Azərbaycan xalq cümhuriYYƏTİNİn keçİRİLMƏSİ ÜZRƏ DÖVLƏt komiSSİyasi



Yüklə 5,97 Mb.
Pdf görüntüsü
səhifə34/334
tarix28.08.2018
ölçüsü5,97 Mb.
#65057
1   ...   30   31   32   33   34   35   36   37   ...   334

76 

 

Sədr - Maddə xüsusunda kim danışmaq istərdi? Danışmaq istəyən yoxsa, 



səsə qoyuram. Maddəni kim qəbul edirsə, rica edirəm əlini qaldırsın. (Əllər qalxır). 

Kim bunun əleyhinədir? (Əllər qalxır). Kim səs verməyib? (Əllər qalxır). Layiheyi-

qanuniyyənin  lehinə  37,  əleyhinə  4,  səs  verməyən  3.  Əksəriyyət  rəylə  layihəyi-

qanuniyyənin ikinci qiraətində qəbul edilir. Layihəyi-qanuniyyənin üçüncü qiraəti 

qalır gələn iclasa .(Malxazyana, Rusca). Sizin arzunuz qalır 3-cü qiraətə. Keçirəm 

növbədəki  məsələyə.  Növbədə,  şəhadətnaməsiz  olan  içki  ticarətindən  alınan 

cərimələrin artırılması haqqında qanun layihəsidir. Məruzəçi Mehdi bəy Hacınski. 

Məruzəçi  burada  yoxdur,  2-ci  məsələyə  keçirəm.  İçki,  spirt  məhsulatından  alınan 

aksiz vergisi miqdarlarının təzyidi haqqında qanun layihəsi. Məruzəçi Ağabəyov. 

Ağabəyov  -  21  oktyabr  1919  sənəsindəki  qanun  mövcübincə  spirto 

məhsulatının  vergiləri  artırılmışdır.  Fəqət  şimdiki  zamana  görə  alnan  vergi  çox 

azdır.  Vodkanın  butulkası  yetmiş  manata  verilir.  Ondan  iki  manat  vergi  alınır. 

Konyakdan isə bu saat butulkasından üç manat alınır. Halbuki, yüz manat qiymətə 

satılır.  Bu  səhətləri  nəzərə  alan  maliyyə  nəzarəti,  tazədən  bir  qanun  yapıb,  spirt 

məhsulatından  alınan  vergi  miqdarının  təzyidini  tələb  edir.  Bu  tazə  qayda  ilə 

xəzinəyi-dövlətə 24 milyon qədər pul girir. Fəqət, köhnədə beş milyon pul girirdi. 

19 milyon fərq vardır ki, bu da xəzinəyi-dövlət üçün eyi bir mənbədir. Qanunun bu 

surətlə məclis tərəfindən qəbulunu maliyyə nəzarəti rica edir. 

Sədr  -  Layiheyi-qanuniyyənin  əsasları  xüsusunda  kim  danışmaq  istər. 

Hacı Kərim Saniyev. 

Hacı  Kərim  Saniyev  -Möhtərəm  məbuslar!  Məlumunuzdur  ki,  bu  içki 

üzündən  insaniyyətə  pək  böyük  fənalıqlar  törəyir,  hərbin  ibtidasında  Rusiya 

hökuməti içkini bilmərrə yacaq etmişdi. Rusiyadan tazə gələnlərin rəvayətinə görə 

oralarda içki təkrar mən edilmişdir. Mən təklif edirəm ki, biz də şəriətin hökmünə 

görə  içkini  kamilon  qaldırmalıyıq.  Hətta  içki  məhsulatından  xəzineyi-dövlətə 

gələcək  xərc  də  haramdır.  Bunun  üçün  bunun  alınıb-satılması  da  qətiyyən  mən 

edilməlidir. 

Sədr - Buyurunuz Arşaq Malxazov. 

Arşaq Malxazov - Rusca danışır. 

Hacı Kərim Saniyev (yerindən) - Malxazova xitabən əla dediniz. 

Sədr - Rica edirəm, Saniyev, yerinizdən danışmayasınız. 

Malxazov - (Rusca). 

Sədr  -  (Rusca)  Yerdən  təvəqqe  edirəm  danışmayasınız.  Söz  - 

Qarayevindir. 

Qarayev - Malxazov tam iki saat bizə rəcəz oxudu ki, guya biz bilmirdik 

ki, vinodeliya böyük promışlennostdır. Cənab Malxazov! Biz onu çox yaxşı bilirik 

və bilirik ki, bu işdə bir çox kəndlilər iştirak edirlər, biz kəndçilərə zidd gedirik ki, 

içki bəlasından xilas olsunlar. Biz çox təəccüb edirik ki, nəzarət hər bir iş barəsində 




77 

 

proekt  verir, amma  topraq  barəsində  bir  şey  demir  və  biz  gözlədiyimiz  layihədən 



bir əsər yoxdur. Əfəndilər! Əlhəmdullah, biz deyirik ki, bura islam məmləkətidir, 

amma bayıra çıxanda görürük ki, addım başına bir dükandır, çaxırçı dükanıdır, hər 

yerdə  çaxır  içirlər.  Biz  deyirik  ki,  müsəlmanın  bu  vaxta  qədər  əxlaqı 

pozulmamışdır,  amma  indi  pozulur.  Əvvəllərdə,  ildə  bir  dəfə  orucluqda  kişi 

arvadını  döyərdisə,  amma  indi  hər  gün  piyan  olub  döyəcəkdir.  Biz  istəyirik  ki, 

müsəlman  burjuaziyasının  əxlaqi  pozulmasın,  böylə  şeylərin  qabağı  alınsın  və 

aksiz  barəsində  danışmaq  istəyirdik  ki,  hökumət  öz  əlinə  alsın.  İndi,  burada 

quranpərəst ittihadçılar, müsavatçılar hər yerdə olursa müsəlman, bağıranlar, necə 

olur  ki,  əllərini  qaldıracaqlar  ki,  layihə  qəbul  olunsun.  Biz  bilirik  ki,  bu  layihə 

qəbul ediləcəkdir və bu layihəni biz arzu edirik ki, nəzarət digər bir layihə verə idi, 

aksiz işlərini ələ ala ki, duxanları bağlaya idi. 

Saniyev  -  Cənab  Malxazov  burada  söylədi  ki,  bağçılıq  və  üzüm  böyük 

mədaxil  gətirir  və  cəmaət  nəfbərdar  olur.  Bəli,  otuz  il  bundan  əvvəl  Azərbaycan 

çaxır  qayırmazdı  və  çaxır  nə  olduğunu  bilməzdi.  Məsələn,  Gəncə  bağlarından 

üzümü  Petroqrada  və  oradan  da  Avropaya  göndərirdilər.  Artıq  qalan  şeyləri  isə 

doşab-bəkməz  (bəhməz)  və  sirkə  qayırırdılar  ki,  bularada  əksərən  evlərdə  lazım 

olurdu. Qaldı, içkinin təbabət yerinə sərf edilən məsələsi, bu doğrudur, çünkü hər 

kimə  dərman  lazım  olursa  istədikləri  yerdən  və  istədikləri  miqdarda  ala  bilərlər, 

bəli  bundan  də  mənfəət  olar.  Biz  arzu  edirik  ki,  Azərbaycanda  çaxır  qayırmaq 

qətiyyən qadağan edilsin. Necə ki, bayaq  ərz etdim əxlaqımız içkidən axır vaxtlar 

pozulmaqdadır.  Axır  vaxtlarda  içki  kəndlilərə  də  sirayət  enir.  Hər  gah  indidən 

bunun qabağı alınmasa, bu əxlaq pozğunluğu daha da artacaq və tezliklə əxlaqımız 

bilkülən  xarablaşacaqdır.  Mən  təklif  edirəm  ki,  Azərbaycanda  çıxır  qayırmaq, 

satmaq qadağan edilsin. Vəilla bizi böyük fəlakətlər gözləyir. 

Rəis - Parlaman üzvü Vanseviç. 

Banseviç - (Rusca). 

Sədr - Arşaq Malxazov. 

Malxazov - (Rusca). 

Sədr - Sırada natiq olmadığından son söz məruzəçinindir. 

Ağabəyov - Bütün natiqlərin danışdıqlarından iki rəy anlaşıldı. Biri budur 

ki,  bunların heç  birisi  əsasən  bu  qanunun  əleyhinə  deyildirlər.  Ancaq  deyirlər  ki, 

şərab çox işlənir, bunun müqabilinə tədbirlər görüb önünü almaq lazımdır. Bu bir 

rəydir. Digər rəy budur ki, ümumiyyətlə bu cür qanun layihələri var, həpsi artıqdır, 

bunlara  lüzum  yoxdur.  Bunların  həpsini  rədd  etmək  lazımdır.  Malxazovun 

nitqindən sonra, ümumiyyətlə, mən danışmağı artıq görürəm. Fəqət, yenə, bir peçə 

söz ərz edəcəyəm. Əvvəla birinci təklifin əleyhinə danışmaq fəzlədir. Amma ikinci 

rəy xüsusunda bir qədər başqa mülahizələr dəxi vardır. Birincisi budur ki, burasını 

nəzərə almaq  lazımdır  ki,  vətənimizdə hamı  yalnız  müsəlman  deyildir.  Aramızda 




Yüklə 5,97 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   334




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə