Azərbaycan xalq cümhuriYYƏTİNİn keçİRİLMƏSİ ÜZRƏ DÖVLƏt komiSSİyasi



Yüklə 5,97 Mb.
Pdf görüntüsü
səhifə40/334
tarix28.08.2018
ölçüsü5,97 Mb.
#65057
1   ...   36   37   38   39   40   41   42   43   ...   334

88 

 

konsullar,  əmanət  sanduqçaları,  sberqatelni  kassa  müfəttişləri.  5-ci  sinfə  gətirilib. 



Gürcüstanda  olan  siyasi  nümayəndə nəzdindəki  maliyyə  akentəsi,  9-cuya  yaddan 

çıxıb yazılmayıb, inspektor kredit və Gürcüstanda olan maliyyə agentəsi yanındakı 

hesabçı  13-cüyə  gətirilib,  hüdudda  olan  alay  komandanı.  Maliyyə  büdcə 

komisyonu bir səslə belə arzu edir ki, nə qədər vilayət məmurları və idarələri varsa, 

şimdilikdə  onların  baxılması  lüzumu  yoxdur.  Onun  çox  təcili  surətdə  bir  qanun 

layihəsi  gətirilsin  və  qəzalarda  olan  məmurlar  ilə  nəzarət  idarələrində  olan 

məmurlar  rabitədə  olsunlar,  bir  də  maliyyə  büdcə  komisyonuna  bir  neçə  ərizə 

gəlibdir.  Məsələn: həbsxana  -  3  sinif  olmağınna  görə,  vilayət həbsxanasında  olan 

həkimlərə  birinciyə  1800  manat,  2-ciyə  1500,  3-cüyə  1200  manat  və  əskələ 

idarəsinin  təbibinə  1500  manat  verilsin.  Bu  günə  qədər  maliyyə  idarəsinin 

Kazyonnı palata müdiri, ziraət idarəsinin naçalniki ilə mənsəbi bir idi. Bu layihəyə 

baxarkən  Gəncə  vilayətinin  ziraət  idarəsinin  naçalniki  bir  dərəcə  Azərbaycan 

kazyonnı  palata  müdirindən  artıq  idi.  İndi  bir  olmağa  Gəncə  vilayətinin  ziraət 

idarəsi müdiri kazyonnı palata müdiri ilə bir maaşda olur. 

Rəis - Layihənin təcili surətdə baxılması təklif olunur. Əvvəlcə bu təklifin 

lehinə və əleyhinə danışana söz verəcəyəm. Kim lehinə danışar? Lehinə komisyon 

özü danışır. Əleyhinə danışan yoxdursa, səsə qoyuram. Kim layihəyi-qanuniyyənin 

təcili  surətdə  baxılması  tərəfdarıdırsa,  rica  edirəm  əlin  qaldırsın  (Əllər  qalxır). 

Müttəhidülrəy təklif keçir. Layiheyi-qanuniyyənin əsasları üzərində danışmaq üçün 

vərəqələr verilib. (Kraçkovskiyə, Rusca). Buyurunuz. 

Kraçkovski - Rusca danışır. 

Rəis - Parlaman üzvü Xosayev. 

Xosayev - Rusca danışır. 

Rəis - Vanseviç cənabları, buyurunuz. 

Vanseviç - Rusca danışır. 

Rəis - Buyurunuz, Əhməd bəy Pepinov. 

Əhməd bəy Pepinov - Əfəndilər! Ola bilir ki, Parlamanın maliyyə-büdcə 

komisyonuna  bu  günkü  müzakirədən  keçirdiyi  qanun  layihəsi  qədər  mühüm  bir 

qanun olmamışdır. Bu etina və əhəmiyyətlə müzakirə etmək məcburiyyətindəyik. 

Məndən  əvvəl  keşiş  cənabları  hökumət  məmurlarına  verilən  maaşların  qətiyyən 

kifayət etmədiyini söylədilər. Mən zənn edirəm ki, bu məsələ hamımıza məlum və 

aşkardır.  Bu  xüsusda  misallar  göstərmək  lazım  deyildir.  Biz  keçən  ayda,  bu 

xüsusda məclisdə bir maddə keçirdik və müttəhidülrəy qəbul etdik. Şimdi isə təkrar 

maaşların təzyidi üçün ikinci bir qanun layihəsi təklif edilir. Bu xüsusda mən bunu 

demək istərəm ki, bu verəcəyimiz hökumət məmurlarına aid zəmm maşlar, onların 

ehtiyacına  mədar  ola  biləcəkmi,  zəmm  maşları,  təkrar  etdirməyə  xəzinəyi  dövlət 

buna təhəmmül edə biləcəkmi. Biz zəmm maaşdan ziyadə ehtiyacə qarşı tədbirlər, 

çarələr  aramalıyıq.  Məlumunuzdur  ki,  paranın  qiyməti  gün-günə  düşməkdə  və 




89 

 

əşyaların qiyməti  isə  artmaqdadır.  Bunun  bir  çox  səbəbləri  var  ki, nə  bizdən, nə 



hökümətdən asılıdır. Bu zamanın icabıdır. Fəqət, bununla bərabər, buna qarşı bir 

taqım tədbirlər düşünmək və yapmaq lazımdır. Və yenə biz qonşu dövlətlərdə bir 

müqayisə yapsaq, onlardan biz daha dövlətliyik. Bizdə neft, pambıq və sairə kimi 

bir  çox  mənabe  sərvət  var,  halbuki  bizdə  həyat  və  yaşamaq  onlardan  daha  ucuz 

olması icab edərkən, biləks daha müşkül və daha qeyri müntəzəm bir halda dəvam 

edir.  Həm  qonşu dövlətlərin hökumət məmurları  bizim məmurlarımızdan  daha  az 

maaş aldıqları halda çox eyi yaşayırlar. Çünkü hökumət onlara və hətta ailələrinə 

müavinət  edir,  şəkər,  çay,  çörək,...  gibi  zəruri  ehtiyaclarını  müəyyən  bir  surətdə 

təmin  edir.  Maaşları  az  olsa  belə,  ən  lüzumlu  ehtiyaclar  dəf  edildiyindən  və 

hökumət məmurları heç bir sıxıntıya düçar olmur və aldığı maaş da çatır. Demək 

burada hökumətin səhvi vardır. Mart ayında müzakirə edilən məsələni şimdi bir də 

müzakirə edirik. Ola bilər ki, bir neçə vaxtdan sonra bir də bu məvacib məsələsini 

mövqei-müzakirəyə  qoyaq.  Yaxşı  olardı  ki,  nəzarət  elə  tədbirlər  görərdi  ki, 

hökumət məmurları və on minlər ilə əmələ ucuz qiymətə çörək, şəkər, manufaktura 

və  sair  şeylər  ala  bilə idilər,  bu  xüsusa  gəldikdə  bazarda  çoxlu  spekulyantlar  var, 

onlar ilə mübarizə eyləmək çox çətin olar. Bu gün biz öylə etməliyik ki, məmurlar 

şeyləri bazar qiymətinə almasınlar, hökumətin pulu var, güc var mümkün edə bilər 

ki, malları ucuz alsın və məmurlarına ucuz qiymətə versin. Əgər bu cür olsa idi 400 

milyonluq  layiheyi-qanuniyyə  gəlməzdi  və  böylə  bir  ağır  yükün  qarşısında 

bulunmazdıq. Hələ əsgəri və xariciyyə nəzarəti məmurları bu hesaba daxil deyillər. 

Bundan əlavə hökumət Bakıda yaşayan və öz əllərinin zəhməti ilə çalışan 40 min 

əməlinin də həyatını təmin etməlidir ki, onlar dəxi tətilə müraciət edib istədiklərini 

almaq  məcburiyyətində  olarlar.  Fəqət,  bununla  da  olmayır.  Məvacib  artırsa  da 

şeylərin  qiyməti  bazarda  da  artır.  Bizim  vətənimizdə  hökumət  özü  ərz  etdiyim 

iqdamata təvəssül etməzsə bu dərdlərə əlac olmayacaqdır. Doğrudur, hökumət iaşə 

məsələsində  bəzi  yardımda  bulunub,  bəzi  şeylər  verir,  fəqət  bu  müavinət  çox 

sistemsizdir. Öylə olur ki, bəzi şeylər böyük məmurlara verilir, xırda məmurlar isə 

ala bilmirlər və onlara bir şey  çatmır. Bu siyasəti gərək bər tərəf edək, demək bu 

bir  nöqteyi-nəzərdir  ki,  bəyan  edirəm.  İkincisi,  bu  qanun  layihəsinə  gəlincə, 

hökumət  istəyir  ki,  cürbəcür  xərcləri  birləşdirsin  və  məmurların  maaşlarını  bir 

dərəcəyə  qədər  sadələşdirsin.  Fəqət  mən  güman  edirəm  ki,  hökumət  burda  qaş 

qayırır ikən göz çıxarır. Bu qanun layihəsinin bəzi yerlərində o qədər qarışıqlıq və 

məntiqsizlik  var  ki,  bir  çox  narazılığa  və  anlaşılmazlığa  səbəb  olacaqdır.  Amma 

bununla bərabər qanun layihəsini qəbula məcburuq. O nöqsanlardan biri də budur 

ki, bəzi məmurların maaşını birləşdirmək ilə hökumətə ixtiyar verir ki, bəzilərinin 

maaşları  azaldılsın.  Deməli,  bir  qanun  layihəsində  müəyyən  maddələr  var  isə, 

qeyri-müəyyən maddələr dəxi vardır. Nə qədər hökumətə pul veriləcək bu məlum 

deyildir. Qanunun əsasında dəxi nöqsanlar var. Məsələn, nazirlərə ixtiyar verilir ki, 




Yüklə 5,97 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   334




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə