Azərbaycan xalq cümhurġYYƏTĠ VƏ qafqaz ġslam ordusu



Yüklə 7,57 Mb.
Pdf görüntüsü
səhifə42/278
tarix05.02.2018
ölçüsü7,57 Mb.
#24603
1   ...   38   39   40   41   42   43   44   45   ...   278

61 

 

 



 

xəttinin  10  verstliyinə  qədər  ərazidə  hava  uçuĢları  dayandırılır;  3.Demarkasiya  xətti  müqaviləyə  əlavə  olunmuĢ  akt  və  sxemdə  konkret  müəyyən  olunmalıdır.  7-ci  Qafqaz,  1-ci 

Qafqaz süvari ordusunun, о cümlədən ayrı-ayrı korpusların müvafiq demarkasiya xəttləri komissiyaların qarĢılıqlı razılaĢması ilə  müəyyən olunur. Qeyd: Qara dənizdən Morvan-

Çarçal  xəttinə  qədər  olan  ərazidə  demarkasiya  xətti  istisna  olunur.  Həmin  ərazinin  raket  və  projektorlarla  iĢıqlandırılması  mümkün-dür;  4.Bu  müqavilə  qüvvəyə  mindiyi  andan 

tərəflərin  hər  hansı  hərbi  yerdəyiĢməsi  və  hərbi  qruplaĢmasına  icazə  verilmir.  Bu  maddə  1917-ci  il  18  dekabr  saat  18-dən  etibarən  qüvvəyə  minmiĢ  hesab  olunur;  5..Tərəflər  öz 

əraziləri çərçivəsinda hərbi hissə yerləĢdirmək, о cümlədən hərbi hissəni çıxarmaq hüququnu özündə saxlayırlar; 6.Нəг iki tərəf müqavilə qüvvədə olduğu müddətdə hücum üçün heç 

bir hazırlıq görməməlidirlər. Hər hansı mühəndis qurğusu və hərbi təlim müvafiq qaydaya uyğun keçirilir. Belə ki, pulemyot və digər iri çaplı silahlarla hərbı təlim 5 verstdən çox 

ərazini əhatə edə bilməz. Hərbi təlimlər haqqında tərəflər bır-birini məlumatlandırmalıdırlar;7.Tərəflər müvafiq razılaĢmaya uyğun olaraq öz 

 

demarkasiya xətlərinə mühafizə dəstəsi 



və yaxud kəĢfiyyat qrupu gondərə bilməz; 8.Müqavilə qüvvədə olduğu müddətdə, demarkasiya xətti ilə məhdudlaĢdırılmıĢ bitərəf zonaya istər hərbi, istərsə də yerli sakin daxil ola 

bilməz; Qadağan zonasına daxil olmuĢ çağırıĢ yaĢında olan kiĢilər komissiyaların birgə iclasında hərbi əsir elan olunurlar. Müstəsna hal kimi tərəflərin icazəsi ilə əsgərlərin qadağan 

zonasına  su  və  yanacaq  dalınca  daxil  olması  mümkündür;  9.Bu  müqavilənin  icrası  zamanı  qarĢıya  çıxan  anlaĢılmazlıqlar  tərəflərin  təyin  etdiyi  səlahiyyətli  Ģəxslər  tərəfindən 

aydınlaĢdırılır. Bu səlahiyyət sahiblərinin görüĢ yeri və vaxtı parlamenterlər 

 

tərəfindən müəyyənləĢdirilir; 10.Əgər  yerli sakinlər tərəfindən qadağan zonasında cinayət törədilərsə, 



tərəflərin qarĢılıqlı razılığına uyğun olaraq cinayətkarla belə rəftar olunur; bir tərəfdən qaçan cinayətkar digər tərəfin tələbinə uyğun olaraq geri qaytarılmalıdır; ll.Osmanlı tərəfi öz 

üzərinə belə bir öhdəlik götürür ki, kürdlər tərəfindən bu müqavilənin Ģərtlərinin yerinə yetirilməsinə nail olacaqdır.  Kürdlər tərəfindən hər hansı qanunsuz hərəkət olarsa, Rusiya 

tərəfi onlara qarĢı ciddi tədbir görəcəkdir; 12.Hər iki tərəf bu müqavilənin ayrı-ayrı maddələrində əlavə və ya dəyiĢikliklər etmək üçün səlahiyyətli komissiyanın iclasını çağırmaq 

hüququna  malikdir;  əgər  Rusiya  Respublikası  ilə  Mərkəz  dövlətlər  arasında  barıĢıq  müqaviləsi  imzalanarsa,  onun  bütün  bəndlərinə  Qafqaz  cəbhəsində  məcburi  əməl  olunmalıdır; 

13.Qara dənizdə vuruĢan dövlətlərin donanmaları arasında atəĢkəs elan olunur; 14.Bu müqavilə rus və türk dilində iki nüsxədən ibarətdir. Müqavilə bağlayan tərəflərin səlahiyyətli 

nümayəndələri imza qoyduqdan sonra qüvvəyə minir və tərəflərin hər birinə bir nüsxə verilir. 

Ərzincan barıĢı bolĢevik Rusiyasını deyil, fevral inqilabı nəticəsində yaradılmıĢ Rusiya Respublikasını təmsil edən Qafqazdakı rus cəbhəsi komandanlığı ilə Qafqazda türk 

cəbhəsi komandanlığı arasında imzalandı. Ona görə də Zaqafqaziya Komissarlığı bu barıĢıq müqaviləsinin imzalanması prosesində Rusiya Respublikasının təmsilçisi və real, rəsmi 

hakimiyyət orqanı kimi çıxıĢ etdi. Bu zaman Cənubi Qafqazda bolĢeviklərin real qüvvəyə malik olan hakimiyyət orqanı mövcud deyildi. Beləliklə Brest-Litovsk barıĢığı bolĢeviklərlə, 

Ərzincan barıĢığı isə köhnə Rusiyanın təmsilçiləri ilə imzalandı. 

Ərzincan  barıĢığı  Osmanlı  dövləti  ilə  Rusiya  arasında  müharibəni  dayandırdı.  Beləliklə,  barıĢığı  təkcə  Rusiya  ilə  deyil,  eyni  zamanda  Zaqafqaziya  Komissarlığı  ilə  də 

imzalayan Osmanlı dövləti əslində müharibədə Güney Qafqazda qarĢıya qoyduğu konkret məqsədə nail oldu: Osmanlı dövləti Zaqafqaziya Komissarlığını dolayısı yolla tanıyırdı. 

Türklər  tərəfindən  açıq  Ģəkildə  "müstəqil  bir  Qafqaz  hökuməti"  deyilməməsi  və  tanınmaması  daha  çox  iĢğal  edilmiĢ  ərazilərin  ruslar  tərəfindən  azad  edilməsində  meydana  çıxa 

biləcək  çətinlikləri  aradan  qaldırmaqla  bağlı  idi.  BarıĢıq  imzalandıqdan  sonra  Zaqafqaziya  Komissarlığı  imkan  daxilində  ordunu  tərxis  etmək  və  ayrı-ayrı  hərbi  hissələri 

milliləĢdirmək və bolĢeviklərlə mübarizə aparmaqdan ötrü xüsusi orqan yaratmaq barədə qərar verdi. Bu addım rus ordusunu və cəbhəni tamamilə dağıtdı. Ordu Qafqazdan çıxmağa 

baĢladı. Ac rus əsgəri evə can atırdı. 

Belə Ģəraitdə Qafqaz cəbhəsi qərargahının komissarı, Qafqaz ordusu Diyar ġurasının sədri eser polkovnik D.Donskoy ordunu milli zəmində qurmaq qərarına gəldi. Dekabrın 

14 (27)-də Qafqaz cəbhəsi komandanlığının 136 №-li əmri ilə general Andronikin komandanlığı altında erməni ordu korpusu, polkovnik Q.Korqanov baĢda olmaqla erməni süvari 

briqadası, dörd ərazi polku, beĢ ərazi batalyonu və b. yaradıldı. 25-30 minlik erməni ordu korpusu Bayburtadək (Ərzurum - Qars rayonu daxil olmaqla), 12 min əsgəri və 80 topu 

olan gürcü dəstələri isə Bayburtdan Qara dənizədək olan ərazidə türklərə qarĢı durmalı idi. Gürcü milli korpusunun baĢında general V.D.Qabayev (QabaĢvili) dururdu. Bütün Qafqaz 

cəbhəsinin baĢ komandanı general M.A.Prjevalskini əvəz edən general-leytenant N.Ç.OdiĢelida oldu. Lakin gürcü və erməni hissələri bir-birindən xəbərsiz hərəkət edirdilər. Türklərə 

qarĢı gürcülər deyil, əsasən ermənilər döyüĢürdülər. Onlardan baĢqa polkovnik Yefremov baĢda olmaqla 300-400 rus zabiti, Ərzurumda isə polkovnik Tverdoxlebov baĢda olmaqla 

400 rus zabiti var idi. Yefremovun dəstəsi erməni hərbi hissələrinin tərkibində türklərə qarĢı döyüĢürdü. 

Ordu məsələsində ən geri qalan azərbaycanlılar idi. Ancaq onların da bu yöndə əndiĢələri yox idi. Çünki erməni və gürcülərirı düĢmən hesab etdikləri türklər azərbaycanlılar 

üçün irq, dil və d i n  bağlarıyla bağlı olduqları eyni millətə mənsub insanlar idilər. 

Erməni və gürcü dəstələrinə qarĢı Osmanlı dövlətinin Qafqaz ordular qrupu dururdu. Ordunun komandanı Əhməd Ġzzət PaĢa idi. Ordunun tərkibinə II-ci  və III Ordular daxil 

idi.  Deyildiyi  kimi,  III  Orduya  Mehmed  Vehib  PaĢa,  II-ci  Orduya    isə  Mustafa  Kamal  PaĢa  baĢçılıq  edirdi.  Dekabrda  Qafqaz  ordular  qrupu  buraxıldı.    Əhməd  Ġzzət  PaĢa  geri 

çağırıldı. II Ordu da Mehmed Vehib PaĢaya tabe etdirildi (9). Bu zaman türk ordusunun sayı 20 min nəfər idi. O, Qafqaz cəbhəsində Qara dənizdən rus, türk və Güney Azərbaycan 

sərhədinə qədər ərazidə yerləĢmiĢdi, 



Yüklə 7,57 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   278




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə