108
Mahmudov ("Müsavat") - Müəllimlər barəsindəki maddədə edadiyyə
müəllimləri haqqında layiheyi-qanuniyyədə bölgü var idi; senzi olanlara bir məaş
təyin edilmişdi, olmayanlara digər miqdar. Komisya götürüb onları birləşdirmişdir.
Rəis - Söz Qasım bəy Camalbəyovundur.
Camalbəyov - Natiqlərin əqidəsinə bütün-bütünə şərikəm. Lakin onu
istəyirəm deyim ki, mən özüm də müəlliməm və müəllimlərin halına bələdəm.
Şəhadətnaməsi, senzi olan olmayanla da heç təfavütü yoxdur. Öylə müəllimlər var
ki, şəhadətnaməsi vardır. Amma müqabilində öylələri vardır ki, senzi yoxdur, senzi
olandan çox çalışıb, nəfi yetirir. Bu nöqteyi-nəzər ilə onun tərəfdarıyam, necəki
natiq söylədi, gərək məvacibləri bərabərləşdirilsin. Yoxsa bunun senzi var, onun
senzi yoxdur, bu gərək ondan az maaş alsın, düz ikisi də zəhmət çəkir. Gənə də
bulurlar. Gərək kəndlərdə müəllim olsun. Məktəblərdə müəllim olmağı vacibdir.
Onlar gərək hər bir şeydən əl çəkib öz işlərinə məşğul olsunlar. Yoxsa birinə artıq,
birinə az verəndə özgə işə məşğul olarlar. Yenə də xüsusi dərslər yoxdur ki, dərs
versin. Dərs olmayanda ayrı işə baxacaq. Hər halda senzi olan olmayan bir
məvacib almalıdır. Rəis - Söz Ağa Aşurovundur.
Ağa Aşurov - Burada olan təklifin məarif işinə zərərdən başqa heç bir ayrı
əsəri olmaz. Heç vaxt olmaz ki, sənədlər, illər ilə elm oxuyan adam ondan aşağı
elmi olanlar ilə bərabər qoyulsun, bir məaş alsın. Bu insafsızlıqdır, haqsızlıqdır. O
yerdəki, elmi qabağa aparmaq istəyirsən, gərək bir konkrensiya düzəldəsən ki,
hamı oxuyub qabağa getsin, oxuyan ilə oxumayan bir olacaq, onda heç kəs
oxumaz. Hər kəs gedib müəllim olar. Onda küçədən tutub, aparıb müəllim qoymaq
olar. Bu loqika ilə davam etsəniz, onda heç oxumaq da lazım gəlməz heç vaxt
senzli ilə senzi olmayanı bir bərabərdə tutmaq olmaz. Bunda zərərdən başqa ayrı
bir şey yoxdur. Rəis - Söz Mehdi bəy Hacınskinindir.
Mehdi bəy Hacınski - Əlbəttə, Ağa Aşurov burada ifrat nifrit götürdülər.
Küçədən müəllim tutmaq olmaz, bu sözün mənası yoxdur. Mən pedaqoji nöqteyi-
nəzərdən 5 il götürdüm. Madam ki, bir adam beş il müəllimlik edir və idarə onu
qəbul edir, deməli, onun müəllimlik imtahanı və təcrübəsi vardır. Mən Mustafa
Mahmudovun rəyinə şərik olardım ki, müəllimlər bulunmasın, məsələ
şəhadətnamədə deyildir. O bir parça kağızdır, fəqət bilinsin ki, onlar bu vəzifəyə
layiqdirlər. Bu təklifi etməkdən məqsədim budur ki, təzə gələnlər ilə 5 il zəhmət
çəkənlərin arasında təfavüt olsun. Doğrudur, bunların şəhadətnaməsi yoxdur, ancaq
təcrübələri var. Necə olsa 5 ildə pedaqojidən xəbərdar olurlar. Mən təklifin
üzərində dururam. Beş ilin zərəri yoxdur. Aşurov buyurur senzli olsun. Öylə bir
müəllim var ki, senzi var, istedadı yoxdur. Müəllimlik edirlər. Burada müəllimlər
var bunu yaxşı bilirlər. Təklif edirəm senzi olanlar qalsın, burada 5 il zəhmət
çəkənlər də həmin 13-cü dərəcəyə daxil edilsin. Rəis - Söz Mustafa
Mahmudovundur.
109
Mustafa Mahmudov - Əfəndilər! Zənnimcə məsələni burada qarışdırdıq.
Bu gün Parlaman hökumət qulluqçularının məaşını artırmaq məsələsinə məşğuldur.
Əgər qanun layihəsi məktəblər və müəllimlər barəsində olsa idi və nə tör
müəllimlər hansı məktəbə getsin məsələsi müzakirə edilsə idi, onda bu məsələni
qaldırmağın yeri var idi. (səslər "Özün bu məsələni başladın ki!") Ancaq bu günkü
məsələ maaş xüsusundadır. Bunun üstə danışaq. Deyirlər, maaş iki sinfə
verilməsin, bərabərləşdirilsin. Mən yenə müəllim olduğum halda birinci senzidən
mən özüm almışam. Qəti surətdə deyirəm ki, bu senzilər bizim məktəblər üçün kafi
deyil. İş senzə qalsa güclü maaş gərək mənə verilsin. Mənim ilə bərabər senzi
olmayanlar vardır ki, məndən də yaxşıdırlar. O ki, qaldı Ağa Aşurov deyir, onların
senzi yoxdur, oxumayıblar, səhv edir. Onlar da boş deyil. Onlar da oxuyublar.
Ancaq onlar ayrı məktəbdə oxuyublar. Ağa Aşurov deyən senzi almayıblar. Qaldı
5 il məsələsi. Bu gün biz maaş məsələsinə məşquluq, heç bir müfəttiş, heç bir nazir
bir müəllimi bir yerə təyin edəndə, öz başına təyin eyləmir. Bu detaldır. Öylə
müəllim var ki, 3 ay hazırlansın. Öyləsi var ki, iki il, öyləsi var ki, 5 ildə hazırlansa
heç bir şey çıxmaz. Bu müfəttişin öz işidir. Bu gün gərək müəllimlərin zəhmətini
nəzərə alaq nə ilə güzəran edə bilir. Ona görə müəllimləri hissəyə bölmək lazım
deyildir. Mən yenə öz təklifim üzərində bərqərar olub deyirəm ki, o senz ki Ağa
Aşurov üçün böyük maddədir, biz buna ancaq adət etmişik, onun heç bir
əhəmiyyəti yoxdur. Hər halda müəllimləri hissəyə bölmək olmaz.
Səs - Elmin də əhəmiyyəti yoxdur?
Rəis - Müzakirə dəvam edir. Təklif var ki, əlində şəhadətnaməsi
olmayanlar da keçsin 13-cü dərəcəyə. (Mustafa Mahmudova) Sizin təklifiniz
ümumi olmadığı üçün maddəyə aid deyildir. Təklifi əldə tutub, bu təklif maddəyə
aid olmadığından səsə qoymayacağam.
Mustafa Məmmədəv (yerindən) - Mən də onda iştirak edirəm.
Rəis - Camalbəyov.
Camalbəyov – Mənim ikinci dəfə buraya çıxıb danışmaqda məqsədim
budur. Şəhadətnaməsi olan müəllimləri əksik tutmayın. Ağa Aşurov öylə görünür
ki, söylədiyi sözlərlə nəşri-maarifə toxunmaq, zərbə vurmaq istəyir.
Rəis - Burada məarifə zərbə vuran yoxdur. Siz başqa dürlü başa düşdünüz.
Natiq dəvamla - Bizim müəllimə çox ehtiyacımız var, kəndlər müəllimsiz
durur. Müəllimlər, ümumiyyətlə müəllimliyə layiq olmayanlar daha aşağı
qulluqlarda xidmət edirlər. Səbəbi, məvaciblərin azlığı və çəkdikləri məzaiqdir.
Mən Mehdi bəyin fikrində iştirak edər, beş sənə müəllimlik xidmətində
bulunanlara təfavütün qonulmamasını təklif edirəm. Rəis - Abdulla Əfəndizadə.
Əfəndizadə - Aşkar bir şeydir ki, əgər müəllimin əlində şəhadətnaməsi
yoxsa, ona müəllim demək olmaz. Baxınız, təcrübə dərsləri müəllim üçün kafi