Azərbaycan xalq cümhurġYYƏTĠ VƏ qafqaz ġslam ordusu



Yüklə 7,57 Mb.
Pdf görüntüsü
səhifə25/278
tarix05.02.2018
ölçüsü7,57 Mb.
#24603
1   ...   21   22   23   24   25   26   27   28   ...   278

37 

 

 



 

A.Mikoyan baĢda olmaqla Bakı bolĢevikləri Azərbaycan xalqı adından XI rus ordusunu Azərbaycana dəvət etdilər. Qabaqcadan razılaĢdırılmıĢ plana görə rus ordusu Bakıda bolĢevik 

qiyamının baĢlanmasından 1-2 gün sonra Azərbaycana soxulmalı idi. Bununla da dünya ictimaiyyətində belə bir rəy yaradılacaqdı ki, Azərbaycan hökuməti xarici hərbi müdaxilənin 

deyil,  daxili  qiyamın  qurbanı  olmuĢdur.  Lakin  Bakıda  qiyam  baĢlanmamıĢ  -  aprelin  26-dan  27-nə  keçən  gecə  XI  ordu  hissələri  Azərbaycan  ərazisinə  daxil  olub  Bakıya  doğru 

irəliləməyə  baĢladılar.  Sərhəd  qüvvələrindən  ibarət  azsaylı  Azərbaycan  ordu  hissələri  düĢmənə  müqavimət  göstərə  bilmədi.  Hərbi  gəmilərin  topları  dənizdən  parlament  binasına 

tuĢlandı. 

XI ordunun Azərbaycana hücumu ilə eyni vaxtda aprelin 27-də gündüz saat 12-də AK(b)P MK və RK(b)P Qafqaz Diyar Komitəsinin Bakı bürosu adından hakimiyyəti təhvil 

vermək haqqında  Azərbaycan parlamentinə ultimatum  verildi. Azərbaycan parlamentinin  fəaliyyəti  həmin gün  saat 2045-də baĢa çatdı. Parlament aĢağıdakı Ģərtlərlə hakimiyyətin 

Azərbaycan kommunistlərinə verliməsi barədə qərar çıxartdı: 

1.

 



Rus ordusu Bakıya daxil olmadan dəmiryolu ilə birbaĢa Anadolunun köməyinə gedəcək; 

2.

 



Azərbaycan istiqlalı və ərazi bütövlüyü hər cür təcavüz və ilhaqdan qorunacaq; 

3.

 



Azərbaycan ordusu olduğu kimi saxlanacaq; 

4.

 



Azərbaycanın siyasi partiyaları üçün fəaliyyət azadlığı təmin olunacaq

5.

 



KeçmiĢ  dövlət  xadimləri,  hökumət  üzvləri  və  millət  vəkilləri  təqib  olunmayacaq,  dövlət  idarələri  qulluqçularının  iĢ  yerləri  saxlanacaq,  yalnız  rəhbər  vəzifəli  Ģəxslər 

dəyiĢdiriləcək; 

6.

 

Azad Ģəraitdə toplaĢacaq Azərbaycan ġuraları hakimiyyətin idarəçilik formalarını təyin edəcək. 



Aprelin  29-da Azərbaycan Ġnqilab Komitəsi hərbi  yardım  göstərmək  xahiĢi ilə sovet Rusiyasına  müraciət etdi. Halbuki, rus ordusu aprelin 27-də Azərbaycanın hüdudları 

daxilində idi. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti 23 aylıq fəaliyyətdən sonra süqut etdi. 

 

 

 



 

 



38 

 

 



 

BĠRĠNCĠ DÜNYA MÜHARĠBƏSĠNĠN BAġLANĞICINDA OSMANLI DÖVLƏTĠNĠN QAFQAZ SĠYASƏTĠ 

 

Reha Yılmaz



 



 

GiriĢ 

Osmanlı dövlətinin son dövrləri yaddaĢlarda böyük müharibələrlə qalmaqdadır. Belə ki, Dövləti-Ali I Balkan və Trablus-Qərb hərbində təkcə torpaqlarının böyük hissələrini 

itirməklə  qalmamıĢ,  Qərb  dövlətləri  tərəfindən  "Xəstə  Adam"  elan  edilərək  ərazisi  gizli  razılaĢmalar  əsasında  paylaĢdırılmıĢdır.  Ənvər  PaĢa  və  silahdaĢları  I  Dünya  müharibəsinə 

qoĢularkən bununla son dövrlərdə Osmanlı dövlətinin istər hərbi, istərsə də siyasi aləmdə düçar olduğu məğlubiyyətlərin əvəzini   çıxmaq,   onu   yenidən   dünyanın   nüfuzlu   

dövlətləri   sırasına   daxil etməyi qarĢılarına məqsəd qoymuĢdu. Onlar müharibənin ittifaq dövlətlərinin qələbəsiylə nəticələnəcəyinə və beləliklə Osmanlı dövlətinin Makedoniya, 

Qərbi Trakya, ġərqi Anadolu, Misir və Kipirdə əhəmiyyətli uğurlar əldə edəcəyinə inanırdılar. 

Osmanlının son çağlarına öz  möhürünü vuran ittihadçılar, dövlət rəhbərliyində nüfuzlu yerləri tutduğu andan etibarən Qafqaz və Orta  Asiyadakı türkləri çar Rusiyasının 

müstəmləkə zülmündən azad etmək və onları öz milli müstəqilliyinə qovuĢdura bilmək ideallarını daĢımaqda idilər. 

Ənvər PaĢa yalnız böyük Turan ideyalarını deyil, Ġslam Birliyi, Müqəddəs cihad, Dünya Müsəlmanlarının bir-birinə yaxınlaĢması kimi iĢıqlı və humanist məqsədi müdafiə 

edirdi.  Buna  görə  də  Ənvər  PaĢa  bütün  ömrü  boyu  təkcə  Azərbaycan,  Dağıstan  türklərinin  deyil,  bütün  Qafqaz  Müsəlmanlarının  qurtuluĢu  arzusunu  həyata  keçirmək  uğrunda 

çalıĢmıĢdı. (1) 

Ənvər PaĢanın Azərbaycan və Qafqazın bütün türk xalqlarının öz müstəqilliyinə qovuĢması kimi amalları reallaĢa bilməsi üçün hər Ģeydən əvvəl çar Rusiyasının I Dünya 

müharibəsində məğlub olub zəif düĢməsi vacib idi. 

Bu fürsət Rusiyada Oktyabr çevriliĢi (1917) nəticəsində rus ordularının Alman və Türk cəbhələrində məğlubiyyətə uğramaları nəticəsində ələ düĢdü və Osmanlı höküməti 

rəhbərliyində olduğu kimi Qafqazlı vətənpərvərlərin müstəqillik arzusu ilə yanan qəlbində böyük ümid doğurdu. 

I Dünya  müharibəsi ərəfəsində Qafqaz, Osmanlı dövlətinin xarici siyasətində gözədəyən yer tutmasa belə, hərb baĢlar-baĢlamaz bu region Osmanlıdan ötrü dərhal birinci 

dərəcəli  əhəmiyyət  kəsb  etməyə  baĢladı.  Qafqaz  cəbhəsindəki  uğurlar  Osmanlı  dövlətinin  hərbdən  qalibiyyətlə  çıxacağına  zəmanət  verəcəkdi.  Qafqazdakı    xalqların  azadlıq 

çağırıĢları Osmanlını bu regiona yönəldən güclü аmil oldu. Bu zaman özü də çətin Ģərtlər içində olan Osmanlı dövləti öz soydaĢlarının

 

dəvətlərinə etinasız qalmamıĢ, xüsusi bir ordu 



quraraq  Qafqaz  yürüĢünü  təĢkil  etmiĢdi.  Azərbaycanı  və  Dağıstanı  azad  etmək,  onları  öz  müstəqilliyinə  qovuĢdurmaq  üçün  təkcə  düĢməniylə  vuruĢmaqla  qalmamıĢ,özünün 

müttəfiqlərilə də qarĢı-qarĢıya gəlmiĢ və uğurlu siyasət yürüdərək məqsədinə nail olmuĢdu. 

 

 

 



Osmanlının son dövründə siyasi hərəkətlilik və bunun Osmanlı xarici siyasətinə təsiri 

 

"Ġttihad   və   Tərəqqi"   partiyasının   iqtidara   gəlməsi   nəticəsində   Osmanlı dövlətinin xarici siyasət və diplomatiyası da Ənvər PaĢa və onun məsləkdaĢlarının əlinə 



keçmiĢdi. Ənvər PaĢanın baĢ komandan, Tələt PaĢanın Daxili ĠĢlər və Maliyyə, I Camal PaĢanın da Bəhriyyə naziri təyin olunması ilə dövlətin xarici siyasəti tamamilə "Ġttihad və 

Tərəqqi"  partiyasının  məqsədlərinə  uyğunlaĢdırılmıĢdı.  Partiyanın  ali  rəhbərliyinin  Almaniyaya  bəslədiyi  xüsusi  hüsn-rəğbəti  nəticəsində  Osmanlı  Dövləti  Almaniya  ilə  yaxın 

əməkdaĢlığa giriĢmiĢ, bir çox sahələrdə Alman ekspertlər iĢə cəlb olunmuĢdular. Yalnız güclü bir orduyla ayaqda qalmağın mümkünlüyünü yaxĢı bilən Osmanlı dövlət rəhbərləri hər 

Ģeydən əvvəl xüsusilə hərb sahəsində Almaniyanın təcrübəsinə, silah və texniki avadanlığına güvənirdi. Öz növbəsində Almaniya da imperialist aləmdəki rəqibləri qarĢısında böyük 

tarixi keçmiĢə və nüfuza malik Ģöhrətli Osmanlı dövlətini əlveriĢli strateji ortaq kimi görür, bu əlaqəyə ən sərfəli və zəruri əməkdaĢlıq kimi baxırdı. 

                                                           

 

Doktor. Azərbaycan Qafqaz Universiteti.



 


Yüklə 7,57 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   278




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə