Azərbaycan xalq cümhurġYYƏTĠ VƏ qafqaz ġslam ordusu



Yüklə 7,57 Mb.
Pdf görüntüsü
səhifə22/278
tarix05.02.2018
ölçüsü7,57 Mb.
#24603
1   ...   18   19   20   21   22   23   24   25   ...   278

34 

 

 



 

Biçeraxovun dəstəsinin dövlət çevriliĢi cəhdinin üstü açıldıqdan sonra Azərbaycan hökumətinin tələbi ilə general V.Tomson "Qafqaz-Xəzər" hökumətini qanundan kənar 

elan edib, 48 saat müddətində Bakıdan uzaqlaĢdırdı, daha sonra isə erməni hərbi hissələri tərksilah edilib buraxıldı. 

Beləliklə,  1918-ci  ilin  dekabrından  etibarən  ingilis  komandanlığı  Bakıda  qoyulan  məhdudiyyətləri  tədricən  azaltmağa  baĢladı:  Azərbaycan  polisi,  su  nəqliyyatı  və  neft 

sənayesi,  maliyyə  idarələri,  mətbuat  üzərində  nəzarət  ləğv  olundu.  1919-cu  ilin  aprelində  Bakıda  ingilis  general-qubernatorluğunun  ləğvi  ilə  əlaqədar  Gəncədə  təĢkil  olunmuĢ  ilk 

Azərbaycan  alayı  paytaxta  daxil  oldu  və  xalq  onu  təntənə  ilə  qarĢıladı.  1919-cu  ilin  aprelindən  baĢlayaraq  ingilislər  Paris  sülh  konfransının  Ģərtlərinə  uyğun  olaraq  Qafqazı  tərk 

etməyə baĢladılar və bu proses avqustun ortalarında baĢa çatdı. Azərbaycan hökuməti ingilis müdaxiləsi qarĢısında nəinki öz varlığını qoruya bildi, həm də ingilis komandanlığını 

Ģəhərin  idarəçiliyindən  uzaqlaĢdırmağa  nail  oldu.  Lakin  ingilislərin  Bakını  tərk  etməsi,  bir  tərəfdən,  Azərbaycanın  müstəqilliyini  möhkəmləndirirdisə,  digər  tərəfdən,  sovet 

Rusiyasının    keçmiĢ  imperiyanı  əvvəlkı  sərhədlər  çərçivəsində  bərpa  etmək  istəyini  sürətləndirirdi.  Eyni  zamanda  Qafqazda  yaranmıĢ  müstəqil  dövlətlər  arasında  mövcud  olan 

ziddiyyətlər, ilk növbədə ərazi-sərhəd məsələlərindəki ziddiyyətlər xarici təhlükəni gücləndirirdi. 

1919-cu il aprelin 25-də Tiflisdə Azərbaycan, Dağıstan, Gürcüstan və Ermənistan nümayəndələrinin iĢtirakı ilə Qafqaz konfransı iĢə baĢladı. Konfransda siyasi, iqtisadi və 

maliyyə  məsələləri, eləcə də sərhəd problemləri  müzakirə  olundu. Konfransın gediĢində bu ölkələr arasında  ərazi-sərhəd  məsələləri ilə bağlı kəskin ziddiyyətlərin  mövcud olması 

məlum oldu. KeçmiĢ çar generalı Denikinin könüllü ordusunun Dağıstana hücumu ilə konfrans öz iĢini dayandırmağa məcbur oldu. 

―Vahid və bölünməz Rusiya" sərhədlərini bərpa etmək iddiasında olan Denikinin 1919 –cu ilin yazında Dağıstan Dağlılar Respublikasına soxularaq Dərbəndi iĢğal etdi.

 

Çar 


generalının Azərbaycana təcavüzkar niyyətdə olduğu aĢkara çıxdı. Parlamentin, fövqaladə iclasında qəbul olunmuĢ qərara əsasən sərhədlərin təhlükəsizliyini təmin etmək məqsədilə 

Dövlət Müdafiə Komitəsi yaradıldı və bütün hakimiyyət onun ixtiyarına keçdi. 

Denikin təhlükəsi Gürcüstanı da ciddi narahat etdiyindən iyunun 16-da Gürcüstanla Azərbaycan arasında hərbi müdafiə  paktı  imzalandı.  Bu pakta  görə Azərbaycan və 

Gürcüstanın istiqlaliyyətinə və ərazi bütövlüyünə hər hansı dövlət tərəfindən təcavüz olunduğu təqdirdə onlar bir-birinə hərbi yardım göstərməli idilər.  Üç il müddətinə bağlanan 

hərbi  pakta  Ermənistan  iki  həftə  ərzində  qoĢula  bilərdi.  Lakin  Ermənistan  Denikinlə  gizli  müqavilə  imzalamağı  daha  üstün  tutdu.  Hərbi  pakta  görə  Azərbaycan  Gürcüstandan  12 

kiçik top, 12 dağ topu, 24 pulemyot, 3 min plan tüfəng/ 211 qılınc, 795 nizə və s. hərbi ləvazimat aldı. 

Birinci Dünya müharibəsi 1918-ci ilin noyabrında baĢa çatsa da, onun nəticələrini reallaĢdırmaq uzun bir vaxt tələb edirdi. Qalib dövlətlər müharibədən sonrakı dünyanın 

vacib məsələlərini həll etmək üçün Parisdə beynəlxalq sülh konfransının çağırılmasına qərar verdilər. 

Azərbaycan  parlamenti  Paris  sülh  konfransında  iĢtirak  etmək  üçün  tam  səlahiyyətli  və  geniĢ  hüquqlara  malik  nümayəndə  heyəti  göndərmək  haqqında  qərar  qəbul  etdi. 

Nümayəndə  heyətinə  rəhbərlik  parlamentin  sədri  Ə.M.TopçubaĢova  tapĢırıldı.  Azərbaycan  nümayəndə  heyətinin  Paris  sülh  konfransında  iĢtirak  etməkdə  əsas  məqsədi  dünya 

dövlətləri tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin tanınmasına nail olmaq idi. Konfransda iĢtirak etmək üçün 1919-cu ilin yanvarından icazə gözləyən Azərbaycan nümayəndə 

heyəti üç aylıq gərgin diplomatik-siyasi  mübarizədən sonra ingilislərin köməyi ilə  mayın  əvvəllərində Parisə gedib çıxa bildi. Mayın 28-də  Azərbaycan nümayəndə heyətini  ABġ 

prezidenti  V.Vilson  qəbul  etdi.  Vilsona  təqdim  edilmiĢ  memorandumda  Azərbaycan  respublikasının  yaranma  tarixi,  onun  bir  ildə  azadlıq  yolunda  verdiyi  qurbanlardan  bəhs 

olunurdu.  Memorandumda  göstərilirdi  ki,  bu  mübarizədə  Azərbaycanın  iki  Ģəhəri  və  500  kəndi  dağıdılmıĢ,  150  min  nəfərə  qədər  sakini  qurban  getmiĢdir.  Təkcə  Ġrəvan 

quberniyasında  qısa  bir  müddət  ərzində  200  müsəlman  kəndi  yandırılmıĢ  və  200  min  nəfər  müsəlman  evsiz-eĢiksiz  qalmıĢdır.  ABġ  prezidentindən  Azərbaycan  istiqlaliyyətinin 

tanınması Vilson  prinsiplərinin (1.Hər bir millət xarakterindəki intellektual  və  mənəvi-dini xüsusiyyətlərinə görə seçilməlidir; 2.Hər bir millət öz taleyini müəyyən etməyə qadir 

olduğunu  göstərməlidir; 3.O, öz  xərclərini ödəmək üçün iqtisadi,  təbii və  maliyyə  vasitələrinə  malik olmalıdır; 4.O, özünü xarici təcavüzdən qoruya  bilməlidir; 5.O, tabe  olduğu 

ölkənin hökumətinin zülmündən əziyyət çəkmiĢ olmalıdır) Azərbaycana aid edilməsi, Azərbaycanın Millətlər Cəmiyyətinə qəbul edilməsi, ABġ-ın Azərbaycana hərbi sahədə yardım 

göstərməsi,  ABġ-la  Azərbaycan  arasında  diplomatik  və  iqtisadi  əlaqələrin  bərqərar  edilməsi  məsələlərində  Azərbaycan  nümayəndə  heyətinə  kömək  göstərilməsi  xahiĢ  olunurdu. 

Lakin ermənipərəst Vilson Azərbaycan nümayəndə heyətini soyuq qarĢıladı, nümayəndə heyətinə konfederasiya ideyasını müdafiə etməyi, Millətlər Cəmiyyətinin mandatı ilə böyük 

dövlətlərdən birinin bu konfederasiya üzərində qəyyumluğunu qəbul etməyi məsləhət gördü. Konfederasiya məsələsinə Azərbaycan və qismən də gürcü nümayəndə heyəti müsbət 

yanaĢırdı. Bu iĢin reallaĢmasına əngəl olan isə erməni nümayəndə heyətinin роzuculuq fəaliyyəti idi. Ermənilər Paris sülh konfransı rəhbərliyindən tələb edirdilər ki, Birinci Dünya 

müharibəsinin Antantanın xeyrinə qələbə ilə baĢa çatmasında onların böyük xidmətlərini nəzərə alaraq, qalib dövlətlər "Böyük Ermənistan"ın yaradılmasında ermənilərə yardımçı 

olmalıdırlar.  Guya  Qafqazda  rus  ordusunun  tərkibində  180  min,  Avropada  isə  15  min  erməni  könüllüsü  müttəfiqlərin  "müqəddəs  iĢi"  uğrunda  mübarizə  aparmıĢdır.  Ermənilər 

Türkiyənin 7 Ģərq vilayəti, Ġrəvan quberniyası, Tiflis və Yelizavetpol (Gəncə) quberniyalarının cənubunu və Kars torpaqlarından ibarət böyük bir ərazini tələb edirdilər. Bundan əlavə 

ermənilər  19  milyard  frank  həcmində  müharibə  təzminatı  almaq  istədiklərini  də  gizlətmirdilər.  Yeri  gəlmiĢkən,  ermənilərin  bu  əsassız  iddialarını  Paris,  London,  xüsusilə  də 

VaĢinqton qızğın müdafiə edirdi. 



Yüklə 7,57 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   278




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə