Azərbaycan xalq cümhurġYYƏTĠ VƏ qafqaz ġslam ordusu



Yüklə 7,57 Mb.
Pdf görüntüsü
səhifə45/278
tarix05.02.2018
ölçüsü7,57 Mb.
#24603
1   ...   41   42   43   44   45   46   47   48   ...   278

65 

 

 



 

(44). Beləliklə, Osmanlı dövləti daha geniĢ planlarını həyata keçirmək üçün fürsət qazandı. YaranmıĢ Ģərait alman-türk blokunun xeyrinə idi. Lakin bolĢevik-erməni birliyi dinc türk 

və müsəlman əhaliyə qarĢı kütləvi qətllər törətməklə vəziyyəti öz xeyirlərinə dəyiĢməyə çalıĢırdı. 

 

1918-ci ilin yanvar-fevral aylarında Azərbaycan türklərinə və digər müsəlmanlara qarĢı törədilən kütləvi soyqırım və Osmanlı dövlətinin tədbirləri  

 

Ərzincan barıĢığı ilə cəbhədən ayrılan rus birliklərinin yerini erməni dəstələri    tutmağa  baĢladı.  Daxili təhlükəsizliyi  qorumaq bəhanəsi ilə  erməni  milis təĢkilatı  quruldu.  



Məhəlli  idarə  iĢlərinə  rus  əsgəri    rəisləri  erməni  məmurlarını  təyin  etdilər.  Beləliklə,  Ģəhər  və  qəsəbələrdə  idarəçilik  tamamilə  ermənilərin  əlinə  keçdi.  Əslində  rus  hakimiyyət 

orqanları boĢaldılan ərazilərdə erməni dövləti yatarmağı düĢünürdülər. Lakin erməni dövləti yaratmaq üçün bölgədə kifayət qədər erməni yox idi. Əhalinin böyük çoxluğu türklər və 

digər müsəlmanlar idi. Belə Ģəraitdə erməni dövləti yaratmaq çətin idi. Ona görə də barıĢıq saziĢi ilə qazanılmıĢ vaxtdan istifadə edən bolĢevik Rusiyası silahlı erməni dəstələrini dinc 

türk əhalisinə və digər müsəlman xalqlarına qarĢı soyqırıma sövq etdi. Erməni dəstələri Anadoluda türkləri və kürdləri məhv etməklə yanaĢı, həmçinin bütün Güney Qafqazda kütləvi 

qətllər törətdilər. Təkcə yanvar ayında erməni silahlı dəstələri Güney Qafqazda 1500 nəfərdən çox  müsəlmanı qətlə  yetirdilər, yüzlərlə evi dağıtdılar, uĢaqları və qocaları diri-diri 

yandırdılar. Kütləvi soyqırım daha da geniĢləndirildi. Müsəlman əhali kütləvi məhv olma təhlükəsi ilə üz-üzə qaldı. Dinc türk və müsəlman əhalini yalnız Osmanlı ordusu xilas edə 

bilərdi.  Belə  Ģəraitdə  Qafqaz  cəbhəsi  komandı  general-leytenant  Mehmed  Vehib  PaĢa  bu  soyqırıma  biganə  qalmayaraq  demarkasiya  xəttini  keçmək  barədə  III  Orduya  əmr  verdi. 

Vehib  PaĢa  bundan  əvvəlki  rus  komandanlığına  deyə  dostcasına  və  səmimi  Ģəkildə  sizə  bildirirəm:  Bu  Ərzincan  barıĢığının  pozulması  demək  deyildi.  Ərzincan  müvəqqəti 

müqaviləsi demarkasiya xətti paraqrafı istisna olmaqla qüvvədədir (45). 

Alman və türk hücumlarının baĢlaması sovet Rusiyasnıı geri çəkilməyə vadar etdi. 

 

 

 



Brest-Litovsk sülh müqaviləsinin Azərbaycan üçün nəticələri 

 

Fevralın  28-də  saat  14.30  dəqiqədə  Q.Y.Sokolnikov  baĢda  olmaqla  sovet    nümayəndə  heyəti,  tərkibində  G.V.Çiçerin,  Q.I.Petrovski,  L.M.Qaraxan  və  siyasi  məsləhətçi 



A.A.Ġoffe  olmaqla  Brest-Litovska  gəldi.  Alman  nümayəndə  heyətinin  yeni  baĢçısı  F.Rozenberq  hərbi  əməliyyatların  sülh  müqaviləsi  bağlananadək  davam    edəcəyini  və  sülh 

müqaviləsinin on gün müddətinə bağlanılmasının zəruriliyini,  əks təqdirdə isə hərbi əməliyyatların dayandırılmayacağını bildirdi (46). Sülh konfransında rus nümayəndə heyətinin 

üzvləri bədbəxt kimi dayanmıĢdılar. Çünki bütün günahlar onlarda idi. Rus nümayəndə heyəti bildirdi ki, bolĢevik rəhbərliyi  sülh bağlamaq tapĢırığını vermiĢdir (47). 

Martın 3-də saat 5:50 dəqiqədə bir tərəfdən, Rusiya, digər tərəfdən, Almaniya, Avstriya-Macarıstan, Osmanlı və Bolqarıstan arasında Brest-Litovskda sülh müqaviləsi və 

müqaviləyə bir neçə əlavə sənəd imzalandı (48). 

Brest-Litovsk sülh müqaviləsi aĢağıdakı sənədlərdən ibarət idi: 1. Rusiyanın Almaniya, Avstriya-Macarıstan, Bolqarıstan və Osmanlı ilə sülh müqavilələri; 2. Müqaviləyə 

əlavə olaraq ayrı-ayrı malların tarifləri və gömrük rüsumları barədə yekun protokolları; 3. Sülh müqaviləsinə əlavə olaraq rus-alman müqaviləsi; 4. Rusiya-Avstriya-Macarıstan əlavə 

müqaviləsi; 5. Rus-bolqar əlavə müqaviləsi; 6. Rus türk əlavə müqaviləsi.  

Sülh müqaviləsini bolĢevik Rusiyası tərəfdən Q.Y.Sokolnikov, L.M.Qaraxan, Q.V. Çiçerin, Q.I.Petrovski, Almaniya hökuməti tərəfdən Rixard fon Külman, fon Rozenberq, 

Hofman, Horn, Avstriya-Macarıstan tərəfdən Çernin, Merey fon Kapos- Mere, fon Bazani, Bolqarıstan tərəfdən A.ToĢev, P.Qançev, T.Anastasov, Osmanlı dövləti tərəfdən Ġbrahim 

Haqqı  PaĢa  və  Zəki  PaĢa  imzaladılar.  Sülh  müqaviləsi  imzalanan  gün  Almaniyanın  səlahiyyətli  nümayəndəsi  Külman  və  Avstriya-Macarıstanın  səlahiyyətli  nümayəndəsi  Çernin 

Brest-Litovskda deyildilər. Onlar yalnız martin 7-də öz imzaları ilə müqaviləyə qoĢuldular (49). Əsas müqavilə 14 maddədən ibarət idi (50). Müqavilənin dördüncü maddəsi Qafqaza 

aid idi. Bu maddəyə görə, Rusiya ġərqi Anadolunu, Ərdəhan, Qars və Batum vilayətlərini təmizləməli idi. Bu maddədə həmçinin deyilirdi ki, türk ordusu nəzarəti ələ alana qədər rus 

ordusu həmin ərazilərdə qüvvə saxlayır və orada hər hansı zor tətbiq olunarsa, onun qarĢısını alır; erməni silahlı dəstələri tərksilah edilir və dağıdılır; Ərdəhan, Qars və Batum ruslar 

tərəfindən dərhal boĢaldılır. Rusiya gərəkli olub-olmamasından asılı olmayaraq bu bölgədəki yeni idarə formasına qarıĢmayacaq. Bu bölgələrin gələcəyini qonĢu dövlətlər və xüsusən 

Osmanlı ilə razılaĢacaq yerli xalq təyin edə bilər (51). Həmin ərazilər Osmanlı dövlətinə qaytarılırdı. Bu maddə Ġranı və Əfqanıstanı azad və  müstəqil tanıyaraq Ġranın 1907-ci il 

Ġngilis-rus  saziĢinə  görə  nüfuz  dairələrinə  bölüĢdürülməsini  ləğv  edirdi  (52).  Qeyd  etmək  lazımdır  ki,  həmin  saziĢə  görə,  Güney  Azərbaycan  Rusiyanın  nüfuz  dairəsinə  daxil 

edilmiĢdi. 




66 

 

 



 

Rusiya  tərəfi  Brest-Litovsk  sülhü  haqqında  Zaqafqaziya  hökumətini  xəbərdar  etmək  məqsədi  ilə  teleqram  göndərdi.  Zaqafqaziya  hökuməti  bolĢevik  sülh  nümayəndə 

heyətinin katibi L.M.Qaraxanın bu teleqramını 1918-ci il martın 2-də saat 4:30-da aldı. Zaqafqaziya hökuməti bolĢeviklərin Brest-Litovskdə hərəkətlərinə etirazını bildirdi. Martın 19-

da Ərdəhan, Qars və Batumun boĢaldılması ilə bağlı Vehib PaĢa Qafqazdakı rus ordusunun baĢ komandanı general Lebedinskiyə teleqram vurdu. Teleqramda deyilirdi: Rusiya tərəfi 

Ərdəhan, Qars və Batum vilayətlərinin boĢaldılmasına razılıq əlaməti olan sülh müqaviləsini imzalamıĢdır. Elə həmin gün Zaqafqaziya Seyminin sədri N.Çxeidzenin imzası ilə cavab 

teleqramı  göndərildi.  Transqafqaz  tərəfi  bəyan  etdi  ki,  Brest-Litovsk  müqaviləsinin  Güney  Qafqaza  dair  müddəaları  müstəqil  Zaqafqaziya  hökuməti  ilə  razılaĢdırılmadığı  və  о 

cümlədən bizim tərəfimizdən bolĢevik hakimiyyəti və Xalq Komissarları Soveti tanınmadığı üçün beynəlxalq hüquqa  ziddir. Əgər Osmanlı hökuməti Ərdəhan, Qars və Batumun 

boĢaldılmasını ciddi tələb edərsə, bu, Osmanlı tərəfinin bizimlə sülh danıĢıqlarını aparmasına mane ola bilər. 

Strateji əhəmiyyətli Batum vilayətinin itirilməsi Zaqafqaziya hökumətini narahat etdi. Digər tərəfdən, Brest-Litovsk sülh müqaviləsini imzalamaqla bolĢevik Rusiyası "Türk 

Ermənistanı  haqqında"  dekretindən  rəsmi  Ģəkildə  imtina  etdi.  Brest-  Litovsk  müqaviləsi  Birinci  Dünya  müharibəsində  iĢtirak  edən  dövlətlərin  arasında,    daha  doğrusu,  Kayzer 

Almaniyası ilə bolĢevik Rusiyası arasında imzalanmasına baxmayaraq, bu müqavilənin Güney Qafqaz üçün mühüm əhəmiyyəti var idi. 

BolĢevik Rusiyası sələfi çar Rusiyasının ənənələrinə sadiq qalaraq müstəmləkəçilik siyasətini davam etdirir və Güney Qafqazı Rusiyanın tərkib hissəsi kimi qəbul edirdi. 

BolĢevik Rusiyası Güney Qafqazda mövcud olan hökuməti və onun parlamentini tanımırdı. 

Bu  müqavilənin  Güney  Qafqaza  dair  müddəaları  Osmanlı  dövləti  ilə  Zaqafqaziya  hökuməti  arasında  baĢlanmıĢ  sülh  danıĢıqlarının  pozulmasına,  nəhayət,  оnlar  arasında 

müharibənin baĢlanmasına səbəb oldu. 

Osmanlı  dövləti  sülh  danıĢıqlarına  əsas  kimi  1877-1878-ci  illərə  qədər  Rusiya  ilə  mövcud  olmuĢ  sərhədləri  və  Brest-Litovsk  müqaviləsinin  Ģərtlərini  götürürdüsə, 

Transqafqaz tərəfi sülh danıĢıqlarına əsas kimi 1914-cü ilədək mövcud olmuĢ sərhədləri götürürdü. 

Brest-Litovsk  müqaviləsinə  əlavə  olaraq  15  maddədən  ibarət  rus-türk  müqaviləsi  də  imzalandı  (53).  Müqavilənin  1-ci  maddəsinin  3-cü  bəndində  deyilirdi  ki,    Rusiya 

Respublikası iĢğal edilmiĢ əraziləri boĢaldan zaman onların türk orduları tərəfindən tutulmasına qədər təhlükəsizliyini təmin edir (54). 

5-ci bəndə görə, Rusiya Respublikası türk və rus təbəələrindən ibarət olan həm Rusiya ərazisində, həm də iĢğal edilmiĢ türk əyalətlərində erməni dəstələrini tərksilah etmək 

və buraxmaq öhdəliyi götürürdü. 

6-cı bəndə görə, Rusiya Respublikası öz sərhədində və ya Qafqazda ümumi sülh bağlanana qədər hətta tədris  məqsədləri üçün bir diviziyadan artıq ordu saxlaya bilməzdi. 

Əgər belə qüvvə daxili təhlükəsizlik baxımından olardısa, Rusiya bu barədə Üçlər Ġttifaqı dövlətlərini qabaqcadan xəbərdar etməli idi. Bunun əksinə olaraq, Osmanlı digər düĢmənlərinə 

qarĢı öz ordularını hərbi vəziyyətdə saxlamalı idi. 

Martın 15-də IV Ümumrusiya Sovetlər qurultayı sülh müqaviləsini təsdiq etdi (55). 

Ümumiyyətlə, Brest-Litovsk sülh müqaviləsi Osmanlının Qafqaz siyasətində yeni mərhələnin baĢlanğıcını qoydu. Sülh nəticəsində Osmanlı dövləti aĢağıdakı üstünlükləri 

qazandı: Rus ordusu ġərqi Anadolunu ən gec 6-8 həftə ərzində boĢaltmalı; türk ordusu nəzarəti ələ alana qədər rus ordusu oralarda əmin-amanlığı qorumalı, qisas və soyğunçuluq 

hərəkətlərinin  qarĢısını  almalı;  erməni  silahlı  dəstələri  tərksilah  edilməli;  Ərdəhan,  Qars  və  Batum  ruslar  tərəfindən  dərhal  boĢaldılmalı;  bu  bölgələrin  gələcəyini  qonĢu  dövlətlər, 

xüsusilə də Osmanlı ilə anlaĢacaq yerli xalq təyin etməli; indiyədək Rusiya ilə imzalanmıĢ bütün anlaĢmalar bundan sonra qüvvəsini itirməli idi. 

Brest-Litovsk sülh müqaviləsi Almaniyaya da sərfəli idi. O, Osmanlı ilə birlikdə E.V.Tarlenin yazdığına görə, Qafqazda müstəqil "çarlıqlar" yaratmaq və yeni Azərbaycan 

yolu  ilə  Ġrana  və  Ġran  körfəzinə  sahib  olmaq  üçün  vaxt  qazandı  (56).  Türk  hökuməti  anlaĢmanın  imzalanması  ərəfəsində  Osmanlı  dövləti  ilə  Rusiya  arasında  Azərbaycanı  və 

Dağıstanı da daxil edəcək Ģəkildə bir dövlət yaratmaq istəklərini açıqladı. Lakin bu istək həm bolĢevik, həm də alman nümayəndə heyəti tərəfindən qəbul edilmədi. Rusiya Qafqazda 

yaĢayan müsəlmanların hüquqlarını tanıyacağını vəd etsə də, Osmanlı dövləti müstəqil Azərbaycan dövləti yaratmaq planlarından əl çəkməyərək addım-addım ona doğru getdi. 

Brest-Litovsk  sülh  müqaviləsinin  və  rus-türk  müqaviləsinin  imzalanmasının  Azərbaycan  üçün  mühüm  əhəmiyyəti  var  idi.  Məhz  bu  müqavilələr  Azərbaycanın  taleyində 

əsaslı rol oynadılar. Bu  əhəmiyyəti  müxtəlif ölkələrin tarixçiləri də  etiraf  edirlər. Məsələn, rus tarixçisi A.M.Rodriges Güney Qafqazın  Rusiyadan qoparılmasını Brest-Litovsk  sülh 

müqaviləsinin imzalanması ilə əlaqələndirir (57). 

Ġngilis  tarixçisi  C.M.Roberts  isə  yazır  ki,  Brest-Litovsk  sülh  müqaviləsi  ilə  Rusiya  Transqafqaz  və  baĢqa  əraziləri  itirdi.  Alman  ali  komandanlığı  indi  türklərin  aldığı 

ərazilərin bölünməsinə icazə vermək imkanına malik idi (58). 

Əhməd Ġzzət PaĢa Brest-Litovsk sülh müqaviləsinin imzalanmasının əhəmiyyətindən danıĢarkən qeyd edirdi ki, Rusiya ilə müqavilə sayəsində Qara dəniz, buradakı savaĢ və 

ticarət donanması, Batum-Bakı dəmiryolu, Xəzər dənizi, Qızılalma-Herat-Kabul xətti ilə Hind sərhədinə qədər dənizdən və dəmiryolu ilə əlaqə saxlamaq mümkün oldu (59). 




Yüklə 7,57 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   278




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə