Azərbaycan xalq cümhurġYYƏTĠ VƏ qafqaz ġslam ordusu



Yüklə 7,57 Mb.
Pdf görüntüsü
səhifə46/278
tarix05.02.2018
ölçüsü7,57 Mb.
#24603
1   ...   42   43   44   45   46   47   48   49   ...   278

67 

 

 



 

Əhməd Ġzzət PaĢa bu müqavilədən sonra  yaranmıĢ vəziyyəti "həqiqətən Turan  əməl və  xəyallarının tam  yeri və  zamanı" kimi qiymətləndirirdi (60). Eyni zamanda  PaĢa 

etiraf edirdi ki, mənim üçün gerçək vətən və milli məqsəd ən azı yarım yüzildən və bəlkə daha uzun vaxtdan bəri bədbəxt iç və xarici savaĢ və mücadilələrlə bitmək üzrə olan millət 

və dövləti əski sərhədləri içində gerçək bir mədəni müstəqilliklə barıĢa qovuĢdurmaq, uzun bir dövr üçün düzənləyib gücləndirməkdən ibarət idi (61). 

 

 

 



 

 

 

Güney Qafqazın müstəqilliyinə Rusiyanın münasibəti məsələsi rus-alman diplomatik-siyasi yazıĢmalarında.  

Alman diplomatiyasının vasitəçilik cəhdləri 

 

YaranmıĢ  ağır  Ģəraitdə  Güney  Qafqaz  özünün  Rusiyadan  asılılıqdan  azad  olduğunu  bəyan  etdi.  Güney  Qafqazın  müstəqilliyinə  ən  mənfi  münasibət  bəsləyən  bolĢevik 



Rusiyası idi. BolĢevik hökuməti Azərbaycana, о cümlədən bütün Qafqaza öz ərazisi kimi baxaraq baĢqa ölkələrin ordularının buranı tutmalarına və regionun müstəqil olmasına yol 

vermək istəmirdi. Lakin Güney Qafqaz müstəqilliyinin qarĢısını almaq və baĢqa ölkələrin ordularını buraxmamaq üçün Rusiyanın hərbi qüvvə sarıdan imkanları, demək olar ki, çox 

zəif  idi.  BolĢevik  hökuməti  belə  Ģəraitdə  diplomatik-siyasi  yollara  üstünlük  verərək  Almaniyanın  vasitəsi  ilə  Osmanlı  dövlətinə  təsir  etməyə,  Güney  Qafqazın  müstəqilliyinə  son 

qoymağa və türk ordularını Qafqaza buraxmamağa çalıĢırdı. Bununla, bolĢevik diplomatiyası, həm də Almaniya ilə Osmanlı dövləti arasında ziddiyyəti dərinləĢdirmək istəyirdi. 

Rusiya necə olursa-olsun Güney Qafqazı, ilk növbədə Azərbaycan neftini vermək istəmirdi. BolĢevik hökuməti bundan ötrü müxtəlif metodlardan istifadə edirdi. Bakıdakı 

iĢğalçı Bakı Soveti erməni-daĢnak qüvvələri ilə birlikdə soyqırımı davam etdirirdi. BolĢevik hökuməti müsəlman əhalini soyqırımdan qurtarmaq üçün hücum edən türk ordusunu 

Bakıya  buraxmaq  istəmirdi.  Sovet  hökuməti  Brest-Litovsk  sülh  müqaviləsinə  əlavə  sənəd  imzalamaq  və  almanlara  müəyyən  güzəĢtə  gedərək  türk  ordusunun  Azərbaycanda 

xilaskarlıq yürüĢünün qarĢısını almağa çalıĢırdı. Bu məqsədlə 1918-ci ilin mayın əvvəlində Rusiya danıĢıqlara baĢlamaq barədə alman hökumətinə müraciət etdi. DanıĢıqları aparmaq 

üçün    yaradılmıĢ  müvafiq  komissiya  Moskvada  və  Berlində  görüĢdü.  DanıĢıqlarda  Rusiyanın  əsas  məqsədi  itirilmiĢ  əraziləri  geri  qaytarmaq,  xüsusən,  zəngin  təbii  sərvətləri  olan 

Bakıda möhkəmlənmək, türk hücumunun qarĢısını almaq və yeni dövlətlərin  yaradılmasına mane olmaq idi. 

Belə  Ģəraitdə  Almaniyanı  Rusiyanın  Güney  Qafqaz  hökumətinə  münasibəti  daha  çox  maraqlandırırdı.  Almaniyanın  Rusiyadakı  diplomatik  nümayəndəsi    Vilhelm Mirbax 

RSFSR  XKIK müavini G.Çiçerinə 1918-ci il  mayın 8-də 1369 №-li nota verərək Güney  Qafqaz  hökumətinə bolĢevik  hakimiyyətinin  münasibətini  açıqlamağı  xahiĢ etdi. G.Çiçerin 

mayın  11-də  buna  cavab  notası  verdi.  Notada  deyilirdi:  "...  Xalq  Xarici  ĠĢlər  Komissarlığı  göstərməyi  lazım  bilir  ki,  Tiflisdə  Qafqaz  höküməti  adlandırılan  hokumət  geniĢ  xalq 

kütlələrinin ciddi köməyinə arxalanmayan adamların yığnağıdır. 

Zaqafqaziyanın müstəqilliyinin elan edilməsi haqqında rus hökuməti Tiflisə öz sorğusunu göndərmiĢdi, lakin cavab almadı. Zaqafqaziyanın ayrılması heç vaxt sovet hökuməti 

tərəfindən tanınmamıĢdır. 

Buna görə də Xalq Xarici ĠĢlər Komissarlığı təklif edir ki, Brest müqaviləsinin türk sərhədində həyata keçirilməsinə dair danıĢıqlar baĢqa heç kəslə deyil, rus sovet hökuməti 

ilə aparılsın" (63). 

G.Çiçerin  yenə  həmin  tarixdə  1374  №-li  nota  verərək  Mirbaxa  bildirdi:  "Biz    artıq  bəyan  etmiĢik  ki,  Zaqafqaziya  hökuməti  adlandırılan  hökumət  geniĢ  xalq    kütlələri 

içərisində dayağı olmayan adamların yığnağıdır. Biz artıq türk  və alman nümayəndələrinə göstərmiĢik ki, Zaqafqaziyanın ayrılması sovet hökuməti tərəfindən tanınmamıĢdır. Biz 

alman və türk hökumətlərinə onların Moskvadakı nümayəndələri vasitəsi ilə artıq təklif etmiĢik ki, Brest müqaviləsinin həyata keçirilməsinə dair danıĢıqları bizimlə aparsın. 

Suxumi  dairəsində  sovet  hakimiyyət  orqanları  eyni  zamanda  Türkiyə  ilə  sülh  Ģəraitində  olaraq  Zaqafqaziya  hökuməti  adlandırılan  hökumətlə  mübarizə  aparırlar. 

Donanmamıza  təlimat  verilmiĢdir  ki,  yalançı  Zaqafqaziya  hökuməti  Suxumi  dairasinə  hücum  etdikdə  sovet  hakimiyyət  orqanlarına  yardım  etsin.  Bizim  donanmamız  Türkiyə  və 

Almaniyaya bitərəf dövlətlərin donanması kimi münasibət bəsləyəcəkdir" (64). 

Rusiya ilə Zaqafqaziya hökumətləri arasında vasitəçiliyini təklif edən Almaniyaya cavab olaraq G.Çiçerin 1918-ci il mayın 13-də radio ilə 172 №-li notanı Almaniya Xarici 

ĠĢlər  Nazirliyinə,  surətini  isə  Rusiyanın  Berlindəki  səlahiyyətli  nümayəndəliyinə  göndərdi  (65).  Notada  deyilirdi:  "Belə  ki,  hərbi  əməliyyatların  da-yandırılması  haqqında  saziĢə 

Qafqazda  da  nail  olunmalıdır,  rus  hökuməti  onda  sovet  hökuməti  və  Zaqafqaziya  hökuməti  adlandırılan  hökumət  arasında  vasitəçiliyə  dair  alman  diplomatik  nümayəndəsi  qraf 



68 

 

 



 

Mirbaxın  təklifini qəbul edər,  məhz  Almaniya  və  Türkiyə  Zaqafqaziyadakı  siyasi  hadisələrin faktiki iĢtirakçılarıdır" (66). Çiçerin Almaniyanın  diplomatik  nümayəndəsi Mirbaxa 

1918-ci il mayın 15-də 1447 №-li nota verdi. Nota mayın 14-də Mirbaxın Zaqafqaziya hökuməti ilə danı-Ģıqlarda alman hökumətinin vasitəçiliyinə dair yazılı cavab vermək barədə 

notada  irəli  sürdüyü  təklifə  cavab  idi.  Notada  deyilirdi:  "...  Xalq  Komissarlığı  bildirir  ki,  onun  fikrincə,  Batumda  bir  tərəfdən,  Almaniya  və  Osmanlı  hökumətləri,  digər  tərəfdən, 

Zaqafqaziya hökuməti adlandırılan hökumətlər arasında aparılan danı-Ģıqlarda iĢtirak etməyə rus hökumətini cəlb etmək zəruridir. 

Xalq Komissarlığı bunu göstərməyi özünün borcu hesab edir ki, Zaqafqaziyanın çox yerlərində Zaqafqaziya hökuməti adlandırılan hökumət heç də qəbul edilmir və bütün 

Zaqafqaziyada, ümumiyyətlə, geniĢ xalq kütlələri onun əleyhinə çıxırlar. Tiflis və Kutaisi quberniyalarında əhali Rusiyadan ayrılmaq əleyhinə bir sıra etirazlar edir... Qətnamələrdə 

qeyd edilir ki, Seymin üzvləri Ümumrusiya Müəssislər Məclisinə inqilabın nailiyyətlərini möhkəmləndirmək üçün seçilmiĢlər və onların Rusiyadan ayrılmaq haqqında məsələni həll 

etmək səlahiyyətləri yox idi və ola da bilməz. Erməni Ģəhərləri və kəndləri daha böyük təkidlə referendum tələb edirlər, Seymdən öz deputatlarının çıxmasında israr edirlər. Çoxlu 

gürcü  və  erməni  deputatları  artıq  Seymdən  çıxmıĢlar.  Bakı  seymçiləri  hakimiyyəti  zorla  ələ  keçirənlər  dəstəsi  elan  edilmiĢlər.  Lənkəran,  Ələt,  Dərbənd,  Petrovsk,  Hacıqabul, 

Kürdəmir və ümumiyyətlə, Yelizavetpola qədər bütün ġərqi Zaqafqaziya eyni fikirdədir. 

Batumda aparılan danıĢıqlarda rus hökuməti nümayəndə heyətinin iĢtirakını təkid etməklə Xalq Komissarlığı qeyd edir ki, bu, qətiyyən rus hökuməti tərəfindən Zaqafqaziya 

hökuməti  adlandırılan  hökumətin  tanınması  demək  deyildir.  Bununla  əlaqədar  olaraq  əlavə  edirəm  ki,  onun  iĢtirakı  olmadan  bağlanan  müqaviləni  tanımaq  hüququnda  olacağını 

hesab etmir" (67). 

Qeyd etmək lazımdır ki, Güney Qafqazın müstəqilliyinə qarĢı Rusiya müxtəlif vasitələri iĢə saldı. Sovet Rusiyası Zaqafqaziyanın müstəqilliyinə qarĢı Abxaziyadan istifadə 

etdi.  1918-ci  ilin  mayında  Abxaziyada  Zaqafqaziya  hökumətinə  qarĢı  qiyam  baĢlandı.  May  ayında  Zaqafqaziya  hökuməti  qiyamçılara  qarĢı  ordu  yeritdi.  1918-ci  il  mayın  17-də 

Çiçerin Almaniyadakı sovet nümayəndəsinə Abxaziyaya sovet donanmasının yardım göstərməsinə və Zaqafqaziya hökumətinin süqutuna Almaniyanın razılıq verməsinə nail olması 

barədə göstəriĢ verdi. Çiçerin  yazırdı: "Vacibdir ki, gəmilərimiz Novorossiyskdən çıxa bilsinlər və  Zaqafqaziyada  hakimiyyəti zorla  ələ  keçirənlərə qarĢı bizim abxazları  müdafiə 

etsinlər, lakin Almaniya Novorossiyskdəki donanmamızın hərəkətsiz qalmasını tələb edir" (68). 

Lakin sovet hökuməti donanmanın hərəkətinə dair Almaniyanın razılığını ala bilmədi. Qiyam yatırıldı və Abxaziyada menĢevik hökuməti 1921-ci ilin martınadək yaĢadı. 

Mirbax 1918-ci il 22 may tarixli yaddaĢ qeydində yazırdı: "Çxenkeli knyaz Maçabeliyə Zaqafqaziya Respublikaları adından rus hökuməti ilə Zaqafqaziyanın müstəqilliyinə 

dair danıĢıqlar aparmağı tapĢırmıĢdır. Alman hökuməti xahiĢ edir ki, rus hökumətinin tezliklə danıĢıqlara baĢlamağa hazır olub-olmaması barəda məlumat verəsiniz" (69). Mirbax 

danıĢıqlar üçün əlveriĢli yer kimi Kiyevi təklif edərək bu danıĢıqlarda Almaniyanın iki nəfər nümayəndə ilə təmsil olunmasını mümkün saydı. 

Almaniya   Rusiya   hökumətinin   Brest   sülh   müqaviləsindən   doğan bəzi  maneələrin  həll edilməsi üçün komissiya yaradılmasına razı idi. Lakin RSFSR XKIK belə 

komissiyanın çağırılacağı yer kimi Moskvanı təklif etdi. Çiçerin 1918-ci il mayın 22-də 1640 №-li notada Mirbaxa müzakirələrin gündəliyinə bir sıra məsələlərlə yanaĢı aĢağıdakı 

məsələnin də müzakirəsini daxil etməyi təklif etdi: "1. Qafqazda vəziyyət. Həm Zaqafqaziya hökuməti, həm də Dağlıların hökuməti adlandırılan hökumət Rusiya Federasiyasından 

ayrılmaq istəməyən geniĢ xalq kütlələri tərəfindən müdafiə edilmir" (70). 

Lakin  Çiçerin  1918-ci  il  mayın  23-də  verdiyi  1672  №-li  notada  (71)  Mirbaxa  bildirdi  ki,  rus  hökuməti  ilə  Zaqafqaziya  hökuməti  adlandırılan  hökumətlər  arasında 

Almaniyanın  vasitəçilik  etməsi  təklifinə  rus  hökuməti  razıdır.  Beləliklə,  Zaqafqaziyada  "hakimiyyət  baĢında  olan  bir  qrup  Ģəxsi"  bilavasitə  uzaqlaĢdırmaq  üçün  rus  hökumətinin 

cəhdləri heç bir nəticə vermədikdən sonra RSFSR-lə Zaqafqaziya diyarı arasında münasibətləri tənzimləmək yolunda ilk addım atıldı. 

Notada  Çiçerin danıĢıqların keçiriləcəyi  yerin  Almaniya  tərəfindən Kiyev təklif edilməsini rədd etdi.  Bunun  səbəbi kimi Kiyevdən Moskva  və  Tiflislə  əlaqə  saxlamağın 

çətinliyini göstərdi. Çiçerin bildirdi ki, rus hökuməti Çxenkeli hökumətinin göndərdiyi vətəndaĢ Maçabeli ilə danıĢıqlara baĢlamağa hazırdır. Lakin bu, Zaqafqaziya əhalisinin böyük 

əksəriyyətinin arzusuna zidd olan Zaqafqaziya hökumətinin tanınması məsələsini öncədən həll etmir. Çiçerin danıĢıqlar üçün Zaqafqaziyaya yaxın Sovet Federasiyasının Ģəhəri olan 

Vladiqafqazı təklif etdi (72). 

Mayın 22-dən 25-dək Transqafqaz Respublikası ilə sovet Rusiyası arasında münasibətləri tənzimləmək cəhdləri baĢ tutmadı. Kiyevdə alman diplomatiyasının planlaĢdırdığı 

görüĢü keçirtmək cəhdləri uğursuz nəticələndi. Belə olduqda Batum danıĢıqlarında mayın 24-də Lossov Zaqafqaziya Seymi dağılmaq ərəfəsində olduğu üçün vasitəçilikdən imtina 

etdiyini rəsmi Ģəkildə bildirdi (73). O, Batumu tərk edərək Ġstanbula deyil, "Minna Horn" gəmisində gürcü nümayəndələri ilə pakt imzalamaq üçün Potiyə gəldi. Artıq Zaqafqaziya 

Seymi son günlərini yaĢayırdı. Güney Qafqazda müstəqil dövlətlərin yaranacağı Ģəksiz idi. 

 

 

 




Yüklə 7,57 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   278




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə