Azərbaycan xalq cümhurġYYƏTĠ VƏ qafqaz ġslam ordusu



Yüklə 7,57 Mb.
Pdf görüntüsü
səhifə17/278
tarix05.02.2018
ölçüsü7,57 Mb.
#24603
1   ...   13   14   15   16   17   18   19   20   ...   278

29 

 

 



 

Həmin  il  mayın  1-11-də  Ümumrusiya  müsəlmanlarının  Moskva  qurultayında  "Rusiya  daxilində  millətlərə  ərazi-milli  muxtariyyət"  Ģüarı  demokratik  qüvvələr  tərəfindən 

müdafiə olundu. Qurultayın müzakirə etdiyi ən mühüm məsələlərdən biri Rusiyanın gələcək dövlət idarə üsulu haqqında idi. 

1917-ci  ilin  oktyabrında  Bakıda  Türk  ədəmi-mərkəziyyət  partiyası  ilə  Müsavatın  birləĢməsi  prosesi  baĢa  çatdı.  Müsavatın  proqramında  demokratik,  federativ  Rusiya 

tərkibində Azərbaycana geniĢ ərazi-milli muxtariyyət tələbi təsbit edildi. 

1917-ci ilin payızına doğru siyasi nüfuza malik milli-demokratik qüvvələr milli dövlət tələbi ilə çıxıĢ edərək, baĢqa qeyri-rus xalqları ilə bir sırada öz ümidlərinı Müəssislər 

Məclisinə bağlamıĢdılar. 

BolĢeviklərin həyata keçirdiyi 1917-ci ilin oktyabr çevriliĢi xalqların milli müstəqilliyə olan ümidlərini daha da artırdı. Bu ümidlər xeyli dərəcədə bolĢeviklərin hakimiyyətə 

gəldikləri ilk günlərdən baĢlayaraq elan etdikləri mühüm sənədlərlə bağlı idi. BolĢeviklərin qəbul etdikləri "Sülh haqqında dekret", "Rusiya xalqlarının hüquq bəyannaməsi", "Rusiya 

və  ġərqin  bütün  müsəlman  zəhmətkeĢlərinə"  müraciətnaməsi  ilk  addım  kimi,  keçmiĢ  imperiyaya  daxil  olan  xalqların  azad  surətdə  ayrılıb  öz  müstəqil  dövlətlərini  yaratması  üçün 

hüquqi təminat verirdi. Lakin az sonra məlum oldu ki, bu sənədlər reallıqdan uzaq olub daha çox təbliğat xarakteri daĢıyır. Bakı Sovetinin Ġcraiyyə Komitəsi S.ġaumyanın planına 

uyğun olaraq  milli partiyaların cəmiyyətdə  artan  nüfuzunun qarĢısını almaq, onların  seçkilərdə  iĢtirakını



 

iflətmək  məqsədilə  seçkilərin  keçirilməsi  vaxtı  haqqında  axırıncı  günə 

qədər  heç  bir  məlumat  vermədi.  Bütün  bu  maneələrə  baxmayaraq,  oktyabrın  22-də  Bakı  Sovetine  keçirilən  seçkilərdə  Müsavat  eserləri,  menĢevikləri,  bolĢevikləri  və  daĢnakları 

geridə  qoyaraq  böyük  üstünlüklə  qələbə  əldə  etdi.  Bu  seçkilərdən  sonra  Müsavat  partiyası  Azərbaycanda  hakimiyyət  strukturlarının  formalaĢdırılması  prosesinə  ciddi  təsir 

göstərməyə baĢladı. 

1917-ci  il  noyabrın  11-də  Tiflisdə  Güney  Qafqazın  əsas  siyasi  qüvvələrini  təmsil  edən  gürcü  menĢevikləri,  Müsavat,  DaĢnaksütyun  və  sağ  eserlər  Rusiyadakı  bolĢevik 

hökumətini tanımaqdan imtina  etdilər. Yığıncaqda  qərara  alındı  ki,  Ümumrusiya Müəssislər Məclisi tərəfindən  hakimiyyət  məsələsi  həll edilənə  qədər regionu idarə  etmək  üçün 

Müstəqil  Zaqafqaziya  hökuməti  (Zaqafqaziya  Komissarlığı)  yaradılsın.  Noyabrın  15-də  Tiflisdə  yeni  hökumətin  tərkibi  elan  edildi.  Ona  gürcü  menĢeviki  E.RGegeçkori  sədrlik 

edirdi. Hökumətin tərkibinə Azərbaycandan F.X.Xoyski, M.YCəfərov, X.Məlik Aslanov daxil idilər. Noyabrın 26-da Müəssislər Məclisinə seçkilər keçirildi. Bu seçkilərdə gürcü 

menĢevikləri 11 yer, müsavatçüar 10 yer, daĢnaklar 9 yer, müsəlman sosialist bloku 2 yer, bolĢeviklər, ittihadçılar və eserlər hərəyə 1 yer əldə etdilər. Seçkilərin gediĢində aydın oldu 

ki, Azərbaycan əhalisinin böyük əksəriyyəti Müsavatın irəli sürdüyü ərazi muxtariyyəti ideyasını müdafiə edir. 

Zaqafqaziya  Komissarlığının  yaranması  ilə  Osmanlı  və  Rusiya  qoĢunları  arasında  gedən  müharibədə  anlaĢılmaz  bir  vəziyyət  əmələ  gəldi.  Çünki  Komissarlığın  özünü 

müdafiə  edə  bilən  ordusu  yox  idi.  Digər  tərəfdən,  Zaqafqaziya  Komissarlığı  fraksiyalarının  Osmanlı  dövlətinə  münasibəti  də  birmənalı  deyildi:  müsəlman  fraksiyası  osmanlılara 

qarĢı  vuruĢmağın  əleyhinə  idi,  gürcülər  türklərlə  saziĢə  girməyi  məqbul  sayırdılar,  ermənilər  isə  bu  barədə  qəti  qərara  gələ  bilmirdilər.  Qafqazda  hərbi  əməliyyatların 

dayandırılmasında maraqlı olan və bu məqsədlə vasitəçilər axtaran Rusiya üçün əlveriĢli fürsət yaranmıĢdı; nəhayət, 1917-ci il dekabrın 5-də Ərzincanda Zaqafqaziya Komissarlığı 

ilə Osmanlı dövləti arasında barıĢıq imzalandı. 

Dekabrın 19-da Zaqafqaziya Komissarlığı Qafqazdakı rus ordusunun tərxis olunması və bu əsasda milli qoĢun hissələrinin təĢkil edilməsi haqqında sərəncam imzaladı. Ġlk 

addım kimi üç piyada diviziyasından, atlı briqadadan və ərazi alaylardan ibarət olan erməni ordusu yaradıldı. Erməni və gürcü milli ordu hissələrinin yaradılması bir qədər asan idi, 

çünki  Qafqaz  cəbhəsində  rus  ordusunun  tərkibində  kifayət  qədər  erməni  və  gürcü  könüllü  hərbi  dəstələri  fəaliyyət  göstərirdi.  Zaqafqaziya  cəbhəsində  tərxis  olunmuĢ  əsgərlərin 

əksəriyyəti erməni idi. Onlar nəinki silah satır, hətta özləri də bu orduya yazılırdılar. Digər tərəfdən, çar ordusunda qulluq edən silahlı erməni könüllüləri müsəlmanlara qarĢı təbliğat 

aparmaqla məĢğul idilər. Erməni Milli ġurası kifayət qədər var-dövlətə malik olduğu üçün Qafqaz cəbhəsindən tərxis olunmuĢ rus əsgərlərindən çoxlu miqdarda silah ala bildi. 

Azərbaycanlılardan ibarət ordu hissələrinin yaradılması isə ciddi çətinliklərlə üzləĢdi. Ordu yaradılması ilə bağlı Müsəlman Milli ġurasının vəziyyəti ermənilər və gürcülərlə 

müqayisədə о qədər də yaxĢı deyildi. Əvvəla, Qafqaz ordusunda azərbaycanlı əhali xidmət etmirdi. Köhnə rus ordusunda ayrıca müsəlman hissəsi yox idi. Rus ordusunun tərkibində 

müsəlman əsgərləri olmadığından milli ordunun yaradılması mümkün deyildi. Ən nəhayət, müsəlman əhalisi qorxurdu ki, rus dövləti onlardan türk olduqları üçün Ģübhələnə bilər. 

Ona görə də Müsəlman Milli ġurası çox ehtiyatla hərəkət etməyə məcbur idi. Azərbaycanın ordu ilə bağlı problemlərini qabaqcadan görə bilən siyasi xadimlər fevral inqilabından 

sonra  Rusiyanın  Müvəqqəti  hökumətinə  müraciət  edərək  milli  ordunun  yaradılmasına  icazə  istəmiĢdilər.  Lakin  bu  müraciətə  cavab  verilməmiĢdi.  Zaqafqaziya  Komissarlığının 

qərarından sonra Müsəlman Milli ġurasının təĢəbbüsü ilə Gəncədə, Bakıda, Lənkəranda və Tiflisdə müsəlman hərbçilərinin yığıncaqları keçirildi. Milli hissələrin yaradılması üçün 

radikal addımların atılması, məsələn, 1918-ci il yanvarın əvvəllərində ġamxor stansiyasında rus əsgərlərinin tərksilah edilməsi bir tərəfdən, Bakı Soveti rəhbərliyi, digər tərəfdən isə 

Erməni Milli ġurası və gürcülərin müəyyən dairələri tərəfindən böyük hiddət və narazılıqla qarĢılandı. Halbuki, bunun üçün heç bir əsas yox idi: cəbhədən qayıdan rus əsgərlərinin 

tərksilah  edilməsi  haqqında  qərarı  Zaqafqaziya  Komissarlığı  çıxarmıĢdı.  Məlum  olduğu  kimi,  Zaqafqaziya  Komissarlığının  cəbhənin  silahlarının  Güney  Qafqaz  hüdudlarından 

kənara çıxarılmaması haqqında qərarı müsəlman, erməni və gürcü milli Ģuraları tərəfindən rəğbətlə qarĢılanmıĢdı. Zaqafqaziya Komissarlığı Qafqaz cəbhəsinin BaĢ Qərargahından 




Yüklə 7,57 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   278




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə