Azərbaycan xalq cümhuriYYƏTİNİn keçİRİLMƏSİ ÜZRƏ DÖVLƏt komiSSİyasi



Yüklə 5,97 Mb.
Pdf görüntüsü
səhifə39/334
tarix28.08.2018
ölçüsü5,97 Mb.
#65057
1   ...   35   36   37   38   39   40   41   42   ...   334

86 

 

fevraldan aprelə qədər qanuna baxıb, apreldə hökumətə təqdim etmişdi. Hökumət 



bunu qəbul etməyib, verilib maliyyə-iqtisad komisyonuna, bu komisyonda qanunu 

müzakirə  edib,  verər  hökumətə,  hökumət  qəbul  edib  9  avqustda  verər  maliyyə-

büdcə komisyonuna. Maliyyə-büdcə komisyası da bunu müzakirə edib Parlamana 

təqdim  edir.  Mühümi məsələ  olduğu  üçün  və  uzanmamağa  görə  Parlaman mayın 

12-də  qərar  qoyub  ki,  məmurların  məvacibi  martdan  artsın.  Mən  burada  bir  şey 

unutdum  ki,  ərz  edim,  nəinki  maaşların  artması,  bəlkə  bir  para  məmurların 

məvacibini bərabərləşdirməsi lazımdır. Çünkü, bir nəzarətdə kargüzar 1200 manat 

məaş  aldığı  halda,  digər  bir  nəzarətdə  1800  manat  alırmış.  Burada  məmurlar  18 

sinfə  bolünür.  Şəməndufer  məmurları  çox  olduğu  üçün  21  sinfə  bölünürlər. 

Burada, birinci sinfə nazirlər, 2-ci sinfə müavinləri qeyd  olunubsa, lakin maaşları 

təyin  olmuyubdur.  Çünkü,  Parlamanda  məbusların  məvacibi  artırılanda  bu 

məsələyə  baxılıbdır.  3-cü  sinfin  maaşından  4500  manatdan  başlayıb,  18  sinif  isə 

1500  manatdan ən  aşağı  1400-1300-1200  və  çoxları,  xırda iş  görürlər  800  manat 

təyin olunubdur. Bu mmurların maaşları o qədər artırılıb ki, güzəran etsinlər, maaş 

təyin olunanda məsuliyyət və qulluqları bir olan məmurlar üçün bir cür maaş təyin 

olunubdur.  Maaş  burada  təyin  olub  hərbiyyə  naziri  məmurları  və  xariciyyə 

nazirinin  qeyri  dövlətdə  olan  məmurlarınıda  başqasına  onların  maaşına  başqa 

surətdə  baxılacaq.  2-ci  şöbədə  keçənlərdə  böylə  bir  qanun  vardı  ki,  məmurlara, 

məsələ  kazyonnı  palata  müdirinə,  posta  müdirinə,  mənzil  verilir  idi.  İndi,  əgər 

dövlət bunlara mənzil verir isə, onların maaşından 5 faiz çıxılacaqdır. Əgər işıq və 

odun  da  verir  isə  10  faiz  çıxılacaqdır.  Kuryer  və  xırda  qulluqçulara  ki,dövlət 

mənzil  verir,  onlardan  bu  faiz  çıxılmayacaqdır.  3-cü  şöbədə  bir  para  xidmətçilər, 

məsələn meşə bəyi və qeyrilərə əkin yeri də verilirmiş ki, onlar o yeri əkmişlər və 

olar da öz qüvvəsində qalır. Bir para idarələrdə, məsələn məktəblərdə, yemək də 

verilir.  Onlardan  ancaq  yeməyin  tamam  olduğu  qiyməti  alacaqlar.  Bunlardan 

keçəndən  sonra  maaş  az  olduğundan  məmurlar  2  yerdə  xidmət  edirlər.  İndi  o 

ixtiyar  onlardan  alınır,  yalnız  məktəblər  xüsusunda  ixtiyar  verilir  ki,  müəllimlər 

müdir  onun  ilə  qeyri  də  yerlərdə  dərs  verə  bilərlər.  Ədliyyə  məhkəmə  üzvü 

məktəbdə  qanun  dərsi  verə  bilir,  iqtisadi  cəhətdən  bir  mühəndis  yaxud  texnik 

məktəbdə  dərs  verə  bilər.  Keçmişdə  bir  para  məmurlar  iclaslarda  iştirak  etməsi 

üçün  əlavə  maaş  alırdılar,  o  da  indi  verilməyəcək,  ondan  sonra  vergi 

müdiriyyətində və məhkəmədə bir məmur nə qədər artıq qalar isə, artıq da mənfəət 

verər.  Bir  para  məmurlar  da  vardır  ki,  hər  beş  il  müddətindən  sonra  onun  maaşı 

üzərinə  bir  şey  artırılır  idi.  İndi  bu  da  götürülmüş,  yalnız  bu  işdən  maarif 

nəzarətində  bulunan  müəllimlər  bəhrəmənd  olacaqlar.  Çünkü  ildə  4-5  yüz  manat 

fərqi  olan  məbləğ  bir  o  qədər  pul  deyildir.  Bir  də  maaarif  nəzarətində  bulunan 

müəllimlərin pedaqoqiçeski sovetdə katib və başqa bu kimi artıq vəzifələri olursa 

onlara  xüsusi maaş  veriləcəkdir.  Maarif nəzarəti  yaxşı  olmuşdur,  çünki,  müəllim 




87 

 

az, ehtiyac çoxdur, sairlərinə nisbətlə təhsil var. Bir para dəmir yol qulluqçularına 



yenə vaqonda getmək üçün yol pulu verirlərdi. İndi o qayda məvacibin dörddə biri 

qədəri  olmaq  üzrə  baqi  qalır.  Ümuri-hökumət  üçün  2400 rüblə  artırdılar.  Müavin 

nazir kibi sair nəzarətlərin də baş məmurlarına əlavə verilməsi nazirin öz ixtiyarına 

buraxılır, bu şərtlə maaşın 50%-dən artıq olmamaq şərtilə şurayi-vügəlayə doklad 

verilsin.  Onlara  məvaciblərinin  yarısı  qədər  nümayəndəlik  haqqı  da  vermək 

istəyirlər. 

Bu  yeni  maaşı  iyulun  birindən  vermək  fikrindədirlər.  Əvvəlcə  martdan 

istənilirdi,  fəqət  12  may  qanunu  nəzərə  alaraq  maliyyə  nəzarəti  iyuldan  qəbul 

etməyə qərara aldı. Bu qədər ki, artırıb, hərbiyyə nəzarəti məmurlarından başqa nə 

qədər  para  lazım  olduğu  məlum  deyildir.  Ancaq  təxminən  demək  olar.  Çünkü 

hökumətin  mədaxil,  məxaric  smetası  yoxdur.  Keçən  il  yazılmışdı  ki,  hamı 

nəzarətlər smetalarını bildirsinlər. Bu vaxta kimi ancaq 2-3 nazir hazır edə bilibdir. 

İndi  təxminən  ildə  37  milyon  manat  cərimə  var.  Bu  qəbul  olunarsa  400  milyon 

manat  edir.  Bunlardan  200  milyonu  Şəməndifər  məmurlarına  gedəcək, 

qabağımızdakı  altı  ay  üçün  115  milyon  lazımdır.  Maliyyə-büdcə  komisyonu 

layihəyə  baxıb  bir  qədər  təğyir  və  təbdil  etmişdir.  Əvvəla  layihədə  senator 

məvacibi  vardı.  Komisyon  onu  götürdü,  çünkü  nə  senat  var,  nə  senator.  Palatın 

birinci  sədri  3  sinfə  yazılmışdı.  Onu  da  müavini-nazirlər  cərgəsinə  keçirtdik. 

Məşixət də nazirlər kimi oldu. Amma bu qərar üzrə olubdur ki, sədr deyil, sədrlər 

deyilsin;  7-ci  sinifdən  8-ci  sinfə  bəzi  məmurlar  keçirilmişdir.  Məsələn  vilayət 

mühəndisi, ziraət təbibi kimi. 

8-ci  sinifdən  7-ci  sinfə  bəzi  müəllimlər  keçirilmişdir.  Qanuna  görə 

darülmüəllimi  qurtaranlar  7,  qədər qurtarmamışlar  8  idi.  Müəllim  azlığını nəzərə 

alaraq hamını 7-yə keçirtdik. Xüsusən türklər 9-cu sinifdən 8-ci sinfə keçirilibdir. 

Gəncə  yolu  müdiri,  hüdud  komandanı  və  meşə  müdiri,  hüdud  alayının  vilayətdə 

olan  böyük  komandanı,  fabrika  inspektoru,  meşənin  müfəttişi  və  balıq  idarəsi 

müfəttişləri,  əskələmüdiri  müavinləri,  9-cu  sinifə  götürülüb  11-ci  Gəncə  polis 

müdirinin  baş  müavini,  ziraət müdirləri  keçirilmiş-lər,  bir də  gəmi müdiri.  10-su 

sinfə  13-dən  gətirib,  çarda  olan  naiblər  və  Gəncə  polis  müdirinin  ikinci  müavini 

11-ci sinfə gətirilib. 14-cüdən vergilər yığan müdirlər, 12-ci sinfə gətirilib 15-cidən 

çar  vilayətində  olan  müdir  köməkçiləri,  13-cü  sinfə  gətirilib  kargüzarlar,  əskələ 

idarəsinin  kargüzarı  15-ci  sinif,  17-cidən  gətirilib  müstəntiqlərin  mladşı  müavini, 

onların  müavinləri,  okrujnoy  sudda  kağız  aparıb  gətirənlərdən  bir  az  aşağı  idi. 

Onların  maaşlarını  yaxşı  eləməkdən  ötəri  gətirilib  14-cü  sinfə.  Gəncə  polis 

müdirinin  baş  katibi  və tərik müabir nəzarətində  qulluq  edən makinaçılar,  Kürdə 

gəmilərdə  qulluq  edirlər.  Çar  vilayətində  bu  ana  qədər  xristian  kənd  xudaları  var 

idi ki, xristianları idarə edirdi. Onlar indi götürülüb və maliyyə-büdcə komisyonu 

da  bunu  qəbul  etməyib  5-ci  sinfə  gətiriliblər.  Nəzarətdə  qulluq  edən  yuris 




Yüklə 5,97 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   334




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə