tərəfindən baxılıb qəbul edilmişdir.
Ağabəyov - haman bu qanuna bir dəfə baxılıb, komisyona göndərilmişdir.
Buna binaən odur ki, bu layihəyə baxılanda, Müsavat fraksiyası tərəfindən bir qeyd
edilmişdir. Bu haman qeydi məruzəçi sifətilə qəbul etdim. Yoldaşlar isə narazı
qaldılar. Ona görə də komisyona qaytarıldı. Komisyon təzadən baxdı. Ona görə də
onu xatırınıza salacağam. Burada iki məsələ vardır. Vergilər haqqında: hökumət
tərəfindən təqdim edilən qanun layihəsində bu vergilər bu cür göstərilmişdir.
Xüsusi yer vergisi — 100%, mülkədar yerləri 200%, obroçnı podat 25% təklif
olunurdu. Komisyon bu layihəyə baxıb bu ədədləri artırdı. Xüsusi yerlərə 200%,
mülkədar yerlərinə 400 faiz, obroçnı podat 50%. Onu da xatırınıza salıram ki, əgər
bu saat bir desyatin üzümlük ki, doxodı 88 manat götürülmüşdür, iki manat 64
qəpik vergi alınacaqdır. Yüz faiz artırsa beş manat 25 qəpik edər. Bir desyatin
meyvəlikdən ki, desyatinin 50 manat doxodudur, manat yarım vergi alınır. Əgər
yüz faiz artsa 3 manat edər. İki yüz faiz olarsa 6 manat ödər. Bir desyatin
meyvəliyin 50-80 manat doxodu olduğu köhnə zaman hesabı ilə götürülmüşdür.
İndi isə özünüz bilirsiniz ki, bir desyatin yerin nə qədər doxodu var. Ərz edirəm ki,
komisyon bu layihəyə baxanda köhnə qərarı üzrə durmuşdur. Xüsusi yerlərə —
mülkədar yerlərinə 400, obroçnı podata 50%.
Rəis - Layiheyi-qanuniyyə xüsusunda kim danışmaq istərdi? Rica edirəm,
yazıb bildirəsiniz. Söz Səmədağa Ağamalı oğlunundur.
Səmədağa - Mən bu artırılmanın əleyhinə danışmaq istəyirəm. Mülkədara
yerləri 200% artırılsın. O ki, qaldı xəzinə yeri 100% artırılsın. Amma mən
hamısının əleyhinəyəm. Buna da böyük səbəb vardır. Əvvəla bu qanun layihəsi
böyük yer qanunu qurtarandan sonra gərək keçə idi. Çünkü topraq qanunu
qurtarandan sonra bilmək olardı ki, kimdə nə qədər yer var, nə tör vergilər yığılsın.
Çünkü, indi bizim əkinçinin nə qədər yeri var məlum deyil. Ona görə də yer
vergiləri yığmaq çox çətin olacaqdır. Çünkü, onların çoxu bəylərin əlində
qulluqçudur. Bunların da üstünə 400% əlavə edəndə büsbütün xərabə olacaqlardır.
Bu yükü götürə bilməyəcəklərdir. Şimdiyə qədər xüsusi kapitalistlərdən bir faiz də
çıxmadı. Və yenə kəndistanda elə biçarələr vardır ki, onların malı, mülkü bəylərin
əlindədir. Vergilər istənəndə də böyləcələrinə deniləcəkdir ki, sənin də adın var,
gərək vergi verəsən. Və verməyəndə isə suda düşərsən. Yer pulu yığdıqda öylə
qayda lazımdır ki, doğru və həqqaniyyət üzrə olsun. Amma böyləsə bir üsul hələlik
bizdə düzəlməyibdir. Buna görə təklif edirəm ki, topraq haqqındakı, layiheyi-
qanuniyyəyə baxılıb qəbul edildiyindən sonra böylə vergilərə baxılsın.
Dostları ilə paylaş: |