Azərbaycan xalq cümhurġYYƏTĠ VƏ qafqaz ġslam ordusu



Yüklə 7,57 Mb.
Pdf görüntüsü
səhifə49/278
tarix05.02.2018
ölçüsü7,57 Mb.
#24603
1   ...   45   46   47   48   49   50   51   52   ...   278

71 

 

 



 

 

 

27 avqust tarixli rus-alman müqaviləsi və böyük dövlətlərin ona münasibəti 

 

1918-ci ilin yayında Azərbaycanda baĢ verən proseslər qətiyyən bolĢevik Rusiyasının xeyrinə getmirdi. Bir tərəfdən, Qafqaz Ġslam Ordusu bolĢevik ordusunu bir  - birinin 



ardınca məğlub edərək Bakıya yaxınlaĢırdı. Bir tərəfdən də, ingilislər Bakıya can atırdılar. BolĢeviklərin qüvvədən istifadə etməsi heç bir nəticə verməsə də, necə olursa-olsun Bakını 

türklərə  təslim  etmək  istəmirdilər.  Onlar  baĢa  düĢürdülər  ki,  Qafqaz  Ġslam  Ordusu  Bakını  azad  etsə,  əbədi  olaraq  Ģəhər  Rusiyanın  nəzarətindən  çıxacaqdır  və  Osmanlı  qələbə 

çalacaqdır. 

BolĢeviklər Bakını Ġngilislərə də vermək istəmirdilər. Hesab edirdilər ki, böyük müsəlman imperatorluğu olan Ġngiltərənin Ģəhəri ələ keçirməsi Rusiya üçün çoxlu çətinliklər 

yaradar. Çünki ingilislər Azərbaycanı "Asiya butulkası"nın tıxacı adlandırırdılar. "Tıxac" kimdə olacaqdısa, о da Hindistana gedən yola və Asiyaya nəzarət edəcəkdi. Lakin Bakıya 

sahib olmadan Azərbaycanda möhkəmlənmək mümkün deyildi. 

BolĢeviklər ən pis halda Ģəhərin almanlara verilməsini mümkün sayırdılar. ġəhər almanlara verilərdisə, sonradan almaq mümkün olardı. 

Lakin türk hücumu  ilə  bolĢeviklərin istəkləri  baĢ  tutmadı;  ingilis ordu hissələri Ənzəlidən Bakıya gəldi. Koalisiyalı hökumət olan Sentrokaspi diktaturası ingilislərin 

köməyi ilə də türk hücumunun qarĢısını ala bilmədi. Belə Ģəraitdə bolĢevik Rusiyası Bakının azad edilməsinə heç cür razı olmadığından Almaniya ilə separat danıĢıqlara getdi. Brest 

sülh müqaviləsinə əlavə olaraq 1918-ci il avqustun 27-də rus-alman müqaviləsi və siyasi, maliyyə və xüsusi hüquqi saziĢlər imzalandı. Müqavilə 17 maddədən ibarət idi. Sənədləri 

Berlindəki rus səfiri Ġoffe, Almaniya tərəfindən fon Hinçe və Krihe imzaladılar. Bu müqavilənin 13-cü maddəsi ilə Rusiya Gürcüstanın müstəqil dövlət olduğunu tanıdı (88). 

Müqavilənin 14-cü maddəsi Azərbaycana aid idi. Rusiya Almaniya-Osmanlı münasibətlərini korlamaq üçün Almaniyanın nüfuz dairəsində olan Gürcüstanın müstəqilliyini 

tanısa da, Azərbaycanın türk nüfuz dairəsinə verilməsinə və dövlət müstəqilliyinin tanınmasına razı deyildi. Bu maddədə deyilirdi ki, Almaniya Qafqazda Gürcüstan hüdudlarından 

kənarda və diyarda müqavilənin 4-cü maddəsinin III abzasına uyğun olaraq üçüncü dövlətin heç bir hərbi əməliyyatlar aparmasına imkan daxilində yardım göstərməyəcəkdir (89).  

Üçüncü dövlət dedikdə, yalnız Osmanlı nəzərdə tutulurdu. Müqavilənin 4-cü maddəsində isə deyilirdi ki, Moskva  müqaviləsində və  ya bu əlavə  müqavilədə baĢqa bir Ģey qərara 

alınmadığı üçün Almaniya Rusiya dövləti ilə onun ayrı-ayrı vilayətləri arasında münasibətlərə heç cür qarıĢmayacaqdır və xüsusən bu vilayətlərdə müstəqil dövlət orqanizmlərinin  

yaradılmasına  çağırmayacaqdır  və  kömək etməyəcəkdir. Bu maddə birbaĢa olaraq Azərbaycanın dövlət müstəqilliyinin əleyhinə yönəldilmiĢdi (90). 

Göstərilirdi ki, Almaniya Qafqazda üçüncü dövlətin döyüĢ qüvvələrinin aĢağıdakı xəttləri keçməyəcəyinə öz təsirini etməlidir: Kür mənsəbindən Petropavlovsk kəndinədək, 

sonra ġamaxı qəzasının sərhədindən Ağrıoba kəndinədək, sonra düz xətlə Bakı, ġamaxı və Quba qəzalarının kəsiĢdiyi nöqtəyə qədər, sonra Bakı qəzasının Ģimal sərhədi ilə dənizə 

qədər. 


Rusiya bunun müqabilində üzərinə müəyyən öhdəliklər götürdü. O, vilayətində neft və neft məhsullarının çıxarılmasına imkan daxilində kömək etməli və çıxarılan neftin 

dörddə  birini,  müəyyənləĢdirilmiĢ  miqdar  ton  nefti  hər  ay  (hələ  müəyyənləĢdirilməmiĢdi)  almanların  tutduğu  Donetsk  hövzəsindən  Almaniyaya  aparılan  daĢ  kömürün  əvəzində 

verməli idi. Lakin Bakı vilayətində çıxarılan neft bu miqdar üçün kifayət olmadığından o, baĢqa məqsədlər üçün istifadə edilə bilərdi və ona, həmçinin, baĢqa yerdə çıxarılan neft də 

əlavə olunmalıydı.  Amma bu öhdəlik qəribə idi. Çünki sənəd imzalanan vaxt Bakı neft mənbələri bolĢevik Rusiyasının nəzarətində deyildi. Rusiya əlində olmayanı verməyi vəd 

edirdi. 

Maliyyə saziĢinə görə, Rusiya Almaniyaya bir neçə müddətdə 6 milyard marka ödəməli idi (91). 

Beləliklə, rus-alman əlavə müqaviləsinin bağlanmasına təsir edən mühüm amil türk ordularının Azərbaycanda azadlıq hərəkatı idi. Həm Almaniya, həm də Rusiya Osmanlı 

dövlətinin Azərbaycanda nüfuzunun artmasına yol vermək istəmirdilər. 

Əlavə  müqavilənin  bağlanmasına  təsir  edən  ikinci  mühüm  amil  Denstervill  hərbi  bölüklərinin  Bakıya  daxil  olması  idi.  Ġngilislərin  Bakıda  möhkəmlənməsi  rusların  və 

almanların  ağır  vəziyyətə  düĢmələri  demək  idi.  Bununla  belə,  Almaniyanın  müttəfiqi  olan  üçüncü  dövlətə  -  Osmanlıya  qarĢı  mübarizədə  Bakını  bolĢeviklərin  xeyrinə  qorumaq 

öhdəliyi götürməsi də qeyri-təbii idi. Çünki Almaniyanın türkf hücumunu dayandırmağa Qafqazda gücü yox idi. 

Rus-alman yaxınlaĢmasına və əlavə müqavilənin imzalanmasına Almaniyada və Osmanlı dövlətində münasibət necə oldu? 




72 

 

 



 

Petroqraddakı alman nümayəndəsi Helferix hələ 1918-ci il avqustun 10-da Berlinə gələrək bolĢeviklərdən uzaq durmağı və onların əleyhinə olan qüvvələrə yardım etməyi 

məsləhət  görmüĢdü.  O,  Lüdendorf  və  Hindenburqla  görüĢündə  də  sovet  hökuməti  ilə  əlaqələri  kəsməyi  və  antibolĢevik  qüvvələrlə  münasibətlər  qurub  onlara  yardım  göstərməyi 

tövsiyə etmiĢdi. Helferix Brest sülh müqaviləsinə  imzalanması nəzərdə tutulan əlavə müqavilənin rədd olunmasını israr etsə də, Almaniya rəsmi dairələri onun məsləhətlərinə qulaq 

asmadılar. Əlavə müqavilə imzalandıqdan sonra o, istefaya getməyə məcbur oldu. 

Alman  tarixçisi  Hans  Ulrix  Vehler  yazır  ki,  1918-ci  ilin  avqustunda  Rusiya  ilə 

Almaniya  arasında  keçirilən  əlavə  danıĢıqlar  Rusiyanın  zəbt  etmədiyi 

ərazilərə istiqaməti gücləndirdi. Alman orduları Güney Qafqaza yaxınlaĢdılar (92). 

Almaniya mətbuatı da əlavə müqavilənin Ģərhinə geniĢ yer verdi. Ġstanbulda çıxan 

mötədil "Le  Journal  d'Orient" 1918-ci  il 10 sentyabr tarixli sayında  "Qafqaz 

respublikaları  Almaniya  ilə  Osmanlı  arasında"  adlı  baĢ  məqaləsində  bu  məsələlərə  alman 

tərəfinin  münasibətini  əks  etdirən  məlumatı  dərc  etdi.  Qəzet  yazırdı  ki, 

Almaniyanın rəsmi "ġimali Alman qəzeti" 28 avqust tarixli nömrəsindəki teleqramda son vaxtlar Berlində keçirilən və Brest sülhü zamanı qəbul edilməyən yeni dövlətlərin ləğvini 

nəzərdə  tutan  alman-rus  konfransının  yekunları  haqqında  məlumat  verir.  Gürcüstan  daxili  birliyi  hesabına  xeyli  uğur  qazandı.  Bu  dövlət  tanınmasına  dair  Rusiyanın  razılığını  ala 

bildi. Digər Qafqaz dövlətlərinə gəlincə isə onların Gürcüstan üçün qazanılan uğuru Rusiyadan almağa imkanları olmadı.  Rus hökuməti öz tərəfindən zəngin yataqları və sərvətləri 

ilə  Bakıda  hakimiyyətini  nöhkəmləndirməyə  [de  la  region]  xüsusi  əhəmiyyət  verdi.  Almaniya  onun  istəyinə  mane  ola  bilmədi.  Çünki  Rusiya  istehsal  olunan  neftin  bir  hissəsini 

Almaniyaya və müttəfiqlərinə vermək barədə üzərinə öhdəlik götürdü. 

"Le  Journal  d'Orient"  davam  edirdi  ki,  Brest-Litovsk  sülh  müqaviləsi  iki  məsələni  -  Baltik  və  Qafqaz  dövlətləri  haqqında  məsələni  qaldırdı  (principautes).  Brinci  məsələ 

barəsində  -  adı  çəkilən  ərazilər  Almaniya  ilə  sərhəd  olduqlarından  onlar  müstəqil  Ģəkildə  müzakirə  edilməli  idi.  Rus-fin,  rus-ukrayın  və  b.  Vilhelmsitrasdan  olan  diplomatların 

nəzarəti ilə Berlində, Asiya və Qafqaz ölkələrinə dair danıĢıqlar isə Ġstanbulda keçirilməli idi. Əslində Almaniya adı çəkilən bu vilayətlərdən uzaqda olduğundan hər hansı bir qərar 

onun maraqlarına ciddi təsir edə bilməzdi. Hər hansı bir ittifaq qarĢılıqlı güzəĢtlərlə olmalı idi (93). 

Bu  qəzet  Almaniyanın  Moskvaya  güzəĢtə  getməsini  "rus  hökumətinin  Bakı  vilayətinin  zəngin  təbii  sərvətləri  ilə  özünü  təmin  etmək  arzusunun  böyük  olması  ilə" 

əlaqələndirirdi. Qəzetə görə, bolĢevik Rusiyası haqqında danıĢarkən unutmaq lazım deyildir ki, millətlərin azadlığı Ģüarını elan etməsinə baxmayaraq, o, keçmiĢ Rusiya imperiyasının 

bütün ərazilərində öz hakimiyyətini yaymaq istəyir və bolĢevik Rusiyasının təzyiqlərini kim görməmiĢdir. Almaniya blokunda Qafqaz Respublikaları haqqında məsələlərin toxunduğu 

böyük dövlət Osmanlıdır. Bu respublikalarda müsəlmanlar çoxluq təĢkil edirlər (94). 

"Le  Journal  d'Orient"  qəzeti  "ġimali  Alman  qəzeti"nin  "neft  istehsalı"  ilə  bağlı  düĢüncələrini  arzuolunmaz  təəssürat  kimi  qiymətləndirir  və  ixtilaflar  haqqında  düĢmən 

koalisiyada təsəvvür yaratmağı uğursuz sayırdı. 

Türkiyənin "Zaman" qəzeti daha kəskin mövqe tutdu. Qəzet bu məsələyə həsr edilmiĢ baĢ məqaləsində sərlövhə əvəzinə sual iĢarəsi qoymuĢdu. Bu addımı belə izah edirdi 

ki,  səmimiliyin  olmadığı  və  öhdəliklərin  yerinə  yetirilmədiyi  bir  Ģəraitdə  məqaləyə  baĢlıq  tapa  bilmir,  mövcud  vəziyyət  isə  yalnız  sual  doğurur.  Rus  hökumətinə  ona  sərhəd  olan 

dövlətlərə münasibətdə mövqeyini qəbul etdirən Almaniya əgər Qafqaz ölkələrinə münasibətdə həmin məlum güzəĢtləri bolĢeviklərdən alsaydı, bunu baĢa düĢmək olardı. Lakin iĢ 

sadəcə bununla bitmir. Brest müqaviləsində adı çəkilməyən Gürcüstan əlavə müqavilə imzalanarkən bir sıra üstünlüklər əldə etdi. Almaniya yalnız gürcü məsələsində öz mövqeyini 

qəbul etdirə bildi. Əgər Almaniyaya Qafqaz xalqları üçün bu güzəĢtləri əldə edə bilmək mümkün deyildisə, o, Bakı nefti ilə bağlı sovetlərin vədlərinə uymamalı və bu əyalətlərin 

iddiasında  olan xalqları bolĢevizmlə  üz-üzə  qoymamalı idi.  Almaniya  bu  məsələyə  elə  qəti forma  verdi və  elə  qəti hərəkət etdi ki,  müzakirəyə  hansı tərəfdən və  necə  yanaĢmağı 

müəyyənləĢdirmək belə çətinlik törədir. Almaniyanın Qafqaz xalqları və Osmanlı dövlətinin maraqlarına zidd mövqe tutmasının motivlərini baĢa düĢmək olmur. Lakin hansı motivlər 

olursa-olsun  müttəfiqimiz  yanılır.  "ġimali  Alman  qəzeti"  yazırdı  ki,  dörd  müttəfiq  dövlətdən  heç  biri  gənc  dövlətlərlə  mehriban  münasibətləri  sübut  edə  bilmədi.  "Zaman"  qəzeti 

soruĢurdu: Bu dövlətlərdən təkcə  Almaniyanın  mehriban münasibətlərə hüququ vardırmı! Məgər yalnız qafqazlılar Qafqaz məsələsində  maraqlıdırmı? Əgər Almaniya Gürcüstanı 

diqqətəlayiq  bilirdisə,  o,  Türkiyənin  maraqlarını  və  Qafqaz  məsələsində  çarizmdən  miras  qalan  bolĢeviklərə  xeyli  iddiaları  olan  milyonlarla  türkün  və  müsəlmanın  maraqlarını 

unutmalı deyildi (95). 

"Zaman" qəzeti baĢqa bir sayında yazırdı ki, Almaniyanın bolĢevzm qarĢısında gücsüzlüyü anlaĢılmazdır. Bu xəbər bütün türk-müsəlrnan dünyasını sarsıdacaqdır. Almaniya 

müqaviləni imzalamaqla Osmanlı dövlətinin əl-qolunu bağlamamalı idi. Almaniya Qafqaz xalqlarına sovet hökuməti ilə münasibətlərini özlərinin tənzimləməsinə Ģans verməli idi. 

Müttəfiqimiz bilməlidir ki, Osmanlı dövlətinin ictimai rəyi bu hadisəyə biganə deyildir və öz hökumətindən fəal və qəti addımlar atılmasını tələb edir (96). 

"Ġkdam" qəzeti yazırdı ki, Osmanlı Qafqazda müttəfiqlərinin və özünün maraqları üçün ümumi mənafe naminə ciddi itkilər vermiĢdir. 

Həmin günlərdə "Vakit" qəzeti xəbər verirdi ki, Almaniya, gürünür, uzun illər boyu ona bəslənən inamı itirmək istəyir, alman xarici siyasəti möhkəm deyil və özbaĢınadır. 

"Sabah" qəzeti isə yeni saziĢin Osmanlı dövlətindən xəbərsiz bağlandığını yazırdı (97). 

 



Yüklə 7,57 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   278




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə