Azərbaycan xalq cümhurġYYƏTĠ VƏ qafqaz ġslam ordusu



Yüklə 7,57 Mb.
Pdf görüntüsü
səhifə26/278
tarix05.02.2018
ölçüsü7,57 Mb.
#24603
1   ...   22   23   24   25   26   27   28   29   ...   278

39 

 

 



 

Bu vaxt dövrün ziyalıları Dövləti-Aliyyənin dağılmasının qarĢısını ala biləcək tədbirlər haqqında düĢünür, dövləti hifz edib saxlamağın yollarını arayırdılar. Bu ideyanın 

uğrunda  Yusif  Akçuranın  "Müasirlik,  Ġslamçılıq,  Türkçülük"  Ģüarı  altında  dirçələn  hərəkat  mərkəz  rolunu  oynayırdı.  Müvafiq  olaraq  "Ġttihad  və  Tərəqqi"  bu  fikir  axınlarından 

hansının dövlətin çöküĢünə mane olub qurtuluĢu təmin edəcəyini, habelə bu təmayüllərin hansının dövlətin içərisində olduğu hazırkı durumla necə uyğunlaĢa biləcəyini müzakirə 

etməkdə idi. 

Osmanlının son dövründəki bu siyasi canlanma onun xarici siyasətində formalaĢan üç siyasi axında: "Türkçülük", "Ġslamçılıq" və "Osmançılıq"da özünü göstərməkdə idi. 

Hər üç siyasi fikir tərəfdarları eyni surətdə Osmanlı dövlətinin süqutunu önləməyə  giriĢir, bəzi hallarda isə bunlardan ikisi birləĢərək dövlət  siyasətinin aparıcı qüvvəsi kimi çıxıĢ 

edirdi. Ġttihad və Tərəqqiçilərin həyata ke-çirdiyi daxili və xarici siyasətində bunu görmək mümkün idi. Lakin Balkan hərbi ilə Osmançılığın, bunun ardınca I Dünya müharibəsində 

ərəblərin qaldırdığı üs-yanlara görə islamçılığın reallaĢdırılmasının mümkünsüzlüyünü görən rəhbərlik dövlətin rəsmi ideologiyası olaraq Türkçülük, daha doğrusu, Turançılıq xəttini 

qəbul etmiĢdilər. 

 Beləliklə əldə olan təcrübələrin acı nəticələrindən sonra Turançılıq ölkənin daxili və xarici siyasətini yönləndirən ən güclü cərəyan olmuĢdur. (2) 

Turan  sözü əslində iranlıların öz qarĢılarındakı ġimal-ġərq ölkələrinə ta qədimdən verdikləri addır,turan sözü əvvəllər daha çox "bölgə, səmt" məfhumu deyə coğrafi termin 

olaraq  istifadə  edilmiĢdi.  Turan  dedikdə  "Xəzər  dənizi,  Ġran  yaylası,  Orta  Asiya  olaraq  təsəvvür  edilmiĢdi.  "Turançılıq"  ifadəsi  isə  özünün  dar  mənasında  məhz  həmin  bölgələr 

arasında yaĢayan türk xalqlarını bir araya gətirmək və ya heç olmazsa bir-birinə yaxınlaĢdırmaq mənasında dərk edilirdi. (3)   

 ―Turançılıq"  anlayıĢı  özünün  nisbətən  geniĢ 

anlamında "uzaq ana yurd idealı" mənasında ilk dəfə 1839-cu illərdən Macarıstanda istifadə edilməyə baĢlamıĢdır.  

 

 

 



 

 

 



 

Avropada, xüsusən  Fransa   inqilablarından   sonrakı   dövrlərdə millətçilik cərəyanları gücləndikcə üzünü artıq Qərbə çevirməkdə olan Osmanlı ziyalısı da özündə türklük 

Ģüurunu dönmədən tərbiyə edib yetiĢdirməyə baĢlamıĢdı. Lakin qeyd etməliyik ki, Türkçülüyün Osmanlı dövlətində inkiĢafı çox zaman yalnız ədəbiyyat, sənət nümunələrində təbliğ 

olunmaqla məhdudlaĢmıĢ və bir düĢüncə olmaq etibarı ilə də bu türkçülük yalnız elə Osmanlı dövləti sərhədləri içərisindəki türklər üzərində qəbul edilmiĢdi. Türkçülüyün bütünTürk 

dünyasını  əhatə  ediləcək  Ģəkildə  bir  fikir  hərəkatına  və  həyat  kredosuna  çevrilməsi  ümumiyyətlə  Rusiya  imperiyası  daxilində  qalan  türklərdən  gəlmiĢdi.  (4)  Belə  ki,  türkçülük 

mövzusunda ilk sistemli və əsaslı siyasət tezisi Qaspıralı Ġsmayıl bəyin qaynı olan Yusif Akçuraoğlu tərəfindən ortaya atılmıĢdı. 

Hələ Dünya  müharibəsi baĢlamazdan öncə oyadılan türkçülük  fikirlərinin təsiri ilə "Rusiyadakı qardaĢ türklərin qurtarılması və  ya onlarla birləĢmək" ide-yasına qəzet və 

jurnallarda nəĢr olunan yazılarda tez-tez rast gəlmək mümkün idi. Bunun əksinə olaraq bu hərəkatın Osmanlı dövlətinin mənafeyinə zərərli nəticələr verə biləcəyindən xofa düĢən 

ziyalılar da var idi. Belə ziyalılardan biri olan Əhməd Fəridə görə: "Türkçülük xüsusilə xarici əlaqələrində həddindən artıq mühafizəkar olmalı və özünü hər hansı bir macəradan 

uzaq  tutmalıdır.  Turançılıq  bu  gün  yalnız  bir  xəyal  belə  olsa,  Rusiyanı  qorxutmaqdadır.  Sərhədin  о  biri  üzündəki  tüklərlə  uyğun  olmayan  bir  zamanda  ilgilənmək,  bomba  ilə 

oynamaq  deməkdir.(5)  Əhməd  Feridin  bu  sözlərini  qəribliyə  də  salmaq  olmazdı.  Çünki,  çar  Rusiyasındakı  türklər,  xüsusən  Qafqaz  türkləri  ruslar  tərəfindən  güclü  basqı  altında 

tutulurdu  və  hər  hansı  bir  milli  oyanıĢ  hallarına  yol  verilə  bilməzdi.  Digər  bir  tərəfdən  özünün  siyasi    həyatının  ən  çətin  günlərini  yaĢayan  Osmanlı  dövlətini  Rusiyanın  qəzəbinə 

hədəf etmək,  bununla da yeni hərbi münaqiĢələrin baĢlamasına səbəb olmaq, dövləti tamamilə məhvə sürükləmək demək olardı. 

Əhməd Fərid və onun kimi düĢünənlər üçün Osmanlı  dövlətinin tərəqqisi ölkənin iqtisadi, ictimai və psixoloji inkiĢafı ilə bağlı olmalı idi. Əhməd Fərid: ―silahları istifadə 

etməkdən əvvəl güclü də bünövrə gərəkdir. CoĢqun insanların düĢündüyü kimi, siyasət cəsurca ölmək deyil, tam əksinə: ağıllıca yaĢamağı bacarmaqdır. Bizim bu gün tək vəzifəmiz 

var. О da Osmanlı dövlətinin iqtisadi, sosial və psixoloji olaraq sağlam bir bünövrə üzərində bərqərar olmasına çalıĢmaqdır‖. Ģəklində yekunlaĢdırdığı bu düĢüncə Qafqaz və Orta 

Asiya  türklərilə  ittifaqın  Osmanlının  həmin  dönəmdəki  yerini  təsbit  etməyə  kömək  edir.  Hər  nə  qədər  Osmanlı  Dövlətinin  və  xüsusilə  Rusiyadakı  türk  ziyalıları  türkçülüyün 

mahiyyəti  və  bu  məfkurənin  inkiĢaf  etdirilməsi  uğrunda  səy  göstərsələr  də  I  Dünya  müharibəsi  baĢlanğıcında  bu  mövzu  Osmanlı  dövlətinin  xarici  siyasətində  heç  nəylə  əks 

olunmurdu.  Osmanlı  dövləti  bu  dövrdə  Limni  adaları  da  daxil  olmaqla  bütün  Egey  adalarının  Yunanlara  verilməsi  məsələsi  ilə  məĢğul  idi.  Bu  adaların  bütünlüklə  hamısının 

Yunanıstana keçməsinə Rusiya da qarĢı çıxırdı. Özlüyündə Rusiyanın bu hərəkətini yaxĢı qiymətləndirməyə çalıĢan Osmanlı dövləti dərhal Rusiya  ilə diplomatik əlaqəyə girərək 

onun  dəstəyindən  istifadə  etməyə  çalıĢdı.  Nəticədə  Rusiya  ilə  əvvəlcə  1914-cü  il  mayın  8-də  Erməni  mövzusunda  andlaĢmaya  qatılmıĢ,  dərhal  sonra  da  avqustda  Ənvər  PaĢa 

Rusiyaya  birgə  ittifaq  təklif  etmiĢdi.(6)  Bu  Ģəraitdə  Osmanlının  Rusiya  türklərinin  mənafeyini  qoruya  biləcək  bir  addım  atması,  Rusiyanın  daxili  iĢlərinə  qarıĢmaq  kimi  yalnıĢ 

addımlar olub, əlbəttə özünün doğuracağı nəticələri etibarı ilə mümkün görünmürdü. 

Lakin böyük hərb ərəfəsində geniĢ məqsədlər güdən Rusiyanın bu təklifləri qəbul etməməsilə Osmanlı Almaniyaya doğru addım atmağa məcbur qalmıĢ, buna görə də bütün 

Qafqaz və ona yaxın ərazilər xarici siyasətin mərkəzinə çevrilmiĢdi. Almaniyanın istəyi ilə Ənvər PaĢa və tərəfdarlan Osmanlını öz köhnə nüfuzuna və gücünə qovuĢdurmaq üçün 

irəli  sürdükləri  planın  ümdə  vəzifələrindən  birini  məhz  Qafqaz  təĢkil  edirdi.  Çünki,  Qafqazın  türk  və  digər  müsəlman  xalqları  birləĢərək  qurduqları  bir  Ġslam  Dövləti  Osmanlıya 

boyük  dəstək  olacaqdı.  Bunun  üçün  rusların  bölgədən  uzaqlaĢdırılması,  bunun  ardınca  xalqların  öz  ortaq  dəyərləri  ətrafında  birləĢdirilməsi  və  bu  dövlətin  Osmanlı  ilə  bir-birinə 



Yüklə 7,57 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   278




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə