Azərbaycan xalq cümhuriYYƏTİNİn keçİRİLMƏSİ ÜZRƏ DÖVLƏt komiSSİyasi



Yüklə 5,97 Mb.
Pdf görüntüsü
səhifə42/334
tarix28.08.2018
ölçüsü5,97 Mb.
#65057
1   ...   38   39   40   41   42   43   44   45   ...   334

92 

 

olsun, amma bir az düzəlsə yaxşı olar. Lakin bu sistem ilə gələcəkdə hərəkət etmək 



böyük  nəfi  verəcəkdir.  Fəqət  bir  şeyə  diqqət  etməlidir.  Nəzərimcə,  bu  sistemanı 

düzüb  qoşanda,  onu  düzüb  qoşan  maliyyə  büdcə  komisyamız  bu  fikir  ilə  iştiğal 

olub  ki,  filan  mənsəbdə  olan  xidmətçi  ondan  bu  günəcən  aşağı  mənsəbdə  olan 

xidmətçi ilə bərabər bulunmasın. Demək, əgər məsələn, pristavın bir qədər prestiji 

artıqdır, onunla kargüzar, ya kargüzar müavini bir zadda bərabər olmasın. Çünkü, 

qulluq  cəhətcə  bu  vaxta  qədər  bu  yuxarı  olub.  O,  bir  az  aşağı  olubdur.  Nəzəri-

diqqətinizi  buna  cəlb  edirəm.  Bir  çox  adamların  nöqteyi-nəzəri  düz  olsun, 

məmurlar deyəndə, zənn etməyin ki, ümum məmurlara aiddir. Öylə məmurlar var 

ki,  bir  ildə  maaş  artmasa  da  danışmaz.  Çünkü  o,  buna  papiros  pulu,  çəkmə 

sildirmək pulu kimi baxır. Onun başqa doxodları var. Özünüz də bilirsiniz. Burada 

söz  ola  bilməz.  Bunu  ondan  ötəri  gətirirəm.  O  zəhmətkeşlərə  fikir  verəsiniz  ki, 

qan-tər içində oxuyub, qələmi vasitəsilə maaş alırlar və maaşdan başqa bir doxodu 

da  yoxdur.  Səhərdən  oturdursan  saat  2-yə  3-ə  qədər  işlədirsən, nə  verirsən  1200-

1400-1500 rüblə. Bakı kimi yerdə əlbəttə keçinməz. Bu onun yeməyinə, içməyinə 

çatmaz. Hələ paltar və başqa xərclər qalsın kənarda. Bunu nəzərdə tutmalıdır. Bunu 

da  nəzərdə  tutmalıdır  ki,  qulluqçu  böylə  vaxtda  yemək  içməyi  qayda  ilə  yerinə 

yetirsin.  Qulluqçu  nə  mənsəbdə  olursa  olsun  bunun  maaşı  ilə  külfət  dolanır.  Bu 

maaş ilə külfət dolanmaz. Və, bizdə ola bilsin ki, filan qulluqçu filan qulluqçudan 

mərtəbəcə yüksək olsun. Burda çin mərtəbə sözü yoxdur. Burada maaş məsələsidir. 

Nə olar, bir katib pristav ilə, naçalnik ilə bir dərəcədə olsun. Buna heç bir əziyyət 

olmaz. Xub, mənim təklifim budur ki, 18 sinfə bölməyin o qədər lüzumu yoxdur.  

15-16  tamamdır,  17,18-ci  siniflər,  bu  maddələr  ləğv  edilsin.  O  maddələrdə  olan 

xidmətçilər 15 və 16 siniflərə təqsim edilsin. Oraya idxal edilsin. Bu təklifim əgər 

qəbul edilərsə, bir iki günlük işdir. 

(Səslər: Bunu komisyada niyə söyləmədiniz?). 

Biz  istəyirik  ki,  bu  qanunu  nöqsanı  olsa  da  təcili  keçirək.  Xırda 

qulluqçuların qeydinə qalmaq lazımdır. 17 və 18-ci ləğv edilərsə də onda bizim hər 

çinə  sistem  üzrə  bir  şey  deyildir.  Ancaq  xidmətçilərin  maaşını  artıra  bilərik.  O 

təfavüt  ki,  qorxurlar,  qoy  o  təfavüt  olsun,  ancaq  belə  olsun  ki,  xidmətçilərin halı 

təmin edilsin. Bu hal, öylə haldır ki, aşağı, yuxarı olmaz. Gərək öylə olsun ki, hamı 

yesin,  içsin, həyatını  keçirsin.  Buna  görə  17  və  18  sinifləri,  15-16-ya  idxal  edin. 

Onları da bir-iki sinif artıraq, bu qərar ilə bu iki təklifi edirəm. Bundan əlavə doğru 

söylədilər,  haman  qabaqda,  müvəqqəti  büdcə  məsələsi  müzakirəyə  qoyulanda 

"Əhrar"  fraksiyası  bir  təklif  eylədi  ki,  ərzaq  məsələsinə  diqqət  olunsun,  maaşı 

artırmaq ilə həyat təmin olmaz. Buna görə bu xahiş deyil əvvəl təklif sonra xahiş 

elədi  ki,  hökumət  kooperativlərə  kömək  etsin  və  məmurlara  ərzaq  paylasın. 

hökumət buna Bakıda bir qədər əhəmiyyət verib, başqa yerlərdə isə heç əhəmiyyət 

verməyibdir.  Buna  görə  bu  xahişi  yenə  meydana  qoyuram.  İkinci  də  maliyyə 




93 

 

məsələsidir.  Bu  məsələ  bağlıdır  maliyyəmizin  yüksəkliyinə.  Söyləyəcəklər  ki, 



maliyyəmiz  ümum  aləmin  maliyyəsindən  asılıdır.  Əsasən,  əgər  istəsək  əhvali 

yünkülləşdirək və maliyyəmizi bu saatdakı kimi saxlayaq, bu nə ilə olar. Bu olar 

mədaxili  artırmaq  ilə.  Ticarət  və  ərzaq  işini  qaydaya  salmaqla,  spekulyasiyanın 

qabağını  almaqla.  Ona  görə  mən  ikinci  xahiş  olaraq  deyirəm  ki,  Parlaman  qəbul 

eyləsin maliyyə məsələsini yüksəltmək üçün də hökumət tezliklə bir layihə gətirsin 

keçirək, iş görülsün. Mən bu iki təklifi xahiş edirəm. 

Rəis - Söz Ağa Aşurovundur. 

Ağa Aşurov - Bu məsələnin iki tərəfi vardır, bir posuşestvu qaldı, əsasən 

bu  layihədə  iki  məqsəd  olub,  biri  əmələlərin  maaşını  artırmaq,  bir  də  maaşları 

nizama salmaq, müsavi eyləmək haqqında. İndi bilmirəm, müsavi olub, olmayıbmı, 

onu məruzəçi yaxşı başa sala bilmədi. Mən ki, yaxşı başa düşmədim, müsavi nə cür 

olur.  Burada  18  punkt  var  bir  yerdəki  23  punkt  olsun,  bərabərlik  görmürəm.  O, 

səfər maaşları artıranda, bildik ki, nə qədər artırırıq, indi isə 15, 25 30, 50 mi faiz 

artırırıq,  bilmirik.  Bilirik  ki,  maaşları  artırırıq.  Kimə  nə  qədər  artırarıq  bilmirik. 

Ondan başqa gərək biz bilək ki, o vaxtdan ki, biz maaş artırmışıq, o vaxta qədər 

neçə  faiz  bahalıq  olub,  ona  münasib  də  artırmalı  idik,  amma  indi  gözü  bağlıdır, 

bəlkə  100%  bahalıq  artıb,  biz  10%  maaş  artırırıq.  Bunlar  olmayanda,  bilmirik 

mənfəəti  nə  qədər  olacaq.  Bu  rəqəmlərə  yaxşı  baxmaq  lazımdır.  Onsuz  da  çətin 

olur.  Bir  də  maaşların  martdan  iyundan  artırılması  sözü  vardır.  Əlbəttə  martdan 

olsa  yaxşıdır.  İkinci  məsələ  zəmm  maaşı  martdan  etibarən  olsun,  yaxud  iyuldan 

etibarən  olsun.  İyuldan  etibarən  olursa  əlbəttə  o  qulluqçular  üçün  yaxşıdır.  Fəqət 

baxalım  büdcə  üçün  yaxşımıdır?  Büdcəlik  mövcudunu  və  nə  olduğunu  biz 

bilmirik. Məlumunuzdur ki, hər bir tacirin bir naməsi olur. Mədaxil və məxaricini 

bilir. Halbuki o bizdə yoxdur. Bu pullar nerəyə gedir, nerdən gəlir. Büdcə haqqında 

məlumatımız olmadığı kimi dokladçik də bu xüsusda bir şey söyləmədi. 

Rəis - Hökumətin komisyada nümayəndəsi vardır. 

Aşurov  (dəvamla)  -  Bu  xüsusda  "Prodovolstvia"üçün  bir  şöbə  lazımdır. 

Bu  bahalıq  ancaq  kimin  demək  üçündür,  əgər  bu  iki  məsələni  biz  həll  edərsək, 

çarəsini  bularsaq,  digər  şeylər  ümumiyyətlə  düzələr.  Biz  əvvəla  çörəyi  ucuz 

etməliyik  və  bunun  üçün  də  hökumət  orqanizasiyası  tərəfindən  lazımi  tədbirlər 

görülməlidir.  Məlumunuzdur  ki,  çörək  alanlar  əksəriyyətlə  Quba,  Xaçmaza 

gedirlər  və  oralarda  həftələrcə  vaqon  gözləyirlər  ki,  Bakıya  gətirə  bilsinlər. 

Halbuki,  vaqon  vaxt  ilə  verilməyir  və  ya  intizamsızlıqdan  yollarda  qalır.  Bunun 

üçün un vaxtında Bakıya çatmadığından çörək baha satılır. Biz əgər Bakıda çörək 

işini düzəltsək, bütün Azərbaycanda da düzələr. Və yenə əppək satanlar manatda 

yarım  manat  var  gözləyirlər.  Mən  təklif  edirəm  ki,  biz  əvvəla  bunları 

düzəltməliyik, ikinci göylərə buğda verməli. 

Səslər - Buğdanı deyil, parta verməli. 




Yüklə 5,97 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   334




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə