Azərbaycan xalq cümhuriYYƏTİNİn keçİRİLMƏSİ ÜZRƏ DÖVLƏt komiSSİyasi



Yüklə 5,97 Mb.
Pdf görüntüsü
səhifə32/334
tarix28.08.2018
ölçüsü5,97 Mb.
#65057
1   ...   28   29   30   31   32   33   34   35   ...   334

72 

 

Rəis - Buyurunuz, Qarayev. 



Qarayev  -  Keçən  iclasda  biz  təklif  etmişdik  ki,  topraq  məsələsi  mühüm 

məsələlərin  biridir.  Tezliklə  həll  edilsin,  hətta  Rusiyada  bu  məsələ  üzərinə 

gördüyümüz bu böyük inqilab başlamış məsələnin tezliklə bizdə də həlli lazımdır. 

Topraq  məsələsi  həll  olunmadan  torpaqdan  gəlir  vergilərinin  toplanmasına 

başlansa  məsələ  də  bir  çox  müşkülat  başlar.  Müsavat  firqəsi  kəndlilər  üçün 

[vergini]  bir-on,  on  iki  artırılmasını  istəyir.  Çünkü,  onlar  zəhmətkeş  deyil, 

bəylərdir. Bir də əfəndilər Zaqafqaziya milli şurası Gəncədə yığışıb bu xüsus üçün 

müəyyən  bir  qanun  qoydular  və  qərar  oldu.  Halbuki,  Azərbaycan  hökuməti  o 

zamanlardan  bu  vaxta  kimi  məzkur  qanunları  öz  məişətimizə  keçirmədi,  topraq 

məsələsində  mənfəətli  olan  şəxslər  arzu  etmirlər  ki,  topraq  əllərindən  getsin. 

Kəndlilərin  əlindəki  toprağın  çoxu  bəylərə  aiddir.  Biz  zakonoproyekti  nəzərə 

almadan yüz də, dörd yüz prosent qoyuruq və onları pis günə salırıq. Halbuki, bu 

doğru deyildir. Buna görə biz bunun əleyhinəyik. 

Rəis  -  Daha  kim  istərdi  danışmaq.  Sırada  natiq  olmadığından  son  sözü 

məruzəçiyə verəcəyəm. Söz məruzəçi Rza bəy Ağabəyovundur. 

Rza bəy Ağabəyov - Doğrusu bu etirazlar ki, burada etdilər, mən o firqəyə 

təəccüb  etdim  ki,  o  firqədən  etiraz  gözləməkdə  idim.  Ağamalıoğlu  cənablara 

dedilər  ki,  mən  əleyhinəyəm.  Mən  deyirdim  ki,  bir  əsaslı  etiraz  edəcəkdir. 

Deyəcəkdir  ki,  bu  zərərdir,  lazım  deyil.  Fəqət  əsasən  etiraz  olmadı.  Cüzi 

məsələlərdən  bəhs  etdi.  Qanun  layihəsi  kəndçinin  zərərinədir.  Doğrudur,  mən 

demək  istəyirəm  ki,  yerlərdən  alınacaq  bu  vergi  hamıya  yayılacaqdır:  dövlətli, 

kasıb,  bəy,  hamısı  bu  vergini  verəcəkdir.  Bu nöqteyi-nəzərdən kəndçiyə  zərərdir. 

Bəli, Hər kəndçi bunu da başa düşməli ki, vergisiz iş keçməz. Özünüz bilirsiniz ki, 

nə  qədər  qanun  layihələri  ilə  on  milyon,  20 milyon  sağ  əlləri  ilə  pul  buraxmışıq. 

Gərək  bu  pulları  biz  xəzinəyə  dolduraq.  Bunun  üstündə  də  durmaq  istəyirəm. 

Doğrudur,  inqilab  olubdur  və  fikirlərimizi  boşaldıblar.  Deyirlər  ki,  inqilab  bizə 

hüquq  veribdir,  vəzifə  veribdir.  Kəndçilər  heç  vaxt  öz  fikirlərin  unutmayırlar, 

vəzifədən qaçmırlar, qorxutmaq da nahaqdır. Doğrudur, inqilab bizə hüquq verdisə 

də  vəzifə  də  veribdir.  Mən  keçirəm  indi ikinci natiqin  sözünə  ki,  deyir  bu  pulları 

kəndçilər  verəcəkdir,  bəylər  verməyəcəkdir.  Bəli,  bu  doğru  deyil,  çünkü  yer 

vergisini  arendator  deyil,  mülk  sahibi  verəcəkdir.  Bu  yer  vergisinin  böyük 

əhəmiyyəti vardır. Çünkü bu naloq kosvenni deyil, piryamoydır. Mən zənn edirəm 

ki, demokratlar onun üzərində durarlar ki, cəmi siyasi firqələrin birinci məqsədi də 

budur. Və bir də burada dedilər ki, hər kəsin dəftərdə adı var isə vergini verəcəkdir. 

Vergilər  dəftər  üzrə  təqsim  edilməyəcəkdir.  O  şəxslər  verəcəkdir  ki,  həqiqətən  o 

yerdə  otururlar.  Yoxsa  yerdən  mənfəətbərdar  olmayıb  da  dəftərdə  adı  olanlardan 

alınmayacaqdır.  İki  natiqin  sözləri  köhnə  adətinə  görə  məsələnin  əsasından 

danışmadı,  kənar  şeylər  söylədi  və  əsl  məsələdən  uzaq  oldu.  Amma  onu  demək 




73 

 

istəyirəm  ki,  Hərgah  cəhd  edərək  yer  məsələsi  keçirsə  bu  məsələ  də  unudular, 



gedər.  Yer  məsələsi  öz  yerində,  bu  məsələ  öz  yerində  çünkü  yer  məsələsi  həll 

olunsa və təksim olsa da bu vergi qalacaqdır. Hər kəsin nə qədər yeri varsa vergi də 

alınacaqdır.  Amma  mən  onu  demək  istərdim  ki,  böylə-böylə  şeylər  elementarnı 

şeylərdir.  Burada müsavatdan  da  danışdılar  ki,  müsavat  belə  gəldi,  elə  getdi.  Bu 

doğru  deyil,  çünkü  müsavat  firqəsinin  qeyri  bir  fikri  ola  bilməz.  Əgər  müsavat 

qabaq təklif edibsə, öylə təklif etmişdi ki, güclü mülkədarlardan yer vergisi alınsın. 

İndi  bəzi  sosialistlər  köhnə  adətləri  ilə  rədd  edilir  ki,  bu  da  Nikolay  vəzirləri 

yoludur. O vəzirlər bunu asan bilib, asan xeyri zərərli bilib əksik qədərdə alırdılar. 

sosialistlər  təklifləri ilə  köhnə  vaxtlara  qayıdırlar.  Bu  səbəblərə  görə  komisyonun 

qərarı üzrə durub təklif edirəm ki, komisyonun qərarını qəbul edəsiniz. 

Rəis - Məsələnin müzakirəsi bitdiyindən maddəbəmaddə səsə qoyacağıq. 

Oxuyun. 


Qarayev (yerindən) - Mənim təklifimi səsə qoyun. 

Rəis - Mən sənin təklifini səsə qoya  bilmərəm, çünkü Hər bir üzv nakaz 

üzrə hərəkət etməlidir. (Rusca). Çünkü, mən əminəm hər bir üzv nakaza bələddir. 

Oxuyun. 


Katib - Birinci maddəni oxuyur. Ağabəyov rusca tərcümə edir. 

Rəis  -  Əvvəlinci  maddəni  səsə  qoyuram.  (Rusca).  Əvvəlinci  maddəyə 

etiraz  yoxdur?  Kim  əleyhinədir.  səs  verməyənlər.  Ləhinə  26,  əleyhinə  10,  səs 

verməyən 5. Əksəriyyət rəylə birinci maddə qəbul olunur. İkinci maddəni oxuyun. 

Katib - İkinci maddəni oxuyur. 

Sədr - İkinsi maddə xüsusunda təshihlər təklif edilmişdir. Layihədə hədd 

25  qoyulmuşdur.  Komisyon  bunu  artıraraq  100, 200,  400  təklif  edir.  Bir təklifdə 

"Müsavat" tərəfindən varid olmuşdu. Ümumi müzakirə əsnasında o da 75,700 və 

800% artırılması haqqında idi. Komissiya müsavatın təklifini o vaxt qəbul etmədi. 

Ona  görə  mən  təklifləri  ayrı-ayrı  səsə  qoyacağam.  (Rusca).  Şimdi  layiheyi-

qanuniyyədən  ən  artıq  uzaqlaşan  müsavatın  təklifidir.  Binaən-ileyh  qabaqca  onu 

səsə qoyuram. Hər kəs müsavatın təklifinə razıdır. Rica edirəm əlini qaldırsın. Kim 

əleyhinədir?  Mustafa  Mahmudov,  (yerindən)  -  sosialistlər  və  bəylər.  Səs 

verməyənlər?  Təklifin  lehinə  10,  Əleyhinə  24,  Səs  verməyən  2.  Əksəriyyət  rəylə 

təklif qəbul edilmir. 

Şimdi  komisyonun  təklifini  səsə  qoyuram.  Kim  ikinci  maddəni 

komisyonun  təklif  etdiyi  kimi  qəbul  edir,  əlini  qaldırsın.  Kim  əleyhinədir?  Səs 

verməyənlər?  Təklifin  lehinə  12,  səs  verməyən  3.  Əksəriyyət  rəylə  komisyonun 

təklifi qəbul olunur. Üçüncü maddəni oxuyunuz. 

Katib - Oxuyur. 

Sədr  -  3-sü  maddəni  səsə  qoyuram.  Kim  3-cü  maddəni  qəbul  edir,  rica 

edirəm əlini  qaldırsın.  Kim  əleyhinədir?  Səs  verməyənlər? Rica  edirəm  məsələyə 




Yüklə 5,97 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   334




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə