Azərbaycan xalq cümhurġYYƏTĠ VƏ qafqaz ġslam ordusu



Yüklə 7,57 Mb.
Pdf görüntüsü
səhifə44/278
tarix05.02.2018
ölçüsü7,57 Mb.
#24603
1   ...   40   41   42   43   44   45   46   47   ...   278

64 

 

 



 

1917-ci  il  dekabrın  27-də  Brest-Litovsk  sülh  konfransı  öz  iĢini  bərpa  etdi.  BolĢevik  nümayəndə  heyətinin  tərkibi  dəyiĢdirildi.  Nümayəndə  heyətinə  L.D.Trotski  baĢçılıq 

edirdi. 

Müharibədən  çıxdıqdan  sonra  Qafqazda  yaranmıĢ  yeni  Ģəraitdə  bolĢevik  Rusiyası  türk  təhlükəsi  qarĢısında  bufer  Ermənistan  yaratmağa  və  erməni  dəstələrindən istifadə 

etməyə, Osmanlı dövləti ilə sərhəddə etibarlı və özünəuyğun ünsürləri yerləĢdirməyə çalıĢırdı. Bu iĢdə hətta din amilindən də istifadə olunurdu. 

Dekabrın  29-da  V.Ġ.Lenin,  Ġ.V.Stalin,  V.Bonç-Bruyeviç  və  N.Qorbunovun  imzaladığı  XKS-nin  13  №-li  dekreti  Güney  Qafqazda  milli  münasibətləri  kəskinləĢdirdi  (31). 

Dekretdə Rusiyanın iĢğal etdiyi torpaqlara tam ayrılmaqla  öz  müqəddəratını təyinetmə  hüququ  verilirdi. Erməni  xalqı  arasında azad  referendum  keçirtmək və qabaqcadan bir sıra 

təminatlar  elan  edildi.  XKS  belə  təminat  dedikdə  dekretdə  aĢağıdakıları  nəzərdə  tuturdu:  1.  "Türkiyə  Ermənistanı"  hüdudlarından  ordularının  çıxarılması  və  sakinlərinin  Ģəxsi  və 

əmlak təhlükəsizliyini təmin etmək üçün erməni xalq milisinin təĢkil edilməsi; 2. Qaçqın ermənilərin və dünyanın müxtəlif ölkələrinə səpələnmiĢ erməni mühacirlərinin maneəsiz 

qaytarılması; 3. Müharibə dövründə türk hakimiyyət orqanları tərəfindən Osmanlı dövlətinin içərilərinə zorla sürgün edilmiĢ ermənilərin maneəsiz qaytarılması. Xalq Komissarları 

Soveti türk hakimiyyət orqanları ilə sülh danıĢıqlarında buna təkid edəcəkdir; 4. Demokratik əsasda seçilmiĢ erməni Xalq Deputatları Soveti formasında müvəqqəti xalq idarəetməsi 

yaratmaq. 

Dekretdə Qafqaz iĢləri üzrə fövqəladə müvəqqəti komissar S.ġaumyana 2-ci və 4-cü bəndlərin yerinə yetirilməsi üçün erməni əhaliyə yardım edilməsi tapĢırıldı 

Bu dekret əslində Osmanlı dövləti əleyhinə yönələrək erməni-rus Ġttifaqının möhkəmləndirilməsinə xidmət edirdi. Türk tarixçisi Kamuran Gürün yazır ki, bu dekretdə türk 

Ermənistanından  əsgəri  birliklərin  cəld  geri  çəkilməsi  və  dərhal  erməni  milisi  qurulub,  orada  can  və  mal  təhlükəsizliyinin  saxlanması;  yaxın  bölgələrə  sığınmıĢ  olan  erməni 

qaçqınlarının  yerlərinə  dönmələri;  müharibə  baĢlayandan    bəri  Türkiyədən  sürgün  edilmiĢ  ermənilərin  yerlərinə  dönmələri;  demokratik  qaydalarla  müvəqqəti  erməni  milli 

hökumətinin  qurulması  məsələləri  Osmanlı  dövləti  ilə  sülh  danıĢıqları  sırasında  irəli  sürülməli  idi.  Bu  qərarnamə  ermənilərin  ruslar  tərəfindən  silahlandırılıb  Osmanlı  ərazisinə 

keçirilməsi demək idi. Doğrudan da, Ərzincandakı barıĢıqdan sonra dağılmıĢ rus ordusunun yerini erməni milisi aldı (32). 

Qərargah  rəisi  vəzifəsindən  istefa  edən  Əhməd  Ġzzət  PaĢa  Brest-Litovsk  sülh 

konfransında  hərbi  nümayəndəliyə  təyin  olundu.  O,  sədrəzəm  Tələt  PaĢa  ilə  

birlikdə  Brest-Litovsk  danıĢıqlarında  iĢtirak  etdi  (33).  Onlar  Brest-Litovska  1918-ci  il 

yanvarın  3-də  çatdılar  (34).  Konfransda  yaranmıĢ  Ģəraitdə  türk  diplomatiyası  

tutarlı  tələblər  irəli  sürməyə  baĢladı.  Lüdendorf  yazır  ki,  türklər  Batum  və  Qarsı  tələb 

edirdilər.  Bu  Ģəhərlər  uzun  müddət  Osmanhlı  imperatorluğunun  tərkibində 

olmuĢdu. Bizim üçün bu istək ikinci dərəcəli idi. Lakin onların müdafiə edilməsi ittifaqın Ģərtlərinə cavab verirdi (35). Almanlar tarixi türk torpaqlarının geri qaytarılması əleyhinə 

çıxmadılar. 

Konfransın yanvarın 5(18)-də keçirilən axĢam iclasında Trotski bildirdi ki, Rusiya sülh bağlamayacaq, müharibə dayandırılır və ordu tərxis edilir. Trotski dedi ki, əvvəlcə 

almanlar tutduqları  əraziləri təmizləsinlər, sonra  isə  əhali öz  müqəddəratını  təyinetmə  hüququnu həyata  keçirsin (36). Trotski  danıĢıqları dayandıraraq Petroqrada getdi.  Vəziyyət 

kəskin Ģəkil aldı. Bu zaman Petroqradda bolĢeviklər Müəssislər Məclisini qovdular. Bununla da onlar xalq azadlığını necə baĢa düĢdüklərini bütün dünyaya göstərdilər. 

"Neftyanoe delo" jurnalının 1918-ci il 21 yanvar tarixli 1-2-ci saylarında yazılırdı: "Xalq böyük səbirsizliklə və böyük hövsələ ilə dövlət hakimiyyətinin yeganə mənbəyi və 

rus torpağının yeganə sahibi olan Müəssislər Məclisinin çağırılması və açılması gününü gözləyirdi... Ümid var idi ki, bu hüquqi orqan bütün ölkənin inamını qazanaraq vahid və 

güclü dövlət hakimiyyəti yaradacaqdır... Ümid var idi, lakin heyhat, həyata keçmədi" (37). Müəssislər Məclisinin qovulması artıq Rusiyada qanuni hakimiyyətin olmadığını göstərdi. 

Lakin  almanlar  qeyri-qanuni  yolla  hakimiyyətə  yiyələnmiĢ  bolĢevik  iddiaları  qarĢısında  hələ  ki,  geri  çəkilmək  istəmirdilər  (38).  Trotski  yanvarın  17  (30)-də  geri  döndü. 

DanıĢıqlar  bərpa  edildi.  Sanki  hər  Ģey  Trotskinin  istədiyi  kimi  gedirdi.  Lakin  almanlar  qəflətən  danıĢığı  kəsdilər.  Fon  Külman  və  qraf  Çernin  Berlinə  döndülər  (39). 

MəsləhətləĢmələrdən  sonra  yanvarın  25-də  (fevralın  7-də)  onlar  Brestə  qayıdaraq  vanvarın  27-də  (fevralın  9-da)  Ukrayna  ilə  müstəqil  olaraq  sülh  bağladılar.  Fon  Külman  Dördlər 

Ġttifaqının tələbini Trotskiyə ultimatumla bildirdi. Lakin Trotski hər hansı öhdəlik götürməkdən imtina edərək müharibənin baĢa çatdığını və rus ordusunun tərxis olunduğunu bəyan 

etdi (40). 

Bundan  sonra  Lüdendorf  bildirdi  ki,  bolĢevik  rəhbərləri  ilə  ədalətli  sülh  bağlamaq  mümkün  olmayacaq  və  onlar  Almaniyada  inqilab  yaratmağa  çalıĢacaqlar  (41).  Onun 

söylədikləri  özünü  doğrultdu.  BolĢeviklər  Almaniyada  inqilabi  ideyaları  yaymağa  baĢladılar.  Alman  ordusuna  müraciət  etdilər.  BolĢeviklərin  alman  ordusunu  dağıtmaq  və 

Almaniyada  inqilab  yaratmaq  istəkləri  göz  qabağında  idi.  Buna  görə  də  fevralın  16-da  alman  komandanlığı  fevralın  18-də  saat  12-dən  etibarən  hərbi  əməliyyatların  davam 

etdiriləcəyini əvvəlcədən bolĢevik hökumətinə bildirdi. Almanların tələbinə görə, rus ordusu tərxis olunmalı və donanması tərksilah edilməli idi (42). 

Brest-Litovsk  danıĢıqları  kəsildikdən  sonra  fevralın  21-də  Almaniya  öz  tələblərini  daha  da  geniĢləndirərək  Qafqaza  türk  iddiaları  barədə  məsələ  qaldırdı  (43).  Bir  neçə 

gündən sonra almanlar da Qars, Ərdəhan və Batumun Osmanlı dövlətinə verilməsini tələb etdilər. Almanlar rus qoĢunlarının Osmanlı ərazisindən təcili çıxarılması tələbini irəli sürdü 

1! 



Yüklə 7,57 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   278




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə