Azərbaycan xalq cümhurġYYƏTĠ VƏ qafqaz ġslam ordusu



Yüklə 7,57 Mb.
Pdf görüntüsü
səhifə48/278
tarix05.02.2018
ölçüsü7,57 Mb.
#24603
1   ...   44   45   46   47   48   49   50   51   ...   278

70 

 

 



 

Çiçerin 1918-ci   il  avqustun  2-də    Almaniyanın  diplomatik   nümayəndəsi  Helferixə  4150  №-li  nota  verdi.  Notada  Bakıya  doğru hərəkət  edən ordu haqqında  məlumat 

verilirdi.  Deyilirdi  ki,  türk  ordusu  könüllü  ordu  korpusu  təĢkil  edərkən  keçmiĢ  "VəhĢi  diviziya"nın  qalıqlarını  cəlb  etmiĢdir.  "VəhĢi  diviziya"  Qafqazın  müxtəlif  xalqlarının 

süvarilərindən ibarətdir. Hərbi mükəlləfiyyətli yerli müsəlman əhali də onun tərkibindədir (82). 

Türklərdən öncə Bakını tutmaq üçün qüvvələri olmayan və Rusiya tərəfindən ittiham olunan almanlar türklərə qarĢı təzyiqlərə keçdilər. Avqustun 4-də Lüdendorf Ənvər 

PaĢaya  teleqram  göndərərək  bildirdi  ki,  Bakıya  hücum  tezliklə  dayandırılmasa  və  ordu  geri  çəkilməsə,  o,  Kayzerdən  türk  ordusundakı  alman  zabitlərini  geri  çağırmağı  xahiĢ 

edəcəkdir. Lüdendorf bu addımı Rusiya ilə yeni müharibə törədilməsi  təhlükəsi ilə əlaqələndirdi. 

Lakin avqustun 4-də Ənzəlidəki ingilis hərbi hissələrinin bir dəstəsi Bakıya girdikdən sonra Lüdendorfun əmri ilə Qafqaza Ukraynadan Qara dənizə keçərək fon Kress fon 

KressenĢteynin sərəncamına bir süvari və bir piyada briqadası göndərildi. 

BolĢevik  Rusiyası   təkcə  Almaniyaya   deyil,   Osmanlı   dövlətinə  qarĢı   da diplomatik-siyasi təzyiqlər etdi. Çiçerin Osmanlı səfiri Qalib Kamal bəylə 1918-ci il avqustun 

8-də görüĢərək Bakıya türk hücumunun dayandırılmasını tələb etdi. Türk diplomatı Rusiyada vəziyyətin qarıĢıq olduğunu bildirərək müqavilə Ģərtlərinə əməl etməyin çətin olduğunu 

bildirdi. 

Alman səfiri Mirbax öldürüldükdən sonra Moskvada təhlükəsizliyin təmin edilməsinin çətin olduğunu bildirən Qalib Kamal bəy də Moskvadan çıxdı. Beləliklə, avqustun 8-də 

Ġstanbulla  Moskva  arasında  diplomatik  münasibətlər  kəsildi.  Bundan  sonra  Rusiya  Almaniyaya  olan  təzyiqlərini  daha  da  artırdı.  Rusiyanın  Almaniyadakı  səlahiyyətli  nümayəndəsi 

Almaniya  Xarici  ĠĢlər  Nazirliyinə  1918-ci  il  avqustun  19-da  verdiyi  A.491  №-li  notasında  türk  ordularının  Bakı  üzərinə  hücumunu  dayandırmağı  tələb  etdi.  Bu  notanın  məzmunu 

Çiçerinin avqustun 19-da alman baĢ konsulu HauĢildə verdiyi nota ilə eyni idi. Notada ġevket PaĢanın Ģəhəri təhvil verməsi tələbi və Ģəhərdəki müsəlmanları vəhĢilərin əlindən xilas etmək 

istəyi göstərilirdi. 

Notada rus hökuməti türklərin bu hərəkətlərinin almanların "türklər Bakıya buraxılmayacaqdır" vədləri ilə ziddiyyət təĢkil etdiyini bildirdi. Eyni zamanda alman vədlərinin 

əksinə olaraq türk ordusunda alman təlimatçılarının olduğu və türklərin uğurları məhz alman təlimatçılarının olması ilə əlaqələndirildi. 

Rusiya diplomatiyası notada yeni bir üsuldan istifadə etdi. Guya türklərin hücumu ilə Bakının tutulması ermənilərin qırılmasına gətirib çıxaracaqdır və nəticədə ingilispərəst 

əhval-ruhiyyə üstünlük təĢkil edəcəkdir (83). 

Çiçerin 1918-ci il avqustun 19-da Almaniyanın baĢ konsulu HauĢildə 4388 №-li nota verdi. Notada türk ordusunun Ģəhərin ətrafında döyüĢlər apardığı, iyulun 30-da ġevket 

PaĢanın Ģəhəri təslim etmək barədə çağırıĢı haqqında məlumat yer aldı. Notada türk komandanlığının Ģəhər əhalisinə müraciətinin məzmunu da verildi. Türklərin əhaliyə çağırıĢında 

deyilirdi ki, biz sizi vəhĢilərdən azad etməyə gəlmiĢik. Çiçerin bildirdi ki, türklərin Bakını tutması əsl fəlakət olacaqdır. O, alman hökumətindən bu fəlakətə yol verməməyi xahiĢ etdi. 

Notada Bakı neftinin bütün Rusiyanın xalq təsərrüfatı üçün əhəmiyyətli olduğu göstərildi (84). 

Qafqaz Ġslam Ordusunun Bakıya azadlıq yürüĢünün davam etdiyi bir vaxtda bolĢevik hökuməti onun qarĢısını almaq üçün b i r  sıra digər diplomatik addımlar atdı. Avqustun 

20-də bolĢevik hökuməti Almaniyaya yeni etiraz notası göndərdi.  Notada deyilirdi ki, türklərin Bakını tutması əsl fəlakət olacaqdır, bir daha ümid  edirik ki, alman hökuməti belə 

fəlakətin yaranmasına imkan verməyəcəkdir. Notada Bakı neftinin Rusiya üçün mühüm rol oynadığı da göstərildi. 

Bakının azad edilməsi uğrunda Qafqaz Ġslam Ordusunun hərbi əməliyyatları  davam etdiyi bir vaxtda Brestdə Rusiya-Almaniya iqtisadi saziĢinə, Bakı neftinə və  Bakıya 

hücumu dayandırmağa dair rus-alman danıĢıqları gedirdi. 

Lakin Almaniya hökuməti ruslarla danıĢıqları aparmaqla paralel olaraq Qafqazda da öz hərbi qüvvələrini artırdı. 1918-ci il avqustun 20-nə olan məlumata görə, Gürcüstanda 

cəmi 214 alman zabiti və 5050 əsgəri var idi (85). Almanlar bütün vasitələrlə türklərin Bakıya doğru hücumuna mane olmağa çalıĢırdılar. Mülman yazırdı ki, dörd illik alman-türk 

hərbi  qardaĢlığı  Qafqazda,  Azərbaycan  üstündə  qarĢıdurmaya  çevrilməyə  baĢladı  (86).  Türk  polkovniki  RüĢtü  isə  Qafqaz  siyasətində  almanların  türklərin  müttəfiqi  olmadığını 

yazırdı. RüĢtü bəy qeyd edirdi ki, onlar Qafqaz iĢlərində osmanlılar üçün xüsusi çətinlik yaradırdılar və gürcülər baĢda olmaqla Qafqaz xalqlarını bizə qarĢı qaldırırdılar. Almaniya 

Qafqazın ən güclü və zəngin neft Ģəhəri olan Bakının osmanlıların  əlində olmasını görmək istəmirdi. Almaniya əslində Qafqazda Osmanlıdan xəbərsiz müstəqil siyasət yeridirdi. 

Оnlar Batum-Tiflis-Gəncə yolu ilə Osmanlı hissələrinin hərəkətinə mane olurdular. Ваkı üzərinə yürüĢ almanların riyakarlığı ucbatından bir müddət yubandı (87). 

YaranmıĢ Ģəraitdə digər dövlətlərin də Bakıya yiyələnmək uğrunda mübarizəsi kəskinləĢdi. Bakı Soveti qüvvələri türk və Azərbaycan ordusunun qarĢısını almaq iqtidarında 

deyildi. Çətin vəziyyətə düĢən Bakı Sovetində ixtilaflar dərinləĢdi. 

BolĢevik hökumətinin iradəsinin əksinə olaraq eser, daĢnak və menĢeviklər iyulun 25-də Bakı Sovetində səsvermə keçirərək Ġngilis ordularının Bakıya dəvət edilməsi barədə 

qərar qəbul etdilər. Bir neçə gün sonra Bakı xalq komissarları soveti iflasa uğradı. Sentrokaspi diktaturası quruldu. 

 



Yüklə 7,57 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   278




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə