Azərbaycan xalq cümhuriYYƏTİNİn keçİRİLMƏSİ ÜZRƏ DÖVLƏt komiSSİyasi



Yüklə 5,97 Mb.
Pdf görüntüsü
səhifə48/334
tarix28.08.2018
ölçüsü5,97 Mb.
#65057
1   ...   44   45   46   47   48   49   50   51   ...   334

105 

 

Muxtar  Əfəndizadə  -  Mən  elə  bilirəm  Bayram  Niyazi  əfəndi  məsələni 



təmamilə  izah  edəndən  sonra  Əhməd  bəyin  dedikləri  yersizdir.  Bayram  Niyazi 

əfəndinin nəzəriyyati göstərdi ki, bir vilayətə baxır. Hər nə qədər kiçikdirsə mən 

elə  bilirəm  Gəncə  qubernatoru  qədər  işi  vardır.  Yer  kiçik  olduğundan  ədliyyə 

məhkəməsi başında olan rəis dərəcə hesab eyləmiyib, müavini dərəcə hesab edək. 

Bayram  Niyazi  əfəndinin  təklifi  cəmimidir.  Parlaman  üzvlərindən  bu  təklifin 

qəbulunu rica edirəm. 

Rəis (rusca) - Danışan olmadığından son söz məruzəçinindir. Abduləli bəy 

Əmircanov - Zaqatala məhkəməsi müvəqqətidir. Özü də kiçicik bir yerdir. Qayda 

ilə  lazımdır,  öylə  deyildir.  İş  də  o  qədər  yoxdur.  Mən  istərdim  ki,  məhkəməyi-

şəriyyə  rəisi  mirovoy  sudlar  kimi  8-ci  dərəcədə  qoyulsun.  Mirovoy  sudlar  3500 

məvacib  alırlar.  Bayram  Niyazi  təklif  etdi  ki  özü  4000  olar.  Bir  o  qədər  təfavüt 

yoxdur. Müavini 6-cı dərəcədə olar. Böylə olsa yaxşı olar. 

Rəis  -  Səsə  qoyuram.  Əvvəl  Kiçikxanovun  təklifini  səsə  qoyacağam. 

(Səslər:  Kvorum  yoxdur!)  Xeyir,  kvorum  var.  Hər  kəs  bu  təklifin  lehinədir,  rica 

edirəm  əlini  qaldırsın.  (Əllər  qalxır)  Kim  əleyhinədir?  (Əllər  qalxır).  Kim  səs 

verməyib?  36  səc  çıxır.  Dubarə  səsə  qoyacaqam.  Rica  edirəm, hamı iştirak  etsin. 

Kvorum  var.  Hamı  iştirak  etsin.  Ona  görə  təzədən  səsə  qoyuram.  Hər  kəs 

Kiçikxanov əfəndinin təklifinə tərəfdardır, rica cdirəm əlini qaldırsın. (Əllər qalxır) 

Kim  əleyhinədir?  (Əllər  qalxır).  Kim  səs  verməyib?  (Əllər  qalxır).  Təklif  qəbul 

olunmayır. 38 səslə qəbul olunmayır. 5-ci maddəni səsə qoyuram. Kim tərəfdardır, 

rica edirəm əlini qaldırsın. (Əllər qalxır). Əksəriyyət rəy ilə qəbul edilir. 

Əhməd Cövdət bəy - 6-cı maddəni oxuyur. 

Rəis  -  Altıncı  maddə  xüsusunda  kim  danışmaq  istəyir.  Altıncı  maddəni 

səsə  qoyuram.  (Kyüstərə)  Əksəriyyət  yoxdur.  Gedin  qapıdan  çağırınız.  Altıncı 

maddəni  dübarə  səsə  qoyuram.  Kim  ki,  tərəfdardır, rica  edirəm  əllərini  qaldırsın. 

Əksəriyyət rəy ilə qəbul edilir. 

Katib - Yeddinci maddəni oxuyur. 

Mehdi bəy Hacıbababəyov - Bir az bərkdən oxuyunuz, eşidənmirəm. 

Katib  -  Yeddinci  maddəni  oxuyur.  Buraya  xırda  siniflərdən  də  keçirilir. 

(Oxuyur). 

Rəis - Məhkəməyi şəriyyə səkkizincidir. 

Katib - Müsavatın təklifi səkkizincidən yeddinciyə keçiriliyor. 

Bayram Niyazi - Bu təklif eynən yazılmamışdır. 

Rəis - Məmməd Əmin Rəsulzadə. 

Məmməd Əmin Rəsulzadə - Zaqatala məhkəməyi-şəriyyəci sədri mirovoy 

sud dərəcəsinə gətirilmədi. 

Rəis - Buyurunuz Mehdi bəy. 



106 

 

Mehdi  bəy  Hacıbababəyov  -  Bizim  nəzarətlərdə  ümumiyyətlə 



mühəndisləri  üç  sinfə  ayırırlar.  Nəzarətlərdə  onları  qoyublar  doqquzuncu  sinfə, 

halbuki məarif nəzarətində mühəndislərin vəzifələri daha ağır, daha çoxdur. Onun 

üçün  mən  təklif  edirəm  ki,  məarif  nəzarəti  mühəndisləri  doqquzuncu  sinifdən 

yeddinci sinfə keçirilsin. 

Rəis - Bu əvvəlcə təklif edilməli idi. 

Mehdi bəy Hacıbababəyov - Xayır, şimdi məsələ birinci maddədə keçir. 

Rəis - Daha başqa natiq yoxdur. Axırıncı söz məruzəçinindir. 

Məruzəçi  Əmircanov  -  Məzkur  mühəndislər  əksəriyyətlə  xüsusi  işlərdə 

bulunurlar.  Və,  onlar  daima  məktəb  işlərilə  məşğul  olmurlar.  Əgər  məarif 

nəzarətinin  mühəndisləri  yeddinci  sinfə  keçirilmirsə,  o  halda  nəzarət həkimlər  də 

keçirilsin yeddinci sinfə. 

Rəis  -  Bu  barədə  Mehdi  bəyin  təklifi  vardır.  Mehdi  bəy  təklif  edir  ki, 

məarif  nəzarətində  xidmət  edən  mühəndislər  və  təbiblər  yeddinci  sinfə 

götürülsünlər. Səsə qoyuram. Kim tərəfdardır? Kim bərəksdir? Kim Səs verməyib? 

Keçmir.  

Səslər - Anlaşılmayır. (Abdulla bəy türkcədən ruscaya tərcümə edir). 

Rəis (Mehdi bəyin təklifini bir də qiraət edir) - Qulaq asın, səsə qoyuram. 

Kim tərəfdardır? Kim əleyhinədir? Kim səs verməyibdir? 24 qolos ilə qəbul edilir. 

Həmin  maddəni  öz  təshihi  ilə  səsə  qoyuram.  Əksəriyyət  ilə  keçir.  5  dəqiqəlik 

tənəffüs elan edirəm. 

 

Tənəffüsdən sonra 

Rəis - İclas dəvam edir. 8-ci maddəni oxuyunuz. 

Katib (oxuyur, rusca) - Xırda siniflərdən 8-ci dərəcəyə götürülür. Bitdi. 

Rəis  -  8-si  dərəcə  xüsusunda kim  danışmaq istəyir.  Burada  bir  təklif  var 

ki,  bir  qismi  qəbul  edilibdir.  Məarif nəzarəti memarı  9-dan,  8-ə  çəkilibdir.  Bir də 

təklif  var  ki,  müavini  də  10-sudan  8-ə  keçirilsin  etiraz  yoxdur.  Qəbul  edilir.  Bir 

təklif  Bayram  Niyazi  tərəfindəndir  ki,  Zaqatala  məhkəməyi  şəriyyə  sədri  8-ci 

dərəcəyə  daxil  olsun.  Çünkü  9-cu  dərəcədədir.  Hər  gah  buna  etiraz  yoxsa  qəbul 

edilir. 8-ci dərəcəyə təshihləri ilə bərabər etiraz olmadığından qəbul edilir. (Rusca) 

9-cunu oxuyunuz. 

Mehdi bəy   - 9-cu dərəcəni oxuyur. 

Rəis  -  9-cu  dərəcə  xüsusunda  kim  danışmaq  istərdi?  Danışmaq  istəyən 

olmadığından  səsə  qoyuram,  etiraz  yoxdur  ki,  9-cu  dərəcə  qəbul  olunur.  10-cu 

dərəcəni oxuyunuz. 

Mehdi bəy – 9-cu dərəcəni oxuyur, komisya əlavəsilə bərabər. 



107 

 

Rəis  -  10-cu  dərəcə  xüsusunda  kim  danışmaq  istərdi?  İstəyən  yoxdursa 



səsə  qoyuram.  Komisyon  təshihi  ilə  bərabər,  etiraz  yoxdur,  qəbul  olunur.  11-ci 

maddəni oxuyunuz. 

Mehdi bəy - 11-ci dərəcəni oxuyur, komisya əlavəsilə bərabər. 

Rəis  -  11-ci  dərəcə  xüsusunda  kim  danışmaq  istərdi?  Danışmaq  istəyən 

yoxsa,  11-ci  dərəcəni  komisyon  təshihi  ilə  bərabər  səsə  qoyuram,  etiraz  yoxdur. 

Qəbul olunur. 12-ci maddəni oxuyunuz. Komisyanın   böylə   hərəkəti   məntiqsiz  

deyildirmi. Çünkü, maaş nisbətdə müəllimin zəhmətinə verilir. Bir də iki müəllim 

ki, bərabər zəhmət çəkir, şəhadətnaməsi olmadığı üçün onları biri birindən ayırmaq 

mümkün  deyildir.  Şimdi  xalq  məktəblərindən  bəhs  olunurkən, mən  təklif  edirəm 

onlar  dəxi  bərabərləşdirilsinlər.  Çünkü  edadiyyə  müəllimlərinin  ölçüsünü  bunlara 

da  tətbiq  etmək  məntiqsiz  və  ədalətsiz  olmaz.  Müəllimlərin  şimdiki  halda  senzi 

olub,  olmadığına  baxmaq  lazım  deyildir.  Ancaq hangi  layiq  isə  onu  təyin  etmək 

lazım gəlir. Öylə də edilir. İndiki məktəblərdə zatən senzə ehtiyac yoxdur. Çünkü 

öylə müəllimlər var ki, senzi var, amma bizim məktəblərə yaramayırlar. Öylələri 

də  var  ki,  senzi  yoxdur,  amma  layiqdirlər.  Bir  də  müəllimin  ləyaqətini  istiqra  ilə 

ölçmək  lazım  deyildir.  Onları müfəttiş  təyin  edir.  Müfəttiş  də  bir müəllimi  təyin 

edərkən layiq bilib  edir, və bütün məsuliyyəti onun öhdəsindədir. Ona görədir ki, 

nazirin ya müfəttişin təyin etdiyi müəllimi yek digərindən ayırmaq lazım deyildir. 

Onların həpsini bir dərəcəyə daxil etməlidir. Mehdi bəy Hacınski - 12-ci dərəcəni 

oxuyur. Rəis - Qurtardı. 12-ci dərəcə xüsusunda kim danışmaq istəyir? Danışmaq 

istəyən yoxdur? 12-ci dərəcəni təshihlə bərabər səsə qoyuram. Etiraz yoxdur bunun 

qəbuluna.    12-ci  dərəcə  komisyonun  təshihilə  bərabər  qəbul  olunur.  13-cünü 

oxuyunuz. Hacinski - 13-cü dərəcəni oxuyur. Rəis - Söz Mehdi bəy Hacınskinindir. 

Mehdi  bəy  ("Müsavat")  -  Burada  xalq  məktəbləri  müəllimlərindən  bəhs 

edilir.  Və  müəllimlər  ikiyə  ayrılırlar.  Bu  fəsldə  senzavik,  yəni  darülmüəllimin  və 

rüşdiyyə  məzunları  qeyd  edilmişlərdir.  Aşağıda  bir  maddə  dəxi  vardır  ki,  orada 

senzavik  olmayan  müəllimlərdən  bəhs  olunur.  Bununla  müəllimlər  iki  qismə 

təqsim  edilir.  Senzaviklər  13-cü  senzavik  olmayanlar  15-ci  dərəcəyə  daxildirlər.   

Fəqət,  əvvəla  Azərbaycanda ümumiyyətlə müəllim azdır. Xüsusən türk müəllim 

senzavik yox dərəcəsindədir. Halbuki, onların içində pək yaxşı müəllimlər çoxdur. 

saniyən  xalq  məktəbləri  müəllimləri  əksəriyyət  istirarsızdırlar;  digər  tərəfdən 

ümum xalq məktəbləri müəllimlərini məzuniyyət şəhadətnaməsi olmadığı üçün 13-

cü  dərəcəyə  qalmaq  imkanından  məhrum  etmək  ədalətsizlikdir.  Ona  görə  mən 

təklif  edirəm  5  il  müəllimlik  etmiş  xalq  müəllimləri  də  13-cüyə  daxil  edilsinlər. 

Çünkü  doğrudur  onların  məzuniyyət  şəhadətnaməsi  yoxdur;  amma  haman  5  il 

müəllimlik etməklə onlar öylə təcrübə hasil edirlər ki, senzaviklər dərəcəsinə gələ 

bilərlər. 

Rəis - Söz Mustafa Mahmudovundur. 




Yüklə 5,97 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   334




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə