Azərbaycan xalq cümhurġYYƏTĠ VƏ qafqaz ġslam ordusu



Yüklə 7,57 Mb.
Pdf görüntüsü
səhifə47/278
tarix05.02.2018
ölçüsü7,57 Mb.
#24603
1   ...   43   44   45   46   47   48   49   50   ...   278

69 

 

 



 

 

Türk ordusunun azadlıq yürüĢünün qarĢısını almaq üçün bolĢevik Rusiyasının Almaniya ilə birgə səyləri 

 

BolĢevik Rusiyası türk ordusunun xilaskarlıq yürüĢünün qarĢısını almaq üçün türk-alman ziddiyyətlərindən istifadə edərək Almaniya  ilə danıĢıqlara getməyə üstünlük verdi. 



Lakin bu istək asan baĢa gəlmədi. Vilhelm Mirbax iyulun 6-da gündüz saat 3 radələrində saxta sənədlərlə nümayəndəliyə daxil olan sol eserlər Blyumkin və Andreyev tərəfindən 

öldürüldü. Almaniyanın müvəqqəti diplomatik nümayəndəsi K.Rislerin nümayəndəliyi qorumaq üçün alman hərbçi dəstəsinin Moskvaya gəlməsi təklifi qəbul olunmadıqda təhlükə 

qarĢısında  qalan  nümayəndəlik  Pskova  köçdü.  Mirbaxın  yerinə  gələn  iri  maliyyəçi  Karl  Helferix  Moskvada  yalnız  on  gün  qalaraq  geri  döndü.  Səfirlik  Pskova  köçdükdən  sonra 

Moskvada baĢ konsul HauĢild qaldı (74). 

Mirbaxın  öldürülməsi  iki  ölkə  arasında  inamsızlığı  gücləndirdi.  Bu  qətldən  sonra  alman  hökumətinin  bolĢevik  hökumətinə  olan  münasibətinə  qiymət  verən  Lüdendorf 

yazırdı  ki,  Moskvadakı  səfirimiz  öldürüldükdən  sonra  hətta  hökumətimizin  bolĢevik  hökumətinə  münasibəti  tərəddüd  etmədi.  Hökumət  bolĢevik  qarmağına  keçdi  və  Rusiyadakı 

bütün axınlara tam inamsızlığını bildirdi (75). 

 Mirbaxın öldürülməsindən sonra Almaniyanın "Taqest-çaytunq" qəzeti Moskva hökumətinin onun qatilini axtarmamasından narahat idi (76). 

Almaniya ilə Rusiya arasında ixtilaflara baxmayaraq, onların hər ikisini türk ordusunu Bakıya buraxmamaq niyyətləri yaxınlaĢdırırdı. 

Türk  ordusunun  hücumunu  dayandırmaq  haqqında  V.I.Leninin  mövqeyini  Sarısində  olan  Stalinə  göndərdiyi  1918-ci  il  7  iyul  tarixli  teleqramı  təsdiq  edir.  Teleqramda 

deyilirdi  ki,  Bakıya  gəldikdə  ən  mühümü  odur  ki,  siz  fasiləsiz  olaraq  ġaumyanla  əlaqə  saxlamalısınız  və  ġaumyan  Berlindəki  səfir  Ġoffeyə  almanların  et-diyi  təklifdən  xəbərdar 

olmalıdır. Bu təklifə görə, almanlara neftin bir hissəsinin verilməsi təminatı olardısa, onlar türklərin Bakıya hücumunu dayandırmağa razılıq verərdilər (77).  

Türk ordu hissələrinin Bakıya yürüĢünü dayandırmaq üçün Çiçerin 1918-ci il iyulun 25-də Almaniyanın diplomatik nümayəndəsinə 4014 №-li nota verdi. Notada deyilirdi 

ki,  sovet  hökumətinin  Almaniya  ilə  dostluq  münasibətləri  qurmaq  üçün  yorulmaz  səylərinə  və  alman  hökumətinin  təkrar  vədlərinə  baxmayaraq,  alman-turk  qüvvələri  Bakıya 

irəliləyirlər və artıq ġamaxıdadırlar. Biz Brest müqaviləsinin belə pozulmasına və sovet hökumətinə sadiq olan Bakı vilayətinə  qarĢı yönəldilən bu hücuma qarĢı qətiyyətlə etiraz 

edirik.  Biz  qəti  Ģəkildə  ümid  edirik  ki,  alman  hökuməti  bu  orduların  hərəkətinin  dayandırılmasına  sərəncam  verəcək  və  ərazimizin  toxunulmazlığına  edilən  qəsdə  son  qoyacaqdır 

(78). 

Çiçerin  iyulun  25-də  Rusiyanın  Almaniyadakı  səlahiyyətli  nümayəndəsinə    göndərdiyi  teleqramda  təkrarən  bildirdi  ki,  alman-türk  orduları  Bakıya  daxil  olurlar.  Onlar 

ġamaxı və Kürdəmir rayonlarında bir neçə alay və artilleriya ilə  cəmlənmiĢlər. Hücumu təcili dayandırmaq lazımdır. Bakı ciddi təhlükədədir (79).   BolĢevik  hökumətinin  israrlı 

tələblərinə  baxmayaraq,  Almaniya  Osmanlı  və  Azərbaycan  ordu  hissələrinin  Bakıya  yürüĢündə  alman  dəstələrinin  iĢtirakını  inkar  edirdi.  Həqiqətən  də  Bakının  azad  edilməsi 

əməliyyatında almanlar iĢtirak etmək istəsələr də, onların bu istəyinə yol verilmədi. 

Almaniya Xarici ĠĢlər Nazirliyinin nümayəndəsi BuĢe Berlindəki sovet nümayəndəsi Ġoffe ilə söhbətində bildirdi ki, Bakı üzərinə yürüĢdə alman ordularının heç bir əlaqəsi 

yoxdur. Almaniya hücumu dayandırmağı türklərə təklif etmiĢdir. Hücum artıq kəsilmiĢdir. BuĢe hücumu ayrı-ayrı dəstələrin həyata keçirdiyini dedi. Bu barədə Ġstanbulda və Tiflisdə 

heç bir Ģey bilmirlər. Ġoffe isə söylədi ki, ayrı-ayrı dəstələr hücum etsə də, Bakıdakı sovet hökuməti üçün təhlükə vardır. Söhbətin sonunda BuĢe alman hökumətinin türklərə hücumu 

dayandırmaq təklifi etdiyini və türk hökumətinin artıq bu barədə öhdəlik götürdüyünü bildirdi. 

Almaniya sovet nümayəndəsinə türklərin hücumunu dayandırmaları üçün almanlara Bakı neftinin bir hissəsini verməyi iĢarə etdi. Sovet hökuməti Bakı neftinin bir hissəsini 

Almaniyaya  vəd  verdi.  Xəbəri  eĢidən  Nuru  PaĢa  komandanlığa  bildirdi  ki,  almanlar  türklərin  Bakını  azad  etməsinə  mane  olmaq  üçün  Azərbaycan  cəbhəsinə  qarıĢmaq  istəyirlər. 

Vehib PaĢa ondan Bakıya sahib olmaq məqsədilə baĢ hücuma hazırlaĢmağı xahiĢ etdi (80). 

Sovet etirazlarını alan Ġstanbuldakı alman səfiri Bernsdorf iyulun 30-da Osmanlı xarici iĢlər naziri ilə görüĢdü. Nazir Nuru PaĢanın öz ordularına bir daha hücum etməyəcəyi 

barədə əmr verdiyini söylədi. Almaniya hücumda türk ordu hissələrinin iĢtirak etmədiyini bolĢevik hökumətinə bildirdi. BolĢevik hökuməti hücumda Almaniya zabitlərinin iĢtirak 

etdiyini  israr  etsə  də,  alman  diplomatiyası  bunları  rədd  etdi.  Almanlar  bildirdilər  ki,  Berlin  hökuməti  Tiflisə  göndərilən  fon  Kreslə  daim  əlaqə  saxlayır,  türklərin  Bakıya 

buraxılmaması  barədə  götürdüyü  öhdəliyi  qəbul  edir  və  onu  yerinə  yetirəcəkdir.  Almanlar  Azərbaycan  hökuməti  tərəfindən  də  Bakının  azad  edilməsinə  qarĢı  olduğunu  sovet 

diplomatlarına bildirdilər. Türk diplomatiyası da Azərbaycana heç bir iddiası olmadığını söylədi. Bu dövrdə Ənvər PaĢa, Tələt PaĢa və Almaniyanın Ġstanbuldakı səfiri Bernsdorfla 

görüĢən  M.Ə.Rəsulzadə  iyunun  28-də  öz  hökumətinə  yazırdı  ki,  Almaniyanın  öz  respublika  sərhədlərinin  qurulmasının  zəruriliyi  sorğusuna  o,  bu  məsələni  öz  aralarında  həll 

edəcəklərinə ümid etdiyini bildirmiĢdir (81). 



Yüklə 7,57 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   278




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə