Azərbaycan xalq cümhurġYYƏTĠ VƏ qafqaz ġslam ordusu



Yüklə 7,57 Mb.
Pdf görüntüsü
səhifə50/278
tarix05.02.2018
ölçüsü7,57 Mb.
#24603
1   ...   46   47   48   49   50   51   52   53   ...   278

73 

 

 



 

Yeni  rus-alman    müqaviləsində    qaldırılan    Qafqaz      məsələsini    Osmanlının  xeyrinə  həll  etmək  üçün  sentyabrın  3-də  Berlinə  gələn  böyük  vəzir  Tələt  PaĢanın  səfərini 

"Vakit"  qəzeti  iĢıqlandıraraq  Brest-Litovsk  sülh  müqaviləsindən  sonrakı  ötən  müddətdə  Qafqaz  məsələsinin  bir  neçə  mərhələdən  keçdiyini  göstərirdi  (98).  Qafqaz  məsələsindəki 

çətinliklərin kökünü bu qəzet Osmanlı ilə yeni yaranan Qafqaz dövlətləri arasında imzalanan müqavilə zamanı Almaniya nümayəndəsinin özünü aparmasında axtarırdı. O vaxt alman 

nümayəndəsi "mən öz hökumətimdən təlimat almamıĢam" deyərək bir sıra məsələləri açıq saxlamıĢdı. Həmin məsələlər Ġstanbul konfransında həll olunmalı idi. 

"Vakit" qəzeti yalnız Gürcüstanın müstəqilliyinin tanınmasını və Azərbaycan üçün xeyli vacib olan Bakı Ģəhərinin ruslara verilməsinə razılığı təəccüblü adlandırırdı. Qəzet 

rus-alman  əlavə  müqaviləsinin  imzalanmasını  Osmanlı  və  Almaniya  kimi  iki  müttəfiq  dövlət  arasında  qeyri-normal  münasibət  adlandırırdı  və  onun  uzun  sürməsinin 

mümkünsüzlüyünü yazırdı. 

Rus-alman  əlavə  müqaviləsinə  "Ati"  qəzeti  də  kəskin  münasibət  bildirdi.  Qəzet  "Müqavilələrin  qiyməti"  adlı  məqaləsində  yazırdı  ki,  Almaniyanın  siyasətində  qarıĢıqlıq 

vardır.  Onun  diplomatiyası  inamlı  hərəkət  etsəydi,  özünə  qarĢı  ümumi  nifrət  qazanmazdı.  Almaniyanın  düĢünülməmiĢ  addımı  bizdə,  müsəlmanlarda  və  ermənilərdə  ictimai  rəyi 

hiddətləndirmiĢdir. Bizim dövlət xadimlərimiz bu kritik vəziyyətdə böyük səbr və ciddiyyət göstərməlidirlər. Osmanlı ölməmiĢdir, Allah bizə kömək edəcəkdir. Osmanlı ölməmiĢdir 

(99). 


Türkiyə tarixçisi Kamuran Gürün Rusiyanın Qafqaz ölkələri məsələsində Almaniya ilə  danıĢıqlarından bəhs edərkən yazır ki, Rusiya Bakının ona çatmasına və Gürcüstanın 

isə müstəqilliyinin tanınmasına razı idi (100). 

27 avqust tarixli rus-alman əlavə müqaviləsi Azərbaycanda ciddi narazılıqla qarĢılandı. Bu zaman Mərkəz dövlətlərinin iĢtirakı ilə toplanacaq konfransda iĢtirak etmək üçün 

digər  Qafqaz  respublikalarının  nümayəndə  heyətləri  ilə  birlikdə  Ġstanbulda  olan  Azərbaycan  nümayəndə  heyətinin  baĢçısı  M.Ə.Rəsulzadə  Osmanlı  dövlətinin  sədrəzəmi  və  xarici 

iĢlər naziri ilə əvvəlcədən məsləhətləĢmələr apardıqdan sonra 1918-ci il sentyabrın 12-də 41№-li notanı Almaniyanın Ġstanbuldakı səfirliyinin iĢlər müdiri qraf Valdburqa təqdim 

etdi.  Bu  nota  Almaniyaya,  müttəfiqlərə  və  bitərəf  dövlətlərə  yönəldildi.  O,  bu  notanı  özünün  yazdığı  kimi,  Azərbaycan  hökumətindən  aldığı  xüsusi  səlahiyyətə  əsasən  verdi. 

Azərbaycana məlumat verən M.Ə.Rəsulzadə hələ 6 sentyabr tarixdə M.Hacınskiyə yazdığı məktubda göstərirdi ki, Tiflisdəki Almaniya nümayəndəsi fon Kressə nota verib de-marĢ 

etmək lazımdır (101). M.Ə.Rəsulzadənin notasını Ġstanbul qəzetləri çap etdilər. 

Notada  deyilirdi:  ―Almaniya    ilə    böyük  Rusiya    (Velikorossiya)  arasındakı  müahidnamənin  Bakıya  aid  maddəsindən  həddindən  artıq  qəmə  batan  və  heyrətdə  olan 

hökumətimizdən aldığım təlimata müvafiq surətdə aĢağıdakıları Sizin ali nəzərinizə çatdırmağı özümə Ģərəf bilirəm. 

Azərbaycan  əhalisi  rus  hökuməti  tərəfindən  elan  olunan  və  Brest-Litovskda  onlar  tərəfindən  təkidlə  bir  daha  təsdiq  edilən  "hər  millətin  öz  müqəddəratını  təyin  etməsi 

hüququ" haqqındakı Ģüarına istinad edərək əsrlərdən bəri altında əzildiyi rus boyunduruğunu üzərindən ataraq elani istiqlal eləmiĢdisə də, bağlanan müahidələr Azərbaycanın təbii 

paytaxtı, elm və mədəniyyət mərkəzi, iqtisadi və siyasi mərkəzi olan Bakı Ģəhərinin yenidən rus hakimiyyəti altına alınmasına təminat vermiĢdir" (102). 

Notada  Bakının  Azərbaycana  məxsusluğu,  Azərbaycanın  ayrılmaz  bir  parçası  olduğu  tarixi,  coğrafi,  statistik  və  s.  dəlillərlə  isbat  edildikdən  sonra  bildirilirdi:    ―  Elm  və 

fənlər,  mədəniyyət  nöqteyi-nəzərindən  Bakı  Azərbaycana  bağlıdır.  Siyasi,  iqtisadi  və  ictimai  təĢkilatlar,  tədris,  xeyriyyə,  zehni  mərkəzlər,  əhalinin  ziyalı  nümayəndələrinin 

toplandıqları baĢlıca yer Bakıdır. 

Bütün bu məlum səbəblərə görə, məmləkətin istiqlalını fəth etmək fikrindən heç bir zaman sərf-nəzər etməyən Azərbaycan əhalisi Bakını geri qaytarmaq arzusundan da heç 

bir zaman əl çəkə bilməz. 

Bu məsələ Azərbaycan üçün yalnız ərazi məsələsi deyil, indi o, xalq üçün ölüm-dirim məsələsinə çevrilmiĢdir" (103). 

Beləliklə, notada Bakı Ģəhərinə Azərbaycanın tarixi haqqı bir daha sübut edildi. Bu tarixi haqq coğrafi, etnoqrafik və iqtisadi xarakterlə əlaqələndirildi. Bakı Azərbaycanla 

sənət, elm və sivilizasiya ilə bağlı idi. Bütün Azərbaycanın siyasi, iqtisadi, dini, sosial və xeyriyyə müəssisələri də məhz orada yerləĢirdi. 

Notada  rus-alman  müqaviləsi  hiddət  və  təəccüblə  qarĢılandı.  Millətlərin  müqəddəratını  təyin  etməsi  hüququ  haqqında  prinsipə  əsasən  Azərbaycan  xalqının  müstəqilliyini 

elan etməsi qeyd olundu. Azərbaycan xalqının imperator alman hökumətinin əlavə müqavilə ilə Azərbaycanın paytaxtı Bakı Ģəhərini rus  hakimiyyətinə verməsini təəssüf  hissi ilə 

qarĢıladığı göstərildi. Bakının ölkənin əqli iqtisadi və siyasi paytaxtı olması qəti Ģəkildə bildirildi. Sonda alman hökumətinin Azərbaycan xalqına və hökumətinin Bakı Ģəhərinə olan 

pozulmaz haqqını nəzərə alacağı ümid edildi (104). 

Rus-alman əlavə müqaviləsi imzalandıqdan sonra "Le Journal d'Orient"-in  müxbiri Ġstanbulda M.Ə.Rəsulzadədən Qafqaz respublikalarının problemlərini həll etməklə bağlı 

müsahibə aldı. M.Ə.Rəsulzadə bildirdi ki, bu, hələ qəzet xəbərləridir,  dəqiq məlumat aldıqdan sonra nəticələr çıxara bilərik. Lakin iki məsələni də unutmaq lazım deyildir; birincisi, 

Azərbaycan və Ermənistanın müstəqilliyini Rusiyaya tanıtmaqda Almaniyanın gücsüzlüyü; ikincisi, Bakının Rusiyaya verilməsini Almaniyanın təmin etməsi, əvəzində Rusiyanın ona 

və müttəfiqlərinə çıxarılan neftin və neft məhsullarının bir hissəsini verməsi. Almaniya özünü təmizə çıxarmağa çalıĢır ki, "Gürcüstan daxili birlikdə xeyli uğur qazanmıĢdır", yəni 



Yüklə 7,57 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   278




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə