Azərbaycan xalq cümhurġYYƏTĠ VƏ qafqaz ġslam ordusu



Yüklə 7,57 Mb.
Pdf görüntüsü
səhifə51/278
tarix05.02.2018
ölçüsü7,57 Mb.
#24603
1   ...   47   48   49   50   51   52   53   54   ...   278

74 

 

 



 

ölkədə  artıq  qayda  qanun  və  sakitlik  hökm  sürməkdədir.  Lakin  sizi  inandırıram  ki,  Azərbaycanda  hökm  sürən  sakitlik  və  qayda-qanun  nəinki  Gürcüstanda,  hətta  Moskvada  da 

müĢahidə edilmir. DüĢünmək lazımdır ki, Almaniya Bakını Rusiyaya verərkən özünü yalnız neftlə təmin etməyi düĢünməmiĢdir, belə ki, Bakının təbii sahibləri olan azərbaycanlılar 

neftə möhtac qalmaq üçün Almaniyada Ģübhə doğurmazdılar (105). 

M.Ə.Rəsulzadə bildirdi ki, bütün bunlar Azərbaycanın siyasətinə təsir etməyəcəkdir. Çünki coğrafi, etnoqrafik, tarixi və bütün hüquqlar üzrə Bakı Azərbaycana məxsusdur. 

Bakıdan  məhrum  olan  Azərbaycan  baĢsız  bədəndir.  Bizim  ordular  Bakını  mühasirəyə  almıĢlar  və  Bakını  tutacaqlar  (müsahibə  verilərkən  Bakının  alınması  xəbəri  Ġstanbula  hələ 

çatmamıĢdı - M.Q.). Biz Bakını dağıdıcı bolĢeviklərdən və Ģəhəri iĢğal edən ingilislərdən azad etmək istəyirik. Biz Bakını azad etmək üçün heç nədən imtina etməyəcəyik (106). 

Sonralar  M.Ə.Rəsulzadə  "Azərbaycan  Cümhuriyyəti"  adlı  əsərində  Almaniyanın  bu  mövqeyini  belə  Ģərh  edirdi:  "Almaniya  dövləti  bolĢevik  hökuməti  ilə  Brest-Litovsk 

müahidəsinə zeyl olaraq yapdığı bir müahidə muçibincə Bakı vilayətinin ta Kür nəhrinə qədər ruslara tərkinə riza göstərmiĢ, müqabilində kəndinə petrol imtiyazını təmin eyləmiĢdi. 

Ustadımız Əhməd bəyin təbiri vəchlə bizi bir təknə qaza satmıĢdı" (107). 

Almaniyaya kəskin etirazlar bundan sonra nəinki azalmadı, əksinə daha da artdı. Ə.TopçubaĢov 1918-ci il 15/2 sentyabr tarixdə Batumdan F.Xoyskiyə yazdı-ğı məktubda 

göstərirdi  ki,  bolĢeviklərlə  bağladığı  müqaviləyə  görə  Kress  vasitəsi  ilə  Almaniya  hökumətinə  təcili  etiraz  etməlisiniz.  Mən  Tələt  PaĢa  ilə  Ġstanbulda  görüĢəcəyəm,  lazım  olsa, 

Vyanaya və Berlinə də gedəcəyəm. Ona görə də mənə Avstriya - Macarıstan, Almaniya, Bolqarıstan və Rumıniya hökumətləri ilə danıĢmaq üçün yeni mandat verin və kuryerlə təcili 

göndərin (108). 

 Belə bir zamanda Azərbaycan hökuməti Almaniyanın Tiflisdəki nümayəndəliyinə imzalanan müqaviləyə və Borçalıda azərbaycanlılara qarĢı törədilən qətliamlara etirazını 

bildirdi. Bölgənin müsəlman əhalisi kütləvi qətliamların dayandırılmasını tələb edirdi. 

Ermənilərin kütləvi terrora məruz qoyduqları dinc müsəlman əhali Osmanlı dövlətinə müraciət edərək yardım isrəyirdilər. Türklərə və digər müsəlmanlara yardım etmək isə 

Osmanlı dövlətinin mənəvi borcu idi (109). 

Brest-Litovsk  müqaviləsinə  əlavə  rus-alman  müqaviləsinin  imzalanmasından  bəhs  edən  "Azerbaydjan"  qəzeti  1918-ci  il  13  oktyabr  tarixli  sayında  yazırdı  ki,  görünür, 

imperialist əhval-ruhiyyəli alman dairələri yeni yaranan Azərbaycan dövləti ilə Osmanlı arasında öz iqtisadi və siyasi problemlərini müstəqil, bu ölkələrin maraqları və xeyirləri üçün 

həll  etmək,  öz  talelərinin  tamhüquqlu  sahibi  olmaq,  öz  mütəffiqlərinin  və  dost  dövlətlərin  mənafelərinə  toxunmamaq  üçün  sıx  ittifaq  qurması  ilə  barıĢa  bilmirlər.  Qəzet  bu 

danıĢıqlarda  Qafqaz  problemlərinin  həllində  daha  çox  maraqlı  olan  Almaniyanın  müttəfiqi  kimi  Osmanlı  dövlətinin  iĢtirakını  zəruri  sayırdı.  Lakin  qəzet  Almaniyanın  bu  barədə 

dərindən  düĢünmədiyini  yazırdı.  Almaniyanın  hərəkətini  "Azerbaydjan"  qəzeti  Osmanlı  dövləti  ilə  səmimi  müttəfiqlik  münasibətlərinə  və  Qafqaz  məsələlərinin  həllinə  zidd 

adlandırırdı. Bununla belə, qəzet yazırdı ki, Azərbaycan, Osmanlı və Almaniya Azərbaycanın müstəqil mövcudluğuna can atmasının həyata keçirilməsinin ədalətli yolunu tapacaqdır 

(110). 

TarixĢünas alim, ictimai xadim, AXC Nazirlər ġurasında mühüm vəzifədə iĢləmiĢ K.Ġsmayılov 27 avqust tarixli rus-alman əlavə müqaviləsində Almaniyanın Azərbaycana 



münasibəti məsələsini belə Ģərh edirdi: "Türkiyənin hərbi müttəfiqi olan Almaniya yalnız Gürcüstanın istiqlalını təsdiq edib Azərbaycanla Ermənistanın təsdiqi-istiqlalı məsələsini 

açıq qoydu. Almanlar Bakının təəxxüri-iĢğalına dəxi bais oldular. Almaniya hökuməti Rusiya ġura hökuməti ilə əlavə olaraq bağladığı bir para Ģəraitə havi müahidəyə binaən Bakı 

və məntəqəsi ġura Rusiyasının mülki olduğunu qəbul etmiĢdir. Buna binaən Müsavat hökuməti bolĢeviklər ilə müharibə edən dəmlərdə Məvarayi Qafqazda olan alman ərkani-hərbi 

bolĢeviklərə apaçıqdan imdad etməyə çalıĢırdı. Almanlar təyyarələr vasitəsilə Bakıda bolĢevik hökuməti ilə pek məxfi olaraq, müxaribat və münasibatda bulunurdular" (111). 

M.Mehdizadə  isə  yazırdı  ki,  Almaniya  Brest-Litovsk  müahidəsinə  zidd  olaraq  sovetlər  əqd  etdiyi  mütəmmim  müahidədə,  Bakı  ilə  həvalisinin  Rusiya  hökuməti  daireyi-

səlahiyyətində qalmasını əhdən təmin eyləmiĢ və buna müqabil petrol məhsulundan kəndisinə böyük bir hissə ayırmıĢdır (112). 

Əlavə müqavilənin imzalanması bolĢevik Rusiyasının maraqlarına cavab verdiyindən rus diplomatiyası tərəfindən yüksək qiymətləndirildi. G.Çiçerin 1918-ci  il sentyabrın 

2-də ÜRMĠK iclasında müqaviləni səciyyələndirərək deyirdi ki, müqavilə bizə geniĢ imkanlar, xüsusən ərazilərimizin azad edilməsində geniĢ imkanlar vermiĢdir və bu müqavilələr 

vəziyyətimizi xeyli yaxĢılaĢdıracaqdır. 27  avqust tarixli əlavə müqaviləyə rus diplomatiyası Qafqazda Osmanlı əleyhinə  mövqelərinin möhkəmləndirilməsi kimi baxırdı (113). 

Rus tədqiqatçısı F.Ġ.Notoviç yazırdı ki, Brest sülhü ilə PolĢa, Litva, Baltikyanı, Ukrayna, Belorusiya, Latviya və Estoniyanı tutmaqla kifayətlənməyən almanlar Finlandiya 

ilə sülh müqaviləsi bağlandıqdan sonra Krımı və Rostovu iĢğal etdilər, Kubana soxuldular, öz xəbis əllərini Bakıya uzatdılar və Güney Qafqazda  möhkəmlənməyə çalıĢdılar (114). 

Lüdendorf isə  yazırdı ki,  sovet  hökuməti  Almaniyanın istəklərini  yerinə  yetirdi.  Hərbi ziyanlara  görə  bəzi  ödəncləri  və  xammalı, o cümlədən Bakı  neftinin bir  hissəsini 

ödəməyə  təminat  verdi.  Lüdendorfa  görə,  Almaniyanın  getdiyi  güzəĢtlər  böyük  deyildi.  Ümumi  baxımdan  bunlar  aĢağıdakılardan  ibarət  idi:  Donetsk  hövzəsindən  daĢ  kömürün 

daĢınması; Rostov-Dondan Ģimala gedən dəmiryolu ila Kuban vilayətindən taxıl məhsullarının daĢınması, lakin Don kazaklarının olduğu Ģəraitdə bunun yerinə yetirilməsi çətin idi; 

nəhayət, türklərin Bakını tutmasına mane olmaq üçün Osmanlıya təzyiq göstərmək (115). 



Yüklə 7,57 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   278




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə