75
Rus-alman əlavə müqaviləsi imzalandıqdan sonra "Le Journal d'Orient‖-in müxbiri Qafqaz respublikalarının problemlərinin həlli ilə bağlı Ermənistanın xa-rici ĠĢlər naziri
A.Ġ.Xatisovdan müsahibə aldı. O bildirdi ki, əgər bolĢeviklər bizim müstəqilliyimizi tanımasalar da vəziyyət dəyiĢmir. Ermənistanın müstəqilliyi baĢ vermiĢ faktdır. Necə olur ki, bu
bolĢeviklər Ermənistanın və Azərbaycanın müstəqilliyini tanımırlar, Gürcüstanın isə müstəqilliyini tanıyırlar. Rusiya Ermənistanın və Azərbaycanın müstəqilliyini tanısa da,
tanımasa da, Osmanlı, Al-maniya, Avstriya və Bolqarıstan Qafqaz Respublikasını tanıyacaqlar. O bildirdi ki, Rusiyanın Ermənistan və Azərbaycanın müstəqilliyini tanımaması
Osmanlını çətin vəziyyətdə qoyur. Ġmperialist Rusiyası ilə qonĢuluq Osmanlı imperiyası üçün daim təhlükə olacaqdır. Ermənistana gəlincə, onun Osmanlı ilə dinc yaĢamaq üçün
uzat-dığı əl havada qalmayacaqdır və vicdanla qəbul ediləcəkdir (116).
Türkləri Bakıya buraxmaq istəməyən yalnız bolĢeviklər və almanlar deyildi. Bu, ingilislərin də istəyi idi. Türkləri Bakıya buraxmamaq üçün ingilislər almanlarla da gizli
separat sövdələĢməyə getməyə cəhd etdilər. Hətta bəzi ingilis arxiv sənədlərində göstərilir ki, Ġngiltərə hərbi sənaye naziri U.Çörçill bununla əlaqədar olaraq general Lüdendorfla da
əlaqə saxladı. Lakin bu dövrdə üstün mövqedə olan almanlar Güney Qafqazda ingilislərlə hər hansı razılaĢmaya getməyi yolverilməz saydılar. Bütün müqavimətlərə baxmayaraq,
Qafqaz Ġslam Ordusu Bakını azad etdi.
Rusiya-Almaniya-Osmanlı diplomatik-siyasi münasibətlərində Bakı məsələsi. BolĢevik Rusiyasının cəhdləri
Bakının azad edilməsinə ən mənfi münasibəti bolĢevik Rusiyası bildirdi. Sol partiyaların orqanları olan "Trudovoe znamya" və "Borba" qəzetləri türk-Azərbaycan
qüvvələrini qara qüvvələr adlandırdılar. Bakının azad edilməsini bolĢevik qəzetləri qəmli xəbər kimi dərc edərək xilaskarları iĢğalçı kimi qələmə verdilər. Rus diplomatiyası
Almaniyaya və Osmanlı dövlətinə müxtəlif vasitələrlə təzyiqlər etməyə baĢladı. Təzyiq vasitələri iki ölkə arasında intriqalar yaratmaq, münaqiĢə salmaq və.s idi. Bakı Soveti
üzvlərinin qaçması ilə bağlı Çiçerin Niderlandın Petroqraddakı nümayəndəsi Udendinə 1918-ci il sentyabrın 19-da nota verdi (117). Notada deyilirdi: "Bakını boĢaldarkən ingilislər
keçmiĢ Bakı Soveti hökumətinin üzvləri olan ġaumyanı, Caparidzeni, ali baĢ komandan Petrovu və baĢqalarını özləri ilə aparmıĢlar. Qəti etiraz edirik. Litvinovla eyni vaxtda onların
qaytarılmasını tələb edirik. Çiçerinin Niderland hökumətindən bu məsələdə vasitəçi olmağı xahiĢ etdi. Lakin bu xahiĢlərin elə bir nəticəsi olmadı.
Sentyabrın 20-də RSFSR XKĠK Osmanlı XĠN-ə nota verdi. (118) Osmanlı dövlətinin Moskvada, Rusiyanın isə Ġstanbulda səfiri olmadığı üçün rus diplomayası notanı
Rusiyanın Almaniyadakı səlahiyyətli nümayəndəsinə göndərdi. Nota Berlindəki türk səfiri vasitəsi ilə Osmanlı hökumətinə çatdırılmalı idi. Nota sentyabrın 21-də "Ġzvestiya"
qəzetində dərc edildi və radio ilə oxundu. Notada Rusiya Osmanlı hökumətinin diqqətinə Qars, Ərdəhan, Batum və baĢqa Ģəhərlərdəki hərəkətləri çatdırdı. Notada "Bakının Rusiya
Federasiyasının çox mühüm Ģəhəri‖ olduğu vurğulanırdı. Rus diplomatiyasına görə, "Bakı Ģəhəri alındıqdan və türk ordusu Ģəhərdə olduğu bir zamanda müdafiəsiz əhali və bütün
Ģəhər türk ordusu və ona qoĢulan tatar bandaları tərəfindən bir neçə gün ərzində dəhĢətli dağıntıya və qarətə məruz qalmıĢdır. Rusiya Federasiyasının ərazisi Brest-Litovsk
müqaviləsinin mütəmadi pozulması nəticəsində birbaĢa iĢğala və soyğunçuluğa məruz qalmıĢdır‖ Notada deyilirdi: "Sovet hökumətinin bütün etirazlarına baxmayaraq ötən yarım il
müddətində Osmanlı hökuməti fasiləsiz olaraq Brest-Litovsk müqaviləsini pozmuĢdur. Ġndi, nəhayət, o, Rusiya Federasiyasının mühüm Ģəhərlərindən birini tutmuĢ və dəhĢətli
dağıntıya məruz qoymuĢdur. Osmanlı hökuməti bununla göstərdi ki, Türkiyə ilə Rusiya arasında Brest-Litovsk müqaviləsi artıq mövcud deyildır. Rusiya Federativ Sovet
Respublikası hökuməti etiraf etməyə məcburdur ki, Osmanlı hökumətinin hərəkətləri Rusiya ilə Türkiyə arasında dinc münasibətləri quran Brest-Litovsk müqaviləsini bu iki dövlət
arasında faktiki olaraq ləğv etmiĢdir" (119).
Almaniya Xarici ĠĢlər Nazirliyi sentyabrın 20-də A 39423/139030 № notanı rus hökumətinə verdi (120). Nota rus rəsmi mətbuatında Brest sülh müqaviləsinin 2-ci
maddəsinə zidd olan məqalələrin çap olunmasına etiraz idi. Buna baxmayaraq, Almaniya üzərinə rus mətbuatının hücumu davam edirdi. Notada bildirilirdi ki, bu məlumata rus
hakimiyyət dairələrində xüsusi siyasi əhəmiyyət verilir. Məlum olduğu kimi, Xəzər dənizində və Volqa çayında bütün gəmiçilik, həmçinin, bütün sənaye Bakı neftindən asılıdır. Bakı
neft mədənlərinin məhvi bütün rus sənayesini uzun müddətə iflic edər. Digər tərəfdən, Bakının tutulmasına rus hakim dairələrində belə bir siyasi əhəmiyyət verilir ki, Rusiya üçün
çox önəmli olan öhdəliyin Almaniya tərəfindən yerinə yetirilməməsi Rusiyanı da götürdüyü öhdəlikləri yerinə yetirməkdən azad edir.
Almaniya hökuməti bu notasında öz gücündən istifadə etdiyini bildirərək Rusiyanın ittihamlarını rədd etdi. Almaniya rus mətbuatında gedən yazılara da qəti etiraz edərək
Bakıya münasibətdə Almaniyanın öhdəliklərini yerinə yetirməməsinə dair gedən fikirlərin tezliklə təkzib olunmasını tələb etdi. Notada bildirilirdi: "əgər belə düzəliĢ edilməzsə, onda
imperator hökuməti növbəti addımlar atmaq hüqu-qunu özündə saxlamağa məcburdur" (121).