94
Rəis - Mətləbə yaxın gəliniz.
Aşurov (dəvamla) - Nəticədə ümid edirəm ki, hökumət qulluqçularına
verəcəyimiz zomm maaşından bir səmərə hasil olması üçün ehtiyaca qarşı tədbirlər
görməli. Bizim bazarda hər şey baha olandan sonra verilən zəmm maaşın heç bir
köməyi olamaz və yenə biz zəmm maaşları prosent üsulu ilə qəbul etməliyik.
Rəis - Rəsulzadə Məmməd Əmin bəy.
Məmməd Əmin Rəsulzadə - Mütaliə və təsdiqimizə ərz olan məsələ, öylə
bir məsələdir ki, bunun hər nə surətlə, hər nə cürə mühakimə etsə, nəticədə qəbul
etməkdən başqa bir çarə yoxdur. Yoldaşımız Qarayev cənabları falçılıq bir kəramət
yapdılar. Bu xüsusda demək istərdim fəqət acıqları gələcəyini bildiyim üçün bu
məsələni hökumət nəzərindən deyil məntiq və əsası cəhətincə düşünmək lazım. Ta
işilablara, ixtilaflara qədər çıxmaq və oralarda qeyb etməyə lüzum yox. Tarixin
bəzi zəruri əyyami vardır. Təbii biz də onlara keçəcəyik. Bəzi natiqlərimiz bu
xüsusda bir taqım tədbirlərin yapılmasını tələb və bunu təyin edirlər. Fəqət bunu
öylə ki müqayisə etdilər. Məsələn, Əhməd Cövdət söyləyir ki, Gürcüstanda
hökumət məmurları az maaş alırlar isə də, yenə dolana bilirlər. Çünkü hökumət
ucuz qiymətə şəkər, çəkmə filan verir, vəli müqayisə edilmədi ki, hansı şey orada
ucuzdur, burada bahadır. O, məmurlar ki, az məvacib ilə yaxşı dolanırlar, demək
onların bir əyilikləri vardır ki, o əyiliklər sayəsində imrar həyat edib dolanırlar.
Əgər böylə bir əyiliklər varsa buyurub söyləsinlər, bəlkə biz də taparıq. Gürcülər
gözəl keçinirlər deyirlər, fəqət isbat edilmir. Burada bir mülahizə var ki, deyirlər
bərabərləşməyi anlamırıq, o da Ağa Aşurovun mülahizəsidir. Və, deyirlər ki, əgər
bərabərləşdirilsə yenə 18 sinfə bölünür. Bu mülahizə də doğru deyildir. Bərabər
sinifdə deməkdir ki, bir nəzarətdə bir məmur nə alırsa, Digər nəzarətdə də dəxi
eyni haman maaşı almalıdır. Sinifləri birləşdirmək mümkün deyildir, çünkü, böyük
bir məmuriyyətdə olan şəxs ilə qapıda duranın ürfanı bir olmaz. Hər gah bu iki
sinif bərabərləşdirilərsə böyük mövqelərə adam tapılmaz. Nəzarətlərdə rütbələri bir
olan məmurların məvacibləri bərabərləşdirilməsi nəzərdə tutulur. Sonra burada bir
məsələ var ki, o da şuların ayrılmasıdır. Bu da doğrudan şayani-diqqət
əhəmiyyətdə bir məsələdir. Bir məmləkətin ki, ədaləti düz olmazsa orda ədalət
olmaz. Binaən-ileyh ədliyyənin məmurları ayrica təmin edilməlidirlər. Bəzi
yerlərdə öylə məmurların mövqei daimi olmaq ilə təmin edilir və maaşları
artırılır. Burada uzun təfsilata ehtiyac yoxdur. Bu məsələ ətrafında müəyyən bir
mülahizə oldusa o da budur ki, neçə faiz artırılmışdır. Dokladçik dedi ki,
məmurların bəzi qismi bir rütbədə irəli çəkilmişlər. Hər gah indi biz bunu əsas
etibarilə qəbul edərsək və süni olaraq bəzi faizlər artırılmasını tətbiq edərsək,
ortalığa nisbətsizliklər girəcəkdir. Ona məhəl olmamaq üçün əsas etibarilə bu
məsələni qəbul etməyə lüzum görərək və hökumətə dəxi göstərmək lazımdır ki,
onların məvacibi bir az artırılsın, burada bir qeyri məsələ var ki, o da nə vaxtdan
95
artırılmasıdır ki, martdanmı, yoxsa iyuldanmı artırılsın və məmurların acınacaq
hallarından bəhs etdilər. Yalnız bəhs etməkdən bir şey çıxmaz məmurların
ehtiyaclarından bəhs edildiyi halda, məmləkətin də ehtiyacından bəhs etmək
lazımdır və onlar düşünməlidir ki, böylə bir ağır məvacibi vermək ilə məmləkət
iflas edib, iştə büdcə komisyonu məsələnin bu cəhətini düşünmüş və iyuldan
məvaciblərin artırılmasıma qərar vermişdir. Biz də bu müddəti müdafiə edirik.
Şimdi mən bu məsələdən bəhs etmək istəyirəm ki, onun artıq vaxtı gəlmiş, o da
məşxiyyətdə iki sədr olması barəsindədir. Burada deyirlər ki, bir məşxiyyətdə iki
sədr ola bilməz. Fəqət bizim idarəyi-ruhaniyyələrimizinki sədr ilə deyil, bir çox
qazılar və digər ruhanilər tərəfindən idarə edilir. Qədim zamanda bunlar yalnız
dəftər saxlamaq və bir də məscid işlərini aparırlardı. Amma şimdi bunlardan əlavə
ruhanilərimiz xidməti-əskəriyyə işlərinə mübaşirət edirlər. Məsələn, qərə
nəfərlərinin intixabi və heyət təhririyyəyi-əsgəriyyəyə tətbiq etmək ilə bərabər
onlara bir vəzifə də olmuşdur ki, əxzi-əskər idarəsindən olan məmurlar haman
qazini çağırıb deyir ki, filan iş böylə oldu, filan iş öylə oldu, deməli onların
öhdəsində ruhani işlərdən əlavədə hökuməti məsuliyyət məmuriyyəti də var.
Bu məsuliyyət müqabilində biz onlara heç bir şey vermirik. Biz arzu edərdik ki,
yaxın zamanda üləmanın təmini-məişət edilməsi bir layihə düzəlüb də Parlamana
idxal edilə idi. Mən demək istədiyim şey budur.
Rəis - İndi bir təklif var ki, müzakirə bitsin, yalnız sırada Səmədağa
Ağamalı oğlu vardır. Təvəqqe edirəm ki, ona söz verək. Söz Ağamalı oğlunundur.
Səmədağa - Məsələ keçdi, amma öylə görək, danışmaq gərək, biz təvəqqe
edirik ki, bu qanun layihəsi üç aya kimi müvəqqətən qəbul edilib, sonra dəyişilə,
çünkü bu qanun çox qatma-qarışıqdır, lan dönübdür cühüd kitabına.
Rəis - Natiq əfəndi, dünyada heç bir millət yoxdur ki, onun kitabı
qatmaqarışıq ola, istər o millət cühüd olsun və ya qeyri.
Səmədağa - Qanun hələ keçməmiş, böyük danışıqlara səbəb oldu.
Oxunduqca, Məmməd Əmin bəy deyən kimi, cürbəcür şeylər çıxır. İndi görək bu
pullar məmurlara çatacaqmı, əlbəttə çatmaz. Heç biz alan altıca qəpik manat bizi
ödəmir. Mən deyərdim ki, hökumət çörəyi və əti öz əlinə alsın ki, bununla da
sosializmaya bir qədər qədəm qoysun. Mən bu gün sevindim ki, burada sosializm
fikirli sözlər çox danışıldı. Ərzaqı əlbəttə, hökumət əlinə alarsa, bizi zalim
dükançıların əlindən əlbət ki, xilas edər.
Rəis - Sırada natiq olmadığından axır ki, söz məruzəçinindir.
Əbdüləli bəy - Keşiş əfəndiyə ərz etməliyəm ki, o buyurdu ki, böyük
məmurlara otuz faiz, kiçik məmurlara isə yeddi-səkkiz faiz artırılıbdır. Bu ona
görədir ki, biz məmurların dolanmasını dər nəzər edirik. Bir də keşiş və qeyriləri
dedilər ki, maaşlar martdan artırılsın. Buda bir azsa!... Təfavüt edir, ancaq səksən
milyon xəzinəyə təfavüt edən, bunu da, əlbətki biz qəbul etmərik, maliyyə naziri də