Azərbaycan xalq cümhurġYYƏTĠ VƏ qafqaz ġslam ordusu



Yüklə 7,57 Mb.
Pdf görüntüsü
səhifə34/278
tarix05.02.2018
ölçüsü7,57 Mb.
#24603
1   ...   30   31   32   33   34   35   36   37   ...   278

51 

 

 



 

qırırdılar.  ġamaxının  müsəlmanlar  yaĢayan  hissəsinin  hamısına  od  vurulmuĢdu.  13  məhəllə  məscidi  və  məĢhur  müqəddəs  ocaq  -  Cümə  məscidi  yandırılmıĢdı.  Bu  məscid 

müsəlmanlara həm bir qibləgah, həm də qədim abidə kimi əziz idi. Erməni quldurlar minlərlə dinc adamı qətlə yetirmiĢdi (10). 

ġamaxıda böyük hörmət sahibi olan axund Cəfərquluya olmazın iĢgəncələri verilmiĢdi. Ermənilər ona axundu olduğu məsciddə dəhĢətli əzab-əziyyət verərək, bu mömin 

insanın  saqqalının  tüklərini  bir-bir  yolmuĢ,  diĢlərini,  gözlərini  çıxarmıĢ,  qulaqlarını  və  burnunu  kəsmiĢdilər.  Ermənilər  axunda  pənah  gətirmiĢ  saysız-hesabsız  qadın  və  uĢağı  da 

öldürmüĢdülər. Hacı axundun tamamilə yandırılmıĢ evinin həyətində sonralar Təhqiqat Komissiyasının üzvləri tərəfindən çoxlu miqdarda insan sümükləri aĢkar edilmiĢdi. Qafqaz 

Ġslam Ordusu 1918-ci ilin iyulunda ġamaxını ermənilərdən azad edərkən meyitlərin iri sümüklərini yığıb basdırmıĢdılar. Komissiya üzvləri 1918-ci ilin oktyabr və noyabrında bu 

barədə hazırladığı məruzədə qeyd edirdilər ki, həyətdə hələ də çürümüĢ meyitlərin qalıqları qalmaqdadır (11). ġamaxı qəzasının müsəlmanlar yaĢayan təxminən 80 kəndinin taleyi da 

bu cür olmuĢdur. DaĢnakların törətdiyi vəhĢiliklərin həddi-hüdudu yox idi. 

1919-cu il martın 30-da "Azərbaycan" qəzetində Fövqəladə Təhqiqat Komissiyasının "ÇağırıĢ"ı dərc edilmiĢdir. Komissiyanın sədri Əliəkbər bəy Xasməmmədovun imzaladığı 

bu sənəddə deyilirdi: "ġamaxının yalnız xarabalıqları qalmıĢdır. ġəhərin müsəlman hissəsindəki bu xarabalıqlarda məscidlərin ən qədimi 800 ildən çox tarixi olan Cümə məscidinin 

ancaq yanıb qaralmıĢ minarələri görünür, Ģəhərin on beĢ minlik müsəlman əhalisindən sağ qalanlar isə bütün Zaqafqaziyaya dağılmıĢ, əllərində qoltuq ağacı və bellərində torba qapı-

qapı  düĢüb  dilənirlər  ki,  acından  ölməsinlər.  Adlarını  "bolĢevik"  qoyan  qaçaq-quldur  dəstələrinin  əlindən  qaçıb  can  qurtaran  əhalinin  qalan  hissəsi  türk  qoĢunları  Azərbaycana 

gəldikdən sonra öz el-obalarına qayıtmıĢdır. Onlar qayıdıb gəldikdə əsrlərdən bəri yaĢadıqları ocaqlarını yandırılmıĢ və yerlə-yeksan edilmiĢ halda görmüĢlər". 

Fövqəladə  Təhqiqat  Komissiyasının  ġamaxı  qəzasının  ayrı-ayrı  kəndləri  üzrə  apardığı  təhqiqatlarının  -  Ģahid  ifadələri,  zərərçəkənlərin  dindirmə  protokolları,  rəsmi 

idarələrin əhalinin sayı və əmlaklarının dəyəri haqqında məlumatları, ölən və yaralananların siyahısı və s. - əsasında 53 kənd üzrə tərtib olunmuĢ yekun aktlarında ayrı-ayrı kəndlər 

üzrə  öldürülənlərin  sayı  və  hər  bir    kəndə  dəymiĢ  ümumi  zərərin  miqdarı  göstərilmiĢdir.  Bu  aktlarda  olan  rəqəmlərə  əsasən  ġamaxı  qəzasının  53  kəndində  ermənilər  8027 

azərbaycanlını qətlə yetirmiĢlər. Onlardan 4190 nəfəri kiĢi, 2560 nəfəri qadın və 1277 nəfəri uĢaqlar olmuĢdur. Bu kəndlərə dəyən ümumi maddi zərər о dövrün qiymətləri ilə 339.5 

milyon manat olmuĢdur (12). 

"ÇağırıĢ" bu sözlərlə qurtarırdı: "ġamaxı qəzasının zərər çəkmiĢ əhalisinə yardım göstərmək hər bir vətəndaĢın, xüsusən müsəlmanın vətəndaĢ vəzifəsi və mənəvi borcudur. 

VətəndaĢ müsəlmanlar, ġirvanı xilas edin!" 

Təhqiqat Komissiyasının sənədlərindən aydın olur ki, ġamaxı Ģəhərinin azərbaycanlı əhalisinə vurulmuĢ ziyan orta hesabla bir milyard manatdan çox ol-muĢdur. 

Fövqəladə  Təhqiqat  Komissiyasını  üzvləri  -  Gəncə  quberniyasının  Nuxa  və  ƏrəĢ  qəzalarında  yoxlama  keçirmiĢ  N.Mixaylovun  və  N.Klassovskinin  məruzəsində 

dəqiqləĢdirilmiĢdir  ki,  təkcə  bu  qəzaların  erməni  dəstələri  deyil,  həm  də  baĢlıca  olaraq,  gəlmə  hərbi  hissələr  və  Ġrəvan  quberniyasının  erməniləri  müsəlman  əhalisini  ucdantutma 

qırmaq,  kəndləri  dağıtmaq  və  dövlət  hakimiyyət  orqanlarını  və  müsəlman  ərazilərini  tutmaq  üçün  bütöv  bir  plan  hazırlamıĢdılar  (13).  Əvvəlcədən  qurulmuĢ  plana  görə  daĢnak-

bolĢevik  qoĢunu  ġamaxını  iĢğal  etdikdən  sonra  Quba  qəzasına  daxil  olmalı  idi.  Xaçmazda  yaĢayan  ermənilər  bu  barədə  xəbərdar  edilmiĢ,  onlara  xeyli  əlavə  silah  və  sursat 

göndərilmiĢdi. 1918-ci ilin ilk aylarından Quba qəzasında müsəlman əhalisinə qarĢı baĢlanan qırğınları faciə adlandırmaq vəhĢiliklərin mahiyyətini tam açmır. Minlərlə insanın, dinc 

əhalinin, qadınların, uĢaqların və qocaların əzab və iĢgəncə ilə qətlə yetirilməsi dəhĢətli və ağlasığmaz qırğın idi. Quba faciəsi sırf siyasi məqsəd daĢıyırdı. Qırğınlarda erməni daĢnak 

qüvvələri ilə yanaĢı bolĢevik əsgərləri də iĢtirak edirdi. Erməni cəlladları hakimiyyətsizlikdən məharətlə istifadə edərək Qubada böyük bir qırğın həyata keçirtdilər. Bu qırğınlarda 

əsas məqsəd Azərbaycanda müsəlman əhalisini məhv edərək sovet rejimi qurmaq idi. Çünki sovet rejiminə rəhbərlik edən ġaumyan  Cənubi Qafqazda "Böyük Ermənistan" dövləti 

yaratmaq üçün bütün imkanlardan istifadə edirdi. Təki Azərbaycan deyilən dövlət qurumu yaranmasın. 

Faciəni  səciyyələndirən  baĢlıca  cəhət  odur  ki,  Quba  qəzasında  qırğınlar  əvvəlcədən  düĢünülmüĢ  və  buna  geniĢ  hazırlıq  iĢləri  görülmüĢdü.  Çünki  qırğına  baĢlamaq  üçün 

bəhanə  yalnız  milli  münaqiĢə  ola  bilərdi.  Erməni  daĢnak  qüvveləri  dünyanın  hər  yerinə  ermənilərin  guya  müsəlmanlar  tərəfindən  sıxıĢdırıldığı  barədə  teleqramlar  göndərirdilər. 

Qubada  yaĢayan M.Kasparov, H.Hayrapetov, A.Mukanyans və A.Boqdanov tərəfindən göndərilmiĢ teleqramda iddia olunurdu   ki, Qubada  müsəlmanlar milli ədavət,  milli qırğın 

törədir, erməni və rus kəndlərini  dağıdır, kilsələrə od vurub yandırırlar. 

Ermənilər  bolĢeviklərin  köməyi  ilə  Quba  qəzasında  üç  dəfə  qırğın  törətmiĢdilər.  Qubaya  hücum  edənlər  içərisində  özünü  bolĢevik  kimi  qələmə  verən  və  2  mini  əsgərə 

baĢçılıq edən David Gelovanidən baĢqa, bolĢevik Vano Sturua da olmuĢdur. Onun dəstəsində min əsgər var idi. Onlardan əvvəl isə Muradyanın rəhbərlik etdiyi 2 min erməni əsgəri 

Quba  qəzasında  qırğın  törətmiĢdi.  Həmin  dəstə  Birinci  Dünya  müharibəsində  özünü  rus  çarizminin  ən  yaxın  müttəfiqi  kimi  qələmə  vermiĢ    "DaĢnaksütyun"  partiyasının 

əsgərlərindən ibarət idi. Qəzaya gəlmiĢ iĢğalçılara  300-dən çox döyüĢçüsü olan Avakov və Vartanın yerli ermənilərdən ibarət quldur  dəstələri də köməklik edirdi. 

Qubada 100-ə yaxın əsgərin  olmasına baxmayaraq, Gelovaniyə Xaçmazdan əlavə kömək göndərilmiĢdi. D.Gelovani  bu barədə yazırdı: "Xaçmazdan köməyimizə poruçik 

Ağacanyanın baĢçılığı ilə ancaq ermənilərdən ibarət 150 nəfərlik dəstə və iki  top gəldi". D.Gelovaninin Qubaya gəlməsi, xüsusi dəstə tələb etməsi və köməyinə məhz ermənilərdən 



Yüklə 7,57 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   278




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə