Azərbaycan xalq cümhurġYYƏTĠ VƏ qafqaz ġslam ordusu



Yüklə 7,57 Mb.
Pdf görüntüsü
səhifə32/278
tarix05.02.2018
ölçüsü7,57 Mb.
#24603
1   ...   28   29   30   31   32   33   34   35   ...   278

48 

 

 



 

 

 



1915-1920-ci ĠLLƏRDƏ AZƏRBAYCANDA TÜRK VƏ MÜSƏLMANLARA QARġI HƏYATA KEÇĠRĠLƏN 

SOYQIRIMLAR 

 

Anar Ġsgəndərov



 

 

Bir  əsrə  yaxındır  ki,  erməni  ideoloqları  və  onların  havadarları  dünyanı  inandırmaq  istəyirlər  ki,  1915-ci  ildə  Osmanlı  ərazisində  «zavallı»  erməni  xalqına  qarĢı  dövlət 



səviyyəsində  qırğın  törədilmiĢdir.  SSRĠ  dağılana  qədər  bu  təbliğat  bilavasitə  Türkiyə  Respublikasına  qarĢı  yönəlmiĢ,  dolayı  yolla  bu  məsələdə  bütün  türk-müsəlman  dünyası 

günahlandırılırdı. Çar Rusiyasının Osmanlı dövlətinə nifrəti SSRĠ dövlətinin siyasətində və təbliğatında davam etdirilirdi. Beləliklə, XX əsrin 60-cı illərində bu yalançı təbliğat ayaq 

tutaraq yeriməyə baĢladı. 

Əslində soyqırıma məruz qalan kimlər olmuĢdur? 

Birinci  Dünya  müharibəsi  ərəfəsində  Osmanlı  dövlətinin  III  Ordusuna  rəhbərlik  edən  Ənvər  paĢa  Ərzurumda  erməni  liderləri  ilə  görüĢündə  yəqin  etdi  ki,  ermənilər 

müharibə  baĢlanacaq  təqdirdə  Osmanlı  dövlətini  müdafiə  etməyəcəklər.  Çünki  çar  Rusiyası  gələcəkdə  müharibənin  nəticəsindən  asılı  olaraq  Osmanlı  ərazisində  erməni  muxtar 

dövlətinin  yaradılmasına  təminat  verməklə, Osmanlı dövlətinin tərkibində  olan erməniləri Türkiyəyə  qarĢı  müharibəyə  cəlb edə  bilmiĢdi.  Birinci  Dünya  müharibəsi  ərəfəsində  II 

Nikolayın  Qafqaza  gəliĢi  və  ermənilərə  osmanlılara  qarĢı  əməkdaĢlıq  təklif  etməsi  məsələni  daha  da  ciddiləĢdirdi.  Çar Tiflisdəki  nitqini:  «Qoy,  rus  bayrağı  altında  üzən  gəmilər 

Bosfor və Dardanel boğazlarında sərbəst hərəkət etsin. Qoy, erməni xalqı Rusiyanın köməyi ilə Osmanlı ərazisində öz müstəqil dövlətini qura bilsin»! kəlmələri ilə bitirdi. Beləliklə, 

II Nikolayın bu qərəzli və təhrikedici çıxıĢı ermənilərin Rusiya tərəfindən Türkiyəyə qarĢı müharibədə iĢtirak etməsini təmin etdi. Türk torpaqlarının iĢğalına  və əhalisinin məhv 

edilməsinə hazırlaĢan erməni ideoloqları erməni kilsəsindən xeyir-dua aldılar. 

Məlum olduğu kimi, 1914-cü il noyabrın 1-də rus ordusu Qafqaz istiqamətində Osmanlı sərhədlərini keçdi. Qars, Ərdəhan və Batum ətrafında döyüĢlərdə hər iki tərəf böyük 

itki verdi. Lakin SarıqamıĢ yaxınlığındakı döyüĢdə bir tərəfdən sərt qıĢ, о biri tərəfdən rus ordusunun daha güclü hazırlığı türklərdən 90 min əsgər və zabitin itkin düĢməsi və əsir 

alınması ilə nəticələndi. Rus ordusunun ġərqi Anadoluya daxil olması ermənilərin türklərə qarĢı kütləvi qırğınların törədilməsi üçün Ģərait yaratdı. Rus ordusunun tərkibində xidmət 

edən  ermənilərlə  yerli  ermənilər  birləĢərək  heç  bir  günahı  olmayan  yüz  minlərlə  dinc  əhalini  qətlə  yetirir  və  onları  öz  dədə-baba  yurdlarından  didərgin  salırdılar.  Erməni 

ideoloqlarının  uzun  illər  boyu  təbliğ  etdikləri  "Böyük  Ermənistan"  planının  reallaĢması  üçün  Ģərait  yaranmıĢdı.  Ermənilərin  yerli  əhaliyə  qarĢı  bu  münasibəti  Osmanlı  dövlətini 

müəyyən müdafiə tədbirləri görməyə məcbur etdi. Belə ki, 1915-ci ilin mayın ortalarında döyüĢ meydanı olan Van, Bitlis və Ərzurumdan erməni əhalisi uzaqlaĢdırıldı. Bununla da 

türklərin  rus  və  ingilislərə  qarĢı  döyüĢlərində  ermənilərin  neytrallığı  təmin  edildi.  Osmanlı  ərazisində  istədiklərinə  nail  ola  bilməyən  erməni  silahlı  dəstələri    geri  çəkilərək 

Azərbaycanın cənubunda, Ģimalında və qərbində öz məkrli siyasətini  daha   amansızlıqla   davam  etdirməyə  baĢladılar.  1918-ci   ildə   türk-müsəlman  əhalisinə qarĢı törədilən 

cinayətləri  üzə  çıxarmaq  Azərbaycan  Xalq  Cümhuriyyəti  elan  ediləndən  sonra  mümkün  olmuĢdur.  Belə  ki,  Milli  hökumətin  ən  mühüm  qərarlarından  biri  daĢnak  canilərinin 

törətdikləri cinayətlərin təhqiqi üçün 1918-ci il iyulun 15-də Fövqəladə Təhqiqat Komissiyasının yaradılması oldu. Hökumətin iclasında xarici iĢlər naziri M.H.Hacinski bu məsələ 

barəsində çıxıĢında qeyd etdi ki, dörd aydır ki, erməni cəlladları dinc  müsəlman əhalisinin həyatı və əmlakı üzərində görünməmiĢ vəhĢiliklər törədirlər. Bununla  yanaĢı, zorakılıq 

törədənlərin yalan xəbərləri nəticəsində Avropa ictimaiyyətində tamam əks əhval-ruhiyyə yaradılır. Buna görə də belə bir təĢkilatın yaradılmasına böyük ehtiyac hiss olunur. Həmin 

təĢkilat Fövqəladə Komissiya xarakteri daĢımalıdır, həm də bu komissiyanın topladığı sənədlər Azərbaycan, rus, ingilis, fransız, alman dillərində nəĢr edilib yayılmalıdır (1). Vəkil 

Əliəkbər bəy Xasməmmədov (sonralar Azərbaycan Məhkəmə Palatasının sədri olmuĢdur) Təhqiqat Komissiyasının sədri təyin edildi (2). Bir neçə by ərzində Fövqəladə Təhqiqat 

Komissiyası daĢnak quldur dəstələrinin qanlı əməllərinin təhqiqi sahəsində böyük iĢ gördü. Zərər çəkmiĢ yüzlərlə vətəndaĢ və Ģahid dindirildi və çoxlu material, maddi dəlil-sübut, 

fotosənəd toplandı. 

Məlumdur  ki,  1917-ci  ilin  fevralında  Rusiyada  burjua-demokratik  inqilabı  nəticəsində  Romanovlar  sülaləsi  devrildi  və  Müvəqqəti  hökumət  təĢkil  edildi.  Mü-vəqqəti 

hökumət Rusiya xalqlarına müraciətində elan etdi ki, Birinci Dünya müha-ribəsi baĢa çatandan sonra xalqların öz müqəddəratını həll etməsi məsələsinə baxı-lacaqdır. Lakin 1917-ci 

                                                           

 

Tarix elmləri doktoru, professor, Bakt Dövlət Universiteti



 


49 

 

 



 

ilin oktyabrında Rusiyada bolĢeviklərin hakimiyyəti zorakı yolla ələ keçirməsi Rusiya xalqlarının bu arzularını boĢa çıxartdı. BolĢeviklər fəhlə-kəndli hökuməti qurmaq adı altında 

əvvəlki imperiyanı bərpa etməyə baĢladılar. 

1917-ci ilin sonu  - 1918-ci ilin əvvəllərində Bakıda daĢnak-bolĢevik birləĢmələrinin  milli qüvvələrə qarĢı açıq  mübarizəsi  yetiĢməkdə idi. 1917-ci ilin dekabrında  Rusiya 

Xalq Komissarları Sovetinin sədri V.Ġ.Lenin tərəfindən Qafqazın  fövqəladə komissari təyin olunmuĢ S.ġaumyanın Korqanovun baĢçılıq etdiyi Hərbi Ġnqilab Komitəsi ilə birlikdə 

Tiflisdən  Bakıya  gəliĢi  buradakı  siyasi  vəziyyəti  daha  da  gərginləĢdirdi.  Qafqaz  cəbhəsindən  geri  qayıdan  əsgərlər  vətənlərinə  qayıtmaq  əvəzinə  Bakıda  toplaĢdı.  Bu  əsgərlərin 

Bakıda saxlanmasında ġaumyan böyük fəallıq göstərirdi. 

Azərbaycanda milli qüvvələrə baĢçılıq edən "Müsavat‖ın getdikcə artan nüfuzundan qorxuya düĢən bolĢevik-daĢnak qüvvələri Bakını inqilabla əksinqilab arasında mübarizə 

meydanı elan etmiĢdilər. BolĢevik-daĢnak qüvvələrinin birləĢdiyi Bakı Sovetinin ixtiyarında Qırmızı Ordu adı altında  əksəriyyəti ermənilərdən ibarət olan 20 minlik silahlı qüvvə 

cəmlənmiĢdi. 1918-ci ilin martında Bakıda siyasi vəziyyət son dərəcə gərgin idi. Bakı Sovetinə keçirilən seçkilərdə Müsavatın böyük səs çoxluğu ilə qələbə qazanması bolĢevikləri 

və  daĢnakları  ciddi  narahat  edirdi.  Cənubi  Qafqazın  ən  güclü  siyasi  partiyasına  çevrilən  Müsavat  Azərbaycanın  ərazi  muxtariyyəti  və  siyasi  hakimiyyət  uğrunda  inamla  mübarizə 

aparırdı.  ġaumyan  baĢda  olmaqla  bolĢevik  qüvvələri  Erməni  Milli  ġurası  və  DaĢnaksütyun  partiyasının  rəhbərləri  ilə  birlikdə  Müsavata  qarĢı  əsl  müharibəyə  baĢladılar.  Bakıda 

Azərbaycan milli qüvvələrinin sayca az və pis silahlanmıĢ olduğunu yaxĢı bilən ġaumyan müsəlmanlara "dərs vermək" üçün milli qırğına hazırlaĢırdı. 

Martın 29-da Ģəxsi heyəti müsəlmanlardan ibarət olan "Evelina" gəmisinin Bakıda bolĢevik qüvvələri tərəfindən tərksilah edilməsi milli qırğına baĢlamaq üçün bəhanə oldu. 

Belə ki, 1918-ci il martın 17-də silahla ehtiyatsız davranıĢdan həlak olmuĢ H.Z.Tağıyevin oğlu Məhəmməd Tağıyevin cənazəsini Bakıya gətirən müsəlman diviziyasının 48 nəfərdən 

ibarət  kiçik  bir  dəstəsi  bolĢevikləri  təĢviĢə  saldı.  Mərhumu  dəfn  edən  müsəlman  dəstəsi  "Evelina"  gəmisi  ilə  Lənkərana  geri  qayıtmalı  idi.  Paraxodun  körpüdən  aralanmasına  az 

qalmıĢ  silahlı  bolĢeviklər  müsəlman  dəstəsinin  tərksilah  olunmasını  tələb  etdi.  Müsəlman  dəstəsinin  rədd  cavabına  tüfənglərdən  və  pulemyotlardan  atılan  atəĢlə  cavab  verildi. 

Gəmidəki si-lahlar bolĢeviklər tərəfindən müsadirə olundu. 

Ertəsi gün Ģəhərin cənub hissəsində erməni əsgərləri göründülər. Onlar bütün küçə boyu səngərlər qazmağa, torpaq və daĢlardan bəndlər ucaltmağa baĢladılar. Həmin gün 

Müsəlman xeyriyyə cəmiyyətinin binasında keçirilən yığıncağa gələn Bakı Ģəhərinin keçmiĢ rəisi Ter-Mikaelyants Erməni Milli ġurası və DaĢnaksütyun partiyası adından bəyan etdi 

ki, əgər müsəlmanlar bolĢeviklərə qarĢı çıxıĢ etsələr, ermənilər də onlara qoĢulacaq və bolĢeviklərin Bakıdan qovulmasma kömək edəcəklər. Bakıda mart soyqırımı planı hələ 1917-

ci ildən DaĢnaksütyun partiyası və Erməni Milli Komitəsi tərəfindən hazırlanırdı. Onlar  dəfələrlə  müsəlmanları bolĢeviklərə qarĢı silahlı çıxıĢa təhrik etməyə cəhd  göstərmiĢdilər. 

Ermənilərin məqsədi bolĢeviklərin əli ilə müsəlman əhalisini cismən məhv etmək idi. Martın 18-də (təzə stillə 31mart) səhər tezdən Ģəhərin müsəlmanlar yaĢayan hissəsinə hücumlar 

baĢladı.  Ermənilərin  yalançı  vədlərinə  inanmıĢ  müsəlmanlar  əvvəlcə  Ģəhərdə  nə  baĢ  verdiyini  müəyyən  edə  bilmirdilər.  Hücum  ərəfəsində  bütün  ermənilər  Ģəhərin  müsəlmanlar 

yaĢayan hissəsindən ermənilər yaĢayan hissəsinə keçdilər. Müsəlmanlar yaĢayan hissədə xristian əhalidən ruslar və gürcülər qalmıĢdı. 

Adamların qətlə  yetirilməsi və  müsəlman məhəllələrinin darmadağın edilməsi planlı surətdə mütəĢəkkil erməni hərbi hissələri tərəfindən Ģəhərin hər yerində qabaqcadan 

müəyyənləĢdirilmiĢ sistem üzrə həyata keçirilirdi. 

Bakı Soveti qüvvələrinə rəhbərlik edən S.ġaumyanın erməni hərbi hissələrindən istifadə etməsi bu qırğını daha da dərinləĢdirmiĢdi. BolĢevikləri müdafiə etmək bəhanəsi ilə 

erməni hərbi hissələri türk-müsəlman əhalisinə qəddarcasına divan tuturdular. Qeyd etmək lazımdır ki, Bakı Soveti də, onun yaratdığı ordu da əsas etibarı ilə ermənilərdən ibarət idi. 

Sovetdə  olan  daĢnaklar  Sako  Saakyan,  Arakelvan  və  baĢqaları  bolĢevik  dəstələrinə  müsəlman  fəhlələrinin  qəbul  edilməsinə  hər  vasitə  ilə  əngəl  törədirdilər.  DaĢnaklar 

azərbaycanlılara  milli  ordu  yaratmaqda  mane  olur,  Sovetin  adından  istifadə  edərək  millətçi-Ģovinist  siyasətini  canfəĢanlıqla  həyata  keçirir,  Bakı,  ġamaxı  və  Azərbaycanın  digər 

bölgələrində  türk-müsəlman  əhalisinə  qarĢı  qırğınlar  hazırlayırdılar.  Bu  baxımdan  Erməni  Milli  Komitəsi  xüsusi  fəallıq  göstərirdi.  Müsəlmanlara  qarĢı  talanlar  ġamaxı,  Göyçay, 

Gəncə, Nuxa, Qazax, Lənkəran, Salyan, bir sözlə Azərbaycanın bütün bölgələrini bürümüĢdü. 

Təhqiqat Komissiyası tərəfindən Ģahid kimi dindirilmiĢ Bakı Ģəhərinin sakini A.N.Kvasnikin ifadəsində deyilirdi: "Bu il martın 17-21-də (köhnə stillə) Bakıda baĢ vermiĢ 

hadisələri əsla vicdan əzabı çəkmədən belə Ģərh etmək olar: "Müsəlman əhalisinin əvvəlcə Bakı Ģəhərində, sonra isə ətraflarda cismən məhv edilməsi, onların əmlakının hamısının 

qarət olunması və bütün var-dövlətlərinin və siyasi üstünlüyün ermənilərin əlinə təbii surətdə keçməsi məqsədilə ermənilərin müsəlmanlara qarĢı təĢkil etdikləri qanlı qəsd idi" (3). 

AzğınlaĢmıĢ  və  vəhĢiləĢmiĢ  erməni  quldurları  dinc  azərbaycanlı  əhalini  qırıb-çatmaq  üçün  ən  amansız  üsullara  əl  atırdılar.  Fövqəladə  Təhqiqat  Komissiyasının  üzvü 

A.Y.Kluge  bu  komissiyanın  sədrinə  "Bakı  Ģəhərinin  müsəlman  əhalisinə  qarĢı  törədilmiĢ  zorakılıqlara  dair  iĢ  haqqında"  məruzəsində  yazırdı:  "YaxĢı  silahlanmıĢ,  təlim  keçmiĢ 

erməni  əsgərləri  çoxlu  miqdarda  pulemyotların  müĢayiəti  ilə  hücum  edirdilər.  Ermənilər  müsəlmanların  evlərinə  soxulur,  bu  evlərin  sakinlərini  qırır,  onları  qılınc  və  xəncərlərlə 

doğram-doğram  və  süngülərlə  deĢik-deĢik  edir,  uĢaqları  yanan  evin  alovları  içərisinə  atır,  üç-dörd  günlük  çağaları  süngünün  ucunda  oynadır,  öldürülən  valideynlərin  südəmər 

körpələrinə rəhm etmir, hamısını öldürürdülər" (4). 



Yüklə 7,57 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   278




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə