98
axırda törəyəsidir. Mən bilirəm ki, iki aydır, sistematiçeski bu işi dalıya salırlar. Bir
qırıx məsələ qabağa gedəndə gənə onu dala salırlar. Mən təvəqqe edirəm yer
məsələsi lap qabağa salınsın.
Rəis - Muxtar Əfəndizadə.
Muxtar Əfəndizadə - Səmədağa buyurduğu kimi, yer məsələsi gah irəli,
gah dalıya salınır. Biz bunu ətraflısa mülahizə etsək, yer məsələsi hamısından
əvvəl həll edilməlidir. Əgər hökumət məmurlarının maaşları birinci növbəyə
qoyulsa da buna məcburuq ki, əvvələ keçirək. Parlaman üzvlərinin nəzərini bir
şeyə cəlb edirəm ki, hər yerdə, yer məsələsi mütləq qalmışdır. Nə bəylər cəsarət
edib yerlərini işlədirlər, nə kəndçilər cəsarət edib, zor ilə tuturlar. Böyləliklə yerlər
istifadə edilməmiş bir halda qalır, çünkü qanun yoxdur. Məsuliyyət bizim
öhdəmizdə olmamaq üçün təvəqqe edirəm qanun layihəsini üçüncü növbəyə salaq.
Rəis - Buna etiraz edən yoxdur? səsə qoyuram. Kim divani-rəyasətin
təklif eylədiyini qəbul edirsə, təvəqqe edirəm əllərini qaldırsın. (Əllər qalxır).
Əksəriyyət rəy ilə qəbul edilir. 1-ci məsələ xüsusunda ərz etmək istəyirəm ki,
məarif naziri bu gün Parlamana gəlməyəcəkdir. Təvəqqe edibdir ki, növbədən
götürülsün, gələn iclasa qalsın, çünkü orada bəzi məsələlər var ki, onun barəsində
özü izahat verəcəkdir. Etiraz yoxdur, qəbul edilir. Daxil olmuş kağızlar. (Katib
oxuyur). Bərayi -məlumat onu bildirmək istəyirəm ki, katib müavini Bayram
Niyazi Kiçikxanov Parlaman güşadından bəri tam üç ay məzuniyyətdə olubdur.
Ədliyyə naziri rica edir ki, Zaqatalaya gedəcək komisyona müavinətdə bulunmaq
üçün Kiçikxanova iki həftə məzuniyyət verilsin. (Rusca). Böylə olmasa idi, divani-
rəyasət özü verər idi, çünkü ay yarımdan artıqdır. Fəqət indi Parlamana müraciət
etmək məcburiyyətindədir. Bu barədə kim danışmaq istəyir? Etiraz yoxdur, səsə
qoyuram. Kim əleyhinədir? Kim səs vermədi? Kim razıdır? Böyləki, ədliyyə
nazirinin ricası 20 səs lehinə, 16 əleyhinə, 8 səs verilməyibdir. Əksəriyyət rəy ilə
qəbul edilir, iki həftəlik məzuniyyət verilir.
Rəis - Növbədəki məsələ hökumət məmurlarının maaşları haqqında qanun
layihəsinin ikinci qiraəti. Məruzəçi Əbdüləli bəy.
Katib müavini (Hacınski Mehdi bəy) - Birinci maddəni oxuyur.
Rəis - Rica edirəm, xüsusi söhbətlərinizi buraxasınız. Rica edirəm
dinləyəsiniz.
Mehdi bəy - Oxumaqda dəvam edir.
Hacıbababəyov (yerindən) - Bir az bərk oxuyunuz, eşidilmir.
Mehdi bəy - Oxumaqda dəvam edir.
(Mehdi bəy, hökumət qulluqçularının maaşlarını artırılması, onların bir
nizam və qaidə alınması barəsində olan qanun layihəsinin, xidmətçilərin
dərəcələrini göstərən cədvəli oxumasına dəvam edir).
Rəis - O təshih əvvəlinci maddəyədimi, Mehdi bəy?
99
Mehdi bəy - Bəli!.. Bəli!.. Əvvəlinci maddəyədir. (Oxumasına dəvam
edir).
Rəis (məbuslara) - Rica edirəm, xüsusi söhbət etməyəsiniz... Heç bir şey
eşitmək olmur. Söz Əhməd Cövdətindir.
Əhməd Cövdət - Bu qanun layihəsi büdcə qanununu bütün-bütünə təğyir
və təbdil edir. İndiyə qədər məmurlar bir cədvəl üzərinə məvacib alırdılar. İndi isə
bu qanuna görə maliyyə-büdcə komisyonu tərəfindən qəbul olunmuş yeni cədvəllər
ilə alacaqlar. Ona görə lazımdır ki, o cədvəl burada oxunsun, sonradan Parlaman
qəbul etsin. O vaxt bu qanun olar. Yoxsa katib o qədəri təsdiq eylədilər bir olmaz.
Bu oxunan birinci maddə idi. Fəqət cədvəl hansı isə oxunmadı. Və maliyyə büdcə
komisyasının bu layihə haqqındakı siniflərə aid təğyir və təbdil qəbul etdiyi
bəratilqəvl oxundu. Bu cür bu doğru deyildir. Qanun layihəsi gərək oxunsun ki,
filan adamlar birinci sinfə, məvacibi, bu qədərdir, filan adamlar 2-ci sinfə,
məvacibi bu qədərdir. Maddə-maddə komisyonunun təğyir və təbdili ilə oxunar.
Parlaman ya qəbul edər, ya rədd edər. Və ya Parlaman üzvləri özlərindən təkliflər,
təchihlər edərlər. Yoxsa indi, birinci maddəni oxuyub bu cür qəbul etmək doğru
deyildir. Bu, yenə təkrar edirəm ki, olmaz. Qəbul olunacaq qanun gərək məclisdə
oxunsun, adı çəkilsin. Oxunmayan bir layihə qanun hesab edilməz. Ona görə
cədvəllərin sıra ilə oxunmasını təklif edirəm.
Rəis - Təklif xüsusunda kim danışmaq istərdi? Etiraz yoxdursa, təklif
qəbul edilir. (Katibə) Katib əfəndi, cədvəlləri oxuyunuz.
Katib - Cədvəllərin ancaq ruscası var. Türkcəsi yoxdur. Qanun lahiyəsinin
türkcəsi yoxdur. Ruscasını oxuyummu?
Rəis - Cədvəllərin türkcəsi yoxdur. Çünkü xüsusi istilahlardır. Tərcüməsi
çətindir. Əgər müsaidə versəniz, ruscası xunar. (Səslər: Türkcəsi, türkcəsi
oxunsun). Əhməd bəy, siz ruscasını oxuyun, türkcəsini Bayram Niyazi tərcümə
edib oxuyar.
Katib - Cədvəlin birinci maddəsini oxuyur.
Rəis - Bu xüsusda kim danışmaq istərdi? Birinci maddəyə aid bir təklif
var. "Əhrar" fraksiyası tərəfindən: məşixiyyət sədrləri ikinci dərəcədən birinci
dərəcəyə keçirilsin. Bu xüsusda kim danışmaq istərdi. Söz Abdulla bəy
Əfəndizadənindir.
Abdulla Əfəndizadə - Məlumunuzdur ki, onların hər ikisi də müstəqil
dinin hakimləridirlər. Ruhani mövqeinin cəmaət arasında böyük hörməti də olduğu
aşkardır. Ona görə də bunların maaşlarının ikinci sinifdən birinci sinfə keçirilməsi
lazımdır.
Rəis - Səmədağa Ağamalı.