Azərbaycan xalq cümhurġYYƏTĠ VƏ qafqaz ġslam ordusu



Yüklə 7,57 Mb.
Pdf görüntüsü
səhifə29/278
tarix05.02.2018
ölçüsü7,57 Mb.
#24603
1   ...   25   26   27   28   29   30   31   32   ...   278

42 

 

 



 

xidmətə alındığından onların bu sahədəki qabiliyyətləri də inkiĢaf etmiĢ, bunların içindən rus ordusunda yüksək vəzifə yerinə yetirən çoxlu sayda zabit və generallar da yetiĢmiĢdi. 

Eyni zamanda bir çox dövlət iĢlərində yüksək vəzifə tutan bürokratlar və valilər də çıxmıĢdır. (16) Buna görə də rus çarizmi yıxıldığı ilk anlardan Ermənistan və Gürcüstan öz silahlı 

qüvvələrini qurmağa giriĢdilər və bu iĢdə hər hansı bir çətinliklə qarĢılaĢmadılar. Türklərdə vəziyyət tam bunların əksi idi. Bir alayın yaranmasında belə düzənli bir əsgəri birliyə nail 

olmaq mümkün deyildi. Xalq əgərlikdən soyudulmuĢ, döyüĢ qabiliyyəti aĢağı salınmıĢdı. Bu səbəbdən təĢkilatlanmaq da mümkün olmurdu. Nəhayət bunun da nəticəsində Erməni və 

BolĢevik birlikləri hər yerdə vəziyyətə nəzarət edir, qanlı terror keçirib qırğınlar salırdılar. Bu səbəbdən də Qafqazdakı Müsəlman əhali və tərəqqipərvər ziyalılar öz müstəqillikləri 

üçün tək çarə olaraq nicatı Osmanlı dövlətinin yardımında görürdülər. 

Azərbaycanın о zamankı irəli gələnləri də müstəqil bir dövlət fikrinin yalnız baĢqa bir dövlətin yardımıyla həyata keçə biləcəyinə inanır, bu Ģəraitdə istər etnik, istərsə də 

dini  qüvvələr  Osmanlıya  üstünlük  verirdilər.  Müstəqil  Azərbaycan  dövləti  ideyasının  öndə  gələn  tərəfdarlarından  M.  Ə.  Rəsulzadə  bu  xüsusda  "milliyyə"  faktorunun  dünyanın 

gələcəyini bəlirləyən ən vacib faktor olduğunu irəli sürərək məhz Osmanlı ilə ittifaqın lazımlı oıduğuna iĢarə edirdi. (17) 

I  Dünya  müharibəsi  ərəfəsində  Azərbaycan  ziyalıları  ruslara  qarĢı

 

fəaliyyətlərini  artırmıĢ,  Osmanlı  dövlətinə  yaxınlaĢmıĢdılar.  Öz  növbəsində  bunun  da  rus 



mühafizəkarlarının  Osmanlını  parçalamaq,  Ġstanbulu  ələ  keçirmək,  bundan  ötrü  erməni  faktorundan  istifadə  etmək  istəmələrində  təsiri  olmuĢdur.  (18)  Həm  də  Azərbaycanın 

ziyalıları və siyasətçiləri Birinci Dünya müharibəsi nəticəsində 

 

 sərhədlərin dəyiĢəcəyini artıq anlayır və Osmanlının yıxılmasını özləri üçün bir təhdid olaraq görürdülər. 



 

  

Bu  duyğu  və  düĢüncə  içərisindəki  Azərbaycanlı  liderlər  I  Dünya  müharibəsinə  böyük  ümidla  girdilər.  Çünki,  savaĢın  sonunda  Rusiyanın  məhv  olması  ilə  ardınca  ortaq 



mədəniyyətə sahib olan xalqlardan əmələ gəlmiĢ bir federal dövlət qurulmasını gözləyirdilər. 

Bu məqsədləri həyata keçirmək üçün 1911-ci ildə yaranan, 1917-ci ildə bağlanan  Müsavat Partiyası da bu yöndə bir proqram ortaya qoymuĢdu. (19) M. Ə. Rəsulzadə "Açıq 

Söz" qəzetindəki yazısında "mədəniyyətini bilən, Avropa texno-logiyasına sahib, ortaq ruh və müĢtərək məqsədləri olan bir milləti"(20) müstəqil Azərbaycanı quracaq təməl daĢları 

olaraq elan edirdi. 

Azərbaycanın  müstəqilliyi  üçün  çalıĢan    ―Difai‖  partiyası  üzvləri  bu  istiqamətdə  daha  mübariz  və  fəal  idilər.  Azərbaycan  Demokratik  Respublikasının  irəlidə  gedən 

liderlərindən  olan  Fətəli  xan  Xoyskinin  qardaĢı  Arslan  xan  Xoyski  1915-ci  ilin  fevralında  sərhədi  gizlicə  keçərək  Ərzurumda  Ənvər  PaĢa  ilə  görüĢmüĢ  və  müstəqil  Azərbaycan 

Dövləti  qurmaq  naminə  bir  hərəkət  planı  təqdim  etmiĢdi.  Bunda  Osmanlı  Ordusunun  Cənubi  Azərbaycana  girməsi,  ardından  ġimali  Azərbaycanda  və  Dağıstanda  Difai 

tərəfdarlarının müstəqillik hərəkətinə baĢlanması ilə əlaqədar təkliflər var idi. (21) 

 

Qafqaz siyasətinin həyata keçirilməsi 

  

Osmanlı dövləti rəsmi olaraq Birinci Dünya müharibəsinə girmədən əvvəl Qafqazdakı hadisələrin inkiĢafını yaxından izləmək məqsədiylə əvvəlcə regionda kəĢfiyyat iĢləri 



aparmıĢdı.  Bu  məqsədlə  Osmanlı  kəĢfiyyat  təĢkilatı  (TəĢkilati  ləxsusa)  bölgədəki  türk  və  digər  müsəlman  xalqlarla  əlaqəyə  girərək  məlumat  toplamağa  baĢlamıĢdı.  Məhz  bu 

fəaliyyətlər nəticəsində gələcəkdə bölgə xalqları BolĢevik Rusiyasına qarĢı qiyamlar qaldıracaqdı. (22) Bu plan çərçivəsində 1914-cü ildə Ənvər PaĢanın təĢviqi ilə MüĢir (marĢal) 

Murad  PaĢa  "Türk  Səhiyyə  Missiyası‖  adıyla  bir  təĢkilat  qurmuĢdu.  Bu  təĢkilat  vasitəsilə  Qafqazda  bir  neçə  muxtar  vilayətdən  ibarət  bir  ölkənin  qurulmasını  və  baĢına  da  bir 

Osmanlı Ģahzadəsinin gətirilməsi qərarlaĢdırılmıĢdı. (23) Bu planın daha sonrakı addımı "Ġttihad və Tərəqqi‖partiyasının Qafqaz  Ģöbəsinin  açılması,  partiya  rəhbərliyinə  Həsən 

RuĢənin gətirilməsi oldu .(24) 

Bunlarla  bir  zamanda  Qafqaz  xalqlarından  xüsusi  mütəĢəkkil  dəstələr  meydana  gətirilmiĢdir.  O  cümlədən  Fazil  PaĢanın  rəhbərliyi  ilə  Dağıstanlı  Avar  və  çeçenlərdən  

mütəĢəkkil  bir  xalq  milis  birliyi  yaradılaraq  regionda  Gürcü  və  kürdlərin  qatılacağı  böyük  bir  üsyan  baĢladılmasına  qərar  verilmiĢdi,  (25)  lakin  Qərbli  dövlətlərin  əks  təbliğatı 

nəticəsində ayrıca gürcülərin Osmanlı dövlətinə etimadsız yanaĢması səbəbiylə istənilən nəticələr əldə olunmadı. Odur ki, Osmanlı rəhbərliyi Gürcü variantının iflası səbəbi ilə ona 

alternativ axtanĢlarına giriĢmiĢ və Cənubi Azərbaycan hərəkatı üzərində dayanılmıĢdı. 

 

Cənubi Azərbaycan hərəkatı 



 

Gürcüstan və Ermənistanı aĢaraq Azərbaycan və Dağıstana yetiĢməyin çətinliyini görən Omanlı rəhbərliyi Cənubi Azərbaycan hərəkatını baĢlatmıĢdı. Yarbay Xəlil bəyin 

komandanlığı altında birinci səfər 1914-cü ilin dekabrın 11 baĢlamıĢdı. Həmin gün BaĢ komandan Vəkili Ənvər PaĢa Xəlil bəyə göndərmiĢ olduğu teleqrafda yürüĢün əsas vəzifəsini 



43 

 

 



 

bu Ģəkildə müəyyənləĢdirmiĢdi: Sizin vəzifəniz bölüyünüzlə Təbriz üzərindən Dağıstana keçərək orada əhalini ümumi üsyana qaldırmaq, səfər əsnasında rus dəmiryolu və teleqraf 

xətlərini, xüsusilə Bakı-Tiflis xəttini dağıtmaq, rusları Bəhri Xəzərin qərbindən geri oturtmaq; yol üzərindəki caamatı ruslar  əleyhinə müharibəyə təĢviq  və sövq  etməkdir (26). 

Yanvar ayının baĢlanğıcında Xəlil bəy Diyarbəkirə yetiĢmiĢ, burada ona Ənvər PaĢa tərəfindən Mosul üzərindən Təbrizə hərəkət edərək, rusları oradan çıxarması barədə 

əmr  verilmiĢdir.  Xəlil  bəy  də  mart  ayının  əvvəllərindən  etibarən  Mosul,  buradan  da  Rəvandiz,  sonra  Urmiyə  Ģəhərlərinə  girmiĢ,  fəqət  1  may  günü  bərk  dumana  düĢərək  ruslar 

tərəfindən məğlubiyyətə uğradılmıĢdı. Beləliklə, rus maneəsi ilə qarĢılaĢmıĢ olan birinci hərbi səfər üçün Azərbaycan üzərindən irəliləyərək Dağıstanı ələ keçirib rusların arxasındakı 

üsyan etməyə hazır dayanan müsəlmanlara yetiĢmək məqsədi sona çatmadan boĢa çıxdı. 

Bu bölgəyə düĢünülmüĢ yeni bir səfəri Kazım Qarabəkir həyata keçirəcəkdi.  BaĢkomandan vəkilinin 1914-cü il dekabrın 15-də Kazım Qarabəkirə çəkdiyi teleqramda onun 

vəzifələri anladılmıĢ,(27) lakin hazırlıq  əsnasında Osmanlı  ordusunun durumunun bu səfərə imkan verə bilmədiyi üzündən əmr geri alınmıĢdı. Çünki SarıqamıĢ  məğlubiyyətindən 

sonra sıraları seyrəlməkdə olan III Ordunun möhkəmləndirilməsi lazım bilinmiĢ, və qısa bir zamandan sonra isə itilaf dövlətlərinə qarĢı Çanakkala müdafiəsində əsgəri gücə ehtiyac 

özünü  kəskin  Ģəkildə  hiss  etdirmiĢdi.  Beləcə,  Rauf  bəy  dəstəsindən  sonra  Ġran,  Türküstan,  Əfqanıstan  və  Hindistan  istiqamətində  Kazım  Qarabəkir  komandanlığında  həyata 

keçirilməsi qərarlaĢdırılan iknci bir səfər də müvəffəqiyyətsizliyə uğramıĢdı. 

Osmanlının özünün  məhdud imkanlarına  rəğmən Cənubi Azərbaycana  əsgər göndərməkdə  məqsədi Azərbaycanda  təĢkilatlanmıĢ olan Difai  Partiyası baĢkanı Arslan bəy 

Xoyski ilə bağlanan andlaĢma idi. Çünki, Ənvər PaĢa Ərzurumda Arslan bəylə gizli bir görüĢmə keçirmiĢ və burada Qafqaz cəbhəsi üçün bir plan hazırlanmıĢdı. Bu plana görə də 

Türk-Ġran sərhədində  yaxĢı təchiz  edilmiĢ,  güclü bir Türk  birliyi rus birliklərini  məğlub etmək üçün saxlanılacaq, "Difai"çilər isə  Azərbaycan və  Dağıstanda  qiyamlar qaldıraraq 

rusları arxadan vuracaq idi. (28) 

 

Ömər Naci hərəkatı 

 

«Difai‖ çilərə söz vermiĢ olmasına rəğmən, III Ordunun ruslardan ağır zərbələr alması səbəbiylə bu vədlər yerinə yetirilə bilmədi. Ancaq ġərqi Qafqaz ilə əlaqəyə girmənin 

mühüm  amil  olduğuna  inanan  Ərzurumdakı  Alman  Əlaqə  Zabitliyi,  bu  məsələnin  həllinin  tək  yolunun  Təbriz  üzərindən  mümkün  olacağını  düĢünürdü.  Çünki  Ġranın  Ģimalında 

hazırkı zamanda rusların güclü bir ordusu da yox idi. ġərqi Qafqaz ilə əlaqəni təmin etmək üçün Ərzurumdakı Alman Əlaqə Zabitliyi Ərzurum konsulu müavini Max  Erwin və 

Scheubner—Richteri  ezam  etdi.  Scheubner  isə  könüllü  və  ya  baĢıpozuq  birlikləri  ilə  bir  uğur  əldə  edə  biləcəyinə  inanmayırdı.  Odur  ki,  III  Ordudan  ayrılıb  veriləcək  düzənli  bir 

birliklə yola çıxmaq istəyirdi. Lakin əslində həmin an bu yardımı III Ordudan gözləmək mümkün deyildi. Elə bu əsnada Ərzurumda öz könüllü birlikləri ilə ruslara qarĢı savaĢan və " 

Ġttihad və Tərəqqi" nin komitə üzvlərindən olan Ömər Naci ortaya çıxdı. (29) 

ġimali Ġran üzərindən Azərbaycan türkləriylə əlaqə qurmaq istəyən Ömər Naci Ġstanbuldakı "Ġttihad və Tərəqqi" Mərkəzi Komitəsi vasitəsilə III Ordudan Scheubnerlə özünə 

nizami birlik verilməsinə nail oldu. Ömər Naci ilə Scheubner məqsədləri eyni olduğu üçün hər ikisi birləĢərək birlikdə hərəkət etməyə qərar verdilər. Ömər Nacinin birliyində yaxĢı 

təlim görmüĢ 500 atlı və bir dağ topu, Scheubnerin birliyində isə 100 atlı, bir dağ topu və 30 könüllü, ayrıca da beĢ alman zabiti var idi. Scheubnerin birliyinin xərcləri, Ərzurumdakı 

Alman Əlaqə Zabitliyi tərəfindən ödənilirdi. 

Ömər      Nacinin      Cənubi      Azərbaycan      və      ġərqi      Qafqaza      müttəfiq  olaraq  göndərilməsi  pərdəsi  altında  ġimali  və  Cənubi  Azərbaycanı  birləĢdirmək,  Osmanlı 

himayəsində bir dövlət qurmaq ideyası həyata keçməkdə idi.(30) Ömər Naci Scheubner 1915-ci ilin sentyabrın sonlarına doğru Bitlis və BaĢqala üzərindən Mosula çatmaq üçün yola 

çıxdılar. BaĢqalaya gəldikləri zaman buradan Urmiyə istiqamətində hərəkət etmək istədilərsə də, Van gölünün cənubunda rusların güclü müqaviməti ilə qarĢılaĢdılar və Mosula tərəf 

hərəkət  etmək  məcburiyyətində  qaldılar.  Cizrəyə  gəldikləri  zaman  Scheubner  qərargah  qurma  hazırlıqlarını  həll  etmək  üçün  birliyi  tərk  edərək  Dəclə  üzərindən  Mosula  getdi.  Bu 

vaxt Cizrə yaxınlığında bəzi ərəb qrupları ilə ermənilər Osmanlı dövlətinə qarĢı qiyam qaldırmıĢdılar. Ömər Naciyə VI ordu komandanı Goltz PaĢa tərəfindən bu qiyamları yatırtmaq 

tapĢırıldı.  Scheubner  öz  qüvvəsinin  Osmanlının  daxili  məsələlərinin  həllində  istifadə  olunmayacağını  bildirib  birliyindəki  alman  zabitlərini  Mosula  çağırdı.  Scheubner  о  vaxtlar 

Mosulda yerləĢən 51-ci diviziyanın komandiri Xəlil bəylə danıĢıqlara girərək Goltz PaĢanın da iĢtirakı ilə həmin diviziyadan bir tabur əsgər almağı bacardı. 1916-cı ilin fevral ayının 

ortalarında Ömər Naci bəyin göstəriĢiylə ruslara qarĢı savaĢan bölgədəki bəzi kürd aĢirətləri də Scheubnerin taburuna qatıldılar. Lakin Scheubner onların intizamsız olduqlarını və 

əsgəri təlim görmədiklərini, bu səbəbdən də hərbi əhəmiyyətləri olmadıqlarını çatdırdı. 1916-cı ilin fevralından həmin ilin  may ayınadək ruslarla Scheubnerin taburu arasında bir 

neçə döyüĢ olmuĢdusada Scheubner rus birliklərini yenib Cənubi Qafqaza da çıxmağa  müvəffəq окlmamıĢdı. Ruslarla olan döyüĢlərdə silah və cəbbəxana əksikliyi özünü kəskin 

Ģəkildə hiss etdirmiĢ, həm də Scheubnerin birliyində tif xəstəliyi yayılmıĢ, ölüm halları artmıĢdır. Elə bu əsnada rusların qüvvətli bir birlik ilə Süleymaniyyəyə hücum edəcəkləri 




Yüklə 7,57 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   278




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə